Firuz Mirzə Qacar: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
{{Şəxs
|adı = Firuz Mirzə Qacar
|orijinal adı = Firuz Mirzə Nüsrətəddövlə Fərmanfərma
|şəkil = FirouzmirzaFarmanfarma.jpg
|şəklin ölçüsü =
|şəklin izahı =
|digər adı = Firuz Mirzə Nüsrətəddövlə Fərmanfərma Qovanlı Qacar
|doğum tarixi = 1817
|doğum yeri = [[Təbriz]]
|vəfat tarixi = 186
|vəfat yeri =
|vəfat səbəbi =
|dəfn yeri =
|vətəndaşlığı = [[Qacar dövləti|Qacar imperiyası]]
|milliyyəti =
|dini = [[Şiə İslam|Şiə islam]]
|ixtisası = Hərbçi və dövlət xadimi
|təhsili =
|fəaliyyəti = [[Farslar|Fars]], [[Kerman]] və [[Bəlucistan (tarixi ərazi)|Bəlucistan]] hakimliyi, [[cənubi Azərbaycan|Azərbaycan]] vilayəti vəzirliyi və ordu komandanlığı
|fəaliyyət illəri =
|tanınır =
|mükafatları =
|imzası =
|imzanın ölçüsü =
|imzanın izahı =
|saytı =
|vikianbar =
}}
'''Firuz Mirzə Qacar''' və ya '''Firuz Mirzə Nüsrətəddövlə Fərmanfərma''' (d. 1817, [[Təbriz]] - ö. 1886) — [[Qacarlar (sülalə)|Qacar sülaləsi]]<nowiki/>nin məşhur şahzadələrindən olan [[Abbas Mirzə]]<nowiki/>nin 16 oğlundan biri, hərbi komandan və XIX əsr [[Qacar dövləti]]<nowiki/>nin inzibati rəhbərlərindən biri.{{sfn|Mahdavi|1999}}
'''Firuz Mirzə Qacar''' və ya '''Firuz Mirzə Nüsrətəddövlə Fərmanfərma''' (d. 1817, [[Təbriz]] - ö. 1886) — [[Qacarlar (sülalə)|Qacar sülaləsi]]<nowiki/>nin məşhur şahzadələrindən olan [[Abbas Mirzə]]<nowiki/>nin 16 oğlundan biri, hərbi komandan və XIX əsr [[Qacar dövləti]]<nowiki/>nin inzibati rəhbərlərindən biri.{{sfn|Mahdavi|1999}}



14:27, 20 may 2024 tarixindəki versiya

Firuz Mirzə Qacar
Firuz Mirzə Nüsrətəddövlə Fərmanfərma
Digər adı Firuz Mirzə Nüsrətəddövlə Fərmanfərma Qovanlı Qacar
Doğum tarixi
Doğum yeri Təbriz
Vəfat tarixi
Vəfat yeri
Vətəndaşlığı Qacar imperiyası
Uşaqları
Atası Abbas mirzə[3]
Dini Şiə islam
İxtisası Hərbçi və dövlət xadimi
Fəaliyyəti Fars, KermanBəlucistan hakimliyi, Azərbaycan vilayəti vəzirliyi və ordu komandanlığı

Firuz Mirzə Qacar və ya Firuz Mirzə Nüsrətəddövlə Fərmanfərma (d. 1817, Təbriz - ö. 1886) — Qacar sülaləsinin məşhur şahzadələrindən olan Abbas Mirzənin 16 oğlundan biri, hərbi komandan və XIX əsr Qacar dövlətinin inzibati rəhbərlərindən biri.[4]

Firuz Mirzə Qacar məşhur Qacar dövrü siyastçisi Əbdülhüseyn Mirzə Fərmanfərmanın atası, XX əsrin ən məşhur siyasətçilərindən olan Məhəmməd Müsəddiqin ana tərəfdən babasıdır.

Həyatı

Qardaşı Məhəmməd şahın hakimiyyəti dövründə (1834–1848) Firuz Mirzə hərbi və siyasi sahədə ən mühüm şəxslərdən biri olmuşdur. Onun bu fəaliyyəti qardaşı oğlu Nəsrəddin şah Qacarın hakimiyyəti dövründə də davam etmişdir. O, bu müddət ərzində bir çox vilayətin hakimi kimi mühüm rəhbər vəzifələrə təyinat ala bilmişdir. Siyasi fəaliyyətdən başqa elmi və incəsənət fəaliyyəti ilə də məşğul olmuşdur. O, kamança mütəxəsisi hesab edilirdi.[4]

Siyasi fəaliyyəti

Məhəmməd şahın taxta çıxmasından sonra yeni şahın əmisi və Fars hakimi Hüseynəli Mirzə Fərmanfərma taxta iddiası olduğunu elan etdi və qardaşı Həsənəli Mirzə Şüça-əl-Səltənə tərəfindən onun bu iddiası dəstəkləndi. Məhəmməd şah tərəfindən Tehrandan Mənüçöhr xan Motamed-əl-Dövlənin və iki ingilis zabitinin rəhbərliyi altında onlara qarşı ordu göndərildi. Ordu da gənc Firuz Mirzə də var idi. Üsyançılar məğlub eidldikdən sonra Firuz Mirzə Fars vilayətinin hakimi təyin edilməli idi. Üsyançıların ordusu İsfahan yaxınlığındakı Qomsa döyüşündə məğlub edildilər və həbs edilərək Tehrana göndərildilər. Firuz Mirzə isə Fars vilayətinin hakimi, Mənüçöhr xan isə onun köməkçisi təyin edildi. Daha sonra Firuz Mirzə Fars vilayətinin hakimi vəzifəsindən azad edildi və Kermana Ağa xan Mahallatini əvəz etmək üçün oraya yollandı. Bu təyinatdan və Tehrana çağırılmasından imtina edən Ağa xan Bam qalasına sığındı, lakin 14 aylıq mühasirədən sona təslim olmağa məcbur oldu. Bundan sonra Firuz Mirzə 1849-1850-ci illərdə ikinci dəfə Fars hakimi, 1857-ci ildə Ərak hakimi vəzifələrini icra etdi. Firuz Mirzə həmçinin, şahın 3 aylıq ölkəni gəzməsi zamanı hökumətin başçısı təyin edildi, 1868-1871-ci illərdə və 1873-1874-cü illərdə hərb naziri, 1863-cü ildə Azərbaycanın vəziri, 1875-ci ildə Ərakın hakimi, 1878-cu ildə Kerman və bəlucistanın hakimi vəzifələrinə də sahib olmuşdur.[4]

Firuz Mirzə Nəsrəddin şahın hakimiyyəti dövründə bir çox hərbi yürüşlərə komandanlıq etmiş, bunun nəticəsində də 1876-cı ildə Fərmanfərma titulunu şahdan almışdır. O, həm də ədəbiyyat adamı və kamança ustası idi. 1879-cu illərdə KermanBəlucistana səfəri haqqında xatirələrində o, getdiyi hər bir yerin coğrafi və sosial şəraitini ətraflı təsvir edir, fauna və flora haqqında böyük biliklərə malik olduğunu göstərir. O, həmçinin bölgənin hökm sürən yoxsulluğunu təsvir edərkən həqiqi, mərhəmətli bir sıxıntı nümayiş etdirir.[4]

Ailəsi

Firuz Mirzənin iki qardaşı və bir bacısı olmuşdur. Anası Hacı Mirzə Sadiq Kələntəri Bağmişəlinin qızı İzzət Xanım idi.[5] Firuz Mirzə gənc ikən Mirzə Həsən Mustofi-ül-Məmalek Aştianinin qızı ilə evlənmişdir. Ondan sonra isə Azərbaycan valisi Bəhmən Mirzənin qızı Hümayun Sultan (və ya Hüma Sultan) ilə evlənmişdir. Hümayun Xanım onunla evlənməzdən əvvəl Abbas Mirzənin bir digər oğlu Qəhrəman Mirzənin arvadı idi və bu evlilikdən Kəyumərs Mirzə Ümid-əd-Dövlə adlı oğlu var idi. Bu evliliklərdən Fəruz Mirzənin 6 övladı dünyaya gəlmişdi:[6][7]

  • Əbdülhəmid Mirzə Nüsrətəddövlə - anası Həsən Aştianinin qızı olmuşdur. General kimi fəaliyyət göstərmiş, Azərbaycan vilayəti ordusunun komandanı, KermanBəlucistan vilayətlərinin hakimi vəzifəsini icra etmişdir. Atasının ölümündən sonra Fərmanfərma titulu ona verilmişdir.
  • Monerəlsəltənə - anası Həsən Aştianinin qızı olmuşdur. Mirzə Tağı xan Əmir Kəbirin oğlu Səid Əlmülkün arvadı olmuşdur.
  • Mülktaç Xanım Nəcməlsəltənə - anası Hüma Xanım olmuşdur. İranda ilk modern xəstəxana olan Nəcmiyyə Xəstəxanasının qurucusu və Məhəmməd Müsəddiqin anası.[8]
  • Əşrəfülmülk Xanım Sərorəlsəltənə - anası Hüma Xanım olmuşdur. Əşrəfülmülk Müzəffərəddin şah Qacarın arvadı idi.
  • Mahesan Xanım Əsmətəlsəltənə - anası Hüma Xanım olmuşdur. Kiçik yaşlarda vəfat etmişdir.
  • Əbdülhüseyn Mirzə Fərmanfərma - Qacar imperiyasında və Qacar sülaləsinin ən təsirli siyasətçilərindən biri.[9]

Hal-hazırda Qacar ailəsinin qollarından hesab edilən Firuz və Fərmanfərmanian ailələri Firuz Mirzə ilə Hüma Xanımın övladlarından və nəvələrindən törəmişdir. Hüma Xanım özü də Fətəli şah Qacarın (1797–1834) nəvəsi, Qacar sülaləsi üzvü idi.[4] Bu ikilinin evliliklərindən son Qacar dövrünün ən məşhur siyasətçilərindən olan Əbdülhüseyn mirzə Fərmanfərma dünyaya gəlmişdir.[10]

Titulları

Şahzadə Firuz Mirzənin ən əvvəllərdə titulu Salar Ləşkər, bir qədər sonra isə Nüsrətəddövlə idi. Həyatınnı sonlarına yaxın o, Nsrəddin şahdan Fərmanfərma titulunu da aldı. Daha sonra Fərmanfərma titulu Firuz Mirzənin oğlu Əbdülhüseyn Mirzə Fərmanfərmaya, NüsrətəddövləSalar Ləşkər titulları isə müvafq olaraq onun iki böyük oğlu Firuz Mirzə və Abbas Mirzəyə verildi.

Həmçinin bax

İstinadlar

  1. Shahzdeh’s Tree, A family Genealogy of Abdol Hossein Mirza Farman Farma.Mitra Farman Farmaian Jordan, 1997, Universal Printing, Seattle. Page 42..
  2. Shahzdeh’s Tree, A family Genealogy of Abdol Hossein Mirza Farman Farma.Mitra Farman Farmaian Jordan, 1997, Universal Printing, Seattle. Page 32..
  3. Shahzdeh’s Tree, A family Genealogy of Abdol Hossein Mirza Farman Farma.Mitra Farman Farmaian Jordan, 1997, Universal Printing, Seattle. Page 30..
  4. 1 2 3 4 5 Mahdavi, 1999
  5. Nader Mirzə, 1390. səh. 40
  6. Fərmanfərmaian, 1382. səh. 35
  7. Ethadiye, 1388. səh. 25-26
  8. "خدمت مادر مصدق به نظام درمان ایران". اکوایران (fars). 2023-09-08. İstifadə tarixi: 2023-09-08.
  9. Farman Farmaian, 1997. səh. 42-58; 66-67
  10. Mir, 1999

Mənbə

  • Mahdavi, Shireen. Farmānfarmā, Fīrūz Mīrzā. In Yarshater, Ehsan (ed.). Encyclopædia Iranica, Online Edition. Encyclopædia Iranica Foundation. 1999.
  • Mir, Cyrus. Farmānfarmā, ʿAbd-al-Ḥosayn Mīrzā. In Yarshater, Ehsan (ed.). Encyclopædia Iranica, Online Edition. Encyclopædia Iranica Foundation. 1999.
  • Mənsurə Ethadiye. زنانی که زیر مقنعه کلاه‌داری کردند، زندگانی ملک تاج خانم نجم‌السلطنه [Maska altında papaq taxan xanım - Mülktaç Xanım Nəməssəltənənin Həyatı]. Tehran: Nəşr Tarix-e İran. 1388.
  • Nader Mirzə. تاریخ و جغرافی دارالسلطنه تبریز [Təbriz Darülsəltənəsinin Tarixi və Coğrafiyası]. 1390.
  • Mehrmah Fərmanfərmaian. Əbdülhəsən Mirzə Fərmanfərmanın Tərcümeyi-halı [زندکی نامه عبدالحسین میرزا فرمانفرما. تهران]. Tehran: Tos. 1382.
  • Manucher Mirza Farman Farmaian. Blood and Oil: Memoirs of a Persian Prince. New York: Random House. 1997.