şerlit
şermalı
OBASTAN VİKİ
Ceyms Şerman
Ceyms Şerman (ing. James Schoolcraft Sherman ) — ABŞ-nin Nyu Yorkdan olan nümayəndəsi və 1909-1912-ci illərdə, Uiliam Hovard Taftın prezidentliyi dövründə 27-ci vitse-prezident olmuşdur. Şerman tarixdə ofisində həyatını itirən son vitse-prezident kimi yadda qalmışdır.
Cənab Pibodi və Şerman (cizgi filmi, 2014)
Cənab Pibodi və Şerman (ing. Mr. Peabody & Sherman) — 2014-cü ildə istehsal olunmuş cizgi filmidir. == İstinadlar == == Xarici keçidlər == Cənab Pibodi və Şerman — Internet Movie Database saytında.
General Şerman (ağac)
General Şerman — ABŞ-nin Kaliforniya ştatı, Nəhəng Sekvoya Milli Parkı, Nəhəng Meşədə mövcud olan Nəhəng sekvoyadendron (Sequoiadendron giganteum) növünə aid böyük ağac. Yer üzündə həcm və kütlə baxımından ən böyük ağac. General Şermanın hündürlüyü 83,8 m, kütləsi 1910 ton (təxmini 1938), magistral həcmi 1487 m³, yaşı 2300-2700 ildir. General Şerman ağacı planetdəki ən böyük və ən ağır canlı orqanizmdir (ən böyüyü Pando qovaq meşəsi, təxminən 6000 ton ağırlığında olan klonal koloniyaları nəzərə almadan). Bununla belə bu ağac nə ən uzun sekvoya (bu qeyd həmişəyaşıl sekooya aiddir, "Qiperion" olaraq bilinir), nə də nəhəng sekvoyadendronların ən uzun nümayəndəsidir (95 m hündürlüyündə nümunələr məlumdur). OPda məlumdur ki, 1940-cı illərin ortalarında qırılan «Qiqant Krennell-Krik» (ing. Crannell Creek Giant) Trinidad şəhəri yaxınlığında böyüyən həmişə yaşıl sekoya növlünə aid idi və o General Şermandan 15-25% daha böyük idi. == Görünüşü == Ağac öz adını 1867-ci ildə general, və ABŞ-nin 18-ci Prezidenti (1869-1877) Uliss Qrantın şərəfinə alır. 28 aprel 1926-cı ildə Prezident Kalvin Kulic onu "millətin Milad ağacı" elan edir. Ağac adını 1879-cu ildə Amerika Vətəndaş müharibəsi generalı Vilyam Tekumse Şermanın şərəfinə adlandırılmışdır.
Şerman Antiinhisar Qanunu
Şerman Antiinhisar Qanunu (Şerman Qanunu ) — inhisarlarla və rəqabətin əsassız məhdudiyyətlərlə mübarizəsinə yönəldilmiş, dünyada ilkin qəbul edilmiş hüquqi aktlardan biri, 1890-cı ildə ABŞ konqresi tərəfindən qəbul edilmiş qanun. Bu qanun antirəqabət mühitində fəaliyyət göstərdiyi düşünülən şirkət və müəssisələrin fəaliyyətini qadağan edir. Bu növ müəyyənləşdirmələr federal hökumət idarəediciləri tərəfindən aparılır. Qanun federal hökumətdən trestləri, kompaniyaları və qanunu pozmasından şübhə duyulan təşkilatları araşdırmağı və təqib etməyi tələb edir. Bu Amerikan hökuməti tərəfindən kartelləri və monopoliyaları məhdudlaşdırmaq üçün yaradılmış ilk qanun idi və bu günün özündə də əksər antiinhisar qanunlarının əsasını təşkil edir. == Qanuni tətbiq == Vətəndaş müharibəsindən sonra ABŞ sənayesinin sürətli inkişafı, dövlətin qanunvericiliklə iqtisadi hakimiyyətinin təmərküzləşməsinin və bu hakimiyyətin sui-istifadəsinin qarşısını almaq iqtidarının olmaması nəticəsində Konqres 1890-cı il 24 iyul tarixdə azad rəqabət şəraitində azad sahibkarlığın hüquqi cəhətdən milli məxsusluğunu təsbit etdi. Qanun xəzinədarlığın keçmiş katibi senator Con Şermanın (1823-1900) şərəfinə adlandırılmışdır. “Şerman qanunu” ştatlar arasında ticarətdə, eləcə də beynəlxalq ticarətdə aşağıdakıları qadağan edir: a) ticarətin məhdudlaşmasına dair sazişləri, birlikləri (trestləri) və gizli danışıqları; b) inhisarlaşmanı və inhisarlaşma haqqında gizli danışıq cəhdlərini. Bu sazişlərdə iştirak edən şəxslər qanunun pozulmasında günahkar sayılırlar, cəriməyə (50 min dollardan çox olmayaraq), həbs qətimkan tədbirinə (1 ildən artıq olmayaraq), yaxud məhkəmənin qərarı ilə digər cəzaya məruz qalırlar. 1911-ci ildə “Şerman qanunu”nda, onun yalnız ticarətin həddən artıq məhdudlaşması haqqında sazişə tətbiqi ilə bağlı bəzi dəyişikliklər edildi.
Şerman Antitrest Aktı
Şerman Antitrest Aktı Şerman antitrest aktı,1890-cı ildə Bencamin Harrisonun prezidentliyi dövründə ABŞ Konqressi tərəfindən qəbul edilən antitrest aktları tarixində qəbul edilən önəmli bir federal nizamnamədir. Federal hökumət tənzimləyicilərinin bu aktla rəqabət apara biləcəyini düşündüyü bəzi ticarət fəaliyyətlərinə icazə verildi və federal hökumətini istintaq və etibarlı araşdırmaya səslədi. Qanunla idarə edilən 19-cu əsr Amerikasının spesifik cəhəti onda idi ki,bir çox böyük müəssisəni inhisar məqsədli birləşdirərək,bir növ güvən mənasına gəlməktədir. Buna baxmayaraq,yenə də bu qanun nizamlama ilə əlaqəsiz olsa belə,inhisarçı proqramları öz əlinə almaqdadır. İnhisarlar məsələn bir bazar üzərində tam nəzarəti saxlayırdı və s. bu kimi amillərin qaşısını almaq və inhisarları birləşdirmək üçün bu akt qəbul edildi.ABŞ xaricində bu akt "rəqabət aktı" kimi olaraq bilinir. Aktlar,ticarətin və ya məhsulun qiymətinin süni şəkildə artmasını önləməyə çalışır."Dürüst inhisar" və ya sadəcə ləyaqətinə görə aparılan inhisar tamamilə qanunidir,ancaq,inhisarçı tərəfindən süni olaraq bu statusu qorumaq üzrə edilən inhisar isə dürüst inhisar deyildir. Şerman Antitrest Qanununun məqsədi,rəqiblərini qanuni olaraq uğurlu olan müəssisələrdə zərərə uğratmaqdan və əməliyyatlarda istehlakçıların dürüst qazanc əldə etməsinə mane olmaqdan ,eyni zamanda istehlakçıları istismarlardan qorumaq üçün mövcud bazarı qorumaq idi. == Original mətni == Şerman qanunu üç bölmədən ibarətdir. Birinci bölmə,müəyyənləşmiş rəqabətə zidd davranış yollarını təsvir və qadağan edir; İkinci bölmə mühitdə rəqabət əleyhdarı olan nəticələri əks etdirir.Beləliklə,bu bölmələr texniki olaraq,qanunlardan kənarda qalarkən,müəssisələrin qanunun maddələrində pozuntu etməsini önləmək üçün bir-birlərini tamamlayır.
Şerman Hovard
Şerman Hovard — ABŞ aktyorudur. İlk karyerasına teatr ilə başlamışdır. 1989-cu ildə Kentukki ştatında yerləşən teatr səhnəciyində "Hamlet" rolunu ifa etmişdir. Şerman Hovard Donna Ballok ilə evlidir.
Cənab Pibodi və Şerman
Cənab Pibodi və Şerman (ing. Mr. Peabody & Sherman) — 2014-cü ildə istehsal olunmuş cizgi filmidir. == İstinadlar == == Xarici keçidlər == Cənab Pibodi və Şerman — Internet Movie Database saytında.