Mədəniyyət Nazirliyi (Azərbaycan): Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 80: Sətir 80:
* müvafiq sahədə beynəlxalq əlaqələrin koordinasiyasını həyata keçirmək;
* müvafiq sahədə beynəlxalq əlaqələrin koordinasiyasını həyata keçirmək;
* fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək;
* fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək;

== Nazirliyin balansında olan obyektlər==
=== Teatrlar ===
=== Muzeylər ===
=== Kinoteatrlar ===
=== Kitabxanalar ===
=== Təhsil müəssisələri ===
=== Məscidlər ===
=== Kilsələr ===
=== Dövlət Rəsm Qalereyaları ===
=== Saray ===
=== Kinostudiyalar ===
=== Pir və ziyarətgahlar ===
=== Sirk ===
=== Uşaq musiqi məktəbləri ===
=== Mədəniyyət evləri ===


== Mənbə ==
== Mənbə ==

12:22, 17 fevral 2014 tarixindəki versiya

Mədəniyyət və Turizm Nazirliyi
  • Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yurisdiksiya Azərbaycan Respublikası
Yaradılma tarixi 30 yanvar 2006
Əvvəlki qurum Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
Tabelik Prezident
İllik büdcəsi 97,3 milyon manat (2009)
Baş qərargah
Ünvan Hökumət Evi, Ü. Hacıbəyov küçəsi 40, Bakı, Azərbaycan AZ 1000
Rəhbərlik
Rəhbər Əbülfəs Qarayev
Müavin Vaqif Əliyev (birinci müavin)
Ədalət Vəliyev
Sevda Məmmədəliyeva
Nazim Səmədov

Rəsmi saytı MCT.gov.az

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi — mədəniyyət, incəsənət, turizm, tarix və mədəniyyət abidələrinin qorunması, nəşriyyat, kinematoqrafiya sahələrində dövlət siyasətini tənzimləyən icra hakimiyyəti orqanıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 yanvar 2006-cı il tarixli Fərmanı ilə həmin vaxta qədər fəaliyyət göstərən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2006-cı il tarixli 393 nömrəli Fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyi haqqında əsasnamə təsdiq edilmişdir.

Ümumi məlumat

Nazirliyin kitabxana filialların biri

Nazirlik əsasən dövlət büdcəsindən maliyyələşir. Bakı şəhərində yerləşir. Nazirliyin ölkə prezidenti tərəfindən təsdiq edilmiş əsasnaməsi bu dövlət qurumunun fəaliyyətinin əsas istiqamətlərini, vəzifələrini, hüquqlarını, fəaliyyətinin təşkili məsələlərini müəyyən edir.

Hazırda Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyət dairəsinə 28 teatr, 6308 tarix və mədəniyyət abidəsi, 1 sirk və 12 konsert müəssisəsi, 3985 kitabxana, 2708 klub, 189 dövlət muzeyi (filiallarla birlikdə), 234 uşaq musiqi, incəsənət və rəssamlıq məktəbi, 33 rəsm qalereyası və sərgi salonu, 21 dövlət qoruğu, 60 mədəniyyət və istirahət parkı, 1 zoopark, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz, 4 asudə vaxt Mərkəzi, 6 təsərrüfat təşkilatı, “Azərbaycanfilm” də daxil olmaqla 7 film istehsalı studiya, 134 şəhər və rayon kinoteatrı, Dövlət Film Fondu (Naxçıvan filialı ilə birlikdə), Respublika Kitabxana Kollektoru, bir qəzet (“Mədəniyyət”), iki jurnal (“Mədəni-maarif” və “Pəncərə”) redaksiyası, Dövlət Turizm İnstitutu, Bakı Xoreoqrafiya Məktəbi, Mədəniyyət İşçilərinin İxtisasartırma Mərkəzi, Mingəçevir Turizm Kolleci, Milli Kulinariya Mərkəzi, 62 şəhər və rayon mədəniyyət və turizm şöbəsi, Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyi, Bakı, Gəncə, Sumqayıt şəhər turizm idarələri, Şəki Atçılıq Mərkəzi, Bakı Turizm İnformasiya Mərkəzi, Bakı Turizm İnformasiya Mərkəzi, Lənkəran Uşaq düşərgəsi daxildir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən bu sahəyə böyük diqqət və qayğı göstərilmiş, mədəniyyət və turizm işçilərinin əmək haqları artırılmış, mədəni-sosial, maddi-texniki bazanın tamamilə yenidən qurulması prosesinə start verilmiş, teatr, kino, kitabxana işi, abidələrinin qorunması sahələrində dövlət başçısının fərmanları, sərəncamları verilmiş, Dövlət proqramları işləməyə başlamışdır.

Turizm inkişafı istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.

Nazirliyin dövlətlərarası müqavilələrə uyğun olaraq Avropa, Asiya və İslam ölkələri, ABŞ və Latın Amerikası ilə beynəlxalq mədəniyyət proqramlarını həyata keçirir.

Nazirlik çoxtərəfli əməkdaşlıq çərçivəsində BMT, MDB, GUAM, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı, YUNESKO, Dünya Turizm Təşkilatı, TÜRKSOY, İSESKO və digər beynəlxalq qurumlar vasitəsi ilə Azərbaycan mədəniyyətini dünyada təbliğ edir, eyni zamanda dünya mədəni sərvətlərinin ölkəmizdə tanıdılması sahəsində əhəmiyyətli proqramlar həyata keçirir.[1]

Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
  • müvafiq sahənin inkişafına yönəldilmiş müxtəlif proqramlar işləyib hazırlayır və həyata keçirir.

Nazirliyin vəzifələri

Nazirlik aşağıdakı vəzifələri yerinə yetirir:

  • müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş normativ tənzimlənməni həyata keçirmək;
  • dövlət proqramlarının və inkişaf konsepsiyasının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
  • müvafiq sahədə dövlət proqramlarının layihələrinin işlənib hazırlanmasında iştirak etmək;
  • digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini, həmçinin müvafiq sahədə fəaliyyət göstərən qurumların, birliklərin fəaliyyətini əlaqələndirmək;
  • Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirməsini öz səlahiyyətləri daxilində təmin etmək;
  • müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş dövlət nəzarətini həyata keçirmək;
  • mədəniyyət, tarix və mədəniyyət abidələrinin qorunması, kinematoqrafiya və turizm sahələrində qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə, habelə hüquq müəyyənedici sənədlər vermək;
  • qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş hallarda və qaydada insan və vətəndaş hüquqları və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;
  • müvafiq sahədə təhlil və tədqiqat işlərinin aparılmasını təmin etmək, müsbət nəticələri təcrübədə tətbiq etmək;
  • qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək;
  • müvafiq sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və başqa maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
  • qanunvericiliyə uyğun olaraq, dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;
  • öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin etmək;
  • öz səlahiyyətləri daxilində müvafiq sahədə kadr hazırlığını həyata keçirmək və onların seçilib yerləşdirilməsini təmin etmək, habelə ixtisasartırma, yenidən hazırlanma və attestasiyasını keçirmək;
  • Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;
  • Nazirliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə, şikayət və məktublara baxmaq və qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək;
  • yüksək bədii dəyərli əsərlərin yaradılması cücün dövlət sifarişlərini həyata keçirmək;
  • qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının muzey fonduna daxil edilmiş muzey əşyalarının və kolleksiyalarının uçotu və saxlanması haqqında vahid qaydaları müəyyən etmək;
  • qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan muzeylərin, kitabxanaların, rəsm qalereyalarının və sərgi salonlarının fondlarını zənginləşdirmək və komplektləşdirmək məqsədi ilə maddi mədəniyyət və nəşr nümunələrini satın almaq, onların qorunması, uçotu, mühafizəsi, təbliği və nümayişini təmin etmək;
  • mədəniyyət obyektlərinin tikintisi, bərpası, yenidən qurulması, texniki təchizat vasitələrinin yeniləşdirilməsi, cari və əsaslı təmir işlərinin layihələndirilməsi cücün qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görmək;
  • qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda mədəniyyət sərvətlərinin respublikadan kənara çıxarılması imkanını ekspertiza yolu ilə müəyyən etmək;
  • Azərbaycan xalqının milli mənəvi dəyərlərinə, mədəniyyət və incəsənətinə ləkə gətirən, onu alçaldan və böhtan xarakterli materialların nəşrinin, yayımının qarşısının alınması cücün qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görmək;
  • kino və video filmlərin qanunsuz nümayişini, pornoqrafiya və ya zorakılıq təbliğ edən filmlərin qarşısının alınması cücün tədbirlər görmək, tamaşacıq auditoriyasının yaş kateqoriyalarını müəyyənləşdirmək məqsədi ilə Azərbaycan Respublikası ərazisində kütləvi nümayiş (kinozal, videozal, video yayımı məntəqələri, efir və kabel televiziyası) cücün nəzərdə tutulmuş bütün filmləri qeydə almaq, həmin filmləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət reyestrinə daxil etmək;
  • milli filmlərin və kinoxronikanın ilkin materiallarının və daşınar maddi mədəniyyət nümunələrinin saxlanması qaydalarını və rejimini öz səlahiyyətləri daxilində müəyyən etmək;
  • turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılmasını aparmaq;
  • Azərbaycan Respublikasında beynəlxalq və daxili turizmin inkişafının məqsədli proqramlarını hazırlamaq, turizm infrastrukturunun və sənayesinin inkişafına dair, ölkə ərazisində turizm zonalarının və turizm xidməti sahələrinin yaradılmasına investisiyanın cəlb olunması sahəsində öz səlahiyyətləri daxilində tədbirlər görmək;
  • daxili və xarici bazarlarda turizm məhsullarının, eyni zamanda, turizmin inkişafına sərmayə qoyuluşunun reklamı cücün poliqrafiya və digər məhsulların işlənib hazırlanmasının, çapının və informasiya təminatının həyata keçirilməsinə səlahiyyətləri daxilində yardım etmək;
  • ekoloji turizmin təşkilində və inkişafında öz səlahiyyətləri daxilində iştirak etmək;
  • turizmin baxış obyektləri olan mədəni, təbii və tarixi irsdən digər aidiyyəti qurumların rəylərini nəzərə alaraq səmərəli surətdə istifadə etmək;
  • aidiyyəti təşkilatlarla birlikdə turizm regionlarının, turizm-istirahət zonalarının inkişaf istiqamətlərini hazırlamaq, xarici turistlər cücün Azərbaycan Respublikasının ərazisində marşrutlar müəyyən etmək;
  • mədəni dəyərlərin, turizmin təşviqini və təbliğini təmin etmək;
  • Azərbaycan xalqının tarixi adlarının, tarix və mədəni sərvətləri ilə bağlı xüsusi işarələrin hər hansı hüquqi və fiziki şəxslər tərəfindən istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində icazə vermək;
  • tarix və mədəniyyət abidələrinin mühafizəsini təmin etmək məqsədi ilə onlar üzərində reklamların yerləşdirilməsinə qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət etmək;
  • tarix və mədəniyyət abidələrinin mühafizəsini təmin etmək, yeni aşkar olunmuş abidələrin dövlət mühafizəsinə götürülməsi və onların əhəmiyyət dərəcələrinə görə bölgüsü barədə təkliflər vermək;
  • Nazirlik sisteminə daxil olan ali və orta ixtisas təhsil müəssisələrinin, uşaq musiqi, incəsənət, rəssamlıq və muğam məktəblərinin fəaliyyətinə nəzarəti həyata keçirmək, tədris plan və proqramlarını müvafiq qaydada təsdiq etmək, təhsil müəssisələri şəbəkəsinin inkişafı və maddi-texniki bazasının gücləndirilməsi cücün tədbirlər görmək;
  • müvafiq sahədə beynəlxalq əlaqələrin koordinasiyasını həyata keçirmək;
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək;

Nazirliyin balansında olan obyektlər

Teatrlar

Muzeylər

Kinoteatrlar

Kitabxanalar

Təhsil müəssisələri

Məscidlər

Kilsələr

Dövlət Rəsm Qalereyaları

Saray

Kinostudiyalar

Pir və ziyarətgahlar

Sirk

Uşaq musiqi məktəbləri

Mədəniyyət evləri

Mənbə

  1. http://www.mct.gov.az/?/az/content/97

Həmçinin bax

Şablon:Azərbaycan Respublikası Nazirlər Kabineti