Həsənəli mirzə Qovanlı-Qacar (1789-1855) — İran şahzadəsi, vali.
Həsənəli mirzə Qovanlı-Qacar | |
---|---|
Həsənəli mirzə Fətəli şah oğlu Qovanlı-Qacar | |
Doğum tarixi | |
Doğum yeri | Şiraz |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran |
Atası | Fətəli şah Qacar |
Fəaliyyəti | siyasətçi |
Fətəli şahın altıncı oğlu Həsənəli mirzə (anası Bədrcahan xanım) 1789-cu ildə anadan olmuşdu. Saray təhsili almışdı. Şücaəssəltənə ləqəbinə layiq görülmüşdü. 1815-ci ildən Yəzd, Kirman və Şiraz əyalətlərini idarə etmişdi.
Həsənəli mirzə asi Hacı Firuz mirzənin qiyamını yatırmışdı. Sonra Xorasanda baş vermiş üsyan ocağanı söndürmüşdü.
Atası vəfat edəndən sonra doğma qardaşı Hüseynəli mirzəni taxt-tac uğrunda gedən mübarizədə müdafiə etdiyinə görə Məhəmməd şah tərəfindən kor edilib Ərdəbildə gözaltına alınmışdı.
Həsənəli mirzə 1855-ci ildə vəfat edib.
Həsənəli mirzə Murtuzaqulu xan Qovanlı-Qacarın qızı ilə, İbrahim xan Dəvəli-Qacarın qızı ilə, İshaq xan Türbətinin qızı ilə, Qumlu bir xanımla ailə qurmuşdu. Hülaku mirzə, Ərqun mirzə, Oqtayqaan mirzə adlı oğlu, Əxtərüssəltənə xanım adlı qızı vardı.