Bu məqalə Azərbaycanın keçmiş mədəniyyət naziri haqqındadır. Həkim, Bakı Şəhər Dumasının üzvü olmuş şəxs üçün Əbülfəz Qarayev səhifəsinə baxın. |
Əbülfəs Mürsəl oğlu Qarayev (13 noyabr 1956, Bakı) — Azərbaycanın keçmiş mədəniyyət naziri.
Əbülfəs Qarayev | |
---|---|
23 aprel 2018 – 21 may 2020 | |
Əvvəlki | Özü (mədəniyyət və turizm naziri kimi) |
Sonrakı | Anar Kərimov |
30 yanvar 2006 – 20 aprel 2018 | |
Əvvəlki | Polad Bülbüloğlu (mədəniyyət naziri kimi) |
Sonrakı | Özü (mədəniyyət naziri kimi) |
18 aprel 2001 – 30 yanvar 2006 | |
26 iyul 1994 – 18 aprel 2001 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 noyabr 1956 (68 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Atası | Mürsəl Qarayev |
Həyat yoldaşı | |
Uşağı | Suad Qarayeva-Maleki[1] |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Qarayev Əbülfəs Mürsəl oğlu 13 noyabr 1956-ci ildə Bakı şəhərində anadan olub. 1963-cü ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbə daxil olub, 1973-cü ildə həmin məktəbi bitirib. 1973–1978-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb. 1978-ci ildə Saatlı rayonunda M. Əzizbəyov adına orta məktəbdə ingilis dili müəllimi işləyib.
1980–1985-ci illərdə Azərbaycan LKGİMK-nın təşkilat şöbəsinin təlimatçısı, bölmə müdiri, 1985–1989-cu illərdə Azərbaycan KP Nərimanov rayon komitəsində təşkilat şöbəsinin təlimatçısı, təbliğat şöbəsinin müdiri vəzifələrində çalışıb.[2]
1989–1992-ci illərdə — Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasında təhsil alıb (1992-ci ilin yanvar ayında "1918–1930-cu illərdə — Azərbaycan mühacirətinin mədəniyyətşünaslıq aspektləri" mövzusunda dissertasiya müdafiə edərək "Fəlsəfə elmləri namizədi" elmi dərəcəsi almışdır.[2]
1992-ci ildə Rusiya İdarəetmə Akademiyası nəzdində menecerlik və marketinq kurslarında, 1992–1993-cü illərdə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun mədəniyyatşunaslıq kafedrasında Baş müəllim olub.[2]
1993–1994-cü illərdə "İMPROTEKS Kommers" kiçik müəssisəsində müdir vəzifələrində çalışıb.[2]
1994–2001-ci illərdə Gənclər və İdman naziri, 2001–2006-cı illərdə Gənclər, İdman və Turizm naziri, 2006–2018-ci illərdə Mədəniyyət və Turizm naziri vəzifələrində çalışıb. 2018-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilmişdir.[2] 21 may 2020-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilmişdir[3].
Tələbəlik dövründə müxtəlif seçkili orqanlara seçilmişdir, 1980–1991-ci illərdə Sov. İKP üzvü olmuşdur, Nərimanov rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdir.[2]
Ailəlidir, bir övladı var.