Peter Vessel Zapffe (18 dekabr 1899[1][2], Tromsø – 12 oktyabr 1990[2], Asker[d], Akersxus[d]) — Norveçli filosof, yazıçı və alpinist. Pessimizm cərəyanının önəmli simalarındandır, həmçinin antinalizmin müdafiəçisi kimi tanınır. Tanınmış qütb səyyahı Fritz Zapffenin oğludur. İnsan həyatı haqqında fikirlərini "Son Məsih" adlı essesində irəli sürmüşdür. Bu esse onun "Tragediya haqqında" adlı əsərinin qısa versiyasıdır.
Peter Vessel Zapffe | |
---|---|
Peter Wessel Zapffe | |
Doğum tarixi | 18 dekabr 1899[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 12 oktyabr 1990[2] (90 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Vikianbarda əlaqəli mediafayllar |
O fəlsəfəyə başlamazdan əvvəl yumoristik yazı müəllifi kimi və təbiətsevər alpinist kimi tanınırdı. 1923-cü ildə Oslo Universitetindən hüquq diplomu əldə etmişdir. Daha sonra isə fəlsəfə doktoranturası təhsili almışdır. Zapffe iki dəfə evlənmiş və öz seçimi ilə övlad sahibi olmamışdır. 1990-cı ildə vəfat etmişdir.
Zapffenin nəzəriyyəsinə əsasən insanın inkişafı (şüur, özünütəhsil və s.) onu təbiətə uyğunsuz edir. İnsanın istəklərinə təbiət heç vaxt etməyəcək. İnsanlar bütün zamanları insanlıqdan çıxmağa israf edirlər. Buna görə də insan bir paradoksdur.[3] Son Məsih əsərində bu paradoksdan qaçmaq üçün 4 fərqli yolun istifadəsi göstərilir[4]: