Vəhşi Təbiətə Üz tutan Fərdiyyəçilər

Vəhşi təbiətə Üz tutan Fərdiyyəçilər ya da Vəhşiliyə Yönələn Fərdiyyəçilər (isp. Individualistas Tendiendo a lo Salvaje, ITS) 2011-ci ildə Meksikada ortaya çıxan, özünü eko-ekstremist[2] olaraq adlandıran bir eko-terror təşkilatıdır. Meksika hökumət orqanları tərəfindən bəzi şiddətli aktlar bu təşkilatla əlaqələndirilsə də, qrup tərəfindən törədilən hücumların çoxu istintaq araşdırmalarının ardından inkar edilmiş və başqa qruplara və ya terrorizm hesab olunmayan cinayətlərə aid edilmişdir.[3]

Vəhşi Təbiətə Üz tutan Fərdiyyəçilər
Individualistas Tendiendo a lo Salvaje
Loqonun şəkli
ITS tərəfindən istifadə olunan loqolardan biri
Növü beynəlmiləl terror təşkilatı
Fəaliyyəti Sivilizasiyaya və elmi-texnoloji inkişafa qarşı mübarizə
Yaranma tarixi 27 aprel 2011-ci il
Yarandığı yer Meksika Meksika
Fəaliyyət göstərdiyi yer Meksika Meksika, Çili Çili, Braziliya Braziliya, Argentina Argentina, İspaniya İspaniya, Yunanıstan Yunanıstan, Şotlandiya Şotlandiya
Qurucusu Xale [1]
Gəlir Oğurluq, soğyun
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

3 fevral 2016-cı il tarixində ITS Eko-ekstremist Lənət (ispanca: Maldición Eco-extremista) adlı bloqda bir bəyanat dərc etdi. Yazıda o, özünü "eko-ekstremist" adlandıraraq, elmi və texnoloji tərəqqini ekosistemlərin təxribatına və özünü təbiətdən uzaqlaşdıran bir sivilizasiyanın inkişafına görə məsuliyyət daşımaqda ittiham edirdi. Alçalma prosesi kimi gördükləri texnoloji tərəqqini geri qaytarmaq üçün onlar cavabdeh olaraq təyin etdikləri şəxslərə qarşı peşmançılıq çəkmədən şiddətli hərəkətlər edəcəklərini açıqladılar.  Qrup Meksikanın müxtəlif universitet mərkəzlərində nanotexnologiya və digər əlaqəli elmlərin tədrisinə özünü həsr etmiş universitet müəllimlərinə məktub bombaları göndərərək 2011-ci ildə terror fəaliyyətinə başladığını bəyan edirdi.

Bu ilk hərəkətlərin metodologiyası qrupun əsas ilham mənbəyi olan Ted Kazinski'ninkinə bənzəyirdi.  Bununla belə, digər neo-luddist və ya anarxo-primitivist qruplar tənqidi fikirdədirlər və görünür, Kazinskinin özü ilə əlaqə saxlamağa başlayıblar, o, 2012-ci ilin əvvəlində inqilabi hərəkətlərə dair sadəlövh təklifinə və tarix boyu ictimai hərəkatların lal təhlilinə görə İTS-ə qarşı sərt məktub yazmışdı.

2014-cü ildə ITS yeni mərhələ elan etdi və onlarla eko-anarxist qrupla Vəhşi Reaksiya (ispanca. Reacción Salvaje, RS) adı altında birləşdiklərini elan edən bəyanat yaydı. Bununla belə, məhz bu yeni mərhələdə İTS-in iddia etdiyi hərəkətlərin əksəriyyəti sonradan istintaqlar zamanı təkzib edildi və polis əsl günahkarları tapdığını iddia etdi.

ITS öz təsirini Meksikadan bir sıra Avropa və  Çili və Braziliyadakı varlığı da daxil olmaqla Latın Amerikası ölkələrinə qədər genişləndirmişdir.  Bu beynəlmiləlləşmə və onun mövcudluğu hökumət dairələri tərəfindən hazırda təkzib edilir.  Qrup nə Avropa Şurasının beynəlxalq terror təşkilatları siyahısında, nə də ABŞ Dövlət Departamentinin siyahısında mövcud deyil.

Meksikada fəaliyyət

[redaktə | mənbəni redaktə et]

27 aprel 2011-ci ildə Meksika ştatının Tultitlan şəhərindəki Mexiko Vadisi Politexnik Universitetində paket bomba partladı, bir işçi ağır yaralandı. ITS terror fəaliyyətinin başlanğıcı kimi Meksikadakı universitet mərkəzlərində müxtəlif tədqiqatçılara istehsal edib göndərdiyi, əksəriyyəti ya partlamamış, ya da zərərsizləşdirilmiş yanğın çıxaran paket hücumlarına görə məsuliyyəti öz üzərinə götürüb.

2014-cü ildə kiçik bir İTS qrupu olan Obsidian Nöqtəsi Hücum Dairəsi tərəfindən hazırlanmış bir paket-bomba.

Avqustun əvvəlində hücumların ikinci dalğası Monterrey Texnologiya və Ali Təhsil İnstitutunda paket bombanın partlaması ilə başladı.  Alim Armando Herrera Korral nəticədə ayaqlarından yaralandı və kar oldu.  Professor Alejandro Aceves López də üzündən və qollarından yaralandı və partlayıcının parçalarından biri onun ağciyərini deşdi.  Meksika məhkəmə orqanları hücumu İTS ilə əlaqələndirmişdir. Səhəri gün Quanaxuato ştatının İrapuato şəhərindəki Milli Politexnik İnstitutuna aid tədqiqat mərkəzində (CINVESTAV) şübhəli bağlama yerləşdirilib.  Partlayıcı maddələrlə işləmək üzrə ixtisaslaşmış polis əməkdaşları cihazı partlamadan çıxarıblar.  Bomba avqustun 9-da baş verən partlayışda yaralanan alimin qardaşına yönəlmişmiş.  Bir ay sonra Kuautitlán İzcallidəki Ali Tədqiqatlar Fakültəsində (FES) əldəqayırma partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirildi.  Baxmayaraq ki, eyni qrup öz bloqunda bu qurğunun  yerləşdirilməsinə görə məsuliyyəti öz üzərinə götürsə də, bu iddia heç vaxt səlahiyyətlilər tərəfindən təsdiqlənmədi və bu media tərəfindən işıqlandırılmadı.

2011-ci ilin sentyabrında verdiyi açıqlamada ITS səssizlik olacağını və müvəqqəti olaraq fəaliyyətlərlə bağlı məsuliyyət iddia etməyəcəyini elan etdi.  Lakin bir ay sonra kuryer şirkətinin içərisində paket bomba partladı və paketə müdaxilə edən üç işçi yaralandı.  Qrup heç vaxt bu akta görə məsuliyyəti öz üzərinə götürməsə də, hakimiyyət İTS-i günahlandırıb. Bu son hadisələrdən sonra İTS bu qrupun müəyyənedici xüsusiyyətlərindən birini həyata keçirməyə başladı ki, bu da sonradan onun məsuliyyəti olmadığı iddia edilən, mediaya göndərilən hücumlar iddiasıdır. Beləliklə, noyabrın 8-də UNAM-da biotexnologiya mütəxəssisi Ernesto Méndez Salinas avtomobili ilə evə qayıdarkən alnından vuruldu.  İTS mediaya göndərdiyi mesajlar vasitəsilə cinayətin məsuliyyətini üzərinə götürdü, hansı ki bu məlumat bəyənatdan öncə təsdiqlənməmişdi, daha sonra isə istintaqa cavabdeh olan orqanlar tərəfindən təkzib edildi və İTS ilə əlaqəsi olmayan cinayətkar dəstəyə aid edildi.  Bir ay sonra, Meksikanın mərkəzində, Paçuka Politexnik Universitetinin professorunu bir məktub bombası yüngül şəkildə yaraladı.  Hücum yenidən İTS tərəfindən öz üzərinə götürülmüş və bu bölgədəki təhsil ictimaiyyətinin narahatlığına səbəb olmuşdur.  Bir il sonra, 21 fevral 2013-cü ildə Meksika Poçt Xidmətinin texniki işçisi Xose Luis Qarsia Luna poçt qutusunun içərisində olan bomba paketini açaraq yaralanmış və partlayış əlinin sınması və yanması ilə nəticələnmişdir. Hücuma görə məsuliyyəti ITS öz üzərinə götürdü, lakin Meksikanın məhkəmə orqanları onun məsuliyyətini təkzib etdi.

Başqa bir fəaliyyətsizlik dövründən sonra ITS, 2014-cü ilin avqustunda Amerikada Avropa müstəmləkəçiliyinin nəticələrini rədd edən və onu bütün münaqişələrin və yerli əhaliyə dəyən zərərin səbəbi kimi qeyd edən yerlilərə yaxın olan bir neçə eko-anarxist qruplarla birliyini elan etdi.  Bu baxışa əsaslanaraq onlar başa düşürlər ki, müasir sivilizasiya yad və zərərli bir şeydir və ona düşmənçiliklə cavab vermək lazımdır. Vəhşi Reaksiya (ispanca: Reacción Salvaje, RS) adlı bu qrupun , müvəqqədi dövrü yalnız bir il idi. Bu mərhələdə qrup, sonradan orqanlar tərəfindən təkzib edilən hücumlara istinad edərək mediaya mesajları artırdı.  Beləliklə, 2015-ci ilin aprel ayı ərzində bu qrup hakimiyyət orqanlarının məsuliyyətlərini təkzib etdiyi telekommunikasiya obyektlərinə və müəssisələrinə qarşı çoxlu sayda hücum və vandalizmə görə məsuliyyəti öz üzərinə götürdü.

Vəhşi Reaksiya üzvü iki nəfər

2016-cı ildə Eko-ekstremist Lənət (Maldición Eco-extremista) bloqu yaradıldı və burada uzaqgörən üslubda yazılmış geniş bəyanatlar dərc edildi.  Fevralın 8-də (ikisi də Xalisko ştatında yerləşən) Kənd Təsərrüfatı və Kənd İnkişaf Nazirliyinin Zapopandakı baş qərargahına və Qvadalaxarada  Milli Elm və Texnologiya Şurasında alimlərə iki paket bomba göndərildi.  Detonator olmadığından bağlamalar partlaya bilmədi.  Günlər sonra Xalisko Baş Prokurorluğu hadisəni İTS ilə əlaqələndirdi. Həmin ilin iyun ayında ITS Meksika Milli Muxtar Universitetinin (UNAM) Kimya Fakültəsinin Kimya Xidməti Rəhbərinin qətlindən sonra Radio Fórmula radio proqramına e-poçt vasitəsilə ilk müsahibə verdi.Onun ölümünün  terror qruplaşması tərəfindən odlu silahla törədildiyi qeyd edildi, lakin məhkəmə istintaqı zamanı "faktiki olaraq sübuta yetirildi ki", ölüm iş yoldaşı ilə mübahisə zamanı bıçaqlanma nəticəsində baş verib.

Növbəti il, 2017-ci ilin may ayında ITS Radio Formula proqramı ilə müsahibə vasitəsilə bir daha istintaq orqanlar tərəfindən təkzib edilən qətlə görə məsuliyyəti öz üzərinə götürdü.  Onlar qeyd etdilər ki, təşkilatın üzvləri Mexikoda şəhərində Ciudad Universitaria-da universitet tələbəsi, həmçinin bir narkoman olan Lesvi Berlin Osorionu qətlə yetiriblər.  Lakin istintaq zamanı Lesvi Berlin ilə sevgilisi arasında mübahisəni əks etdirən təhlükəsizlik kamerası görüntüləri ortaya çıxdı.  Səsyazmada səvgilisinin onu döydüyü və yarılma nəticəsində onun telefon kabelini ilə boğulma nəticəsində öldüyü görünür.  Bu "sübutdan" sonra səlahiyyətlilər terror aktını təkzib etdi və bu, cinsiyyətçi zorakılıq səbəbiylə ölüm hesab edildi. Daha sonra feministlər tərəfindən Berlin Osorionun qətli ilə bağlı aksiya keçirilmiş, və İTS solçu qruplardan nifrətini daha da öz üzərinə çəkmişdi. 2017-ci ilin elə həmin may ayında Meksikanın Siempre! siyasi jurnalında ITS ilə üçüncü müsahibə dərc olundu, onlar bu və digər təkzib edilən terror aktları, o cümlədən üç yeni qətl məsuliyyətini mənimsəməyə davam etdi (Torreonun mərkəzində bomba, və bir MITHE rəsmisinin  və iki səyyahın Tekskokoda, Tlalok dağına dırmaşarkən öldürülməsi. Səyyahların öldürülməsi istintaqçılar tərəfindən silahlı soyğun aktı kimi qeyd edilib, ancaq səyyahların çantaları və digər əşyalarına toxunulmamışdı). İyulun 14-də Parroquia del Senor de la Misericordia'nın qarşısında paket götürən bir mülki vətəndaş, 66 yaşlı bağban ağır yaralandı. O, Gustavo A. Maderodakı kilsəyə bir ianə şəklində maskalanmış bomba paketinin açmışdı;  kişi qarnı və qollarından ikinci və üçüncü dərəcəli yanıqlar, həmçinin barmağının bir hissəsinin itirilməsi və akustik travma alıb.  Mexiko Baş Prokurorluğunun mətbuat hesabatında bombanın üzərində "Rəbbin evi üçün bütün qəlbimlə" qeydi olan peçenye qutusu kimi gizlədilmiş olduğu qeyd edilib. İstintaqçılar hadisəni araşdırarkən təşkilata bağlı bir qruplaşma məsuliyyəti üzərinə götürdü.

Qrup həmçinin 21 mart 2017-ci ildə Queretaro'da El-Marques bələdiyyəsi yaxınlığındakı magistral yolda zəvvarlara qarşı atışma təşkil etdiyini etiraf etdi.Ekatepekdə çoxlu PVC borudan ibarət əşyalar yandırıldı;  səlahiyyətlilər bunun bir vandalizm aktı olduğunu bildirdi;  Yanğına görə məsuliyyəti İTS öz üzərinə götürdü.  Onlar həmçinin eyni bələdiyyədəki bir parça mağazasına təsir edən başqa bir yanğına görə də məsuliyyət daşıyırdılar.  Oktyabrın 18-də bir neçə şəxs Kuautitlán İzkalli'dəki Nuestra Senyora del Karmen Katolik Kilsəsinə daxil olub və onlardan biri keşiş Rubén Diaz Alkantaranı bıçaqlayıb(keşiş qanaxmadan ölüb).Hücuma görə məsuliyyəti ITS öz üzərinə götürdü, lakin səlahiyyətlilər qətlin şəxsi məsələ ilə bağlı olduğunu iddia etdi.  7 iyun 2018-ci il tarixində İztəpalapada ağac kəsmə meydançasında yanğın baş verdi, yanğınsöndürənlər bir neçə yük maşınını sıradan çıxaran və yaxınlıqdakı evlərə ziyan vuran yanğını söndürməkdə gecikdilər.  İTS məsuliyyəti öz üzərinə götürdü, lakin səlahiyyətlilər bunun elektrik nasazlığı ilə bağlı olduğunu iddia etdi.  İyulun 15-də ITS üzvləri Benito Xuarez nümayəndəliyindəki Metrobús vaqonunda yanğın çıxaran qurğu tərk edildiyini bildirdilər.  Hələ də sərnişinləri içində olan avtomobil sürücü tərəfindən təxliyə edilib, yanğın nəticəsində maddi itkilər qeydə alınıb, lakin İTS-nin müəllifliyi təkzib edilib. Həmin il dekabrın 28-də İTS Koakalkoda "Power Center" ticarət meydanı qarşısında aşağı intensivlikli partlayıcının işə salınmasına görə məsuliyyət daşıyırdı.

2019-cu ilin fevral ayında qrup tərəfindən müxtəlif yerli media ilə edilən əlaqələr vasitəsilə ölüm olmayan bir sıra hücumlar yenidən öz üzərinə götürülmüşdü. Bununla belə, Meksika prezidenti Andrés Manuel López Obrador 4 mart 2019-cu il tarixində müxtəlif təhlükəsizlik təşəbbüslərini elan etmək üçün keçirdiyi mətbuat konfransında  bəyan etdi, "bu terrorçu qrup [ITS] haqqında son zamanlar heç bir məlumat yoxdur. Digər təşkilatlar barədə məlumatlar var, fəaldırlar və zorakılıq aktlarına səbəb olurlar." Aylar sonra qrup Santa Marta Akatitla Federal Elektrik Komissiyasının  yarımstansiyasındakı yanğına və iki nəfərin öldüyü, mağazaların çoxunun yandığı və xeyli maddi itkinin olduğu La Mersed Bazarındaki yanğına görə məsuliyyəti öz üzərinə götürdü.  Yarımstansiyada baş verən yanğın bir neçə məhəlləni işıqsız qoydu, bununla yanaşı, bazarın ən böyük anbarının yararsız hala salınması, hər gün bu təchizat mərkəzinə üz tutan kirayəçilərin və alıcıların təhlükəsizliyi üçün onun sökülməsi planlaşdırılır. Bunlarla bərabər hölumət qrup tərəfindən dərc edilənləri təsdiqləməyib.

Beynəlmiləlləşmə

[redaktə | mənbəni redaktə et]

2013-cü ildən etibarən ITS, kommunikasiya strategiyasının bir hissəsi olaraq, Meksikadan kənarda törədilən hücumları da özününkü hesab etməyə başladı.  Beləliklə, 2013, 2014 və 2016-cı illərdə Porto Aleqridə (Braziliya) küçələrdəki mebellərə və təhlükəsizlik qüvvələrinin  nəqliyyat vasitələrinə qarşı müxtəlif hücumlar beynəlxalq silahlı mübarizə kampaniyasının başlanğıcı kimi əvvəldən İTS tərəfindən mənimsənmişdi.  2016-cı ildə bölgə polisi müxtəlif aşağı intensivlikli terror aktlarına görə məsuliyyət daşıyanları tapmaq üçün “Erebo əməliyyatı” adlandırdıqları bir polis əməliyyatı keçirdi.  Bir neçə fərdi ev və squat-da (squat, solçu qrupların hec kimdən icazə almadan girərək işğal edib kommunaya çevirdiyi boş bir binadır) axtarış edildi, onlardan partlayıcı maddələr hazırlanması üçün müxtəlif materiallar və anarxist nəşrlər tapıldı, lakin onların İTS ilə əlaqəli olduğu təstiq edilmədi. Məhbusların mühakimə olunması ilə həmrəylik kimi, anarxist media hökumətdən narazılıqlarını nümayiş etdirdi və Porto Aleqridə yerləşən və İTS ilə heç bir əlaqəsi olmayan müstəqil nəşriyyatlardan  bəyanatlarını dərc etdi.  Braziliyadakı terrorist fəaliyyətlərlə mübarizə çərçivəsində davam edən  siyasi təşəbbüslər, ITS'in blogunda müdafiə etdiyinn əksinə olaraq, onların  və digər qrupların fəlaiyyətlərinə rezonanslar olaraq deyil, daha çox müxtəlif mediaların analizinə görə daxili polis nəzarətinin açarı kimi şərh edildi.

Braziliyadakı ITS qruplarından biri - SSS

İki il sonra, 25 dekabr 2018-ci ildə, Xüsusi Polis Əməliyyatlar Batalyonu Braziliyadakı “Santuario Menino Jesus”un qarşısında əldəqayırma partlayıcı qurğunu təhlükəsiz şəkildə zərərsizləşdirdi.  Qısa müddət sonra, hücum cəhdinin səbəbkarları kimi üç nəfər həbs olundu.  Braziliya hakimiyyəti, Jair Bolsonaro administrasiyasının 2018-2019-cu illər arasında dayandıra bilmədiyi, ölkə daxilində mütəşəkkil cinayətkarlıq tərəfindən həyata keçirilən insidentlər dalğasının bir hissəsi olan hücumun məsuliyyətini təsdiqləməyib. Aylar sonra, aprelin 28-də Braziliyanın Ətraf Mühit və Bərpa Olunan Təbii Sərvətlər İnstitutuna məxsus iki yük maşını, həmçinin Braziliya milli parkındakı digər infrastrukturların təxribatı ilə yanaşı yandırıldı.  Açıqlamada özünü "Sociedad Salvaje Silvestre" adlandıran hüceyrə hücuma görə məsuliyyəti öz üzərinə götürdü, lakin Braziliya mediası mediada bu xəbərə yer vermədi.  Hökumət bunu Jair Bolsonaronun ətraf mühitə qarşı siyasəti səbəbindən təhlükədə olan Braziliya tropik meşələrinin qorunması üçün hər iki qurumda işlərini görən Braziliya Ətraf Mühit İnstitutunun  və “Conservação da Biodiversidade”-dən Çiko Mendes İnstitutunun işçilərinin etirazları ilə əlaqələndirdi.    Həmin həftələr ərzində açıqlanmışdı ki, Braziliyanın Qadın, Ailə və İnsan Haqları Nazirliyi naziri Damares Alves və Ətraf Mühit Nazirliyi naziri Rikardo Salles ekoterrorçu qruplaşmalardan ölüm təhdidləri alıblar və bu təhdidləri edənlər müəyyən edilməsə də, araşdırilmağa davam edilir. İyulun 19-da mübahisəli “Veja” jurnalına müsahibəsində “Añanqa” kimi tanınan bir üzv tərəfindən prezident Jair Bolsonaro və onun iki nazirinə təhdidlər təkrarlandı.

Çilidə ilk İTS hücumu 18 fevral 2016-cı ildə baş verdi, "Sureños İncivilizados" qrupu ortaya çıxdı və Transantiaqo avtobusunu günün günorta çağı yandırdı, yandırma hücumunda heç kim yaralanmadı, lakin sərnişinləri şoka saldı. Mayın 19-da Çili Universitetinin Fizika-Riyaziyyat fakültəsinin içərisində yanğın çıxarıcı cihaz tapıldı, bir təmizlik işçisi cihazı tapıb GOPE üzvlərinə zəng vurdu, cihaz zərəriszləşdirildi və universitet dekanları bu hadisə ilə bağlı şikayət etdi.   2016-cı ilin iyulunda onlar Maipú kommunasında yerləşən "Vivo" ticarət mərkəzinin damında baş vermiş yanğına görə məsuliyyət daşıyırdılar, lakin səlahiyyətlilər yanğının səbəblərini şərh etməyiblər.  13 yanvar 2017-ci ildə partlayıcı paket Çilinin "Codelco" mədən şirkətinin o vaxtkı prezidenti Oskar Landerretçeyə göndərilib və o, partlayanda yaralanıb.  ITS-in müəllifliyi çoxsaylı Çili mediasında toplanmışdı, lakin Landerretçe özü Çilidə bir eko-terror qrupunun olması ehtimalını rədd etdi.  Landerretçe bu hərəkəti saxta bayraq hücumu cəhdi kimi şərh edərək "daha böyük maraqları" günahlandırdı.  10 avqust 2017-ci il tarixində Çilidəki digər İTS qrupu — "Bandada Inquisidora Vengativa" hücrəsi Huekhurabada Transantiaqonu tamamilə yandıran, ciddi maddi itkilər buraxan və yanğının yaxınlıqdakı digər ərazilərə yayılmasına səbəb olan yanğın çıxarıcı qurğu üçün məsuliyyəti öz üzərinə götürdü.  Səlahiyyətlilər müəllifliyi istisna etdi və bunun texniki nasazlıq olduğunu "təsdiqlədi."

ITS-in Çilidəki qruplaşmalarından biri - HMB

6 dekabr 2017-ci ildə Monte Qrandenin Bonarense qəsəbəsindəki Correo Argentino filialında anbar işçiləri tərəfindən götürülərkən bir paket bomba vaxtından əvvəl partladı, iki işçi yaralandı.  İTS məsuliyyəti üstünə götürdü və bəyanatında paketin elm sahəsində ixtisaslaşmış naməlum şəxsə ünvanlandığını bildirdi. Polis araşdırma apardığını, lakin cavabdehləri tapa bilmədiklərini söylədi.

15 aprel 2018-ci ildə İTS üzvləri Silva Henriquez Katolik Universitetinin qarşısında partlayıcı qurğu yerləşdirdilər, polis qüvvələri bombanı təsirsiz hala gətirdi, böyük bir polis səfərbərliyi yaranmışdı. İlin sonunda, 7 sentyabr 2018-ci ildə Çili Universitetinin aqronomluq fakültəsində partlayıcı qurğu işə düşdü, lakin xəsarət alan olmadı.İTS öz bloqunda məsuliyyəti mənimsədi.

Aylar sonra, 4 yanvar 2019-cu ildə Santyaqo, Çilidə avtobus dayanacağında partlayıcı paket işə salındı, 5 nəfər yaralandı.  Hücuma görə məsuliyyəti ITS üzərinə götürdü, onun məsuliyyət iddiası çoxsaylı Çili mediasında yayımlandı, bu hücum Çilidə ictimai nəqliyyat vasitələrinə təsir edən, bəziləri qəsdən törədilən və icraçıları nadir hallarda məsuliyyəti öz üzərinə götürən bir sıra hücumlardan biridir.    Çili hökuməti bütün bu hücumların İTS tərəfindən həyata keçirildiyini rəsmən təsdiqləməyib.

9 may 2019-cu ildə Santyaqo Metropoliteni idarə heyətinin prezidenti Luis de Qrenc polis tərəfindən zərərsizləşdirilən aldığı partlayıcı paketli hücum cəhdindən sağ-salamat çıxdı.  Qısa müddət sonra, ITS həmin partlayıcı paketin şəkillərini göstərən və hərəkətin məsuliyyətin üst7nə aldığı bir bəyanat yayımladı.  Çili hökuməti bu hərəkəti pislədi və təhqiqata başlandığını elan etdi, lakin hücumun müəllifinin İTS olduğunu təsdiq etmədi.  Eyni zamanda, Landerretçeni təmsil edən vəkillərdən biri ilə müsahibədə məlum oldu ki, hər iki terror aktının təhqiqatı bir-biri ilə əlaqəlidir, lakin onların səlahiyyətli orqanları gizli fəaliyyət göstərməyə davam edir və cavabdehlər haqqında susmağa üstünlük verirlər.  29 may 2019-cu ildə Çili Prezidenti Sebastian Pinera hücumlardan istifadə edərək Konqresə Çili vətəndaşlarının gündəlik həyatına təsir edən tədbirlər paketini özündə əks etdirən terrorla mübarizə qanunu layihəsini təqdim etdi. Çili prokurorluğunun 8 avqust 2019-cu il tarixində gənc məhbusu yalqız canavar kimi təsvir etməsinə görə, hökumət tərəfindən təqdim edilən bu qanunun işlənməsi ilə bağlı ictimai müzakirələrin ortasında, müxtəlif hücumların müəllifi olduğu iddia edilən şəxsin həbsi baş verdi.   Bununla belə, ITS ertəsi gün dərc etdiyi bəyanatda məhbusun nə təşkilatın üzvü  və nə də İTS-ə aid edilən hər hansı hücumun müəllifi olmadığını bildirdii.  Bir neçə həftə sonra Çili Ali Məhkəməsi 28 yaşlı kişini yanğın çıxaran qurğularla hücumlar törətdiyinə görə 6 terror cinayətində ittiham etdi.  Bu zaman təqsirləndirilən şəxsi hücumlarla əlaqələndirən bəzi dəlillər Çili mətbuatında da dərc edilmişdi və orada onun internetdə əlaqə saxladığı İTS-dən məlumat əldə etdiyi aşkarlanmışdı.

Şotlandiya (Birləşmiş Krallıq)

[redaktə | mənbəni redaktə et]

Şotlandiya polisi 11 yanvar 2018-ci ildə Edinburq qəsri yaxınlığında partlayıcı qurğunun idarə olunan partladılmasını həyata keçirdi. ITS partlayıcı qurğunun yerləşdirilməsinə görə məsuliyyəti blog yazıları və yerli mediaya e-poçt göndərməklə öz üzərinə götürdü. 2021-ci ilin iyununda Edinburqda qəsrin yanında tərk edilən bombaya görə iki yunan vətəndaşını həbs etdi.

2018-ci ildə Şotlandiyadakı ITS üzvlərinin Edinburq qəsrinə qoyduğu bomba

Həmin ilin sonunda, 2018-ci ilin Milad bayramında Afinadakı Agios Dionysios pravoslav kilsəsinin girişində cihaz partladı. Hücuma görə məsuliyyəti "İkonoklasta təriqəti" öz üzərinə götürdü və təhlükəsizlik qüvvələri araşdırmaları davam etdirdi.

2016-cı ilin aprelində İTS-in "Vəhşi bürclər" hüceyrəsi Argentina Nanotexnologiya Fondunda partlayıcı maddələr tərk etdiyini, bir neçə tədqiqatçıya e-poçt vasitəsilə hədələr göndərdiyini və Retiro avtovağzalında və Milli Texnologiya Universitetində paket bomba qoyduğunu iddia etdi, lakin hakimiyyət orqanları bu hadisərə ayrı-ayrı insidentlər kimi baxdı və İTS və onun hüceyrələrini qeyd etmədi.

ITS-in Argentinadakı üzvlərindən

2019-cu ilin oktyabrında Cənubi Amerika Argentinada Maurisio Makriyə və Çilidə Sebastian Pinyeraya qarşı bir sıra etirazlarla həyəcanlandı.  Sonuncu ölkədə etirazlar Çili vətəndaşlarına təsir edən nəqliyyat tariflərinin yüksəlməsi nəticəsində yarandı və prezident Pinyeranın süqutunu xilas etməyə çalışmaq üçün icra hakimiyyətinin istefası ilə hökumət böhranına səbəb oldu. Bu kontekstdə mütəşəkkil qruplar tərəfindən həyata keçirilən iğtişaşlar və zorakılıq hərəkətləri baş verdi ki, bu da Pinyera tərəfindən pislənildi və etirazları yatırtmaq cəhdində müsahibəsində onları dinc etirazlarla əlaqələndirməyə çalışdı.  Noyabrın 8-də bu qruplardan biri Argentinanın Çilidə Santyaqo şəhərindəki səfirliyinə hücum etdi və qısa müddət sonra Argentinanın “Clarín” qəzeti İTS-i Çilidə mövcudluğu olan mütəşəkkil beynəlxalq zorakı qrup kimi tanıyan polis hesabatını açıqladı.

  1. "Arxivlənmiş surət" (ingilis). 2021-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-01.
  2. Cabrera, Abe. "Toward Savagery: Recent Developments In Eco-Extremist Thought In Mexico". Wayback Machine. Ritual. 2015-06-21. Archived from the original on 2020-04-03. İstifadə tarixi: 2020-04-03.
  3. "Grupo ITS copia técnicas del terrorista Unabomber" (ispan). Vanguardia. 11 August 2011. 5 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 April 2019.