Ziyafəddin Əliyev

Ziyafəddin Yunis oğlu Əliyev (03 dekabr 1964, Qasım İsmayılov – 14 iyun 1992, Goranboy rayonu, Ağcakənd) — Qarabağ müharibəsi şəhidi.

Ziyafəddin Yunis oğlu Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qasım İsmayılov rayonu, Azərbaycan SSR
Vəfat tarixi (27 yaşında)
Vəfat səbəbi şəhid
Dəfn yeri Goranboy şəhəri
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan
Qoşun növü Milli Ordu
Hərbi hissə Goranboy batalyonu
Xidmət illəri 1991-1992
Rütbəsi sıravi
Döyüşlər Zeyvə, Şəfəq, Qaraçinar, Ağcakənd
Təltifləri Goranboy şəhərində yaşadığı küçəyə Ziyafəddin Əliyevin adı verilib.

Ziyafəddin Əliyev 03 dekabr 1964-cü ildə Goranboy şəhərində anadan olmuşdur. 1981-ci ildə Goranboy şəhərində orta məktəbi bitirmişdir. 1982–1984 cü illərdə sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra Goranboy şəhərində əmək fəaliyyətinə başlamışdır. 1991-ci ildə erməni hərbi birləşmələrinin Vətənimizə qarşı apardığı müharibəyə səssiz qala bilməyərək, könüllü olaraq Milli Ordu sıralarına qoşulmuşdur. Goranboy rayonunda təşkil olunmuş Goranboy özünümüdafiə batalyonunun ən cəsur əsgərlərindən biri olmuşdur.

Döyüşlərdə iştirakı

[redaktə | mənbəni redaktə et]

Goranboy özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Zeyvə, Todan kəndlərinin müdafiəsində iştirak etmişdir. 1992-ci ilin iyun ayının 13-də əks hücum əməliyyatında Ağcakəndin düşməndən azad edilməsi üçün çox böyük fədakarlıq göstərir. Batalyonun ən cəsur, qorxmaz əsgərlərindən biri kimi daim ön sıralarda döyüşür. Qaraçinar, Qaxtut, Meşəli kəndlərinin, Ağcakənd qəsəbəsinin azad edilməsində xüsusilə fərqlənir. Düşmənin çoxlu sayda texnikası, silah-sursat qənimət kimi ələ keçirilir. 14 iyun 1992-ci il Ziyafəddin Əliyevin son döyüşü olur. Yuxarı Ağcakəndin azad olunması uğrundə gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.

Ailəli idi. 1 qızı, 1 oğlu yadigar qalıb. Böyük qardaşı milis kapitanı Əliyev Nəsrəddin Yunis oğlu da 1991-ci ilin sentyabr ayında Buzluq kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

Goranboy şəhərində doğulub boya başa çatdığı küçəyə Ziyafəddin Əliyevin adı verilib.