yazıçı-bəstəkar

yazıçı-bəstəkar
yazıçı-alim
yazıçı-dramaturq
OBASTAN VİKİ
Bəstəkar
Bəstəkar — musiqi əsərlərinin müəllifidir. Musiqini adətən musiqi nəzəriyyəsinə əsasən yazırlar. Bəstəkarın ifaçıdan fərqi ondadır ki, o musiqini bəstələyir, ifaçı isə onu ifa edir. Bəstələmə prosesinin nəticəsi kimi notlar şəklində yazılmış musiqi əldə edilir. Notların tərtibi əlyazma və ya qrafik (kompüter ilə) yerinə yetirilə bilər. Bəstəkarın bəstələdiyi musiqi əsəri ifaçılar (müğənnilər, çalğıçılar və ya elektron vasitələr) tərəfindən səsləndirilirlər.
Yazıçı
Yazıçı və ya yazar — ideyaları çatdırmaq üçün fərqli üslublar və texnikalarla yazılı sözlərdən istifadə edən insan. Yazıçılar ədəbi sənətin fərqli formlarını və romanlar, hekayələr, kitablar, poeziyalar, səfərnamələr, pyeslər, ssenarilər, teleskriptlər, mahnılar və esselər kimi kreativ yazı işləri, habelə ictimaiyyət üçün maraqlı ola biləcək hesabatlar və məqalələr ərsəyə gətirirlər. Yazıçıların işləri medianın böyük bir hissəsində yayımlanmaqdadır. İdeyaları yaxşı bir şəkildə çatdırmaq məqsədilə dildən məharətlə istifadə edə bilən yazıçılar çox vaxt bir cəmiyyətin mədəniyyətinə önəmli töhfələr verir. Əksər hallarda yazıçı sözü əsərlərini nəsr, şair isə əsərlərini nəzm ilə yazan müəlliflərə ithaf edilir. Yazıçılar uydurma və uydurma olmayan bir çox janrda əsərlər yazıb-yarada bilər. Bəzi yazıçılar isə öz fikirlərini multimedia — qrafika, illüstrasiya və s. ilə zənginləşdirirlər. Öz fikirlərini çatdırmaq üçün onlar nadir hallarda hətta musiqidən də faydalana bilərlər. Bunlardan başqa, şifahi ənənədən istifadə edən bir sıra yazıçılar da mövcuddur.
Anar (yazıçı)
Anar (tam adı: Anar Rəsul oğlu Rzayev; 14 mart 1938, Bakı) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri. == Ailəsi == Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir. 1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan "Difai" partiyasının yaradıcılarındandır.
Elçin (yazıçı)
Elçin (tam adı: Elçin İlyas oğlu Əfəndiyev; 13 may 1943, Bakı) — Azərbaycan yazıçısı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının xalq yazıçısı (1998), "İstiqlal" ordenli (2003), Azərbaycan Respublikası Baş Nazirinin keçmiş müavini (1993–2018). == Həyatı == Elçin Əfəndiyev 13 may 1943-cü ildə Bakı şəhərində XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri, Azərbaycanın Xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində dünyaya gəlib. Uşaqlıq çağlarından etibarən ədəbi mühitin içində, kitabların əhatəsində olub. Bir tərəfdən milli ədəbiyyat, folklor, o biri tərəfdən isə dünya ədəbiyyatı Elçinin daimi mütaliəsinin əsasına çevrilib. O, nə zaman yazmağa başlayıb? Bu suala Elçin özü belə cavab verir: "Özümü xatırladığım zamandan. Hələ yazıb-oxumağı bacarmırdım, amma özümdən cürbəcür əhvalatlar uydurub danışırdım…" Bakı şəhərində orta məktəbi (1960), Bakı Dövlət Universitetinin Filologiya fakültəsini (1965), Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını (1969) bitirib, "Azərbaycan bədii nəsri ədəbi tənqiddə (1945–1965)" mövzusunda namizədlik (1970), "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq (1997) dissertasiyalarını müdafiə edib. 1969–1972-ci illərdə Azərbaycan ЕА Nizami adına Dil və Ədəbiyyat İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi" şöbəsində kiçik elmi işçi, 1972–1975-ci illərdə baş elmi işçi vəzifəsində işləmiş, eyni zamanda Nəsimi adına Dilçilik və Nizami adına Ədəbiyyat İnstitutlarının Birləşmiş Müdafiə Şurasının elmi katibi olmuşdur. 1975-ci ildə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiya heyətinin üzvü seçilmişdir. 1975–1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin katibi olmuşdur.
Qismət (yazıçı)
Qismət Elçin oğlu Rüstəmov (15 mart 1986, Bakı) — azərbaycanlı şair, tərcüməçi, esseist. Prezident təqaüdçüsü. == Həyatı == Qismət Elçin oğlu Rüstəmov 1986-cı il martın 15-də Bakı şəhərində anadan olub. 1991–2002-ci illərdə Bakı şəhərindəki 70 saylı məktəb-liseydə təhsil alıb. == Təhsili == 2003–2007-ci illərdə Odlar Yurdu Universitetinin "Jurnalistika" fakültəsində təhsil alıb. 2007–2009-cu illərdə həmin fakültənin magistratura pilləsini bitirib. 2018-ci ildən Azərbaycan Dillər Universitetinin "Xarici ölkələr ədəbiyyatı" kafedrasının dissertantıdır. == Fəaliyyəti == Qismət Rüstəmov müxtəlif illərdə Odlar Yurdu Universiteti, Xəzər Universiteti və Bakı Slavyan Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Hazırda Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri, sim-sim.az ədəbiyyat saytının baş redaktoru, Azərbaycan Dillər Universitetinin dissertantıdır. == Kitabları == 2010-cu ildə "525 kitab" seriyasından "Vitrin" şeirlər kitabı çap edilib.
Yazıçı (nəşriyyat)
Yazıçı nəşriyyatı — nəşriyyat əvvəl "Kommunist" – indiki "Xalq qəzeti"nin, "AzərTAc"ın binasında yerləşirdi.
Yazıçı Qor
Heydərli Böyükkişi Səfiyar oğlu (1950–2015) — yazıçı, jurnalist. == Həyatı == Böyükkişi Heydərli 1950-ci ilin aprel ayında Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Bədii yaradıcılığa erkən başlasa da, 30 yaşında şeirləri "Ulduz" və "Azərbaycan" jurnallarında dərc olunub. 1985-1990-cı illərdə şerləri ara-sıra mətbuat səhifələrində yer alıb. 1991-1992-ci illərdə "Səs" qəzetində şöbə müdiri olub, 1992-ci ilin mayından "Yeni Müsavat" qəzetində redaktor işləyib. 1993-cü ildə "Dünya" jurnalının redaktoru olub. Əsərlərini Yazıçı Qor təxəllüsü ilə yazıb. "Sakit küçədə qətl", "Yaşıl cənnət çiçəyi", "Yetişmiş tut ağacı" və sair əsərlərin müəllifidir.
Yazıçı nəşriyyatı
Yazıçı nəşriyyatı — nəşriyyat əvvəl "Kommunist" – indiki "Xalq qəzeti"nin, "AzərTAc"ın binasında yerləşirdi.
Çolpan (yazıçı)
Çolpan (1897, Əndican, Fərqanə vilayəti – 5 oktyabr 1938 və ya 2 oktyabr 1938, Sibir) — Özbəkistan yazıçısı, şairi. == Həyatı == Gələcəyin şairinə atası Əbdülhəmid adını qoysa da, o Çolpan kimi tanındı və məşhurlaşdı. Çünki şeirlərini, məqalələrini, romanlarını, pyeslərini Çolpan, yəni Dan ulduzu imzasıyla yazdı. Əbdülhəmid 1893-cü ildə Özbəkistanın Əndican şəhərində doğulub. Onun atası Süleymankul Yunusoğlı mədrəsə təhsili görmüş, şeirləri divan təşkil edəcək bir şair olub. Əbdülhəmid də məhəllə məktəbində, sonra Əndican və Daşkənd mədrəsələrində oxuyub. Rusiya Türküstanı işğal etdikdən sonra rus dilinə böyük ehtiyac duyulurdu. Müstəmləkəçilər də uzun müddət yerli xalqları əsarət altında saxlamaq üçün onlardan kiçik məmurlar hazırlamaq məcburiyyətində idi. Belə məktəbləri ölkənin Avrpoa hissəsində Rus-Tatar, Asiya hissəsində isə Rus-Tüzem məktəbləri adlandırırdılar. Əbdülhəmidin atası, dövrünün ayıq ziyalısı olan Süleymankul Yunusoğlu da oğlunu Rus-Tüzem məktəbində oxumağa göndərir.
Aleksandr Aleksandrov (bəstəkar)
Aleksandr Vasilyeviç Aleksandrov (1 (13) aprel 1883, Plaxino[d], Ryazan quberniyası[d], Rusiya imperiyası – 8 iyul 1946[…], Berlin, Sovet işğalı zonası[d]) — Rusiya–sovet bəstəkarı və xor dirijoru. O, SSRİ xalq artisti (1937), SSRİ Dövlət mükafatı laureatı (1942, 1946) olmuşdur. Aleksandrov SSRİ və Rusiya himnlərinin musiqisinin müəllifidir. == Həyatı == Aleksandr Vasilyeviç Aleksandrov 13 aprel 1883-cü ildə Rusiya imperiyasının Ryazan quberniyasında anadan olmuşdur. Aleksandrov 1939-cu ildən Sov.İKP üzvüdür. O, sənətşünaslıq doktoru (1940), general-mayor (1943) olmuşdur. Aleksandrov "Müqəddəs hərbə" (1941) mahnısı ümumxalq şöhrəti qazanmışdır. Onun yaradıcılığı üçün axıcılıq, epik vüsət və s. xarakterikdir. Mahnılarında rus klassik musiqi ənənələrini davam etdirmişdir.
Anatoli Aleksandrov (bəstəkar)
Andrey Petrov (bəstəkar)
Andrey Pavloviç Petrov (2 sentyabr 1930 – 15 fevral 2006, Sankt-Peterburq) — məşhur sovet-rus kino bəstəkarı. == Həyatı == Andrey Pavloviç Petrov 2 sentyabr 1930-cu ildə Sankt-Peterburqda anadan olub. Rusiyanın tanınmış bəstəkarıdır. 15 fevral 2006-cı ildə dünyasını dəyişib.
Faiq Nağıyev (bəstəkar)
Hüseyn Abdullayev (bəstəkar)
Hüseyn Abdullayev (25 may 1967, Culfa) — Azərbaycan bəstəkarı, keçmiş deputat. == Həyatı == Hüseyn Abdullayev 1967-ci il may ayının 25-də Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində ziyalı ailəsində doğulub. Anası uşaq bağçasında, atası müxtəlif idarələrdə rəhbər vəzifələrdə çalışıb. Ailədə 3 uşaq olublar. İbtidai və orta təhsilini 38 saylı Culfa Şəhər Dəmir Yolu məktəbində alıb. Eyni zamanda Culfa şəhər Musiqi Məktəbində təhsil alıb və hərbi xidmətindən sonra həmin məktəbdə musiqi müəllimi və konsertmeystr vəzifəsində çalışıb. 1987-ci ildən daha çox sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb və xarici ölkələrlə geniş iqtisadi əlaqələri quraraq, bir çox uğurlu layihələrə imza atıb. Onun "Tural" kooperativinin nəzdində yaratdığı şirkətlər qrupu ölkə daxilində bir çoxları üçün nümunə olub. Hüseyn Abdullayev özü isə müstəqil Azərbaycan Respublikasının ilk azad sahibkarlarından biri kimi tanınıb. 1988–1991-ci illərdə ağır blokada şəraitində yaşayan Naxçıvan MR-ə kömək məqsədiylə yaradılmış "Naxçıvan MR-in İnkişaf və Müdafə Fondu” xətti ilə həyata keçirilən bütün tədbirlərin əsas sponsorlarından biri məhz Hüseyn Abdullayev olub.
Kamal Əhmədov (bəstəkar)
Kamal Əhmədov (5 avqust 1948, Naxçıvan) — bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2013), Azərbaycan Bəstəkarlar İttifaqı Naxçıvan Bəstəkarlar Təşkilatının məsul katibi, Prezident mükafatçısı, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin bəstəkarlıq kafedrasının müdiri. == Həyatı == Kamal Əhmədov 1948-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Tar ixtisası üzrə ibtidai musiqi təhsilini Naxçıvan şəhər uşaq musiqi məktəbində, orta musiqi təhsilini isə Bakı şəhərində A. Zeynallı adına Musiqi Texnikumunda almışdır. Texnikumda oxuduğu illərdə polifoniya, harmoniya, analiz və s. musiqi elmlərinə yiyələnmiş, dünya musiqisi ilə tanış olmuşdur. Muğam sənətinin sirlərini muğam bilicisi, ustad Əhməd Bakıxanovdan öyrənmişdir. Bu illərdə Kamal Rüstəm oğlunda bəstəkarlıq sənətinə maraq yaranmışdır. Piano üçün yazdığı kiçik pyes və prelüdlər onun ilk yaradıcılıq məhsuludur 1973-cü ildə A. Zeynallı adına musiqi texnikumunun xalq çalğı şöbəsinin tar sinfini bitirmiş, işləmək üçün təyinatını Ordubad musiqi məktəbinə almışdır. K. Rüstəm oğlu musiqi məktəbində Xalq Çalğı Alətləri Orkestri təşkil etmişdir. Ordubadda ilk Xalq Çalğı Alətləri Orkestri sayılan bu kollektivin konsertləri dəfələrlə Naxçıvan televiziyası ile göstərilmiş, bir çox konsert salonlarında nümunəvi çıxışları olmuşdur.
Müslüm Maqomayev (bəstəkar)
Əbdülmüslüm Məhəmməd oğlu Maqomayev (6 (18) sentyabr 1885, Qroznı – 28 iyul 1937, Nalçik) — Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, folklorşünas, ictimai xadim, Azərbaycan klassik musiqisinin təsisçilərindən biri, Azərbaycan musiqisində Avropa stilində ilk operanın müəllifi ("Nərgiz", 1935), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1936). Azərbaycan Dövlət Akademik Filarmoniyası Müslüm Maqomayev adını daşıyır. Müğənni Müslüm Maqomayevin babasıdır. Uşaqlıq illərindən musiqi ilə maraqlanırdı, məktəb illərində musiqi dərnəklərində iştirak edirdi, Zaqafqaziya Müəllimlər Seminarıyanın orkestrində ifa edirdi. Zaqafqaziya Müəllimlər Seminarıyada Üzeyir Hacıbəyov ilə tanış olub və ömür boyu yaxın dostluq edirdi. Semineriyanı bitirdikdən sonra əvvəl Şimali Qafqazda sonralar isə Azərbaycanda müəllim işləyirdi. Əbdulmüslim Maqomayev Bakıda tədris edərkən Üzeyir Hacıbəyovun rəhbərliyi altında olan Müsəlman opera truppası ilə ilk olaraq musiqiçi, sonra — dirijor və teatrın rəhbəri kimi əməkdaşlıq etməyə başladı. Daha sonra Azərbaycan SSR Xalq Təhsili Komissarlığında məsul vəzifələrdə çalışırdı. İki operanı — "Şah İsmayıl" və "Nərgiz" yazmışdır. "Nərgiz" operası Sovet mövzusunda ilk Azərbaycan operasıdır.
Nəriman Məmmədov (bəstəkar)
Nəriman Məmmədov (tam adı: Məmmədov Nəriman Həbib oğlu; 28 dekabr 1927, Naxçıvan – 6 aprel 2015, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasının professoru. == Həyatı == Nəriman Məmmədov 1927-ci il dekabr ayının 28-də Naxçıvan şəhərində doğulub. Kiçik yaşlarından musiqinin vurğunu olub. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun xalq çalğı alətləri və musiqi nəzəriyyəsi şöbələrini bitirən Nəriman bu illər xalq çalğı alətləri üçün "Suita"sını bəstələyir. Suita görkəmli bəstəkar və dirijor Səid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinin ifasında səslənib. O, təhsilini davam etdirərək Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyə, sonralar isə bəstəkarlıq şöbələrini uğurla bitirmişdir. O, yeddi simfoniyanın müəllifidir. Bunlardan ikisi proqramlı əsərlərindəndir. 3-cü simfoniya orqan üçün yazılmış və Riqada müvəffəqiyətlə səslənmişdir. Dördüncü simfoniya Hüseyn Cavidə, 7-ci simfoniya Xocalı faciəsinə həsr olunmuşdur.
Rafiq Babayev (bəstəkar)
Rafiq Babayev (31 mart 1936, Bakı – 19 mart 1994, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (1993). 19 mart 1994-cü ildə Bakı metropolitenində Ermənistan xüsusi xidmət orqanları tərəfindən təşkil edilmiş terror hadisəsi zamanı həlak olub. == Həyatı == Rafiq Babayev 1936-cı il martın 31-də Bakı şəhərində partiya orqanlarında işləmiş Fərzi Babayevin ailəsində anadan olmuşdur. 1937-ci ildə XDİK (Xalq Daxili İşlər Komissarlığı) həbsxanasına salınmış Fərzi Babayev güllələnmə cəzasına məhkum edilmişdir (1956-cı ildə o, bəraət qazanaraq azadlığa buraxılır). Rafiqin anası Şahbəyim xanım 6 övladını – Mərziyə, Vəsilə, Emilya, Oqtay, Rafiq, Armanusa-nı hədsiz çətin şəraitdə tərbiyə etməyə məcbur olur. Sonradan bu uşaqların hamısı peşəkar musiqiçi kimi tanınmışdır. 1943-cü ildə 160 nömrəli musiqi məktəbinə daxil olan Rafiq ilk caz kvartetini də məhz bu məktəbdə yaradır. 1950-ci ildə həmin məktəbi bitərək, A. Zeynallı adına musiqi məktəbinin fortepiano sinfinə daxil olur, R. S. Levinanın sinfində təhsil alır. Bu məktəbdə təhsil almaqla yanaşı, Xalq Çalğı Alətləri Ansamblının musiqi rəhbəri vəzifəsində işləyir. O, caz musiqisi ilə də maraqlanır və improvizasiya ustalığını təkmilləşdirirdi.
Ramiz Mustafayev (bəstəkar)
Ramiz Hacı oğlu Mustafayev (16 oktyabr 1926, Türkmənabad – 10 aprel 2008, Bakı) — Azərbaycan bəstəkarı, professor (2001), Azərbaycan SSR xalq artisti (1987), "Şöhrət" ordeni laureatı (2001). == Həyatı == Ramiz Mustafayev 1926-cı il oktyabrın 16-da anadan olub. 1941-ci ildə isə Teatr Texnikumunun aktyorluq şöbəsinə daxil olub. Təhsil illərində Gənc Tamaşaçılar Teatrında, sonra isə Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. 1948-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, professor Bülbülün sinfində müğənniliyin sirlərini öyrənib. 1952-ci ildə Konservatoriyanın vokal şöbəsini müvəffəqiyyətlə bitirib. O, "Vaqif", "Polad", "Aydın", "Şirin", "Xan və əkinçi", "Tərs keçi" operalarının müəllifidir. R. Mustafayev 1968 – 1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində çalışıb. 1957-ci ildən Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olub. Musiqi sənətimizin inkişafına görə, "Şöhrət" ordeninə layiq görülən bəstəkar xüsusilə iri həcmli, monumental musiqi janrlarında əsərlər yazıb.
Rauf Hacıyev (bəstəkar)
Rauf Soltan oğlu Hacıyev (15 may 1922, Bakı – 19 sentyabr 1995, Bakı) — Azərbaycan bəstəkarı və dövlət xadimi, Azərbaycan SSR mədəniyyət naziri (1965–1971), SSRİ xalq artisti (1978), Azərbaycan SSR xalq artisti (1964). == Həyatı == Rauf Soltan oğlu Hacıyev 1922-ci il mayın 15-də Bakı şəhərində anadan olmuşdur. Üç yaşınadək gözləri görməyib, sonradan görmə qabiliyyəti açılıb. Onu Həsən bəy Zərdabinin ailə qurmayan qızı Qəribsoltan xanım Məlikova dörd yaşından götürüb saxlayıb. == Yaradıcılığı == Raufun musiqi istedadı erkən yaşlarından özünü büruzə vermişdir. Qəribsoltan Məlikovanın himayəsi altında tərbiyə almış Raufun bəstəkarlıq sahəsində formalaşmasında Üzeyir Hacıbəyovun mühüm əhəmiyyəti var. Belə ki, Raufun fortepiano üçün pyeslərini ("Tarantella", "Dağıstan", "Ləzgihəngi") dinlədikdən sonra dahi bəstəkar onun fitri istedadını yüksək qiymətləndirmiş və il yarım onunla məşğul olandan sonra Rauf bir neçə mahnı bəstələmişdir. Onların arasında xüsusilə "Samur", "Mingəçevir", "Gənclik marşı" ona şöhrət gətirmişdir. Ilk gənclik məhsulu olan bu mahnılardan sonra mahnı janrı R. Hacıyevin yaradıcılığında aparıcı əhəmiyyət kəsb edir. Xüsusilə bəstəkarın həm ifaçılar, həm də musiqisevərlər arasında aşağıdakı mahnıları daha çox populyarlıq qazanır: "Sevgilim", "Mənim Azərbaycanım", "Lirik mahnı", "Bahar gəlir", "Sevimli şəhər", "Bakı haqqında mahnı", "Leyla", "Neft daşlarında", "Ceyran" və i.a.
Rauf Məmmədov (bəstəkar)
Rauf Məmmədov — azərbaycanlı bəstəkar, Əməkdar mədəniyyət işçisi. == Həyatı == Rauf Məmmədov 1959-cu ildə Bakıda anadan olmuşdur. İxtisasca jurnalistdir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. "Qalmaz belə, dünya", "Qarabağ", "Anam mənim", "Yol verin, əsgər gəlir", "Yaşayacaq Azərbaycan", "Yaşa, mənim xalqım", "Ağlama, Sevda", "Gilavar" və s. mahnıların müəllifidir. 2019-cu ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb. == Filmoqrafiya == Adam ol! (film, 2005) Adam ol! 2 (film, 2006)(tammetrajlı bədii film) - bəstəkar Adam ol!
Rauf Əliyev (bəstəkar)
Əliyev Rauf Tofiq oğlu (1 may 1947, Şuşa, Dağlıq Qarabağ – 13 iyun 2017, Bakı) — Azərbaycan bəstəkarı, "Azərbaycanfilm" kinostudiyasının musiqi redaktoru. == Həyatı == Rauf Əliyev 1 may 1947-ci ildə Şuşada doğulub. 14 iyun 2017-ci ildə Bakıda vəfat edib. == Əsərləri == "Azadlığa gedən yollar". BSO və qarışıq xor üçün Oda. Söz. F. Qocanındır (1990); "İşığını əsirgəmə", "Yalan", "Fəryad", "Azərbaycan haqqında həqiqət", "Kənar adamlar", "Qara Volqa", "Vahimə" kinofilmlərinə musiqi (1990–1999); 10-a yaxın mahnı (1990–1999). == Filmoqrafiya == Bakı Sovet Azərbaycanının paytaxtıdır (film, 1977) (bəstəkar) Bu torpağın nemətləri (film, 1979) (bəstəkar) Sehrli ağac (film, 1980) (bəstəkar) Taya (film, 1980) (bəstəkar) Cırtdan-"pəhləvan" (film, 1981) (bəstəkar) Qaladan tapılan mücrü (film, 1982) (bəstəkar) Cırtdan və div (film, 1983) (bəstəkar) Bakı sovet Azərbaycanının paytaxtıdır (film, 1987) (bəstəkar) Lovğa fil balası (film, 1987) (bəstəkar) Boşluq (film, 1989) (bəstəkar) Goranboy – oğuz eli (film, 1989) (bəstəkar) Həmyerli (film, 1989) (bəstəkar) İmam Mustafayev.
Rüstəm Rüstəmzadə (bəstəkar)
Rüstəm Rüstəmzadə — bəstəkar. == Həyatı == Bəstəkar Rüstəm Rüstəmzadə hazırda Rusiyada yaşayır. Bəstəkar Qara Qarayevin yetirməsidir (1977). Rusiya Bəstəkarlar İttifaqının üzvüdür.
Rəşid Məmmədov (bəstəkar)
Rəşid Rza oğlu Məmmədov (2 fevral 1936, Naxçıvan – 20 iyun 2006, Naxçıvan) — Azərbaycan bəstəkarı, Naxçıvan MSSR-in Əməkdar mədəniyyət işçisi (1973), Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi (09.10.1999), Azərbaycan Respublikasının Prezident mükafatçısı (2006). == Həyatı == Naxçıvan musiqi mədəniyyətinin inkişafında danılmaz xidmətləri olmuş pedaqoq, bəstəkar, dirijor, tarzən, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Rəşid Rza oğlu Məmmədov 1936-cı il, fevral ayının 2-də Naxçıvan şəhərində Sarvanlar məhəlləsində anadan olmuşdur.8 yaşında ikən atası Rza kişi vaxtsız vəfat edir, atasının qırxı çıxmamış anası Zərri xanım dünyasını dəyişir. Onun uşaqlıq dövrü amansız müharibə illərinə təsadüf edirdi. Ailələrində 5 uşaq idilər. 4 qardaş, 1 bacı. Ata-anaları dünyalarını dəyişdikdən sonra bibiləri Məşədi Bəni xanımın və Fatma xanımın himayəsində yaşadılar. Dolanışıqları çətin olduğundan, çarəsizlikdən bacılarını, körpə qızcığazı uşaq evinə qoymağa məcbur oldular. Bacıları Zeynəbi səhər uşaq evinə qoyub axşam götürürdülər. Bir gün uşaq evinə bacılarını götürmək üçün gedən qardaşlar uşaq evinin başqa bir bölgəyə, Ordubad rayonuna köçürülməsi xəbərini eşidirlər. Ertəsi gün bacılarını görmək ümidi ilə Ordubada yola düşürlər və təssüf ki, balaca Zeynəbi burada da tapa bilmirlər.
Süleyman Ələsgərov (bəstəkar)
Süleyman Əyyub oğlu Ələsgərov (22 fevral 1924, Şuşa, Şuşa rayonu[d] – 21 yanvar 2000, Bakı) — azərbaycanlı bəstəkar, Azərbaycan SSR xalq artisti (1974), Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı (1967), Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri (1972–2000). == Həyatı == Süleyman Ələsgərov 22 fevral 1924-cü ildə Şuşada doğulub. 1943-1948-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında oxuyub. Azərbaycan musiqi sənətinin inkişafı naminə yaradıcılıq səlahiyyəti geniş və çoxşaxəli olmuşdur. Respublika Radio Verilişləri Komitəsində xalq çalğı alətləri orkestrinin dirijoru (1943), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş dirijoru, musiqi hissə müdiri (1944–1948), Kinematoqrafiya komitəsinin kinoteatr orkestrlərinin bədii rəhbəri (1949–1951), M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası mahnı və rəqs ansamblının bədii rəhbəri (1951–1952), Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun direktoru (1952–1954), Respublika Mədəniyyət Nazirliyinin İncəsənət İşləri İdarəsinin rəisi (1954–1956), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru və baş dirijoru (1960–1971), Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında xalq musiqisi, xalq çalğı alətləri kafedrasının müdiri, professoru (1971–1998) vəzifələrində çalışmışdır. Yaradıcılığında operetta janrı əsas yer tutur. "Məhəbbət gülü" (1945), "Ulduz" (1948), "Özümüz bilərik" (1962), "Olmadı elə, oldu belə" (1964), "Milyonçunun dilənçi oğlu" (1966), "Hardasan ay subaylıq" (1968), "Sevindik qız axtarır" (1970), "Həmişəxanım" (1971), "Subaylardan görəsiz", "Gurultulu məhəbbət" operettaları Azərbaycan Musiqili Komediya Teatrının səhnəsində bu gün də oynanılır. Onun "Bahadır və Sona", "Solğun çiçəklər" operaları, bir neçə kantatası: "Böyük Oktyabra salam"(1947), "Vətən, eşq olsun"(1960),"Bahar təranələri", "Bir bayraq altında"(1970) ; "Gənclik" və "Vətən" simfoniyaları, "Bayatı-Şiraz" simfonik muğamı,"Çingiz İldırım" vokal simfonik poeması(1974), "Həzi Aslanovun xatirəsi"nə simfonik poema və süitaları, 3 tar konserti,200-ə qədər mahnı və romansları (22 sözsüz mahnı), "Tarantella", "Rəqs-tokkata","Rondo", "Aşıqvari", Qanun aləti üçün yazdığı "Poema"("Rapsodiya") və digər əsərləri Azərbaycan musiqisinin incilərindəndir. 1972-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri kimi çalışmışdır. Süleyman Ələsgərov 21 yanvar 2000-ci ildə dünyasını dəyişib.