Elçin (yazıçı)

Elçin (tam adı: Elçin İlyas oğlu Əfəndiyev; 13 may 1943, Bakı) — Azərbaycan yazıçısı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının xalq yazıçısı (1998), "İstiqlal" ordenli (2003), Azərbaycan Respublikası Baş Nazirinin keçmiş müavini (1993–2018).

Elçin
Elçin İlyas oğlu Əfəndiyev
Şəxsi məlumatlar
Doğum tarixi 13 may 1943(1943-05-13) (80 yaş)
Doğum yeri
Partiya
Təhsili
Atası İlyas Əfəndiyev
Elmi fəaliyyəti
Elm sahəsi Belletristika[1], poeziya[1], ədəbiyyatşünaslıq[1], publisistika[1], siyasət[1]
Elmi dərəcəsi

Təltifləri "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1984"Azərbaycan Respublikasının xalq yazıçısı" fəxri adı — 1998Ümumittifaq Lenin komsomolu mükafatı — 1982
"İstiqlal" ordeni — 2003 "Şərəf" ordeni — 2013 "Şöhrət" ordeni — 2018"Şərəf nişanı" ordeni — 1986
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Elçin Əfəndiyev 13 may 1943-cü ildə Bakı şəhərində XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri, Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində dünyaya gəlib. Uşaqlıq çağlarından etibarən ədəbi mühitin içində, kitabların əhatəsində olub. Bir tərəfdən milli ədəbiyyat, folklor, o biri tərəfdən isə dünya ədəbiyyatı Elçinin daimi mütaliəsinin əsasına çevrilib. O, nə zaman yazmağa başlayıb? Bu suala Elçin özü belə cavab verir: "Özümü xatırladığım zamandan. Hələ yazıb-oxumağı bacarmırdım, amma özümdən cürbəcür əhvalatlar uydurub danışırdım…" İlk hekayəsi 16 yaşı olarkən, 1959-cu ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub. Bakı şəhərində orta məktəbi (1960), Bakı Dövlət Universitetinin filologiya fakültəsini (1965), Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını (1968) bitirib, "Azərbaycan bədii nəsri ədəbi tənqiddə" mövzusunda namizədlik, "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. "Min gecədən biri" adlı ilk hekayələr kitabı 1965-ci ildə çapdan çıxıb. Bundan sonra Elçinin dünyanın müxtəlif dillərində 100-ə yaxın kitabı nəşr olunub, əsərləri ingilis, rus, fransız, alman, ispan, türk, macar, bolqar, ərəb, fars, çin, çex, slovak, polyak, xorvat, gürcü, litva, moldovan, türkmən, özbək, qazax, tacik, serb və sairə dillərə tərcümə edilib. Kitablarının ümumi tirajı 5 milyondan çoxdur;

Elçin ABŞ-də, Rusiyada, Fransada, Türkiyədə, Almaniyada, Hollandiyada, Çində, Belçikada, İspaniyada, Yunanıstanda, Lüksemburqda, İsveçdə, İsveçrədə, Danimarkada, Ukraynada, Polşada, Özbəkistanda, Çexoslovakiyada, Yuqoslaviyada, Bolqarıstanda, İraqda, Avstriyada, Qazaxıstanda, İranda, Qanada, Səudiyyə Ərəbistanında, Rumıniyada, Macarıstanda, Gürcüstanda, Tunisdə, Pakistanda və digər ölkələrdə müxtəlif elmi, ədəbi, ictimai, siyasi konfranslarda, simpoziumlarda, qurultaylarda, görüşlərdə, rəsmi dövlət danışıqlarında iştirak edib.

Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

Hazırda Azərbaycan Respublikası Baş Nazirinin müavini, eləcə də Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti — "Vətən" Cəmiyyətinin sədri vəzifələrində çalışır. Bakı Dövlət Universitetinin professorudur. Bir sıra Dövlət Komissiyalarının sədri, nüfuzlu Azərbaycan və beynəlxalq ədəbi, ictimai qurumların üzvüdür. Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın üzvüdür.

2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.[2]

Elçinin "Cəhənnəm sakinləri" pyesinin motivləri əsasında Londondakı St. James teatrında "Gecə yarısı" (ing. Midnight) musiqili tamaşası hazırlanmışdır.[3]

Mükafatları[redaktə | mənbəni redaktə et]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Əllər və rənglər (film, 1974)
  2. Ömrün səhifələri (film, 1974)
  3. Alıcının sərgüzəşti (film, 1976)
  4. Arxadan vurulan zərbə (film, 1977)
  5. Dantenin yubileyi (film, 1978)
  6. Gözlə məni (film, 1980)
  7. Şəlalə (film, 1981)
  8. Gümüşü furqon (film, 1982)
  9. Bağ mövsümü (film, 1985)
  10. Humayın yuxusu (film, 1985)
  11. Sahilsiz gecə (film, 1989)
  12. Tikdim ki, izim qala. III film (film, 1998)
  13. Bahar oğlu (film, 2004)
  14. Milli bomba (film, 2004)
  15. Bizim qəribə taleyimiz (film, 2005)
  16. Mənə inanın! (film, 2007)
  17. Mətbuat fədaisi (film, 2007)
  18. Hökmdarın taleyi (film, 2008)
  19. Üç zirvənin fatehi (film, 2008)
  20. Silinməyən izlər... (film, 2011)
  21. Mahmud və Məryəm (film, 2013)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 Czech National Authority Database.
  2. ""Cəfər Cabbarlı" mükafatı təqdim olundu". 2015-11-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-26.
  3. Nizami Tağısoy. "Elçin yaradıcılığından yazmağın məsuliyyəti" (az.). Anl.az. 23.01.2016. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-13.
  4. "E.İ.Əfəndiyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-17.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]