Ziyafəddin Əsədov

Ziyafəddin Əsədov (tam adı: Əsədov Ziyafəddin Həmid oğlu) — Azərbaycan alimi, professor, AMEA-nın müxbir üzvü (2014), AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Səthi-aktiv reagentlər və preparatlar" laboratoriyasının müdiri,[1] Xəzər Universitəsi kimya kafedrasının müdiri.

Ziyafəddin Əsədov
Ziyafəddin Həmid oğlu Əsədov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (69 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elmi dərəcəsi müxbir üzv
Elmi adı professor
İş yeri Bakı Ali Neft Məktəbi
Üzvlüyü

Ümumi məlumatlar

[redaktə | mənbəni redaktə et]

Ziyafəddin Əsədov 1950-ci il iyunun 19-da Bakı şəhərində anadan olmuşdur. 1967-ci ildə orta məktəbi gümüş medalla, 1972-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) kimya-texnologiya fakültəsini bitirmişdir.

Z. Əsədov əmək fəaliyyətini 1972-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunda işləyir. 1979-cu ildə kimya elmləri namizədi, 1992-ci ildə isə kimya elmləri doktoru alimlik dərəcəsi almışdır. Yüksəkmolekullu birləşmələr kimyası üzrə professor elmi adını 2003-cü ildə almışdır.

2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 2002-ci ildə yeni yaradılmış "Səthi-aktiv reagentlər və preparatlar" laboratoriyasının müdiri vəzifəsində işləyir.[2][3]

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Ziyafəddin Əsədovun elmi araşdırmaları neft sənayesində tətbiq üçün oliqomer və polimer təbiətli yeni effektiv səthi-aktiv maddələrin sintezi və tədqiqinə həsr olunmuşdur. Onun elmi rəhbərliyi ilə 2 elmlər doktoru və 11 elmlər namizədı və 5 magistr yetişdirilmişdir. O 333 elmi əsərin, o cümlədən 7 kitabın (ikisi ingilis dilində) müəllifidir. Xarici olkələrdə bir çox əsərləri dərc edilmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Z. Əsədov polimerlər və oliqomerlər kimyası sahəsində yüksək ixtisaslı mütəxəssis və öz tədqiqatları ilə elm dairələrində tanınan bir alimdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini neft sənayesində tətbiq üçün karbon turşuları, ali alkanollar, aminlər, epoksidlər və aminospirtlər əsasında müxtəlif çeşidli səthi-aktiv maddələrin alınmasının kompleks sxeminin işlənib hazırlanması təşkil edir. Onun bir neçə ixtirası ilə bağlı olan reagentlər dəfələrlə Azərbaycanın neft mədənlərində

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Z. Əsədov elmi işlərini pedaqoji fəaliyyətlə əlaqələndirir. 1993-cü ildən ingilisdilli Xəzər Universitetində müqavilə üzrə professor kimi müxtəlif kimya fənlərindən mühazirələr oxuyur. 2006–2010-cu illərdə BDU-nun "Yüksəkmolekullu birləşmələr kimyası" kafedrasında ingilis dilində professor kimi dərs demişdir. 2013-cü ildən Bakı Ali Neft Məktəbində professor vəzifəsində çalışır və ingilis dilində "Emal sənayesi" fənnindən mühazirələr oxuyur.

Təltif və mükafatlar

[redaktə | mənbəni redaktə et]
  • 2002-ci ildə Amerika Bioqrafiya İnstitutunun "Şöhrət" qızıl medalı,
  • 2004-cü ildə Kembric (İngiltərə) Beynəlxalq Bioqrafiya Mərkəzinin gümüş medalı ilə təltif edilmişdir,
  • Z. H. Əsədov 2009-cu ildə "Tərəqqi" medalı,
  • 2010-cu ildə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı,
  • 2014-cü ildə AMEA-nın Nizami Gəncəvi medalı ilə təltif edilmişdir.

Elmi – təşkilati fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1998–2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının kimya elmləri üzrə ekspert şurasının üzvü, elmi katib və Şura sədri kimi fəaliyyət göstərir,
  • AMEA NKPİ-nin Elmi Şurasının (2002-ci ildən),
  • "Neft Kimyası və Neft Emalı Prosesləri" jurnalının redaksiya heyətinin üzvüdür (2003-cü ildən),
  • 2000–2001 və 2003–2005-ci illərdə elmi katib,
  • 2001–2002-ci illərdə sədri olmuşdur.
  • 2009-cu ildən həmin Ekspert şurasının elmi katibidir.
  • 2012-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun ekspertidir.

Seçilmiş elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  1. Закономерности и механизм реакции оксипропилирования полиакриловой кислоты, частично нейтрализованной гидроксидом натрия // Высокомолекулярные соединения (Москва). 1990. Б, № 10.С. 792–797.
  2. Синтез и дериватографическое исследование водорастворимых полимеров на основе акриловой кислоты, окиси пропилена и гидроксида натрия // Журнал прикладной химии (Ленинград). 1992. № 6.С.1425–1429.
  3. Synthesis and study of new water-soluble (co)polymers of polyelectrolyte nature based on amines, acrylic acid and epoxy compounds // J. Engin. Faculty of Osmangazi University, Eskishehir, Turkey. 1996. Vol. IX, № 2, p. 41–51.
  4. Синтез и применение реакционноспособных олигомеров и полимеров. Баку: ИНХП АН Азербайджана. 1998. 274 с.
  5. Синтез и свойства некоторых неионогенных ПАВ на основе производных алифатических спиртов // Нефтехимия (Москва). 2000. Т.40, № 2.С.135–139.
  6. Неионогенные поверхностно-активные вещества. Характеристики, получение, свойства и применение Баку: Элм, 2000. 333с.
  7. Chemical Reagents and Drilling. Baku: Elm, 2000. 282pp.
  8. Аминные комплексы высших монокарбоновых кислот и природных кислотных фракций // Химический Журнал Грузии. 2003, том 3, № 1, с.17–23.
  9. Исследование нефтесобирающих и нефтедиспергирующих свойств высших монокарбоновых кислот и кислотных фракций из масел и жиров // Нефтяное хозяйство (Москва), 2004, № 4, с.116–119.
  10. Oxypropylation of Polyacrylic Acid // Iranian Polymer Journal, 2004, l3(4), p. 281–286.
  11. Новые нефтесобирающие и нефтедиспергирующие реагенты для очистки водной поверхности от тонких нефтяных пленок // Нефтепереработка и Нефтехимия (Москва). 2007, № 10. С.37–43.
  12. Закономерности реакции хлороксипропилирования стеариновой кислоты хлорэпоксипропаном, нефтесобирающие и диспергирующие свойства конечных хлороксипропилатов и их модификатов // Нефтепереработка и Нефтехимия (Москва). 2008. № 6. С.50–56.
  13. Макромономеры. Баку:Элм. 2009.388 c.
  14. Colloidal-chemical parameters and petroleum-collecting properties of chloropropoxylate surfactants based on epichlorohydrin and carboxylic acids fractions // J. Materials Research Innovations (USA). 2010, v.14. N 4, p. 327–331.
  15. Surface activity, thermodynamics of micellization and adsorption properties of quaternary salts based on ethanolamines and decyl bromide // J. Surfactants and Detergents (USA). 2010, v.13, N 4, p. 459–464.
  16. Asadov Z. H., Ahmadova G. A., Rahimov R. A. Colloidal-chemical parameters and petroleum-collecting properties of chloropropoxylate surfactants based on epichlorohydrin and carboxylic acids fractions of animal origin. Materials Research Innovations. 2010. Vol. 14, No 4, pp. 327–331
  17. Asadov Z. H., Rahimov R. A., Nasibova Sh. M., Ahmadova G. A. Surface activity, thermodynamics of micellization and adsorption properties of quaternary salts based on ethanolamines and decyl bromide. J. Surfact. Deterg. 2010. 13:459–464
  18. Asadov Z. G., Ragimov R. A., Akhmedova G. A. Synthesis, physicochemical characteristics and properties of oligomeric surfactants based on pentaerythritol and propylene oxide. Russian Journal of Applied Chemistry. 2011. Vol. 84, No.7, pp. 1188−1194
  19. Asadov Z. H., Rahimov R. A., Poladova T. A., Nasibova Sh. M., Guliyev A. D., Asadova A. Z. Triethylenetetramine-based novel cationic surfactants and their complexes with anionic polyelectrolytes. Journal of Molecular Liquids. 2012. 166:44–48
  20. Asadov Z. H., Nasibova S. M., Poladova T. A., Rahimov R. A., Asadova A. Z. Petroleum collecting and petroleum dispersing reagents based on alkyl amine and alkyl iodides. Materials Research Innovations. 2012. 16: 175–178.
  21. Asadov Z. H., Ahmadova G. A., Rahimov R. A., Mammadova Kh. A. Colloidal-chemical parameters of petroleum-collecting and dispersing surfactants based on vegetable oil acid fractions and 2-(chloromethyl) oxirane. Journal of the Korean Chemical Society. 2011. Vol. 55, No. 6, pp. 1012–1017.
  22. Asadov Z. H., Rahimov R. A., Salamova N. V. Synthesis of animal fats ethylolamides, ethylolamide phosphates and their petroleum-collecting and dispersing properties. Journal of the American Oil Chemists' Society. 2012. 89:505–511
  23. Asadov Z. H., Tantawy A. H., Zarbaliyeva İ. A., Rahimov R. A., Ahmadova G. A. Surfactants based on palmitic acid and nitrogenous bases for removing thin oil slicks from water surface. Chemistry Journal. 2012. Vol. 02. Issue 04, pp. 136–145
  24. Asadov Z. H. Ahmadova G. A., Rahimov R. A., Mammadova Kh. A. Synthesis, surface active and thermodynamic parameters of novel quaternary ammonium salts. Journal of Surfactants and Detergents. 2012. 15: 721–727Asadov Z. H., Tantawy A. H., Zarbaliyeva İ. A., Rahimov R. A. Petroleum-collecting and dispersing complexes based on oleic acid and nitrogenous compounds as surface-active agents for cleaning thin petroleum films from water surface. Journal of Oleo Science. 2012, 61, (11), pp. 621–630
  25. Rahimov R. A., Asadov Z. H. Coconut oil fatty acid ammonium-type salts. Journal of Molecular Liquids. 2013. Vol. 182, pp. 70–75
  26. Asadov Z. H., Tantawy A. H., Azizov A. H., Zarbaliyeva I. A., Rahimov R. A. Synthesis Of New Complexes-Surfactants Based on Fatty Acids and Study of The Effect of Length of Fatty Acid Chain on The Petroleum-Collecting and Surface-Active Properties. Caspian Journal of Applied Sciences Research. (Malaziya). 2013. Vol. 2, No.3, pp. 13–23
  27. Asadov Z. H., Tantawy A. H., Zarbaliyeva I. A., Rahimov R. A. Synthesis of new surface-active ammonium-type complexes based on palmitic acid for removing thin petroleum films from water surface. Egyptian Journal of Petroleum. 2013, 22, 261–267
  28. Asadov Z. H., Rahimov R. A. Ammonium salts of palm oil fatty acids. Journal of Oil Palm Research. 2013. Vol. 25 (3), pp. 336–342
  29. Asadov Z. H., Zarbaliyeva I. A., Rahimov R. A., Salamova N. V., Eyyubova S. K., Ahmadova G. A., Asadova A. Z. Petroleum-collecting and dispersing chemicals for cleaning sea surface from thin petroleum slicks. Bull. Chem. Soc. Ethiop. 2014. 28(2), pp. 205–214.
  30. Tantawy A. H., Asadov Z. H., Azizov A. H., Rahimov R. A., Zarbaliyeva I. A. Synthesis of New, Ecologically Safe and Efficient Oil Slick-Collecting and Dispersing Agents Based on Oleic Acid and Its Propoxylation Products. Arabian Journal for Science and Engineering. 2014. 39:5437–5444
  1. Азизов А.Г., Абдуллаев Я.Г., Асадов З.Г., Везиров Ш.С., Гаджиев Т.А., Насиров Ф.А. Синтез и применение реакционноспособных олигомеров и полимеров. Институт нефтехимических процессов АН Азербайджана. Баку, 1998, 275 с.
  2. Асадов З.Г. в коллективном соавторстве под ред. Рустамова М.И. Флагман нефтехимической науки. Баку:Элм, 1999. 492 с.
  3. Humbatov H. H., Dashdiyev R. A., Asadov Z. H., Hasanov A. I. Chemical Reagents and Drilling. Baku: Elm, 2000. 282 pp.
  4. Гумбатов Г.Г., Дашдиев Р.А., Асадов З.Г., Аскеров Ф.С., Абрамзон А.А., Гасанов А.И. Неионогенные поверхностно-активные вещества. Характеристики, получение, свойства и применение. Баку: Элм, 2000. 333 с.
  5. Humbatov H. H., Dashdiyev R. A., Asadov Z. H., Askerov F. S., Hasanov A. I. Chemical reagents and petroleum production. Baku: Elm, 2001. 448 рр.
  6. Азизов А.Г., Асадов З.Г., Ахмедова Г.А. Макромономеры. Баку.:Элм, 2009. 388 c.
  7. Азизов А.Г., Асадов З.Г., Ахмедова Г.А.Ионные жидкости и их применение. Баку: Элм, 2010. 580 c.
  1. "Arxivlənmiş surət". 2012-01-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-25.
  2. http://www.nkpi.az/?page=directorate&id=35
  3. "Arxivlənmiş surət". 2019-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-21.