ŞƏKƏRVAR
ŞƏKİBA
OBASTAN VİKİ
Məcid ağa Şəkibəyov
Məcid ağa Şəkibəyov — Azərbaycanın el qəhrəmanı. == Həyatı == Məcid ağa Şəkibəyov XIX əsrin sonlarında (1880) indiki Gədəbəy rayonunda anadan olmuşdur. Tiflisdə Qori Müəllimlər Seminariyasında təhsil almışdır. Ömrünün sonlarınacan Gədəbəy rayonunun Novoivanovka kəndində çar naçalniki vəzifəsində işləmişdir. Öz ana dilindən başqa rus, gürcü və erməni dillərini mükəmməl öyrənmişdir. == Fəaliyyəti və ölümü == 1918-ci ildə azğın erməni daşnaklarına qarşı amansız mübarizə aparan silahlı dəstənin öncüllərindən olmuş, Göyçə mahalının "Pənbək" adlanan ərazisində, "Burcalı" dağının ətəklərində və Tovuz Rayonunun məşhur "Xınna" dərəsində erməni paşası Andronikin qoşunlarının bir hissəsini — üç yüz nəfərlik silahlını məhv etmişdir. Şura hökumətinin Azərbaycanda bərqərar olmasından sonra, bütün varlı-hallı ağalar, bəylər kimi Məcid ağaya və mənsub olduğu Yaqublu nəslinin bütün insanlarına qarşı da ciddi təzyiqlərə başlanmışdır. Könüllü olaraq, hökumətə təslim olmaq istəməyən ağa, möhkəm silahlanmış öz kiçik dəstəsilə dağlara çəkilmiş, etibarlı yerdə gizlənərək, Şura hökumətinin silahlı qoşunuyla qeyri-bərabər olmayan savaşa başlamışdır. Bu mübarizədə də çoxlu sayda bolşevik əsgərlərini məhv etmişdir. 1929-cu ilin dekabrında başlayan bu amansız mübarizə, 1930-cu ilin mart ayının əvvəllərinəcən davam etmişdir.
Şəkibəyovlar
Şəkibəyovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. XVIII-ci əsrin sonu XIX-cu əsrin əvvəllərində Zaqafqaziyada Rusiyanın hərbi-siyasi fəaliyyəti nəticəsində çoxsaylı dəyişikliklər meydana çıxmağa başladı. Azərbaycanın xanlıqlardan ibarət olması vahid bir qüvvə kimi rus işğalına qarşı uğurlu mübarizəni faktiki olaraq mümkünsüz etdi, həm də ermənilərin xəyanətkarlığı və gürcülərlə bağlanan “Georgiyevsk traktatı”ümumilikdə regionda hərbi balansı rusların və xristian qüvvələrinin xeyrinə dəyişdi. Buna görə də elə XIX-cu əsrin ilk illərindən gürcü çarı II İrakli vəziyyətdən istifadə edərək Qazax-Borçalı ellərinə qarşı amansız hücumlar təşkil etməyə başladı. Bu hadisədən sonra həmin torpaqlarda qərarlaşan aborigen türk tayfaları Azərbaycanın müxtəlif hissələrində məskunlaşmaq məcburiyyətində qaldılar, köç edən tayfaların sırasında kəsəmənlilər və s. tayfaların adı da var idi. Tarixi mənbələrdən məlum olur ki, Qazax mahalından köç edən tayfalardan birinə mənsub olan Yaqub ağa o zamanlar Gəncə xanlığı ilə Qarabağ xanlığı arasında yerləşən və bir yanı isə Göyçə mahalına söykənən el arasında “Şah Talası” kimi tanınan ərazidə məskən salır, günümüzdə bu ərazi Gədəbəy rayonunun ərazisinə aiddir və Kiçik Qafqaz dağları ilə tamamlanır. XIX-cu əsrdən etibarən Yaqub ağanın nəsil-şəcərəsi Yaqublular kimi tanınmağa başlayır, Yaqublular o Yaqublular idi ki, sonralar Azərbaycanın bu bir parçasında qəhrəmanlıq tarixinin şanlı səhifələrini yazacaqlardı, bu nəsil, o nəsil idi ki, Əsgər ağa, Qara Musa, Məcid ağa, Qurd İsmayıl kimi tarixi şəxsiyyətləri yaradacaqdı və erməni-türk, eləcə də bolşevik rejiminə qarşı mübarizənin avanqardına çevriləcəkdilər. Məşhur antisovet qaçağı Məcid ağa Şəkibəyov isə tək qaldığı qayada tüfənginin üstünə “Məcidi Məcid vurdu” yazaraq son gülləsini də ürəyinə vuraraq son nəfəsini də azad insan kimi verir. Novruz bayramına az qalırdı.
Mustafa ağa Şəkibəyov
Əsgər ağa Məşədi Sadıx ağa oğlu Şəkibəyov

Значение слова в других словарях