ÜZ

is.
1. İnsan başının qabaq hissəsi; surət, sifət, çöhrə, sima. Üzünün ifadəsi. Qəşəng üz.
– Mərcan bəy diqqətlə Kərbəlayı Qubadın üzünə baxır. Ü.Hacıbəyov.
[Qızın] yumru, gözəl üzü və yanaqları açıq sərin havada qızarmışdı. M.İbrahimov.

// Heyvan başının qabaq hissəsi. Qoyunun üzü. İtin üzü.
2. Toxunma şeylərin üst (avand) tərəfi (astar müqabili). Parçanın üzü. Xalçanın üzü.
// Yorğan, balış, döşək və s.-nin üst tərəfini örtən parça və s. Yorğanın üzü qırmızıdır. Döşəyə üz çəkmək.
[Gülbadam] üzsüz boz balışı, üzü qırmızı çiçəkli çitdən mütəkkəli döşəyin ortasına qoydu. N.Nərimanov.

3. Bir şeyin qabaq tərəfi, ön tərəfi, irəli tərəfi, qabağı, önü.
Maşının arxası çaya, üzü isə meşəyə tərəf idi. İ.Əfəndiyev.

// Bir tikilinin, binanın və s.-nin qabaq, ön tərəfi; fasad.
[Elçin:] Sarayın üzü gündoğana tikiləcək. Z.Xəlil.
Təki ayaq kəsməsin könül mülkündən ilham; Üzü günəşə baxan otağım mənə bəsdir. Ə.Cəmil.

4. riyaz. Həndəsi fiqurun başqa səthlə bucaq təşkil edən düz səthi. Kubun altı üzü var.
5. Bir şeyin köçürülmüş, yazılmış surəti, nüsxəsi.
Firdovsi şaha göndərdi bir gün “Şahnamə”nin üzünü. M.Rahim.

□ Üzünü köçürtmək – bir yazının mətnini olduğu kimi başqa kağıza köçür(t)mək, başqa kağızda yazmaq.
[Zalxa:] Eybi yoxdur, bizim qızlardan birinə verərəm, üzünü köçürdərlər. S.Rəhman.
[Vahid] …kitabların üzünü köçürür, qaralanmış vərəqləri ağardırdı. Mir Cəlal.

6. Su və s. mayelərin səthi, üst tərəfi, üstü. Gölün üzü. Suyun üzündə ördəklər üzür.
– Bu gecə keçmişi vurduq, yıxdıq; Dalğalardan üzə sağlam çıxdıq. M.Müşfiq.
Gen qoynunda layla çalır bizə göy dəniz; Su üzündə bir qayadır sanki gəmimiz. Ə.Cəmil.

7. Göyün biz gördüyümüz tərəfi. Göyün üzünü bulud örtmüşdür. Səmanın üzü açıqdır.
– Toz-torpaq göyün üzünü elə bürümüşdü ki, günəş görünmürdü. A.Şaiq.

□ Üzünə pərdə çəkmək – örtünmək, bir şeyin altında görünməz hala gəlmək, gizlənmək.
Deyirlər, göylər belə; Üzünə pərdə çəkmiş. B.Vahabzadə.

8. “Tərəf”, “səmt”, “yan” mənasında (o, bu, bəri, o biri və s. sözlərdən sonra işlədilir). Təpənin o üzü. Çayın bu üzü.
– Atlar tapılmadıqda [Gülo] at sahiblərini inandırırdı ki, atlar bu üzdə deyil. S.Rəhimov.

9. məc. Abır, həya, utanma. Adamda üz gərək.
◊ Üz açılmaq – bax üzü gülmək.
Hər yerdə sülh sözünü deyəndə gözlər işıqlanır, üzlər açılır. M.İbrahimov.

Üz ağartmaq – yaxşı işi, nəcib hərəkəti, etimadı doğrultmağı və s. ilə fəxr etməyə, iftixar etməyə əsas vermək, hüquq vermək. Yaxşı iş üz ağardar. ( Ata. sözü ).
[Briqadir:] Demək, əvvəlki işində üz ağardıb, indi də keçibsən başqa işə? V.Şıxlı.

Üz ağlığı – fəxr etməyə, iftixara layiq olan iş, hərəkət və s. Yaxşı övlad üz ağlığıdır.
Üz almaq – keçmişdə: qadınların eşmə sapla üzlərinin tüklərini yolub təmizləməsi.
Üz bozartmaq – bax üzünü bozartmaq.
Üz çevirmək1) bax üz döndərmək 1 və 3-cü mənalarda;
2) bax üz qoymaq 1-ci mənada. Gülgəz dəli olub, yoxsa divana? Üz çevirib gedər çöl-biyabana. Aşıq Abbas;
3) birini görməmək üçün üzünü o biri tərəfə çevirmək.
Sənəmin qarşısından keçəndə hamı ondan üz çevirir. M.Dilbazi;

4) əlaqəsini kəsmək, üz döndərmək.
[Bəhram:] Belə bir vücuddan [Saradan] da üz çevirmək olarmı? C.Cabbarlı.
Nə oldu, üz çevirib qaçdın aqibət məndən. H.Cavid.

Üz çevirməmək – bir yerə daha getməmək, ayağını üzmək.
Səməd, doğrudan da, o gedən gedib, bir daha dəlləkxanaya üz çevirmədi. M.Hüseyn.
Son illərdə bir neçə basqında burunları yaxşıca ovulmuş qıpçaqlar çoxdan bəri buralara üz çevirmirdilər. M.Rzaquluzadə.

Üz döndərmək1) əlaqəsini kəsmək, daha yaxınlıq etməmək, üz çevirmək.
Dal gərdəndə siyah zülfün hörübdür; Aşıq Ələsgərdən üz döndəribdir. Aşıq Ələsgər.
Nə üçün, bilməyirəm, məndən üz döndərmisən? M.Rahim;

2) məc. xəyanət etmək, daha inanmamaq, üz çevirmək.
Üləmalar üz döndərib xudadan. Q.Zakir;

3) itaətindən çıxmaq, daha tabe olmaq istəməmək, dal çevirmək.
[Əxistan:] Məndən üz döndərir getdikcə Şirvan; Aşkara öldürsəm baş verər üsyan. M.Rahim;

4) çevrilmək, başını çevirmək.
Sonra üz döndərib meydana baxdı; Tərlan yaralanmış tərlana baxdı. M.Rahim.

Üz gətirmək – nadinclik etmək, sırtıqlıq etmək.
Üz görmək – tərəf saxlamaq, tərəfgirlik etmək, havadarlıq etmək.
Yalan deyən, rüşvət alan, tərəf tutan, üz görən! Dərdimizə qalmayanlar çıxsın bizim cərgədən! S.Vurğun.
[Məhbus:] Qoy qanun nə tələb edirsə onu yazsın, yoldaşıyam deyə mənə üz görməsin. Mir Cəlal.

Üz göstərmək1) zahirən bu və ya başqa cür münasibət göstərmək.
Xüsusilə Mayaya göstərdiyi üz, dediyi sözlər yadına düşəndə Qaraş əzabdan qovrulub yanırdı. M.İbrahimov;

2) bax üz vermək 2-ci mənada.
Üz götürüb qaçmaq – bax baş götürüb qaçmaq.
Bu mənada Məşədi Əsgər öz əməlinin qorxusundan quzu qapmış qurd kimi üz götürüb qaçırdı. S.M.Qənizadə.

Üz qoymaq1) yönəlmək, üz tutub getmək, yollanmaq, istiqamət almaq.
Bəli, atları gətirdilər və minib, Təbrizdən çıxıb üz qoyduq Araz kənarına tərəf hərəkət etməyə. C.Məmmədquluzadə.
Balıqçı gəmisi lövbərini qaldırıb, şimala tərəf üz qoydu. Q.İlkin;

2) adətən feillərdən sonra gələrək həmin felin ifadə etdiyi hərəkətə, işə başlamağı ifadə edir.
Bunu gördükdə adamlar bir-birini basaraq yan küçələrə qaçmağa üz qoydu(lar). S.S.Axundov.
…Abbas birdən harada olduğunu, kiminlə danışdığını yaddan çıxarıb qışqırmağa üz qoydu. Ə.Vəliyev.

Üz tutmaq1) söz demək üçün üzünü birinə tərəf çevirmək, üzünü çevirərək demək.
Rəşid oğlana üz tutdu: – Səni qulluğa götürmək mənim boynuma. M.Hüseyn;

2) bax üz qoymaq 1-ci mənada.
Qərib-qərib, qəmginqəmgin ötərsiz; Yüz tutubsuz nə məkana, durnalar? M.V.Vidadi.
Cəlil ağa düz evə üz tutdu. İ.Musabəyov;

3) başlamaq.
Qurumağa üz tutmuş ağaclar su içib cana gəldi, torpaq tərləməyə, nəfəs almağa, yenidən dirçəlməyə başladı. Ə.Məmmədxanlı.

Üz vermək1) vaqe olmaq, ortaya çıxmaq, baş vermək, olmaq; təsadüf etmək, birinin başına gəlmək. Bədbəxtlik üz vermək.
– Demək, evlənmək istədiyi günlər ərəfəsində [Əsədə] xoşbəxtlik üz vermişdi. S.Vəliyev;

2) adətən xoşagəlməz bir işi görməsinə mane olmamaq, bu işə laqeyd baxmaq, ona şərait yaratmaq, xoş sifət göstərmək.
[Hacı:] Qayınanalarınıza çox da üz verməyin. Qantəmir.
Şahmar [Zülfüqarla] dərdləşmək, dağılan əməkgünlərindən danışmaq istədi, ancaq hesabdar üz vermədi. B.Bayramov;

3) hücum etmək, üstünə cummaq. Canavar üz verdi sürüyə.
Üz vurmaq1) bir işi görməyi və ya görməməyi dostcasına, yoldaşcasına tələb etmək, xahiş etmək, israr etmək. Xahiş edirəm, üz vurmayasınız, sizinlə gedə bilməyəcəyəm;
2) dan. yeşik və s.-yə yığılan meyvənin yaxşısını üzünə düzmək. Pomidor yeşiyinə üz vurmaq. Üzüm səbətinə üz vurmaq.
Üzə çıxarmaq1) meydana çıxarmaq, tapmaq.
[Əmiraslan baba:] Bu Ağbulaq meşələrində … azı yüzə qədər çeşmə tapıb, qayalardan, çınqıllardan üzə çıxarmışam. S.Rəhimov;

2) köhn. qeyriqanuni, gizli vəziyyətdən çıxararaq adi həyata qaytarmaq. Qaçağı üzə çıxarmaq.
Üzə çıxmaq1) daha gizlənməyib açıq yaşamağa başlamaq (qaçaq, cani, oğru və b. haqqında).
[Bəkir:] Ev-eşiyimiz bərbad olub, varyoxumuz gedəndən sonra üzə çıxıb nə edəcəyik. N.Vəzirov.
Oğrular üzə çıxdılar.
Amma onlar Kor Hümmətin tapşırığı ilə İskəndərin əleyhinə şəhadət verdilər. M.Hüseyn;

2) dan. öz bacarığı, qabiliyyəti və s. müsbət xüsusiyyətləri sayəsində irəli getmək, həyatda, cəmiyyətdə özünə layiq yer tutmaq.
Dəmirov rayonda adamların üzə çıxmağına, irəliyə getməyinə sevinən və bu uğurda çalışan bir adamdır. S.Rəhimov;

3) aşkara çıxmaq, aşkar olmaq, müəyyənləşmək, məlum olmaq. Kimin yaxşı, kimin pis işlədiyi çox tez üzə çıxır;
4) adamlar arasına çıxmaq, gözə görünmək.
Gözəllər içində, xublar yanında; Üzə çıxa bilməz xəcalətindən. Q.Zakir.

Üzə durmaq1) inad etmək, öz dediyindən, tələbindən əl çəkməmək. Bağça barın istəyir; Heyva, narın istəyir; Oğlan üzə durubdur; Getmir, yarın istəyir. (Bayatı);
// məc. mənada.
Gecə də üzə durmuşdu, işıqlanmırdı ki, işıqlanmırdı. Ə.Vəliyev;

2) itaətdən çıxmaq, inad göstərmək.
Kütlə durub bu gün üzə; Ver bizə bir hesab deyir. Ə.Nəzmi.
[Əxistan:] Budur, bir kəndli də məmuru vurmuş; Bu, vergi istəmiş, o üzə durmuş. M.Rahim.

Üzə gülmək1) öz gözəlliyi, cazibədarlığı və s. ilə xoşlandırmaq, oxşamaq, xoşa gəlmək, cəzb etmək. Yeni binalar üzə gülür. – [Xalçanın] xüsusi zövqlə vurulan naxışları bahar çiçəyi kimi üzə gülürdü. (Qəzetlərdən);
2) yalandan üzdə özünü dost göstərmək, yalandan xoş sifət göstərmək. [Əsma xanım:] Üzə gülən imiş o qəlbiqara; Hardan meyil verdim o biilqara. “Lətif şah”.
Üzə qabarmaq (qayıtmaq) – cavab qaytarmaq, üzə durmaq; itaətdən çıxmaq.
Hümmət, arvadın da üzə qayıtdığını görüb geri çəkildi. B.Bayramov.

Üzə salmaq – bax üzünə salmaq.
[Yalınçağın] indi işi-peşəsi … üzə salıb, hər gün bir qapıda qarın otarmaq idi. M.Rzaquluzadə.

Üzə vermək – göstərmək, bildirmək, büruzə vermək. Narazılığını üzə vermək.
Üzə vurmamaq – ürəyində olan, yaxud gördüyü, bildiyi bir şeyi deməmək, bildirməmək, hiss etdirməmək.
[Şirəlinin] ürəyinə balaca xal düşdüsə də, üzə vurmayıb dedi. S.Rəhman.

Üzü ağ çıxmaq – bəslənilən ümidi, tapşırılan işi namusla yerinə yetirən adam haqqında.
Üzü ağ olmaq – yaxşı işinə, əməlinə, təmizliyinə görə fəxr etməyə layiq olmaq; etimadı doğrultmaq.
[Müəllim Hüseynə:] Yaxşı oxu, adam ol, bizim də üzümüz ağ olsun, ananın da. S.Rəhman.
Qız ona qulaq oldu; Dil oldu, dodaq oldu; Anasının yanında; Hər vaxt üzü ağ oldu. M.Dilbazi.

Üzü astarından baha başa gəlmək (oturmaq) – bax astarı üzündən baha başa gəlmək (“astar”da).
Üzü dönmək – bax üz döndərmək 1 və 2-ci mənalarda.
Gəl, ey mehrü məhəbbətim; Üzün məndən niyə döndü! Aşıq Ələsgər.
Bizi görcək yan keçirsən; Niyə üzün dönüb sənin? Aşıq Şəmşir.

Üzü gəlməmək – bir şeyi deməyə, istəməyə utanmaq, xəcalət çəkmək. [Molla:] Daha başqa mükafat istəməyə üzüm gəlmir. “M.N.lətif.
” Yalan deməyə də [Səfər kişinin] üzü gəlmədi. Mir Cəlal.

Üzü gülmək – sevinci üzündən bəlli olmaq.
Üzü gülür hər insanın; Banisi var bu dövranın. Aşıq Şəmşir.

Üzü gülməmək – həmişə qaşqabaqlı olmaq, üzü kədər ifadə etmək. Bu gündən sonra mehriban Soltanın üzü gülmədi, könlü qəmli, gözləri nəmli oldu, saralıb solmağa başladı. “Lətif şah”.
Üzü qara etmək – xəcalətli etmək.
Üzü(n) ağ olsun! – çox vaxt töhmət, məzəmmət, narazılıq məqamında işlədilir.
Qubad gecəni yatıb, səhər tezdən qardaşına bir belə kağız yazdı ki: qardaş, üzün ağ olsun, sənin Siracın bizim börkümüzü soxdu yerə. (Nağıl).

Üzü(n) qara olsun – nifrət, danlaq, məzəmmət bildirən ifadə.
Pis övladın üzü qara olsun! – [Rüstəm bəy:] Mənim qızım Məşədi İbadın tayı deyildir, amma nə eyləmək, pulsuzluğun üzü qara olsun! Ü.Hacıbəyov.
Yoxsulluğun üzü qara olsun! S.Rəhimov.

Üzümüzə gələn – qarşıdakı. Üzümüzə gələn bayram.
Üzün qara olsun! – qarğış, danlaq məqamında işlədilir.
[Zərnigar xanım:] “Səni görüm el içində xəcil olasan, ay kişi, oğul-uşaq yanında üzün qara olsun”, – deyə ərinə qarğayırdı. İ.Şıxlı.

Üzündə abır (həya, abır-həya) olmamaq – həyasız, utanmaz, ədəbsiz adam haqqında.
Üzündə su yoxdur – həyasız, abırsız adam haqqında.
Üzündə yazılıb (yazılmışdır) – üzünə baxdıqda aydın olur, üzünə baxan kimi məlum olur.
Üzündəki qırış (qırışlar) açılmamaq – bax üzü gülməmək.
Üzündən gəlməmək – bax üzü gəlməmək.
[Cəmilin] üzündən gəlmirdi ki, nənəsini çağırsın, yenə də əliboş döndüyünü bildirsin. S.Rəhimov.

Üzündən keçə bilməmək – yaxın dost və ya hörmətli bir şəxs olduğuna görə xahişini, sözünü yerə sala bilməmək.
Lakin [Rüstəm] Şərəfoğlunun üzündən keçə bilmirdi, kişi hörmətə layiq adam idi. M.İbrahimov.

Üzündən qan qaçmaq – üzünün rəngi saralmaq, üzünün qanı çəkilmək.
[Uşağın] üzündən qan qaçıb, meyit rənginə dönmüşdü. S.S.Axundov.

Üzündən oxumaq – üzündən, üzünün ifadəsindən bilinmək, məlum olmaq, bəlli olmaq. Onun ürəyindəkiləri üzündən oxumaq olur.
– Gülnaz Aqilin baxışlarından sanki onun ürəyindən nələr keçdiyini üzündən oxuya bildi. Q.İlkin.

Üzündən zəhər tökülmək (yağmaq) – çox hirsli, acıqlı, qaşqabaqlı, üzügülməz adam haqqında.
[Hacı:] Bu nə halətdir, Ağa dərviş, yenə üzündən zəhər tökülür? N.Vəzirov.

Üzünə ağ olmaq – itaətindən çıxmaq, tabe olmamaq, üzünə qabarmaq.
[Allahqulu:] Ağa, başına dönüm, böyüyün üzünə ağ olma! N.Vəzirov.
[Bayrama] elə gəlirdi ki, Gülsabah atasının üzünə ağ olmaz. Ə.Vəliyev.

Üzünə baxan (baxsa) kəffarə verməlidir (gərək kəffarə versin) – çox çirkin, kifir adam haqqında.
Üzünə bir batman darı töksən biri (birisi) də yerə düşməz – üzü çopur adam haqqında.
Üzünə (dik, şax) demək (söyləmək) – birisinin nöqsanını və ya onun haqqındakı fikri və s.-ni dalınca deyil, özünə demək.
Qəlbində kin və küdurət saxlayan deyildi, açıqsözlü idi, ərindən çəkinməyib hər sözünü onun üzünə dik söylərdi. E.Sultanov.
[Serjant:] Sözü dik adamın üzünə deyəndir. Mir Cəlal.

Üzünə durmaq1) ibtidai istintaqda və ya məhkəmə prosesində birisinin təqsirini, cinayətini özünə demək. Şahid müttəhimin üzünə durdu. Mütəzərrir müqəssirin üzünə durdu;
2) bax üzünə ağ olmaq.
[Fatma xanım:] Allah, gör mən nə günə düşmüşəm ki, bu kürd gədəsi də üzümə durubdu! N.Vəzirov.
[Məşədi İbad:] Rəhmətlik Pərzada günlərin bir günü bir şillə çəkdim ki, bir dişi sındı, o idi ki, sonra bir kərə olsun üzümə durmadı. Ü.Hacıbəyov.

Üzünə ələk (dəsmal, pərdə) tutmaq – yalandan özünü utancaq kimi göstərmək.
Üzünə gülmək – xoşuna gəlmək, cəlb etmək.
Ağ lavaşlar da süfrəyə sərilib, adamın üzünə gülürdü. E.Sultanov.
[Əsgər:] Bu ev, bu həyət, bu yol – hamısı elə bil ki, üzümə gülür. Ü.Hacıbəyov.

Üzünə gün doğmaq – xoşbəxt yaşamağa başlamaq, taleyi gülmək, bəxti açılmaq, fərəhlənmək.
Qorxmaz evə gələndə elə bil qardaşı ilə bacısının üzünə gün doğar, evləri fərəh və nəşə ilə dolardı. Ə.Vəliyev.

Üzünə qabarmaq (qayıtmaq) – bax üzə qabarmaq (qayıtmaq).
Etiraz Mayanı boğurdu, lakin bu qədər adamın içində Rüstəm kişinin üzünə qayıda bilmirdi. M.İbrahimov.

Üzünə qan səpilmək (çilənmək) – hirsindən üzü qızarmaq.
[Mimrənin] üzünə qan səpildi. Çəmənzəminli.

Üzünə pərdə çəkmək – maskalanmaq, özünü dost kimi göstərmək.
Üzünə salmaq – həyasızlıqla, sırtıqlıqla bir şeyi əldə etmək üçün çalışmaq.
Üzünə vurmaq1) bir adamın eybini, qüsurunu, çatışmayan cəhətini kobudcasına özünə demək. [Teymur] elə zənn eləyir ki, Molla onun çolaqlığını üzünə vurmaq istəyir. “M.N.lətif.
[Səkinə Rüstəmə:] Bizim borcumuz səbirli olmaqdır, ay Rüstəm, hövsələsizlik eləyib hər şeyi üzlərinə vursan onlar da darılıb ipiörkəni qırarlar. M.İbrahimov;

2) etdiyi yaxşılığı xatırladaraq utandırmaq, minnət qoymaq.
Üzünü açmaq1) qeyri-münasib bir sözü deməklə və ya başqa bir hərəkəti ilə uşağın tərbiyəsinə, əxlaqına pis təsir göstərmək.
[Zaman:] Ay arvad, bu uşağı niyə çağırıb, üzünü açırsan? Ə.Haqverdiyev;

2) keçmişdə: çarşabı üzündən kənar etmək, üzünü göstərmək.
[Aktyor Sona xalaya:] A qoca qarı, heç həya etmirsən ki, üzünü açıb bu naməhrəm kişilərə göstərirsən? S.S.Axundov.
[Cahan] üzünü açıb göstərir. Ü.Hacıbəyov;

3) məc. qızlığını almaq, bəkarətini, ismətini pozmaq.
Üzünü ağ etmək (eləmək) – bax üzünü ağartmaq 1-ci mənada.
Üzünü ağartmaq1) bax üz ağartmaq. Qulluqçu ağanın üzünü ağardar. (Ata. sözü.).
[Halay Şiraslana:] …Sənin şerin bizim divar qəzetinin üzünü ağardıbdır. S.Rəhimov;

2) bir yazının ilk mətnini, qaralamasını təmiz köçürtmək, üzünü köçürmək.
Katib cavab verir ki, kağızın Mirzə Səfərdədir, üzünü ağardar, apararsan. Ə.Haqverdiyev.

Üzünü bozartmaq1) bax sifətini (üzünü) bozartmaq (“bozartmaq”da).
Nəbi üzünü bozardıb dedi: – Sən bizdən nə istəyirsən? “Qaçaq Nəbi”;
2) özünü göstərmək, öz xasiyyətini, xüsusiyyətini büruzə vermək (əsasən mənfi cəhətdən).
Artıq payız üzünü bozartmışdı. B.Bayramov.

Üzünü çıxartmaq – bir sənədin, yazının üzünü olduğu kimi köçürmək, surətini çıxarmaq. Diplomun üzünü çıxartmaq.
[Qoca:] [Vəsiyyətnamənin] üzünü çıxarıb sizə gətirmişəm. Mir Cəlal.

Üzünü görmə! – pis adam haqqında işlədilir.
Üzünü heç görmə, üzü dönəndə; Elə bil, yer altdan əjdaha çıxır. S.Vurğun.
Elə ki bu çalsaqqal kişi göy örtüklü stolun dalına keçdi, daha üzünü görmə! Mir Cəlal.
Üzünü görək dan. zar. – çoxdan görüşmədiyi yaxın adamla görüşərkən deyilir.
Üzünü görmək istəməmək – zəhləsi getmək, nifrət etmək, görüşmək istəməmək.
Üzünü güldürmək – şənləndirmək, sevindirmək, kefini açmaq.
[Zeynal] ağlamaqda olan üç anasız qızın üzünü güldürər, sınıq ürəklərini sevindirə bilərdi. S.Hüseyn.

Üzünü qara etmək – bax üzü qara etmək.
[Sədr:] Salamat olun, ay uşaqlar, – dedi, – heç olmazsa siz bizim üzümüzü qara eləməyin. M.Hüseyn.

Üzünü mürdəşir yusun! dan. – qarğış məqamında işlədilir.
[Nazlı:] Görüm [Ağalarovun] üzünü mürdəşir mazutla yusun, bəlkə onda gözü bu nöyütdən doya! Ə.Məmmədxanlı.

Üzünü turşutmaq – üz əzələlərini yığmaq, üzünü qırışdırmaq, surətilə öz narazılığını, məmnunsuzluğunu ifadə etmək.
[Calal başını kənara çəkib üzünü turşudur:] Vallah, dadaş, genə çaxır içmisən. C.Məmmədquluzadə.

Üzünü tutmaq1) üzünü çevirib demək, müraciət etmək, üz tutmaq, üzünü döndərmək (çevirmək).
[Şah] üzünü hərəmlərə tutub xitab elədi. M.F.Axundzadə.
[Humay üzünü göy səmtinə tutaraq:] Aman, ya rəbbi! Bu nə fəlakətli hal!… H.Cavid;

2) bax üz tutmaq.
Bilmirəm, haraya tutum üzümü? Az qaldı, itirəm bütün özümü. H.K.Sanılı.

Üzünün əti (suyu) tökülmək – biabır olmaq, rüsvay olmaq, hörmətdən düşmək, abrı getmək (tökülmək).
Üzünün qanı qaçmaq – bax üzündən qan qaçmaq.
Üzünün suyunu tökmək – bərk danlamaq, biabır etmək, rüsvay etmək.
Alnı açıq, üzü ağ – bax alnı açıq.
Astarı üzündən baha (baha başa gəlmək) – bax astar.
Hansı üzlə – bax nə üzlə.
Əliboş Cəmil indi xəstə nənəsinin yanına hansı üzlə dönəcək, ona necə cavab verəcəkdi. S.Rəhimov.

Qapını üzünə çırpmaq – bax qapı.
Nə üzlə – nə cəsarətlə, nə əsasla, nəyə arxalanaraq, nəyə güvənərək, nə haqla.
[Səkinə:] Mən pambıq işinə çıxmasam, sən [Rüstəm] yayın istisində nə üzlə qapı-qapı düşüb, özgə arvadlarına deyəcəksən ki, gəlin, pambıq batdı? M.İbrahimov.
[Bəy:] Pristavın yanına bəs nə üzlə gedəcəksən? Mir Cəlal.

Taleyi üzünə gülmək – bax tale.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÜZ ÜZ Bu mənzərəni görən Cahangirin hiddətli üzü birdən şən bir təbəssümlə parladı, dodaqları açılaraq, şaqqırtılı bir qəhqəhə qopdu (Çəmənzəminli); BƏNİ
  • ÜZ avand
  • ÜZ sifət — bəniz
  • ÜZ səth
  • ÜZ sima — bəniz — sifət — çöhrə

Omonimlər

  • ÜZ ÜZ I is. Sifət, bəniz. Aç üzün, yox tikanı insanın; Arı sancar üzün, pətəkdən qaç! (M.Ə.Möcüz). ÜZ II is

Antonimlər (əks mənalı sözlər)

  • ÜZ ÜZ – ARXA Sən qaranlığa arxa çevirib, işığa üz tutursan (S.Qədirzadə)
ÜYÜTMƏK
ÜZ-GÖZ
OBASTAN VİKİ
Üz siniri
== İstinadlar ==
Üz-üzə (povesti)
"Üz–üzə" — Çingiz Aytmatovun ilk povesti. == Mövzusu == "Üz-üzə" əsərində yazıçı İkinci Dünya müharibəsi əsnasında cəbhədən qaçan bir əsgərin savaşın əleyhinə çıxması və insanın öz həyatını qurtarmaq üçün çəkdiyi iztirabları təsvir edir. Əsərdə kiçik bir kənddə müharibədən əvvəl xoşbəxt yaşayan bir ailədən bəhs edilir. Yeni evli bu cütlüyün həyatı müharibənin başlamasıyla tamamilə alt-üst olur. Əsərdə müharibənin insan və cəmiyyət ruhunda meydana gətirdiyi aşınmalar, xalqın ölüm-dirim mübarizəsi təsirli bir şəkildə təsvir edilmişdir. Əsərin əsas leytmotivini fərari ərini qorumaq üçün Səidənin yaşadığı qorxunc çətinliklər, hisslər təşkil edir. Kənddəki digər qadınlara cəbhədəki ərləriylə əlaqədar acı xəbər gəldikcə Səidənin yaşadığı ziddiyyətli duyğuları yazıçı onu mühakimə və tənqid etmədən adi bir insan olaraq görməyimizə nail olmuşdur. == İdeyası == Əsərin əsas ideyası ictimai rifahın fərdi mənfəətdən daha əhəmiyyətli olmağını göstərməkdır. Çingiz Aytmatov kiçik mühitdən çıxaraq bütün dünyaya səslənir, yalnız milli deyil, bütün bəşəriyyətin faciəsinə çevrilmiş problemlərə işıq salır. Yazıçı "Üz-üzə" əsərində xalqının ağrılarını, qəhrəmanlıqlarını, təcrübələrini yazıya töküb ölümsüzləşdirmiş, müharibənin sərt qanunlarını ən inandırıcı şəkildə izah etmiş, öz ifadəsi ilə desək "tipik insan"ı ortaya qoymağa çalışmışdır.
İki tərəfli üz
İki tərəfli üz — patologiyada "Craniophagus Parasiticus" adlanır. Belə hallarda bir bədəndə iki siam əkizlərinin kəllə qutusu bitişməyə başlayır. 1896-cı ildə nəşr olunan "Tibbin anomaliyalari və qeyri-adilikləri" kitabında maraqlı hadisə qeyd olunub. Belə ki, Edvard Mordreyk adlı şəxs iki üzlə anadan olub. O, İngiltərənin imkanlı ailəsinin varisi olub. Bütün tanışlar onun haqqında müsbət fikirdə idilər. Onu görənlər ön tərəfdən üzünün çox yaraşıqlı olduğunu deyirdilər. Ancaq başının arxa hissəsində yerləşən üzü əksinə çox çirkin olub. Onun dediyinə görə gecələr ikinci üzü ona iblisyana sözlər pıçıldayırmış. Hətta onun ön üzü güləndə arxa üzünün kədərləndiyi halları da olub.
Çapıqlı üz (film, 1983)
Çapıqlı üz (ing. Scarface) — 1983-cü ildə çəkilmiş Amerika epik kriminal dramdır. Baş rolda Al Paçinonun Toni Montananı canlandırdığı filmin rejissoru Brayan De Palma, ssenari müəllifi isə Oliver Stoundur. Hovard Houksun 1932-ci ildə çəkdiyi eyniadlı film əsasında çəkilmiş "Çapıqlı üz"də, 1980-ci ildə Mariel gəmi köçürülməsi nəticəsində Mayamiyə gələn uydurulmuş (real şəxsiyyət olmayan) Kuba köçkününün hekayəsi təsvir olunur. Montana 1980-ci il kokain bumu dövründə qüdrətli qanqsterə çevrilir. Süjet boyu onun Mayaminin kriminal aləmində yüksəlişinin və sonda yunan faciəsi tərzində enişinin xronikası təqdim edilir.
Üç üz (film, 2018)
Üç üz (fars. سه رخ‎ — Sə rüx) — Cəfər Pənahinin 2018-ci ildə çəkdiyi dram janrında filmdir. Filmdə iranlı üç qadının taleyindən bəhs edilir. == Filmin mövzusu == Məhdud büdcə ilə çəkilmiş bu minimalist filmdə baş rollarda Behnaz Nəcəfi, Mərziyyə Rzayi və rejissorun özü çəkilib. Film əsasən aktrisa olmaq istədiyi üçün ailəsinin təzyiqləri ilə üzləşən gənc bir qızın həyat hekayəsindən bəhs edir. Ümumilikdə isə filmdə üç iranlı aktrisanın həyatından bəhs edilir. Onlardan biri İslam İnqilabından sonra kinodan getməyə məcbur olan aktrisa, ikincisi müasir populyar aktrisa, digəri isə aktyorluq məktəbinin tələbəsidir. Filmdə İran qadınlarının, xüsusilə də aktrisaların qarşılaşdığı sosial və peşəkar problemlər göstərilir. == Mükafatlandırılması == Cəfər Pənahiyə siyasi fikirlərinə görə İranda iyirmi illik kino çəkmək və ölkəni tərk etmək qadağan edilməyinə baxmayaraq o, qadağa dövründə dörd film ərsəyə gətirmişdir. Bu filmlərdən sonuncusu məhz "Üç üz" filmidir.
Anarla üz-üzə (film, 1989)
Anarla üz-üzə filmi rejissorlar Ramiz Həsənoğlu və Rəis İsmayılov tərəfindən 1989-ci ildə çəkilmişdir. Film "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film yazıçı, şair, tərcüməçi, ssenarist Anarın həyat və yaradıcılığına həsr olunub. == Məzmun == Film yazıçı, şair, tərcüməçi, ssenarist Anarın həyat və yaradıcılığına həsr olunub.
Vulkanla üz-üzə (film, 2001)
== Məzmun == Film Azərbaycan ərazisində, xüsusilə Qobustanda palçıq vulkanları və onların lavalarının müalicəvi əhəmiyyəti haqqındadır. Palçıq vulkanlarına dünyanın bir çox yerlərində təsadüf etmək olar. Amma palçıq vulkanların 1/3 hissəsi Azərbaycanda, 16000 km² ərazidə cəmlənmişdir! Təbiətin möhtəşəm və sirri açılmamış təzahürü bütün forma və çeşid müxtəlifliyi ilə qəsdən sanki burada canlanmışdır. Elə bu səbəbdən də Azərbaycan palçıq vulkanlarının diyarı hesab olunur. Azərbaycanda palçıq vulkanlarının ən çox yayıldığı ərazi Abşeron yarımadası, Şamaxı-Qobustan, Aşağı Küryan çökəkliyi, Bakı arxipelaqı və Gürcüstan sərhədləridir.
Vəhşi Təbiətə Üz tutan Fərdiyyəçilər
Vəhşi təbiətə Üz tutan Fərdiyyəçilər ya da Vəhşiliyə Yönələn Fərdiyyəçilər (isp. Individualistas Tendiendo a lo Salvaje, ITS) 2011-ci ildə Meksikada ortaya çıxan, özünü eko-ekstremist olaraq adlandıran bir eko-terror təşkilatıdır. Meksika hökumət orqanları tərəfindən bəzi şiddətli aktlar bu təşkilatla əlaqələndirilsə də, qrup tərəfindən törədilən hücumların çoxu istintaq araşdırmalarının ardından inkar edilmiş və başqa qruplara və ya terrorizm hesab olunmayan cinayətlərə aid edilmişdir. == İdeologiya == 3 fevral 2016-cı il tarixində ITS Eko-ekstremist Lənət (ispanca: Maldición Eco-extremista) adlı bloqda bir bəyanat dərc etdi. Yazıda o, özünü "eko-ekstremist" adlandıraraq, elmi və texnoloji tərəqqini ekosistemlərin təxribatına və özünü təbiətdən uzaqlaşdıran bir sivilizasiyanın inkişafına görə məsuliyyət daşımaqda ittiham edirdi. Alçalma prosesi kimi gördükləri texnoloji tərəqqini geri qaytarmaq üçün onlar cavabdeh olaraq təyin etdikləri şəxslərə qarşı peşmançılıq çəkmədən şiddətli hərəkətlər edəcəklərini açıqladılar. Qrup Meksikanın müxtəlif universitet mərkəzlərində nanotexnologiya və digər əlaqəli elmlərin tədrisinə özünü həsr etmiş universitet müəllimlərinə məktub bombaları göndərərək 2011-ci ildə terror fəaliyyətinə başladığını bəyan edirdi. Bu ilk hərəkətlərin metodologiyası qrupun əsas ilham mənbəyi olan Ted Kazinski'ninkinə bənzəyirdi. Bununla belə, digər neo-luddist və ya anarxo-primitivist qruplar tənqidi fikirdədirlər və görünür, Kazinskinin özü ilə əlaqə saxlamağa başlayıblar, o, 2012-ci ilin əvvəlində inqilabi hərəkətlərə dair sadəlövh təklifinə və tarix boyu ictimai hərəkatların lal təhlilinə görə İTS-ə qarşı sərt məktub yazmışdı. 2014-cü ildə ITS yeni mərhələ elan etdi və onlarla eko-anarxist qrupla Vəhşi Reaksiya (ispanca.
Azərbaycan faşizmlə üz-üzə (film, 2005)
"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı – SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 9 may 1945-ci il tarixli qərarı ilə təsis edilmişdir. Medalın müəllifləri rəssamlar E. M. Romanov və İ. K. Andrianovdur. == Təsisi == SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 9 may 1945-ci il tarixli Fərmanı ilə təsis edilmişdir. == Əsasnaməsi == "1941–1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilsin: II Dünya Müharibəsi cəbhələrində Qırmızı Ordu, Hərbi Dəniz Qüvvələri və NKVD qoşunlarının sıralarında bilavasitə iştirak edən və ya hərbi rayonlardakı işləri ilə qələbəni təmin edən bütün hərbi personal və mülki heyət; Böyük Vətən Müharibəsi dövründə Qırmızı Ordu, Hərbi Dəniz Qüvvələri və NKVD qoşunları sıralarında xidmət etmiş, lakin yaralanma, xəstəlik və xəsarətlər səbəbindən ordunu tərk edən, habelə birbaşa dövlət və partiya təşkilatlarının qərarı ilə verilmiş bütün hərbi personal və ordu xaricində çalışan mülki işçilər; SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 07.07.1945-ci il tarixli qərarı ilə medal haqqında Əsasnaməyə edilən əlavəyə əsasən, "1941–1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı həm də Xalq Daxili İşlər Komissarlığı orqanlarının və SSRİ Dövlət Təhlükəsizlik Komissarlığının şəxsi heyətinə verilmişdir. == Taxılma qaydası == "1941–1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı sinənin sol tərəfində, SSRİ-nin digər medallarından "Sovet Zapolyaryesinin müdafiəsinə görə" medalından sonra taxılır. == Təltif olunanlar == "1941–1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ən populyar medal hesab olunur. 1 yanvar 1995-ci ilə qədər təqribən 14.933.000 şəxs "1941–1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif olunub. Mükafatlandırılanlar arasında, Alman ordusu və müttəfiqlərinə qarşı döyüşlərdə iştirak edən Bolqarıstan silahlı qüvvələrinin 120 min hərbçisi də var.
"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı – SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 9 may 1945-ci il tarixli qərarı ilə təsis edilmişdir. Medalın müəllifləri rəssamlar E. M. Romanov və İ. K. Andrianovdur. == Təsisi == SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 9 may 1945-ci il tarixli Fərmanı ilə təsis edilmişdir. == Əsasnaməsi == "1941–1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilsin: II Dünya Müharibəsi cəbhələrində Qırmızı Ordu, Hərbi Dəniz Qüvvələri və NKVD qoşunlarının sıralarında bilavasitə iştirak edən və ya hərbi rayonlardakı işləri ilə qələbəni təmin edən bütün hərbi personal və mülki heyət; Böyük Vətən Müharibəsi dövründə Qırmızı Ordu, Hərbi Dəniz Qüvvələri və NKVD qoşunları sıralarında xidmət etmiş, lakin yaralanma, xəstəlik və xəsarətlər səbəbindən ordunu tərk edən, habelə birbaşa dövlət və partiya təşkilatlarının qərarı ilə verilmiş bütün hərbi personal və ordu xaricində çalışan mülki işçilər; SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 07.07.1945-ci il tarixli qərarı ilə medal haqqında Əsasnaməyə edilən əlavəyə əsasən, "1941–1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı həm də Xalq Daxili İşlər Komissarlığı orqanlarının və SSRİ Dövlət Təhlükəsizlik Komissarlığının şəxsi heyətinə verilmişdir. == Taxılma qaydası == "1941–1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı sinənin sol tərəfində, SSRİ-nin digər medallarından "Sovet Zapolyaryesinin müdafiəsinə görə" medalından sonra taxılır. == Təltif olunanlar == "1941–1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ən populyar medal hesab olunur. 1 yanvar 1995-ci ilə qədər təqribən 14.933.000 şəxs "1941–1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif olunub. Mükafatlandırılanlar arasında, Alman ordusu və müttəfiqlərinə qarşı döyüşlərdə iştirak edən Bolqarıstan silahlı qüvvələrinin 120 min hərbçisi də var.
"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)" yubiley medalı
"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" medalı — Azərbaycanın dövlət təltifi (medal). Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qurulmasının 10 illiyi münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" medalı Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli qanunu ilə təsis edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) həqiqi hərbi xidmət keçən və xidməti vəzifələrini nümunəvi yerinə yetirən zabitlər, gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, həmin orqandan (qurumdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular, habelə həmin orqanda (qurumda) səmərəli fəaliyyət göstərən mülki işçilər və həmin orqanın (qurumun) fəaliyyətinin təşkilində və inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər. Maddə 2. Təltif edən orqan "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təltif edir. Maddə 3. Taxılma qaydası "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == Medalın təsviri Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" yubiley medalı
"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" medalı — Azərbaycanın dövlət təltifi (medal). Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qurulmasının 10 illiyi münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" medalı Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli qanunu ilə təsis edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) həqiqi hərbi xidmət keçən və xidməti vəzifələrini nümunəvi yerinə yetirən zabitlər, gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, həmin orqandan (qurumdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular, habelə həmin orqanda (qurumda) səmərəli fəaliyyət göstərən mülki işçilər və həmin orqanın (qurumun) fəaliyyətinin təşkilində və inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər. Maddə 2. Təltif edən orqan "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təltif edir. Maddə 3. Taxılma qaydası "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == Medalın təsviri Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
"Mexaniki və üzvi həmrəylik."
Sosiologiyada " mexaniki həmrəylik " və " orqanik həmrəylik " [1] Émile Durkheim tərəfindən inkişaf etdirilən həmrəylik anlayışlarıdır. Durkheim , "The Division of Labour in Society" (1893) kitabinda cəmiyyətlərin inkişaf nəzəriyyəsinin bir hissəsi kimi "mexaniki" və "üzvi həmrəylik" ifadələrini təqdim etmişdir. Durkheimin sözlərinə görə, ictimai həmrəyliyin növləri mexaniki və üzvi cəmiyyətlər olan cəmiyyət növləri ilə əlaqəlidir. Mexaniki birliyini nümayiş etdirən bir cəmiyyətdə, onun birləşməsi və inteqrasiyası, eyni iş, təhsil və dini təlim və həyat tərzi ilə əlaqəli olan fərdlərin — homojenliyindən gəlir. Mexanika həmrəyliyi normal olaraq "ənənəvi" və kiçik miqyaslı cəmiyyətlərdə fəaliyyət göstərir. [2] Sadə cəmiyyətlərdə (məsələn, qəbilə), həmrəylik adətən ailə şəbəkələrinin qohumluq əlaqələrinə əsaslanır. Üzvi həmrəylik, işin ixtisaslaşmasından və insanlar arasındakı tamamlayıcılıqlardan yaranan bir-birinə olan bağlılığından gəlir — müasir və sənaye cəmiyyətlərində baş verən inkişaf. [2] Bu, daha inkişaf etmiş cəmiyyətlərdə bir-birinə olan asılılıqlara əsaslanan sosial birlikdir. Fərqli vəzifələri yerinə yetirərkən və müxtəlif dəyərlər və maraqlara sahib olsa da, cəmiyyətin sırası və çox həmrəyliyi insanlarin müəyyən vəzifələrini yerinə yetirmək üçün bir-birlərinə güvənməsindən asılıdır. Beləliklə, ictimai həmrəylik daha kompleks cəmiyyətlərdə onun tərkib hissələrinin bir-birindən asılı olması yolu ilə saxlanılır (məsələn, fermerlər fermerin ərzaq istehsal etməyə imkan verən traktoru istehsal edən zavod işçilərini qidalandırmaq üçün ərzaq istehsal edir).
"Yaponiya üzərində qələbəyə görə" medalı
"Yaponiya üzərində qələbəyə görə — SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 30 sentyabr 1945-ci il tarixli Fərmanı ilə təsis edilmişdir. Medal layihəsinin müəllifi rəssam Lukina M. L.-dir. == Təltif olunanlar == 1,8 milyon müharibə iştirakçısı bu medalla təltif edilmişdir.
1903 idman gimnastikası üzrə Dünya Çempionatı
İdman gimnastikası üzrə ilk Dünya Çempionatı 1903-cü ildə Belçikanın Antverpen şəhərində keçirilmişdir.
1905 idman gimnastikası üzrə Dünya Çempionatı
İdman gimnastikası üzrə ilk Dünya Çempionatı 1905-ci ildə Fransanın Bordo şəhərində keçirilmişdir.
1907 idman gimnastikası üzrə Dünya Çempionatı
İdman gimnastikası üzrə 3-cü Dünya Çempionatı 1907-ci ilin iyun ayında Bohemiyanın Praqa şəhərində keçirilmişdir. == Medallar == Qeyd Beynəxalq Gimnastika Federasiyası rəsmiləri Bohemiya idmançılarının qazandıqları medalları sənədləşmələrdə Çexoslovakiyanın xeyrinə yazır.
1909 idman gimnastikası üzrə Dünya Çempionatı
İdman gimnastikası üzrə 4-cü Dünya Çempionatı 1909-cu ildə Lüksemburqda keçirilmişdir. == Medal cədvəli == Qeyd Beynəxalq Gimnastika Federasiyası rəsmiləri Bohemiya idmançılarının qazandıqları medalları sənədləşmələrdə Çexoslovakiyanın xeyrinə yazır.
1911 Güləş üzrə Avropa Çempionatı
1911-ci ildə Güləş üzrə Avropa Çempionatı Budapeşt şəhərində (Avstriya-Macarıstan) keçirilmişdir. Güləş üzrə ilk Avropa Çempionatı idi. Yarışçılar ancaq Yunan-Roma güləşində mübarizə aparırdılar.
1913 idman gimnastikası üzrə Dünya Çempionatı
İdman gimnastikası üzrə 6-cı Dünya Çempionatı 15-16 noyabr 1909-cu ildə Fransanın paytaxtı Parisdə keçirilmişdir. == Medal cədvəli == Beynəxalq Gimnastika Federasiyası rəsmiləri Bohemiya idmançılarının qazandıqları medalları sənədləşmələrdə Çexoslovakiyanın xeyrinə yazır.
1921 Güləş üzrə Avropa Çempionatı
1921-ci ildə Güləş üzrə Avropa Çempionatı Almaniyanın Offenbax şəhərində keçirlmişdir. Yarışçılar ancaq Yunan-Roma güləşində mübarizə aparırdılar. Qaliblərin hamısı Almaniya təmsilçiləri oldular.
1924 Güləş üzrə Avropa Çempionatı
1924-cü ildə Güləş üzrə Avropa Çempionatı Almaniyanın Noynkirxen şəhərində keçirlmişdir. Yarışçılar ancaq Yunan-Roma güləşində mübarizə aparırdılar. Qaliblərin hamısı Almaniya təmsilçiləri oldular.
1925 Güləş üzrə Avropa Çempionatı
1925-ci ildə Güləş üzrə Avropa Çempionatı İtaliya Krallığının Milan şəhərində keçirilmişdir. Yarışçılar ancaq Yunan-Roma güləşində mübarizə aparırdılar.
1926 Güləş üzrə Avropa Çempionatı
1926-cı ildə Güləş üzrə Avropa Çempionatı Latviyanın Riqa şəhərində keçirlmişdir. Yarışçılar yalnız Yunan-Roma güləşində mübarizə aparırdılar.
1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə medalı
"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı – SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 9 may 1945-ci il tarixli qərarı ilə təsis edilmişdir. Medalın müəllifləri rəssamlar E. M. Romanov və İ. K. Andrianovdur. == Təsisi == SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 9 may 1945-ci il tarixli Fərmanı ilə təsis edilmişdir. == Əsasnaməsi == "1941–1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilsin: II Dünya Müharibəsi cəbhələrində Qırmızı Ordu, Hərbi Dəniz Qüvvələri və NKVD qoşunlarının sıralarında bilavasitə iştirak edən və ya hərbi rayonlardakı işləri ilə qələbəni təmin edən bütün hərbi personal və mülki heyət; Böyük Vətən Müharibəsi dövründə Qırmızı Ordu, Hərbi Dəniz Qüvvələri və NKVD qoşunları sıralarında xidmət etmiş, lakin yaralanma, xəstəlik və xəsarətlər səbəbindən ordunu tərk edən, habelə birbaşa dövlət və partiya təşkilatlarının qərarı ilə verilmiş bütün hərbi personal və ordu xaricində çalışan mülki işçilər; SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 07.07.1945-ci il tarixli qərarı ilə medal haqqında Əsasnaməyə edilən əlavəyə əsasən, "1941–1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı həm də Xalq Daxili İşlər Komissarlığı orqanlarının və SSRİ Dövlət Təhlükəsizlik Komissarlığının şəxsi heyətinə verilmişdir. == Taxılma qaydası == "1941–1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı sinənin sol tərəfində, SSRİ-nin digər medallarından "Sovet Zapolyaryesinin müdafiəsinə görə" medalından sonra taxılır. == Təltif olunanlar == "1941–1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ən populyar medal hesab olunur. 1 yanvar 1995-ci ilə qədər təqribən 14.933.000 şəxs "1941–1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif olunub. Mükafatlandırılanlar arasında, Alman ordusu və müttəfiqlərinə qarşı döyüşlərdə iştirak edən Bolqarıstan silahlı qüvvələrinin 120 min hərbçisi də var.
1950-ci il basketbol üzrə dünya çempionatı
1950-ci il basketbol üzrə dünya çempionatı — Basketbol üzrə kişilərdən ibarət milli yığma komandalar arasında ilk dünya çempionatı. 1950-ci il 22 oktyabrdan 3 noyabradək Buenos-Ayresdə (Argentina) keçirilmişdir. == Tarixi == Basketbol üzrə kişilərdən ibarət milli yığma komandalar arasında dünya çempionatının keçirilməsi barədə Londonda 1948-ci il yay Olimpiya oyunları zamanı FİBA-nın konqresində qərar qəbul edilmişdir. Yalnız iki il sonra Argentinada 10 yığma komandanın iştirakı ilə ilk dünya çempionatı keçirilmiş, ev sahibi olan Argentina komandası bu çempionatda I yeri tutmuşdur. == Komandalar == Çempionatın iştirakçıları 1948-ci ildə FİBA-nın Dünya Konqresində müəyyənləşdirilmişdi. Qərara əsasən bu turnirdə çempionatın keçirildiyi ölkə — Argentinanın, 1948-ci il yay Olimpiya oyunlarının basketbol üzrə üç qalibinin (ABŞ, Fransa və Braziliya), basketbol üzrə 1949-cu il Avropa çempionatının qalibi olmuş Misir, basketbol üzrə Cənubi Amerika çempionatının iki ən yaxşı komandasının (Uruqvay və Çili), 1950-ci ilin yanvarında keçirilmiş Avropa təsnifat qrupunun iki ən fəal iştirakçısının (İtaliya və İspaniya) və təşkilatçı ölkələrin birgə qərarı ilə Ekvadorun kişilərdən ibarət yığma komandalarının iştirakı nəzərdə tutulmuşdur. İtaliya maliyyə problemləri ilə əlaqədar çempionatda iştirakdan imtina etdiyinə görə onu Avropa təsnifat turnirində üçüncü yeri tutmuş Yuqoslaviya əvəz etmişdir. Uruqvay siyasi səbəblərə görə təşkilatçı ölkələr tərəfindən yarışlara buraxılmamış və onu Perunun yığma komandası əvəz etmişdir. Avropa qitəsinin ən güclü komandalarından biri olan SSRİ yığması 1949-cu il Avropa çempionatında iştirak etmədiyinə görə dünya çempionatına dəvət olunmamışdır. İspaniya və Fransa yığmaları dünya birinciliyinin yarışa gecikdiklərinə görə açılış mərasimində iştirak etməmişlər.
1952 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1952 — qadınlararası dünya çempionatlarının ilkidir. Turnir 1952-ci ildə avqust ayının 17-də başlamış, 29-da bitmişdir. Yarışlara SSRİ paytaxtı Moskva ilə ev sahibliyi etmişdir.
1956 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1956 — qadınlararası dünya çempionatı yarışlarının sayca ikincisidir. Yarışlar 1956-cı ildə avqust ayının 30-u başlayıb sentyabrın 12-i başa çatmışdı. Turnir Fransada təşkil olunmuşdu. SSRİ-də İlk dünya çempionatındakı kimi oyunlar yalnız bir şəhərdə — Parisdə keçirilmişdi. == Komandalar == == Qrup mərhələsi == === "A" Qrupu === === "B" Qrupu === === "C" Qrupu === === "D" Qrupu === === "E" Qrupu === == II mərhələ == II mərhələ yarışlarda son mərhələ sayılır. Bu mərhələdə ölkələr iki qrupa bölünür. Birinci qrup əsas qrup sayılır və burada 1-ci 10-cu yer uğrunda mübarizə aparılır. İkinci qrupda isə qruplarda nəticə əldə edə bilməyən yeddi komanda yarışır. Bu mərhələnin əsas qrupunda doqquz matçın hamısında rəqiblərini məğlub edən SSRİ millisi ardıcıl ikinci dəfə dünya çempionu adına layiq görülmüşdü.
1960 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1960 — qadınlararası dünya çempionatı yarışlarının üçüncüsüdür. Turnir 1960-cı il oktyabr ayının 29-u başlamış, noyabr ayının on dördündə başa çatmışdı. Bu baxımdan ilk iki çempionatdan daha çox sürmüşdü. Oyunlar Braziliyada keçirilmişdi. Qalib isə ardıcıl üçüncü dəfə SSRİ milli komandası olmuşdu.
1962/1963 futbol üzrə Malta çempionatı
1962/1963 Malta birinci divizionu (malta L-Ewwel Diviżjoni Maltija 1962/1963) — Malta Premyer Liqasının 48-ci mövsümü.
1962 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1962 — hələlik ilk və yeganə çempionatdır ki, özündən əvvəlki analoji turnirdən iki il sonra başlamışdı. 1962-ci ildə oktyabr ayının on üçündə Sovet Sosialist Respublikaları İttifaqında başqa bir deyimlə, SSRİ-də başlamışdı. Turnirin qapanış matçı isə adı çəkilən ayın iyirmi beşində olmuşdu. Turnirin qalibi böyük sensassiya ilə Yaponiya olmuşdu. Halbuki ev sahibi SSRİ millisi çempionatın açıq-aşkar fovariti sayılırdı. Bu baxımdan SSRİ-dən fərqli ölkənin çempion olduğu ilk dünya çempionatıdır.
1962 idman gimnastikası üzrə Dünya Çempionatı
15-ci idman gimnastikası üzrə Dünya Çempionatı 1962-ci ilin iyul ayının 3–8 tarixlərində Praqada (Çexoslovakiya) keçirilmişdir.
1966-cı il futbol üzrə SSRİ çempionatı
1966-ci il futbol üzrə SSRİ çempionatı — SSRİ-nin 28-ci futbol çempionatı olmaqla, 1966-ci ilin 10 aprel — 30 noyabr tarixləri arasında keçirilmişdir. Turnirin qalibi Kiyevin "Dinamo" komandası olmuşdur. == "А" dəstəsi == === Birinci qrup. ===

Digər lüğətlərdə