Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
"Nizami" kinoteatrı
"Nizami" kinoteatrı və ya Nizami Kino Mərkəzi — Bakı şəhərində fəaliyyət göstərən mədəniyyət obyekti. == Tarixi == 1934-cü ildə istifadəyə verilib. == Yeni fəaliyyət dövrü == Kinoteatrın binası "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" Azərbaycan Prezidentinin Sərəncamına əsasən yenidən qurulmuşdur. Əsaslı təmirdən sonra 24 noyabr 2011-ci il tarixdə yenidən fəaliyyətə başlamışdır. Açılış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən edilmişdir. Yenidənqurmadan sonra kinoteatrın birinci mərtəbəsində 50 və 80 yerlik iki, ikinci mərtəbədə 500 nəfərlik böyük, beşinci mərtəbədə isə 24 nəfərlik VİP kinozalları yaradılmışdır. Binada Almaniyada, Yaponiyada və Böyük Britaniyada istehsal olunmuş ən müasir kinoqurğular, səs, işıq, havalandırma, yanğından mühafizə sistemləri quraşdırılmışdır. Binanın birinci mərtəbədə ticarət köşkləri, ikinci mərtəbədə kafe, dördüncü mərtəbədə kafe-klub, mətbuat mərkəzi, beşinci və altıncı mərtəbələrdə isə müştərilərə milli və Avropa mətbəxinin nümunələrini təqdim edən 250 yerlik restoran, həmçinin inzibati otaqlar yaradılmışdır. Bu restoranın tavanı mövsümə uyğun olaraq mexaniki üsulla açılıb örtüləcəkdir. Direktoru Leyli Mirzəyevadır.
Nizami Aydın
== Siyahı ==
Nizami Aydəmirov
Nizami Elçin oğlu Aydəmirov (11 mart 1993; Bağbanlı, Quba, Azərbaycan — 5 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE hərbi qulluqçu'su, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nizami Aydəmirov 11 mart 1993-cü ildə Quba rayonunun Bağbanlı kəndində anadan olub. Uşaq yaşlarından hər iki valideynini itirmişdir. Subay idi. 2 bacısı, 1 qardaşı var idi. == Hərbi xidmətləri == 2011-ci ildə hərbi xidmətə çağırılıb və N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin təlim tədris mərkəzin MAHHXQ kursuna qəbul olunub. Kursu bitirdikdən kəşfiyyatçı və baş kəşfıyyatçı vəzifəsində xidmət edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Nizami Aydəmirov Fizuli döyüşlərində savaşıb. 5 oktyabr 2020-ci il tarixində Fizuli istiqamətində şəhid olub.
Nizami Ağayev
Ağayev Nizami Adil oğlu (12 iyun 1936, Kirovabad – 21 yanvar 2022, Bakı) — torpaqşünas-aqrokimyaçı alim, kənd təsərrüfatı elmləri doktoru, professor. == Həyatı == 12 iyun 1936-cı ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Üzümçülük və meyvəçilik fakültəsini bitirmişdir. 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra Bakıda Torpaq Eroziyası stansiyasında qısa müddət işlədikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda laborant, kiçik elmi işçi, aspirant, böyük elmi işçi və laboratoriya müdiri vəzifələrində işləmişdir. == Mükafatları == Bir neçə müsabiqələrin qalibi kimi pul və fəxri fərmanlarla mükafatlandırılmışdır. == Elmi fəaliyyəti == 1965-ci ildə Bakıda namizədlik dissertasiyasını müdafiəyə etmişdir. 1974-cü ildə Aqrokimya ixtisası üzrə baş elmi işçi diplomunu almışdır. 1977–1979-cu illərdə keçmiş SSRİ-nin Torpaq-Ekologiya Ekspedisiyasında Liviya Ərəb Cəmahiriyyəsində böyük mühəndis vəzifəsində çalışmışdır. 1991-ci ildə Moskvada doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1992-ci ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının müxbir üzvü seçilmişdir, daha sonra isə fəxri professor adına layıq görülmüşdür. 1992–1995-ci illərdə Azərbaycan Kənd Təsərrüfat Nazirliyinin "Şəfa" Elmi İstehsalat Birliyinin baş direktoru işləmişdir.
Nizami Bəhmənov
Nizami Bəhmənov (4 aprel 1948, Şuşa, Dağlıq Qarabağ – 13 sentyabr 2008, Bakı) — Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin keçmiş rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin keçmiş başçısı. == Həyatı == Nizami Bəhmənov 4 aprel 1948-ci ildə anadan olub. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 92 saylı Şuşa Tikinti İdarəsində fəhlə kimi başlamışdır. 1970-ci ildən fəhlə, usta, iş icraçısı, baş mühəndis, 1979-cu ildən Şuşa Təmir-Tikinti İdarəsinin rəisi, 1981-ci ildən 92 saylı Şuşa Tikinti İdarəsinin rəisi, 1989-cu ildən Dağlıq Qarabağ Layihə Sənaye-Tikinti Birliyinin müdiri, 1992-ci ildən isə Şuşa rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. O, həmçinin Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri olub. Nizami Bəhmənov 2008-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub. Nizami Bəhmənov 13 sentyabr 2008-ci ildə vəfat edib. == Mənbə == "Azərbaycanda Kim Kimdir" ensiklopedik məlumat kitabı.
Nizami Cəfərov
Nizami Qulu oğlu Cəfərov (21 sentyabr 1959, Zəlimxan, Ağstafa rayonu) — Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru (1991), professor (1993), əməkdar elm xadimi (2000), AMEA-nın həqiqi üzvü (2017), Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Alpaqut Federasiyasının Prezidenti (2015–2022) 2019-cu ildən BDU-nun Ümumi dilçilik kafedrasının müdiridir. 2022-ci ildən "ADA" Universitetində "Azərbaycançılıq" kursunu tədris edir. == Həyatı == Nizami Cəfərov 1959-cu 21 sentyabrda Ağstafa rayonunun Zəlimxan kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1985-ci ildən Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olmuşdur. 1987-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru, Filologiya fakültəsinin dekanı(1994–2001) vəzifələrində çalışmışdır. Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiri (2001–2015)olub. 2019-cu ildən yenidən Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiridir. 2022-ci ildən ADA Universitetində "Azərbaycançılıq" kursunu tədris edir. Nizami Cəfərov Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası "Azərbaycan dili və ədəbiyyatı" bölməsinin üzvü kimi orta ümumtəhsil məktəbləri üçün Azərbaycan dili proqramlarının, dərsliklərinin hazırlanmasında iştirak etmişdir.
Nizami
Nizami Gəncəvi (fars. نظامی گنجوی‎, tam adı: Əbu Məhəmməd İlyas ibn Yusif; təq. 1141[…], Gəncə – 1209[…], Gəncə) — Azərbaycan fars dilli poeziyasının klassiki, orta əsrlər Şərqinin ən böyük şairlərindən biri, fars dilli epik ədəbiyyatın ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkardır. Şifahi xalq ədəbiyyatı və yazılı tarixi salnamələrin ənənəvi mövzularından istifadə edən Nizami, islamdan əvvəlki və islam dövrü İranını birləşdirmişdir. Nizaminin qəhrəmanlıq-romantik poeziyası sonrakı əsrlər boyunca, fars dilinin istifadə olunduğu bütün ərazilərdə özünü ona oxşatmağa çalışan gənc sənətkarların yaradıcılığına təsir etmiş, nəinki Persiyada, həm də Azərbaycan, Əfqanıstan, Gürcüstan, Hindistan, İran, Pakistan, Tacikistan, Türkiyə və Özbəkistan kimi müasir ölkələrin mədəniyyətinin formalaşmasında rol oynamışdır. Nizaminin yaradıcılığı, Hafiz Şirazi, Mövlana Cəlaləddin Rumi və Sədi Şirazi kimi böyük sənətkarların yaradıcılığına təsir etmişdir. Onun, müxtəlif ictimai, mədəni və elmi mövzuları işıqlandıran beş məsnəvisi bütün Şərq ölkələrində böyük məşhurluğa malik olmuşdur ki, bunu da, şairin əsərlərinin çoxlu sayda və müxtəlif dövrlərə aid əlyazmalarının dövrümüzə çatması sübut edir. Nizaminin "Xosrov və Şirin", "Leyli və Məcun" və "İsgəndərnamə" kimi əsərlərinin qəhrəmanları, indi də, bütün islam ölkələrində, eləcə də dünyada tanınmaqdadır. Şairin 850 illik yubileyi şərəfinə 1991-ci il UNESCO tərəfindən "Nizami ili" elan edilmişdir. == Tarixi-mədəni mühit == 1135/1136-cı ildən 1225-ci ilə kimi Azərbaycan (əsasən indiki Cənubi Azərbaycan ərazisini əhatə edirdi) və Arran əyalətləri səlcuq sultanlarının İraqi-Əcəmdəki Böyük atabəyləri kimi Eldənizlər sülaləsi tərəfindən idarə olunmuşdur.
Nizami Gəncəvi

Nizami Hacıyev
Nizami Hacıyev (icra başçısı) — Gəncə şəhəri Nizami rayonunun icra başçısı. Nizami Hacıyev (futbolçu) — Azərbaycanlı futbolçu.
Nizami Hüseynov
Nizami Hüseynov (tam adı: Nizami Polad oğlu Hüseynov; 1 aprel 1957, Minkənd, Laçın rayonu, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1 aprel 1957-ci ildə Laçın rayonunun Minkənd kəndində anadan olmuşdur. 1975–1977-ci illərdə Rusiyada hərbi xidmətdə olmuş, xidmətdən sonra Bakı şəhərində yaşamışdır. 1977-ci ildə bibisi qızı ilə ailə həyatı qurmuş, Zaur, Aynurə, Mahir adlı övladları yadigar qalmışdır. == Qanlı Yanvar faciəsi == 1990-cı ilin yanvar ayının 19-dan 20-sinə keçən gecə sovet ordusunun atəş açması nəticəsinədə yaralanmış insanlara öz maşını ilə fəal yardım edib. Ertəsi gün maşınla işdən evə qayıdarkən tankla qarşısı kəsilmiş və vəhşicəsinə qətlə yetirilmişdir. Şəhidlər Xiyabanında dəfn olunub.
Nizami Həmzəyev
Nizami İbrahim oğlu Həmzəyev (12 sentyabr 1943, Naxçıvan – 22 iyul 2021, Naxçıvan) — Azərbaycan teatr aktyoru və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri (1996–2004), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1999). == Həyatı == Nizami Həmzəyev 12 sentyabr 1943-cü ildə Naxçıvanda anadan olub. Valideynləri Zəroş və İbrahim Həmzəyevlərdir. Səhnəyə ilk dəfə 3 yaşında çıxmışdır. 9 yaşından başlayaraq teatrın tamaşalarında sözlü rollar oynayıb. Naxçıvandakı 2 saylı orta məktəbi bitirmişdir. 1964–1968-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyor truppasında çalışıb. Şəhər pionerlər evində, Naxçıvan Mədəniyyət sarayında işləyib, Pedoqoji İnstitutda, Culfa Musiqi Məktəbində dərs deyib. Bir müddət Naxçıvan teatrında direktor işləyib.
Nizami Mehdiyev
Nizami Mehdiyev — fizika-riyaziyyat elmləri doktoru, professor (2001). == Həyatı == Mehdiyev Nizami Mikayil oğlu 14 dekabr 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının qədim Ordubad şəhərində anadan olmuşdur. 1966-cı ildə M.Sidqi adına Ordubad şəhər orta məktəbini bitirmiş və Azərbaycan Dövlət Universitetinin "Fizika" fakültəsinə daxil olmuşdur. 1971-ci ildə Universiteti "Yarımkeçiricilər fizikası" ixtisası üzrə bitirərək, fakültə elmi şurasının zəmanəti ilə həmin il Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunun aspiranturasına daxil olmuşdur. Aspirantlıq müddətində o, Bakı Dövlət Universitetində professor Axundov Qüdrət Əli oğlunun rəhbərliyi altında laylı quruluşa malik A3B6 yarımkeçirici birləşmələrdə çeviricilik və elektrolüminessensiya hadisələrini tədqiq edərək 1975-ci ildə "Laylı kristallarda elektrolüminessensiya və çeviricilik hadisəsi" adlı namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. Nizami müəllim 1977-ci ildə Rusiya Elmlər Akademiyasının İoffe adına Fizika və Texnika İnstitutuna ezam olunmuş, orada hazırda "Nobel" mükafatı laureatı J.İ.Alferovun rəhbərlik etdiyi "Heterokeçidlər" laboratoriyasında və N.A.Qorinovanın rəhbərlik etdiyi "Yarımkeçiricilərin texnologiyası" laboratoriyasında tədqiqatlar aparmış, doktorantura keçmişdir. 1991-ci ildə "Anizotrop selenidlərdə generasiya və rekombinasiya prosesləri" adlı doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almış və 2001-ci ildə professor adına layiq görülmüşdür. Nizami Mehdiyev 1975-1997-ci illər ərzində Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda baş laborant, mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmış, eləcə də Azərbaycan Tibb Universiteti və Bakı Dövlət Universitetində pedaqoji fəaliyyət göstərmişdir. 1997-ci ildə Azərbaycan Dövlət Neft Akademiyası "Fizika" kafedrasının professoru seçilmişdir. Hal-hazırda həmin vəzifədə işləyərək tələbələrə "Ümumi fizika kursu" üzrə mühazirələr oxuyur, laboratoriya və məşğələ dərsləri aparır.
Nizami Muradoğlu
Nizami Muradoğlu (tam adı: Məmmədov Nizami Murad oğlu; 2 aprel 1955, Ordubad rayonu – 24 oktyabr 2021, Bakı) — Naxçıvan Muxtar Respublikası Ordubad rayonu İcra Hakimiyyətinin başçısı, AMEA Folklor İnstitutunun dosenti. == Həyatı == Məmmədov Nizami Murad oğlu 1955-ci il aprel ayının 2-də Naxçıvan MR-nın Ordubad rayonunun Əylis kəndində anadan olmuşdur. 1962–1972-ci illərdə Əylis kənd orta məktəbində oxumuşdur. 1972–1976-cı illərdə akademik Y. Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitunun tarix-ədəbiyyat fakültəsində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil almışdır. İnstitutu orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirmişdir. 1976–1977-ci illərdə hərbi xidmət keçmişdir. Ailəli, üç övlad sahibidir. 24 oktyabr 2021-ci ildə Bakı şəhərində koronovirus xəstəliyindən vəfat etmişdir. == Əmək fəaliyyəti == 1978–1986-cı illərdə Naxçıvan MR-da komsomol təşkilatlarında, 1987–1994-cü illərdə təhsil sahəsində çalışmışdır. 1994-cü ilin may ayından 1996-cı ilin noyabr ayınadək Naxçıvan Muxtar Respublikası Ordubad rayonu icra hakimiyyətində icra başçısının müavini, 1996-cı ilin noyabr ayından 2002-ci ilin aprel ayınadək İcra hakimiyyətinin başçısı vəzifəsində işləmişdir.
Nizami Musayev
Nizami Musayev — aktyor, rejissor, ssenari müəllifi, trük quruluşçusu. 1992-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Banditizmə və Terrorizmə qarşı Mübarizə İdarəsinin rəisi. == Həyatı == Rejissor-aktyor Nizami Musayev 1981-ci ildən kinoda fəaliyyət göstərir. İdmançı olduğu üçün bir neçə filmin trüklərinə özü quruluş vermiş və trükləri özü həyata keçirmişdir. Nizami Musayev 1992-ci ildə Azərbaycan Daxili İşlər Nazirliyinin Banditizmə və Terrorizmə qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb. 1995-ci ildən axtarışda olan N. Musayev dövlət əmlakını mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinərək, 2015-ci ildə həbs edilib. == Filmoqrafiya == Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film) — trüklərin quruluşu; kaskadyor; rol: oğru Araqarışdıran (film, 1987) Bəyin oğurlanması (film, 1985) Cin mikrorayonda (film, 1985) İşarəni dənizdən gözləyin (film, 1986) Qanlı zəmi (film, 1985) Qara gölün cəngavərləri (film, 1984) Qorxma, mən səninləyəm Lətifə (film, 1989) Ölsəm...
Nizami küçəsi
Nizami küçəsi və ya Tarqovı — Bakı şəhərinin Sabail rayonu ərazisində yerləşən bir zolaqlı və bir istiqamətli sonu piyadalar zonasına keçən dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan küçə. Öz başlanğıcını Abdulla Şaiq küçəsindən götürür və indiki Sabit Orucov küçəsində isə tamamlanır. Küçənin uzunluğu 3,538 km-dir. Küçə paytaxt Bakının mərkəzini kəsərək qərbdən şərqə doğru uzanır. Küçə demək olar ki, mərkəzi hissəsində piyadalar zonasına keçir. Küçənin bu kəsiyi sakinlər tərəfindən "Tarqovı" da adlandırılır. Fəvvarələr meydanından Rəşid Behbudov küçəsnə qədər olan hissəsi tam piyadaların ixtiyarında olub, bütün növ nəqliyyat vasitələri üçün bağlıdır. Küçədə hərəkət bir tərəflidir.
Nizami metrostansiyası
Nizami metrostansiyası — Bakı metrosunun yaşıl xəttinin stansiyasıdır. Buradan qatarlar Elmlər Akademiyası stansiyası və 28 May stansiyası istiqamətində hərəkət edir. Stansiyaya daxil olan qatarlarda Üzeyir Hacıbəyovun "Sənsiz" romansı səslənir. Metro stansiyası daxilindəki mozaikaların yaradılması və işlənməsi rəssam Mikayıl Abdullayevə məxsusdur. == Haqqında == Dərinlikdə yerləşən "Nizami" stansiyası eskalatorla təchiz olunub. Stansiya "Azad qadın" heykəlinin yaxınlığındadır. Stansiyanın daxili hissəsinin tərtibatında milli memarlığın ən yaxşı nümunələrindən istifadə olunub. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə adlandırılan bu stansiya SSRİ Xalq Memarı, akademik Mikayıl Hüseynovun layihəsi əsasında tikilib. "Nizami" metro stansiyası dünyanın ən gözəl metrostansiyalarının siyahısına daxil edilib.
Nizami parkı
Nizami adına Mədəniyyət və İstirahət parkı — Bakı şəhəri Xətai rayonunda yerləşən mədəniyyət və istirahət parkı. Bakı şəhərinin ən qədim parklarından biri. Nobel qardaşları tərəfindən XIX əsrin sonlarında Bakıətrafı qəsəbə olan Qara Şəhərin sərhəddində öz şirkətinin işçiləri üçün salınmış yaşayış kəndi Villa Petrolea ərazisində yerləşir. Parkın ümumi sahəsi 13,6 hektardır. Geniş ərazidə yerləşən sənaye landşaftında olan bu park Abşeronun bağ-park memarlığına müsbət təsir göstərmişdir. 1920-ci ildən sonra Villa Petroleanın keçmiş bağı Lunaçarskinin, sonralar Almaniyanın eyniadlı rus qəzetinin şərəfinə "Rote-Fan" adlandırılıb. 1991-ci ildə Azərbaycan respublikası müstəqillik qazandıqdan sonra isə Nizami Gəncəvinin adını daşımağa başlamışdır. Parkda uzun illər "Luna Park" adı ilə əyləncə mərkəzi fəaliyyət göstərib. Bu səbəbdən ərazi qeyri-rəsmi "Luna Park" adlanırdı. Prezident İlham Əliyevin 2021-ci il 19 aprel tarixli Sərəncamı ilə parkda yenidənqurma işləri aparılıb.
Nizami rayonu
Nizami rayonu — Bakıda rayon. == Tarixi == Bütün Azərbaycanda "Vosmoy" qəsəbəsi kimi məşhur olan, müstəqillikdən sonra Azərbaycanca tərcümə olunaraq "8-ci kilometr" adlanan qəsəbə rayonun əsas qəsəbəsidir.
Nizami simfoniyası
Nizami simfoniyası — azərbaycanlı bəstəkar Fikrət Əmirovun 1947-ci ildə Nizami Gəncəviyə həsr etdiyi simli orkestr üçün simfoniya. Dahi şair Nizami Gəncəvinin xatirəsinə həsr edilmiş simfoniya şairin anadan olmasının 800 illiyi münasibətlə yazılmışdır. Bəstəkar simfoniya üzərində dəfələrlə işləmiş, onun ikinci və üçüncü redaksiyalarını yaratmışdır. Simfoniyada Nizaminin ümumiləşmiş obrazı yaradılmışdır. Bəstəkar şairin obrazına ehtiramla yanaşır və ona xüsusi münasibət bəsləyir ki, bu da əsərə səmimilik, incəlik, gənclik təravəti, lirik hərarət və romantik ruh verir. Eyni zamanda simfoniya özunün fəlsəfi mənası və lakonik ifadə tərzi ilə diqqəti cəlb edir. Bu cəhət son illərdə yazılmış bir çox əsərlərin musiqisinə xas kameralıq tendensiyasını qabaqlamışdır. Buna görə də musiqidə ifadə olunan gizli hisslər, düşüncələr, əhvalatlar da təbii qavranılır. Simfoniya dörd hissədən ibarətdir. Ayrı-ayrı hissələrin formaları, bir çox inkişaf üsulları, şübhəsiz, klassik simfoniya ilə əlaqənin olduğunu göstərir.
Nizami İsgəndərov
Nizami İsgəndərov — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı. == Həyatı == Nizami İsgəndərov 6 noyabr 1965-ci il tarixində Sumqayıtda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin fizika və hüquq fakültələrini bitirmişdir. Nizami İsgəndərov 1986-cı ildən "Azərcihazelektrik" İdarəsində mühəndis işləmişdir. 1989-cu ildən Binəqədi Rayon İcraiyyə Komitəsində İnzibati komissiyanın katibi, şöbə müfəttişi olmuşdur. 1992-ci ildən Binəqədi Rayon İcra Hakimiyyətində şöbə müdiri, Bakı kimya əczaçılıq zavodunda şöbə rəisi, Sumqayıt şəhərində univermağın baş administratoru, 1998–2005-ci illərdə "Sumqayıt Ticarət Mərkəzi" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışmışdır. == Siyasi fəaliyyəti == Nizami İsgəndərov Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Çernoqoriya, Azərbaycan-Küveyt, Azərbaycan-Özbəkistan, Azərbaycan-Rumıniya, Azərbaycan- Sloveniya, Azərbaycan-Türkiyə, Azərbaycan-Ukrayna, Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Nizami Əkbərov
Əkbərov Nizami Əlisahib oğlu (15 avqust 1960, Kürəkçi, Yardımlı rayonu, Azərbaycan SSR) — kimya üzrə fəlsəfə doktoru, Dosent, ADPU-nun Kimya fakültəsinin, "Analitik və üzvi kimya" kafedrasının müəllimi. == Həyatı == Əkbərov Nizami Əlisahib oğlu 15 avqust 1960 -cı ildə Yardımlı rayonunun Kürəkçi kəndində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə Kürəkçi kəndindəki orta məktəbin birinci sinfinə daxil olub, 1977-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib. Məktəbdə oxuyanda riyaziyyat fənninə böyük maraq gəstərib. O dövrdəki “Pioner” qəzetində çıxan “Gənc riyaziyyatçılar klubu”nun dəfələrlə qalibi olub. Orta məktəbin son siniflərində oxuyanda kimya fənninə marağı daha çox artıb, 1975-ci ildə VIII sinifdə oxuyarkən “Azərbaycan gəncləri” qəzetinin keçirdiyi üç turdan ibarət qiyabi kimya olimpiadasının hər üç turunda qalib olmuş, fəxri fərman, diplom və mükafatla təltif olunmuşdur. IX sinifdə o, Qazax şəhərində keçirilən XV Respublika kimya olimpiadasında II, X sinifdə isə Bakı şəhərində keçirilən XVI Respublika kimya olimpiadasında I yeri tutmuşdur. Nizami Əkbərov 1977-ci ildə iki imtahandan 10 ball toplamaqla eksperiment yolu ilə Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olub. 1982-ci ildə universiteti əla qiymətlərlə bitirib. Hələ universitetdə oxuyarkən elmi işlərlə məşğul olmağa başlayıb.
Nizami Ələkbərov
Nizami Ələkbərov (icra başçısı) — İsmayıllı rayonunun icra başçısı, sabiq millət vəkili. Nizami Ələkbərov (hərbçi) — azərbaycanlı hərbçi, "Azərbaycan bayrağı" ordeni laureatı.
Nizami Əruzi
Nizami Əruzi Səmərqəndi (1110, Səmərqənd – 1161, Xarəzm) — XII yüzilliyin məşhur Orta Asiya şairi və ədəbiyyat tənqidçisi. == Əsərləri == Onun "Cahar məqalə" (Məcməün-nəvadir) əsərini Əli Abbasov fars dilindən azərbaycan dilinə tərcümə etmişdir. Həmin əsər Azərbaycan dilində 1994-cü ildə çapdan çıxmışdır.
Nizami Əyyubov
Nizami Hacı oğlu Əyyubov — alim, coğrafiya elmləri namizədi, Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda Əhali coğrafiyası şöbəsinin müdiri (1986-cı ildən). == Həyatı və elmi fəaliyyəti == Nizami Əyyubov 1950-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. İkinci Şıxlı Kənd orta məktəbini bitirib, 1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) coğrafiya fakültəsini bitirmişdir. 1975-ci ildən Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır. 1977-1981-ci illərdə həmin institutun qiyabi aspiranturasında təhsil almış və 1983-cü ildə Tbilisi Dövlət Universitetində "Azərbaycanın Kiçik Qafqaz hissəsində əhalinin məskunlaşmasının təkmilləşdirilməsinin sosial-coğrafi problemləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1986-cı ildən Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda Əhali coğrafiyası şöbəsinin rəhbəridir. 80-dən çox elmi məqalənin, bir monoqrafiyanın, bir dərsliyin, bir coğrafi kitabın, coğrafiya proqramının müəllifi və bir sıra əsərlərin elmi redaktorudur. Nizami Əyyubovun rəhbərliyi ilə iki nəfər namizədlik dissertasiyasını müdafiə etmişdir. == İstinadlar == == Mənbə == Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat).
Nizami Mövlanov
Nizami Mövlanov (tam adı: Nizami Bəydəmir oğlu Mövlanov; 16 oktyabr 1976, Utuq, Quba rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Haqqında == Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Nizami Mövlanova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
"Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı
18 saylı Nərimanov-Nizami seçki dairəsi
24 saylı Nizami birinci seçki dairəsi
25 saylı Nizami ikinci seçki dairəsi
37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi
38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi — Bakıda yerləşən elmi tədqiqat müəssisəsi. 1945-ci ildə təşkil olunmuşdur. "Nizami Gənvəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi" Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır. Muzey 1959 və 1967-ci illərdə xeyli genişləndirilmiş və yenidən qurulmuşdur. Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur. == Muzeyin tarixi == Muzeyin binası 1860-cı illərdə ikimərtəbəli karvansara kimi tikilmişdi. Binanın memarı Qasım bəy Hacıbababəyov idi. 1915-ci ildə bina "Metropol" mehmanxanası kimi fəaliyyət göstərirdi. Sonralar 1918–1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının Nazirlər Kabinetinin əməkdaşları burada yaşamışlar və işləmişlər, 1920–1930-cu illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurası burada yerləşdirilmişdi. Muzeyin yaradılması XX əsrin 40-cı illərindən əvvəllərində başlanmışdı.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. == Tarixi == Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu şərəfli tarixi, böyük elmi ənənələri, adlı-sanlı alimləri olan mühüm elmi mərkəzlərdən biridir. Azərbaycanda elmi qurumların əsaslı şəkildə yaradılması işinə 29 dekabr 1932-ci ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Bölməsinin təşkilindən sonra başlanılmışdır, bundan sonra Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun bütün səlahiyyətləri yeni təşkil olunmuş akademik quruma verilmişdir. SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Bölməsində 22 mart 1933-cü ildə Ədəbiyyat Sektorunun yaradılması haqqında qərar qəbul olunmuşdur. Əli Nazim Mahmudzadənin rəhbərlik etdiyi həmin Ədəbiyyat Sektorunun təşkili Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yaranma tarixi kimi qeyd oluna bilər. 25 oktyabr 1935-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı təşkil olunduqdan sonra bu akademik qurumun tərkibində müstəqil Dil və Ədəbiyyat İnstitutu yaradılmışdır. Bu qurum 1939-cu ildən sonra Tarix, Dil və Ədəbiyyat İnstitutu kimi fəaliyyət göstərmişdir. SSRİ EA Azərbaycan Filialının 2 yanvar 1939-cu il tarixli qərarı ilə Tarix, Dil və Ədəbiyyat İnstitutunun bazasında iki elmi müəssisə təşkil olunmuşdur: Nizami Gəncəvi adına Ədəbiyyat və Dil İnstitutu; Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu. Dil və Ədəbiyyat İnstitutuna 8 sentyabr 1938-ci ildə Azərbaycan SSR Xalq Komissarları Sovetinin 4925 saylı qərarı ilə Nizami Gəncəvinin adı verilmişdir. == Direktorları == Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna müxtəlif illərdə aşağıdakı elm xadimləri rəhbərlik etmişlər: Artur Rudolfoviç Zifeldt-Simumyaqi (1889–1938) – 27 fevral 1936 – 1 iyun 1937-ci il Əhməd Əli oğlu Əhmədov (1903–1937) – 1 iyun 1937 – 11 iyul 1937-ci il İdris Zaman oğlu Həsənov (1897–1950) – 19 iyul 1937 – 17 fevral 1938-ci il Aleksey Alekseyeviç Klimov (1894-?) – 17 fevral 1938 – 31 dekabr 1938-ci il Heydər Hüseynov (1908–1950) – 1 yanvar 1939 – 25 sentyabr 1939-cu il Yakov Dmitriyeviç Kozin (1896–1973) – direktor vəzifəsini icra edən: 20 iyun 1939 – 1 avqust 1939-cu il Fəzləddin Babayev – (1903–1939) 1 avqust 1939 – 1 oktyabr 1939-cu il Məmməd Arif Dadaşzadə (1904 –1975) – 25 sentyabr 1939 – 27 iyul 1950-ci il.
Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı
Nizami Gəncəvi adına Qızıl medal — Azərbaycan vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə sağlığında təltif ediləcək medal. == Təsviri == Medal diametri 30 mm olan, bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş dairəvi lövhədən ibarətdir. Medalın ön tərəfində üç dairə əks olunmuşdur. Birinci dairədə yuxarı qövs boyunca “AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI”, aşağı qövs boyunca “NİZAMİ GƏNCƏVİ” sözləri yazılmışdır. İkinci dairənin üzəri şəbəkəvari naxışlarla haşiyələnmiş, üçüncü dairənin mərkəzində Nizami Gəncəvinin təsviri həkk olunmuşdur. Medalın ön tərəfindəki yazılar və təsvirlər qabarıqdır. Medalın arxa tərəfində iki dairə əks olunmuşdur. İkinci dairənin üzərində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun orta hissəsində “NİZAMİ GƏNCƏVİ” sözləri, ondan aşağıda “1141-1209” rəqəmləri yazılmışdır. Medalın arxa tərəfindəki yazılar və təsvirlər qabarıqdır. == Təltifin şərt və tələbləri == Nizami Gəncəvi adına Qızıl medalı ilə Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə təltif edilirlər.
Azərbaycan şairi Nizami (Rəsulzadə)
"Azərbaycan şairi Nizami" (türk. Azerbaycan Şairi Nizami) — Məhəmməd Əmin Rəsulzadənin Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə 1941-ci ildə yazdığı, ilk dəfə 1951-ci ildə Ankarada nəşr olunan əsəri. M.Ə.Rəsulzadənin Nizami haqqında bu kitabı mühacirət ədəbi fikrinin, xüsusilə nizamişünaslığın ən dəyərli uğurlarından biri hesab edilir. == Haqqında == Məhəmməd Əmin Rəsulzadənin siyasi fəaliyyəti ilə yanaşı, zəngin, lakin az öyrənilmiş ədəbi-bədii və tərcümə əsərləri irsi vardır. M.Ə.Rəsulzadənin ilk şeiri "Müxəmməs" 1903-cü ildə Tiflisdə nəşr edilən "Şərqi-rus" qəzetində çap olunmuş, yazdığı "Qaranlıqda işıqlar" adlı ilk pyesi 1908-ci ilin dekabrın 5-də tamaşaya qoyulmuşdur. M.Ə.Rəsulzadə sonradan mühacirətdə yaşadığı illərdə Azərbaycan ədəbiyyatını, şair və yazıçılarımızın yaradıcılığını araşdırmış, təhlil etmiş, dəyərləndirmişdir. M.Ə.Rəsulzadə 1923-cü ildə nəşr edilən "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti" kitabında, 1928-ci ildə "Türk ili" məcmuəsində çap olunan "Qafqasya türkləri" əsərində Nizaminin adı qısa məlumatla verilmişdir. M.Ə.Rəsulzadənin Nizami haqqında geniş araşdırmalara əsaslanan əsərini yazması İkinci Dünya müharibəsinin başlanmasından (1939-cu il, sentyabr) sonraya təsadüf edir. Məhəmməd Əmin Rəsulzadə monoqrafiyanı 1941-ci ildə Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibətilə yazıb, İkinci Dünya müharibəsi və həyatının çətinlikləri səbəbilə ilk dəfə 1951-ci ildə Türkiyənin paytaxtı Ankarada Milli Təhsil Nəşriyyatında nəşr edilib. Kitab "Müəllifdən", "Başlanğıc"dan, dörd bölümdən, "Əlavələr"dən, "Biblioqrafiya"dan, "Nizamidən mətnlər"dən, "İndeks"dən, "Mətn xarici rəsmlər"dən ibarətdir.
Azərbaycan şairi Nizami (kitab)

Bakı şəhərindəki Nizami Gəncəvinin heykəli
Nizami Gəncəvinin heykəli — XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəviyə 1949-cu ildə Bakı şəhərində qoyulmuş abidə. == Müəllifləri == Heykəl Bakı şəhərində, Nizami meydanında , İstiqlaliyyət, Əhməd Cavad, Azərbaycan və İslam Səfərli küçələrinin kəsişməsində qoyulmuşdur. Heykəlin açılışı 1949-cu ilin aprelində olmuşdur. Heykəlin müəllifi Azərbaycanın xalq rəssamı Fuad Əbdürəhmanov, memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovdur. == Texniki xarakteristikası == Heykəl 9 metrlik, səkkiz bucaqlı postament üzərində qoyulmuş 6 metrlik bürünc abidədir.Tuncdan tökülmüş Nizami Gəncəvinin fiquru ayaq üstə durmuş vəziyyətdə ucaldılmışdır. Nizaminin əlində lülə halında bükülmüş kagız vardı, onun nəzərləri Nizami muzeyinin Azərbaycan ədəbiyyatı klassiklərinin heykəlləri qoyulmuş eyvanına yönəlmişdi. Şairin obrazının bitkin açılması üçün heykəltaraş qədim Azərbaycan libasından — əbadan və çalmadan böyük məharətlə istifadə etmişdir. Əbanın iri, ağır bükükləri qalın, kip parça təsəvvürü yaradırdı. Başına dolanmış çalmanın bir tərəfi onun çiyninə düşmüşdür. Abidədədəki Nizaminin üzündən və simasından, onun bütün görkəmindən müdriklik və böyüklük oxunur.
Leyli və Məcnun (Nizami)
Leyli və Məcnun (fars. لیلی و مجنون‎) — Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan üçüncü poemadır. Əsər 1188-ci ildə fars dilində yazılmışdır. Nizami bu əsəri Şirvanşah I Axsitana (1160–1197) ithaf etmişdir. Əsərin süjetinin əsasında sonradan "Məcnun" (dəli) adlandırılan gənc Qeys və gözəl Leylinin nakam eşqindən bəhs edən qədim "Leyli və Məcnun" dastanı dayanır. 4600 beytdən ibarət olan poema "Leyli və Məcnun" haqqında dastanın fars dilində yazılmış ən məşhur variantıdır. Nizami "Leyli və Məcnun" haqqında xalq dastanını yazılı ədəbiyyata gətirən ilk şairdir. Nizami "Leyli və Məcnun" poemasında insanın mənəvi əsarətinə və məhəbbətin faciəsinə səbəb olan ictimai-dini ziddiyyətləti tənqid etmişdir. "Leyli və Məcnun"da ideya və məzmun iki əsas ədəbi priyom üzərində qurulmuşdur. Birinci halda Nizami iki gəncin faciəli məhəbbətini ictimai-dini şəraitlə əlaqələndirir.
Nizami Cəfərov (akademik)
Nizami Qulu oğlu Cəfərov (21 sentyabr 1959, Zəlimxan, Ağstafa rayonu) — Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru (1991), professor (1993), əməkdar elm xadimi (2000), AMEA-nın həqiqi üzvü (2017), Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Alpaqut Federasiyasının Prezidenti (2015–2022) 2019-cu ildən BDU-nun Ümumi dilçilik kafedrasının müdiridir. 2022-ci ildən "ADA" Universitetində "Azərbaycançılıq" kursunu tədris edir. == Həyatı == Nizami Cəfərov 1959-cu 21 sentyabrda Ağstafa rayonunun Zəlimxan kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1985-ci ildən Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olmuşdur. 1987-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru, Filologiya fakültəsinin dekanı(1994–2001) vəzifələrində çalışmışdır. Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiri (2001–2015)olub. 2019-cu ildən yenidən Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiridir. 2022-ci ildən ADA Universitetində "Azərbaycançılıq" kursunu tədris edir. Nizami Cəfərov Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası "Azərbaycan dili və ədəbiyyatı" bölməsinin üzvü kimi orta ümumtəhsil məktəbləri üçün Azərbaycan dili proqramlarının, dərsliklərinin hazırlanmasında iştirak etmişdir.
Nizami Cəfərov (deputat)

Nizami Cəfərov (geoloq)
Nizami Cəfərov (Cəfərov Nizami Nəcəf oğlu; d. 1957. Təzəkənd, İsmayıllı rayonu, Azərbaycan SSR, SSRİ) — Qazaxıstan alimi; Geologiya‑mineralogiya elmləri doktoru. “Asbest geoloji kəşfiyyat müəssisəsi” MMO‑nun baş direktoru. 2001-ci ildə Moskva Beynəlxalq Mühəndislik Akademiyasının (2001) və Qazaxıstan Respublikası Milli Mühəndislik Akademiyasının (2003) həqiqi üzvü. == Həyatı == Cəfərov Nizami Nəcəf oğlu 1957-ci il iyunun 2-də Azərbaycan Respublikasının İsmayıllı rayonunun Təzəkənd kəndində anadan olub. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) “geoloji çəkiliş, faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı” ixtisası üzrə əla qiymətlərlə bitirib. Elə həmin ildə Kustanay vilayətinin Jitikara şəhərində SSRİ Sənaye Tikinti Materialları Nazirliyinin “Sentrgeolnerud” ekspedisiyasının geoloji kəşfiyyat partiyasında əmək fəaliyyətinə başlayıb, geoloq, baş geoloq, 1982-1996-cı illərdə isə partiyanın rəisi işləyib. 1988-1989-cu illərdə Yəmən Ərəb Respublikasına sement xammalı yatağının kəşfiyyatı üzrə müqavilənin texniki direktoru göndərilib. 1996-cı ildən indiyədək N.Cəfərov “Asbest geoloji kəşfiyyat müəssisəsi” MMO-nun baş direktorudur.
Nizami Cəfərov (siyasətçi)
Nizami Qulu oğlu Cəfərov (21 sentyabr 1959, Zəlimxan, Ağstafa rayonu) — Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru (1991), professor (1993), əməkdar elm xadimi (2000), AMEA-nın həqiqi üzvü (2017), Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Alpaqut Federasiyasının Prezidenti (2015–2022) 2019-cu ildən BDU-nun Ümumi dilçilik kafedrasının müdiridir. 2022-ci ildən "ADA" Universitetində "Azərbaycançılıq" kursunu tədris edir. == Həyatı == Nizami Cəfərov 1959-cu 21 sentyabrda Ağstafa rayonunun Zəlimxan kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1985-ci ildən Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olmuşdur. 1987-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru, Filologiya fakültəsinin dekanı(1994–2001) vəzifələrində çalışmışdır. Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiri (2001–2015)olub. 2019-cu ildən yenidən Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiridir. 2022-ci ildən ADA Universitetində "Azərbaycançılıq" kursunu tədris edir. Nizami Cəfərov Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası "Azərbaycan dili və ədəbiyyatı" bölməsinin üzvü kimi orta ümumtəhsil məktəbləri üçün Azərbaycan dili proqramlarının, dərsliklərinin hazırlanmasında iştirak etmişdir.
Nərimanov-Nizami seçki dairəsi
Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi
Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzi (ing. The Nizami Ganjavi Programme for the study of languages and cultures of Azerbaijan and the Caucasus) 2013-cü ildə Oksford Universiteti nəzdində yaradılmışdır. Mərkəz Azərbaycanın zəngin tarixi-mədəni irsinin öyrənilməsi və beynəlxalq elmi ictimaiyyətə tanıtmaq məqsədilə Böyük Britaniyada Oksford Universitetinin nəzdində yaradılmış ilk elmi-tədqiqat ocağıdır. == Mərkəzin yaradılması == Azərbaycanın beynəlxalq arenada siyasi nüfuzunu nəzərə alaraq, onun tarixi həqiqətləri və zəngin mədəniyyətini beynəlxalq elmi cəmiyyətə çatdırılması və tanıtması böyük elmi və siyasi əhəmiyyət kəsb edir. Bu baxımdan 2013-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevanın Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun, Müqəddəs Endrüs və Nyu-York Universitetinin professoru Robert Hoylandla birgə təşəbbüsünün nəticəsi olaraq Qərb dünyasının ən nüfuzlu tədris ocağı olan Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin yaradılması təqdirəlayiqdir. Mərkəz Azərbaycanın zəngin tarixi-mədəni irsinin öyrənilməsi və beynəlxalq elmi ictimaiyyətə tanıtmaq məqsədilə Böyük Britaniyada Oksford Universitetinin nəzdində yaradılmış ilk elmi-tədqiqat ocağıdır. Qeyd edək ki, İngiltərə alimlərini Mərkəzin məhz Nizami Gəncəvinin adını daşımağına razı olduqlarında və onun türkmənşəli, Azərbaycan şairi olmasına inandırmaqda Nərgiz xanım Paşayevanın əvəzolunmaz rolu var. Onun qeyd etdiyi kimi: Azərbaycan Respublikası baş nazirinin müavini, Azərbaycanın Xalq yazıçısı, professor Elçin Əfəndiyev bu mərkəzin yaradılmasını Azərbaycan ədəbiyyatı və mədəniyyətinə verilmiş ən yüksək qiymət kimi səciyyələndirib. AMEA-nın prezidenti, akadeik Akif Əlizadə isə bu mərkəzin yaradılmasını zamanın tələbi kimi qiymətləndirib və bildirib ki, dünyada istər Azərbaycanın, istərsə də Azərbaycan ədəbiyyatının tanıtması üçün məhz bu mərkəz böyük rol oynayacaq. == Mərkəzin əsas məqsədi və vəzifələri == Oksford Universitetinin rəsmi internet səhifəsində göstərildiyi kimi Nizami Gəncəvi Programının əsas məqsədi mühum strateji əhəmiyyət kəsb edən və mədəni cəhətdən təkrarolunmaz Qafqazın qədim və eyni zamanda zəngin tarixinin öyrənilməsindəki boşluğu doldurmaq və siyasətdən azad obyektiv şəkildə araşdırmaqdır.
Heydərabad nizamı
Heydərabadın Nizamülmülkü (tel. నిజాం-ఉల్-ముల్క్ అఫ్ హైదరాబాద్; urdu نظام-ال-ملک وف حیدرآباد; marathi निझाम-उल-मुल्क ए हैदराबाद; kann. ನಿಜ್ಯಮ್-ಉಲ್-ಮುಲ್ಕ್ ಆಫ್ ಹೈದರಾಬಾದ್; fars. نظام-ال-ملک اف حیدرآباد‎), və yaxud qısaca Heydərabad nizamı — 1720–1948-ci illər arasında Heydərabad, başçılarının titulu. == Titulun yaranması == == Soyun və sülalənin yaranması == Heydərabad XVII–XIX əsrlərdə Hindistanının ən nüfuzlu müsəlman mərkəzi olub. Bu şəhər 1724-cü ildən 1947-ci ildə müstəqilliyin əldə olunmasınadək oldugca zəngin Nizamülmülklər tərəfindən idarə olunub. Şəhərdə onların irsini daşıyan əlamətlərə hələ də rast gəlmək olar. 1724-cü ildə Böyük Moğol İmperiyasının X padşahı Fərruxsiyar Mir Qəmərüddin xan Siddiqini Dekenin valisi təyin etdi və ona Nizamülmülk ləqəbini verdi. Elə həmin ildən Mir Qəmərüddin xan Asəfcah ləqəbi ilə Heydərabadı müstəqil idarə etməyə başladı.