ZAP

zap1

n çeviklik, canlılıq, coşğunluq

zap2

v (-pp-) 1. hücum etmək, dağıtmaq; 2. cəld / tez hərəkət etmək, cəld hərəkət etməyə səbəb olmaq; She zapped the ball (back) over the net O cəld hərəkətlə topu torun üzərindən atdı / vurdu; 3. bir kəsi huşsuz hala salmaq / öldürmək; 4. televizoru / kompyuteri söndürmək

ZANY
ZEAL
OBASTAN VİKİ
Zap
Zap - silmək, yox etmək (ru. уничтожать, затирать) – faylın uzaqlaşdırılması, məsələn, onun bütün informasiyasının fiziki yox edilməsi; informasiya daşıyıcısının, adətən, statik elektrik yükü ilə zədələnməsi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
OWASP ZAP
OWASP ZAP (Zed Attack Proxy-nin qısaltması) — açıq mənbəli veb proqram təhlükəsizlik skaneri. O, həm tətbiq təhlükəsizliyinə yeni başlayanlar, həm də peşəkar nüfuz testçiləri tərəfindən istifadə olunmaq üçün nəzərdə tutulub. Proqram ən aktiv Open Web Application Security Project (OWASP) layihələrindən biri olub. Proksi server kimi istifadə edildikdə, istifadəçiyə HTTPS-dən istifadə edən trafik də daxil olmaqla, ondan keçən bütün trafiki manipulyasiya etməyə imkan verir. O, həmçinin REST API vasitəsilə idarə olunan demon rejimində də işləyə bilər. ZAP 30 may 2015-ci ildə Sınaq halqasında ThoughtWorks Texnologiya Radarına əlavə edildi. ZAP əvvəlcə başqa bir pentesting proksisi olan Parosdan hazırlanmışdır. Layihə rəhbəri Simon Bennetts 2014-cü ildə ZAP-ın mənbə kodunun yalnız 20%-nin hələ də Parosdan olduğunu bildirdi. 1 avqust 2023-cü il tarixindən etibarən ZAP inkişaf komandası elan etdi ki, OWASP ZAP qurucu layihə kimi Proqram Təhlükəsizliyi Layihəsinə qoşulmaq üçün OWASP Fondundan ayrılır və bundan sonra sadəcə olaraq ZAP adlanır. == Xüsusiyyətləri == Proqramda olan xüsusiyyətlərdən bəzilərinə aşağıdakılar daxildir: İntersept edən proksi server Ənənəvi və AJAX Veb axtarışı Avtomatlaşdırılmış skaner Passiv skaner Məcburi baxış Fuzzer WebSocket dəstəyi Skriptləşdirmə dili Plug-n-Hack dəstək O, plagin əsaslı arxitekturaya yeni və ya yenilənmiş funksiyalar əlavə etməyə imkan verən onlayn bazara malikdir.
"Sovet Zapolyaryesinin müdafiəsinə görə" medalı
"Sovet Zapolyaryesinin müdafiəsinə görə" medalı — SSRİ Ali Sovetinin 5 dekabr 1944-cü il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı. Medalın rəsmləri A. Kuznetsov tərəfindən çəkilib. == Xarici keçidlər == Медаль "За оборону Советского Заполярья".
Ageratina zapalinama
Ageratina zapalinama (lat. Ageratina zapalinama) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Diva Zappa
Diva Zappa (ing. Diva Zappa; 30 iyul 1979, Los-Anceles, Kaliforniya) — ABŞ rəssamı, eləcə də film və televiziyalarda bir neçə rolları ilə tanınıb. Frenk Zappanın kiçik qızıdır. == Həyatı == Diva Zappa 30 iyul 1979-cu ildə Kaliforniya ştatının Los-Anceles şəhərində doğulub. Məşhur ABŞ bəstəkarı və musiqiçisi Frenk Zappanın kiçik qızıdır. Diva Zappa 1998-ci ildə ilk kino başladı. Diva Zappa 1999-cu ildə When the Ball Drops adlı komedi-sinqlını buraxdı. == Filmoqrafiya == 1997: Anarchy TV 2001: Play Dead 2006: Pledge This!
Emiliano Zapata
Emiliano Zapata (isp. Emiliano Zapata Salazar) - 1910-cu ildən etibarən, başlamış Meksika inqilabının lideri.
Fragaria zapateriana
Yaşıl çiyələk (lat. Fragaria viridis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. == Arealı == Avropadan Sibir və Türkiyəyə qədər yayılmışdır.
Frenki Zapata
Frenki Zapata (fr. Franky Zapata) (d. 27 sentyabr 1978, Marsel) — Fransız ixtiraçı. "Flyboard Air" reaktiv uçan platforma Frenki Zapata tərəfindən yaradılıb.
Jose Luis Rodriguez Zapatero
Jose Luis Rodríguez Zapatero (6 avqust 1960[…] və ya 4 avqust 1960, Valyadolid, Kastiliya və Leon) — İspan siyasətçi. 2005-ci il etibarilə İspan Sosialist İşçi Partiyasının (İspan "Partido Socialista Obrero Español") ümumi başçısı və İspaniyanın baş naziridir. Baş nazirlik dövrünün əhəmiyyətli hadisələri, İspaniyanın İraqdakı əsgərlərini geri çəkməsi və həmcinsi evliliyini qanuniləşdirməsidir. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Mədəniyyətlər ittifaqı layihəsinin qurucusu və sədrlərdən biridir..
Metallurq Zaporojye FK
Metalurğ (Zaporijya) — Ukraynanın futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 2 dəfə Avropa kuboklarında iştirak edib.
Mitrofan Dovnar-Zapolski
Mitrofan Dovnar-Zapolski (belar. Мітрафан Доўнар-Запольскі; 2 (14) iyun 1867 – 30 sentyabr 1934, Moskva) — Rusiya, SSRİ və Belarus tarixçisi, etnoqrafı, folklorşünası, iqtisadçısı və Belarus milli tarixşünaslığının banisi. Tarix elmləri doktoru (1905), professor (1902). Mitrofan Dovnar-Zapolski 1921-1924-cü illərdə Bakı Dövlət Universitetinin prorektoru olmuşdur. == Həyatı == Mitrofan Viktoroviç Dovnar-Zapolski yerli şlyaxtaçı Poboq nəslindən olan sənətkar ailəsində anadan olub. İlk və orta təhsilini Baranoviçi stanitsasındakı Xalq İncəsənət Məktəbində almışdır. Ardınca Plovdivdəki məktəbdə (Bolqarıstan), Reçitsadakı dövlət məktəbində, Mozırdakı gimnaziyada və ardınca qovulduğu Kiyevdəki 1-ci şəhər gimnaziyasında oxumuşdur. Qovulma səbəbi 1888-ci ilin yazında, Kiyev təhsil dairəsinin qəyyumunun gizli əmrində göstərildiyi kimi, "əlində olan cinayət məzmunlu kitabları oxumaqla ifadə olunan pis və zərərli davranışına görə" göstərilmişdi. Onun oxuduğu zərərli kitablar isə Taras Şevçenkonun "Mariya" poeması və Aleksandr Herzenə məktublar və Ukrayna milli azadlıq hərəkatının lideri Mixail Draqomanovun Cenevrədə (İsveçrə) nəşr olunan "Qromada" mühacir kolleksiyası idi. O, 1889-cu ildə Kiyev Universitetinin Tarix və Filologiya fakültəsinə daxil oldu və 1894-cü ildə oranı uğurla bitirdi.
Peter Vessel Zapffe
Peter Vessel Zapffe (18 dekabr 1899, Tromsø – 12 oktyabr 1990, Asker[d], Akersxus[d]) — Norveçli filosof, yazıçı və alpinist. Pessimizm cərəyanının önəmli simalarındandır, həmçinin antinalizmin müdafiəçisi kimi tanınır. Tanınmış qütb səyyahı Fritz Zapffenin oğludur. İnsan həyatı haqqında fikirlərini "Son Məsih" adlı essesində irəli sürmüşdür. Bu esse onun "Tragediya haqqında" adlı əsərinin qısa versiyasıdır. == Həyatı == O fəlsəfəyə başlamazdan əvvəl yumoristik yazı müəllifi kimi və təbiətsevər alpinist kimi tanınırdı. 1923-cü ildə Oslo Universitetindən hüquq diplomu əldə etmişdir. Daha sonra isə fəlsəfə doktoranturası təhsili almışdır. Zapffe iki dəfə evlənmiş və öz seçimi ilə övlad sahibi olmamışdır. 1990-cı ildə vəfat etmişdir.
Rodolfo Zapata
Rodolfo Zapata və ya Rolo Zapata (d. 1 may 1966, Buenos-Ayres, Argentina) — Argentina Futbol Assosiasiyasının məşqçisi və keçmiş oyunçusu. Hal-hazırda Keniyanın "AFC Leopards" klubunun baş məşqçisidir. == Həyatı == 1 may 1966-cı ildə Argentinanın Buenos-Ayres şəhərində anadan olmuşdur. == Karyerası == Rodolfo Zapata futbolçu karyerasına Argentinanın 2-ci divizionu olan Primera B Nasionalda başlamışdır. O, burada qapıçı kimi "Hurakan", "Sportivo İtaliano", "Rasinq de Olavarria", "Klub Atletiko San Miguel" və "Cipolletti de Rio Negro" komandalarının heyətində meydana çıxmışdır, lakin ardıcıl diz zədələri səbəbiylə Zapata vaxtından əvvəl futbolçu karyerasına son qoymağa məcbur olur. O, 1990-cı ilin yanvar ayında Buenos-Ayres Bella Vista ərazisində Rolo Zapata Futbol Akademiyasını qurmuşdur. Bu Akademiya gənclər və yeniyetmələr üçün xüsusi təlim kompleksidir. Hal-hazırda Argentina və ABŞ-dakı elit futbol proqramlarından biridir. 2000-ci ilin iyun ayında Zapata Kanadada Alberta Futbol Assosiasiyasında məşqçilik etmişdir.
Senecio zapahuirensis
Senecio zapahuirensis (lat. Senecio zapahuirensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Senecio zapalae
Senecio zapalae (lat. Senecio zapalae) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Yan Zapletal (oxatan)
Zapadnaya Dvina
Zapadnaya Dvina — Rusiya Federasiyasında yerləşən şəhər. Tver vilayətinə daxildir.
Zapadnıy adası
Zapadnıy adası — ada Şimal Torpağının cənubunda yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisində yerləşir. Ada Opasnıe adalarına daxildir. Zapadnıy adasından şərqdə Vostoçnıy adası yerləşir. Yaxınlığındakı adalar: Bolşevik — 45 km şərqdə, Oktyabr İnqilabı adası — 50 km şimalda, Krasnoflotskie adaları — 25 km şimal-şərqdə. Ada Kara dənizinin şelf zolağı ilə uzanan sualtı silsilənin səthə çıxdığı yerləşir. Ada üzərində naviqasiya işarəsi quraşdırılmışdır.
Zapania
Lippia (lat. Lippia) — minaçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Lippia:The Plant List saytında takson barədə məlumat.
Zaparojya Seçi
Zaparojya Seçi (ukr. Запорізька Січ, Zaporiz'ka Siç) — hal-hazırda Kaxovka ərazisində yerləşən bölgə 16–18-ci əsrlərdə əsgər düşərgəsi. Bölgə Dnepr hövzəsini əhatə edirdi. SSRİ vaxtında su anbarlarının inşa edilməsindən sonra bu bölgə su altında qalmışdır.
Zapiekanka
Zapiekanka, Polşanın ən məşhur fastfud qidasıdır. Zapiekanka; Uzun bir baget çörəyin üzərinə göbələk, soğan kimi istəyinizə uyğun tərəvə qoyulan və son olaraq holland pendiriylə birgə sobada bişən, ketçup və mayonezlə yeyilən pitsa kimi.
Zapolyarnıy
Zapolyarnıy — Rusiya Federasiyasında yerləşən şəhər. Murmansk vilayətinə daxildir.
Zapopan
Zapopan (isp. Zapopan [saˈpopan] dinlə) — Meksikada şəhər.
Zaporojya
Zaporojye (ukr. Запоріжжя; rus. Запорожье; Rusiya imperiyası dövründə 1921-ci ilə qədər: rus. Александровск) — Dnepr çayının sahilində yerləşən və Ukraynanın Zaporojye vilayətinin idarə mərkəzi olan şəhər. == Həmçinin bax == Ukrayna şəhərləri Zaporojye vilayəti == İstinadlar == == Xarici keçidlər == Официальный сайт властей г. Запорожье Arxivləşdirilib 2006-05-23 at the Wayback Machine Соціально-економічне становище м. Запоріжжя.
Zaporojya Seçi
Zaparojya Seçi (ukr. Запорізька Січ, Zaporiz'ka Siç) — hal-hazırda Kaxovka ərazisində yerləşən bölgə 16–18-ci əsrlərdə əsgər düşərgəsi. Bölgə Dnepr hövzəsini əhatə edirdi. SSRİ vaxtında su anbarlarının inşa edilməsindən sonra bu bölgə su altında qalmışdır.
Zaporojya vilayəti
Zaporojya vilayəti və ya Zaporojye vilayəti (ukr. Запорізька область) — Ukraynanın şərqi cənubda yerləşən vilayət.