Mitrofan Viktoroviç Dovnar-Zapolski yerli şlyaxtaçı Poboq nəslindən olan sənətkar ailəsində anadan olub. İlk və orta təhsilini Baranoviçi stanitsasındakı Xalq İncəsənət Məktəbində almışdır. Ardınca Plovdivdəki məktəbdə (Bolqarıstan), Reçitsadakı dövlət məktəbində, Mozırdakı gimnaziyada və ardınca qovulduğu Kiyevdəki 1-ci şəhər gimnaziyasında oxumuşdur. Qovulma səbəbi 1888-ci ilin yazında, Kiyev təhsil dairəsinin qəyyumunun gizli əmrində göstərildiyi kimi, "əlində olan cinayət məzmunlu kitabları oxumaqla ifadə olunan pis və zərərli davranışına görə" göstərilmişdi. Onun oxuduğu zərərli kitablar isə Taras Şevçenkonun "Mariya" poeması və Aleksandr Herzenə məktublar və Ukrayna milli azadlıq hərəkatının lideri Mixail Draqomanovun Cenevrədə (İsveçrə) nəşr olunan "Qromada" mühacir kolleksiyası idi.[3] O, 1889-cu ildə Kiyev Universitetinin Tarix və Filologiya fakültəsinə daxil oldu və 1894-cü ildə oranı uğurla bitirdi. Universitetdə o, məşhur ukrayna alimi V.B.Antonoviçin tələbəsi olmuşdu.
1896-1898-ci illərdə Ədliyyə Nazirliyinin Moskva Arxivində xidmət etmişdir. 1898-1901-ci illərdə Moskva Universitetində, 1901-1919-cu illərdə Kiyev Universitetində çalışmışdır. Kiyevdə elmi məktəb yaratmışdır. M.V.Dovnar-Zapolskinin tələbələri D.İ.Doroşenko, A.P.Oqloblin, N.D.Polonskaya-Vasilenko və başqaları olmuşdular. 1905-ci ildə Kiyevdə qadınlar üçün ali axşam kursları təşkil etdi. 1906-cı ildə ali ticarət kursları açdı, daha sonra bu məktəb Kiyev Ticarət İnstitutuna çevrildi[4] və Zapolski onun ilk rektoru oldu.[5] "Belarus sözü", "Belarus exosu", "Azad Belarus" qəzetləri ilə əməkdaşlıq edərək, Belarus Universitetinin təşkili üzrə BNR komissiyasının üzvü idi.
Sovet hökuməti qurulduqdan sonra Dovnar-Zapolski əvvəlcə Xarkovda, daha sonra Bakı universitetlərində dərs demişdir. O, 1921-1924-cü illərdə Bakı Dövlət Universitetinin prorektoru olmuşdur. 1 oktyabr 1925-ci ildən 1 sentyabr 1926-cı ilə qədər Belarus Dövlət Universitetində Belarusiya tarixi kafedrasının müdiri vəzifəsində çalışmışdır. 1926-cı ilin yanvarında Belarus Arxeologiyası Tədqiqatçılarının Birinci Konqresinin sədri seçilmişdir. 1926-cı ilin payızından Dovnar-Zapolski Moskvada çalışmağa başlayır.
Mitrofan Dovnar-Zapolski 1934-cü ildə Moskvada vəfat etmişdir. Yeni Donskoy qəbiristanlığında, Donskoy krematoriyasının (kolumbarium) keçmiş əsas binasının mərkəzi zalında dəfn edilmışdır.[6]
Dovnar-Zapolski gizli və müxtəlif formalarda repressiyalara məruz qalırdı. Blə ki, çalışdığı vəzifələrdə ayrı seçkiliyə məruz qalır, əmrləri sabotaj edilirdi. 1925-ci ildə isə onun tərəfindən yazılan "Belarus tarixi" əsəri ideoloji cəhətdən zərərli kimi qəbul edilmişdir.
Böyük oğlu - Vsevolod Mitrofanoviç Dovnar -Zapolski (1898-1919) - bolşevik fəalı, Kiyevdə Sovet hakimiyyətinin qurulmasında iştirak etmiş, Şulyavkada Qırmızı Qvardiya dəstələrinin təşkilatçısı olmuşdur.
Belarus dövlətçiliyinin mənşəyi və formalaşması, Belarus xalqının milli və mədəni kimliyi, Belarus etnoqrafiyası araşdırmaları ilə məşğul idi.[7] "Belarusun keçmişi" (1888) adlı silsilə məqalələrində o, belarusların müstəqil xalq olduğunu və Avropa xalqlarının ailəsində bərabər yer tutmalı olduğu fikrini sübut edirdi. Özünün "Belarus Dövlətçiliyinin əsasları" (1919) elmi-publisistik əsərində əvvəl Polotsk və Turov knyazlıqlarının sonra isə Böyük Litva knyazlığının timsalında qədim Belarus dövlətçiliyi (belarus millətinin meydana gəlməsi haqda Kriviçi-Dreqoviçi-Radimiç nəzəriyyəsi) adlanan nəzəriyyə irəli sürdü.
Belarus, Litva, Rusiya, Ukrayna, Polşanınetnoqrafiyası, sosial-iqtisadi və siyasi tarixi ilə bağlı 200-dən çox elmi əsər müəllifidir. 1906-cı ildə XVI-XVII əsrlərə aid tarixi və ədəbi abidə olan Barkulab Salnaməsini nəşr etdirmişdir. Rusiyanın iqtisadi tarixinin ilk kursunun müəllifi ("Rus milli iqtisadiyyatının tarixi") olmuşdur.[8] "İqtisadi materializmin" fəal tərəfdarı idi, iqtisadi proseslərin tarixin hərəkətverici qüvvəsi olduğuna inanırdı, əmtəə mübadiləsinin roluna üstünlük verirdi.[9]
Торговля и промышленность Москвы в XVI—XVII вв. — 1910.
Крепостники в первой четверти XIX в.// ru:Великая реформа. Русское общество и крестьянский вопрос в прошлом и настоящем. М., Издательство товарищества И. Д. Сытина, 1911 г.
Бандарчык В. К. (Bandarchyk 1964) Гісторыя беларускай этнаграфіі XIX ст. – Мн.: Навука і тэхніка, 1964. – 282 с. pp. 201–215.
Караў Дз. У. (Karaw 1994) Прадмова // Доўнар-Запольскі М. В. Гісторыя Беларусі / Беларус. Энцыкл., Нац. арх. Рэсп. Беларусь.; Пер. з рус. Т. М. Бутэвіч, Т. М. Кароткая, Е. П. Фешчанка. – Мн.: БелЭн, 1994. – 510 с.: 1л. ISBN5-85700-151-X. pp. 5–15.
Лебедева В.М., Скалабан В.В., Шумейко М.Ф. М. В. Довнар-Запольский и его наследие // Довнар-Запольский М. В. История Белорусии / М. В. Довнар-Запольский. – 2-е изд. – Мн.: Беларусь, 2005. – 680 с. ISBN985-01-0550-X. pp. 3–14.