Ziyafəddin Əliyev
Ziyafəddin Yunis oğlu Əliyev (03 dekabr 1964, Qasım İsmayılov – 14 iyun 1992, Goranboy rayonu, Ağcakənd) — Qarabağ müharibəsi şəhidi.
== Həyatı ==
Ziyafəddin Əliyev 03 dekabr 1964-cü ildə Goranboy şəhərində anadan olmuşdur. 1981-ci ildə Goranboy şəhərində orta məktəbi bitirmişdir. 1982–1984 cü illərdə sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra Goranboy şəhərində əmək fəaliyyətinə başlamışdır. 1991-ci ildə erməni hərbi birləşmələrinin Vətənimizə qarşı apardığı müharibəyə səssiz qala bilməyərək, könüllü olaraq Milli Ordu sıralarına qoşulmuşdur. Goranboy rayonunda təşkil olunmuş Goranboy özünümüdafiə batalyonunun ən cəsur əsgərlərindən biri olmuşdur.
== Döyüşlərdə iştirakı ==
Goranboy özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Zeyvə, Todan kəndlərinin müdafiəsində iştirak etmişdir. 1992-ci ilin iyun ayının 13-də əks hücum əməliyyatında Ağcakəndin düşməndən azad edilməsi üçün çox böyük fədakarlıq göstərir. Batalyonun ən cəsur, qorxmaz əsgərlərindən biri kimi daim ön sıralarda döyüşür.