Heydərli Böyükkişi Səfiyar oğlu (1950–2015) — yazıçı, jurnalist.
Böyükkişi Heydərli | |
---|---|
Böyükkişi Səfiyar oğlu Heydərli | |
Təxəllüsü | Yazıçı Qor |
Doğum tarixi | |
Doğum yeri | Horovlu, Cəbrayıl rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | ADPİ |
Fəaliyyəti | yazıçı, jurnalist |
Əsərlərinin dili | azərbaycanca |
yazichiqor.azersayt.com |
Böyükkişi Heydərli 1950-ci ilin aprel ayında Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb.
Bədii yaradıcılığa erkən başlasa da, 30 yaşında şeirləri "Ulduz" və "Azərbaycan" jurnallarında dərc olunub. 1985-1990-cı illərdə şerləri ara-sıra mətbuat səhifələrində yer alıb. 1991-1992-ci illərdə "Səs" qəzetində şöbə müdiri olub, 1992-ci ilin mayından "Yeni Müsavat" qəzetində redaktor işləyib. 1993-cü ildə "Dünya" jurnalının redaktoru olub.
Əsərlərini Yazıçı Qor təxəllüsü ilə yazıb. "Sakit küçədə qətl", "Yaşıl cənnət çiçəyi", "Yetişmiş tut ağacı" və sair əsərlərin müəllifidir. 2001-ci ildə "Səmasız buludlar" adlı şeirlər kitabı işıq üzü görüb.
Böyükkişi Heydərli 28 aprel 2015-ci ildə vəfat edib.[1]