Səhiyyə Nazirliyi (Azərbaycan): Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 66: Sətir 66:


===== Tibbi tədris müəssisələri =====
===== Tibbi tədris müəssisələri =====
* Azərbaycan Dövlət Tibb Universiteti
* [[Azərbaycan Dövlət Tibb Universiteti]]
* Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
* [[Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu]]
* Orta Tibb İşçilərinin İxtisasartırma və Təkmilləşdirmə Tibb Məktəbi
* Orta Tibb İşçilərinin İxtisasartırma və Təkmilləşdirmə Tibb Məktəbi
* 1 saylı Bakı Tibb Məktəbi
* 1 saylı Bakı Tibb Məktəbi
* 2 saylı Bakı Baza Tibb Məktəbi
* [[2 saylı Bakı Baza Tibb Məktəbi]]
* Sumqayıt Tibb Məktəbi
* [[Sumqayıt Tibb Məktəbi]]
* Gəncə Tibb Məktəbi
* [[Gəncə Tibb Məktəbi]]
* Mingəçevir Tibb Məktəbi
* [[Mingəçevir Tibb Məktəbi]]
* Şəki Tibb Məktəbi
* [[Şəki Tibb Məktəbi]]
* Lənkəran Tibb Məktəbi
* [[Lənkəran Tibb Məktəbi]]
* Naxçıvan Tibb Məktəbi
* [[Naxçıvan Tibb Məktəbi]]
* Orta Tibb Təhsili üzrə Metodik Kabinet
* Orta Tibb Təhsili üzrə Metodik Kabinet


===== Elmi tədqiqat institutları və mərkəzləri =====
===== Elmi tədqiqat institutları və mərkəzləri =====
* ET Tibbi Profilaktika İnstitutu
* ET Tibbi Profilaktika İnstitutu
* ET Göz Xəstəlikləri İnstitutu
* ET [[Göz Xəstəlikləri İnstitutu]]
* ET Hematologiya və Transfiziologiya İnstitutu
* ET Hematologiya və Transfiziologiya İnstitutu
* ET Ağ ciyər Xəstəlikləri İnstitutu
* ET Ağciyər Xəstəlikləri İnstitutu
* ET Mamalıq və Ginekologiya İnstitutu
* ET Mamalıq və Ginekologiya İnstitutu
* ET Pediatriya İnstitutu
* ET Pediatriya İnstitutu
Sətir 90: Sətir 90:
* ET Travmatologiya və Ortopediya İnstitutu
* ET Travmatologiya və Ortopediya İnstitutu
* ET Klinik Təbabət İnstitutu
* ET Klinik Təbabət İnstitutu
* Milli Onkoloji Mərkəz
* [[Milli Onkoloji Mərkəz]]
* Elmi Artroloji Mərkəz
* [[Elmi Artroloji Mərkəz]]


===== Tibbi mərkəzlər və birliklər =====
===== Tibbi mərkəzlər və birliklər =====
* Respublika Diaqnostika Mərkəzi
* [[Respublika Diaqnostika Mərkəzi]]
* Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi
* [[Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi]]
* Respublika Ailə Sağlamlıq Mərkəzi
* [[Respublika Ailə Sağlamlıq Mərkəzi]]
* Respublika Stomatoloji Mərkəzi
* [[Respublika Stomatoloji Mərkəzi]]
* Respublika Uşaq Stomatoloji Mərkəzi
* [[Respublika Uşaq Stomatoloji Mərkəzi]]
* Respublika QİÇS-lə Mübarizə Mərkəzi
* Respublika QİÇS-lə Mübarizə Mərkəzi
* Respublika Xalq Təbabəti Mərkəzi
* [[Respublika Xalq Təbabəti Mərkəzi]]
* Mərkəzi Nəzarət Laboratoriyası
* [[Mərkəzi Nəzarət Laboratoriyası]]
* Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi
* [[Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi]]
* İnformatika və Statistika İdarəsi
* İnformatika və Statistika İdarəsi


===== Stasionar müəssisələr =====
===== Stasionar müəssisələr =====
* Respublika Klinik Xəstəxanası
* Respublika Klinik Xəstəxanası
* Respublika Uşaq Xəstəxanası
* [[Respublika Uşaq Xəstəxanası]]
* Respublika Müharibə və Əmək Veteranları Xəstəxanası
* Respublika Müharibə və Əmək Veteranları Xəstəxanası
* Respublika Klinik Uroloji Xəstəxanası
* Respublika Klinik Uroloji Xəstəxanası
* Respublika Doğum Evi
* [[Respublika Doğum Evi]]
* Mərkəzi Klinik Xəstəxana
* [[Mərkəzi Klinik Xəstəxana]]
* Rayon (şəhər) mərkəzi xəstəxanaları
* Rayon (şəhər) mərkəzi xəstəxanaları
* “Azərsutikinti” Xəstəxanası
* “Azərsutikinti” Xəstəxanası
* Travmatologiya və Ortopediya Klinik Xəstəxanası
* Travmatologiya və Ortopediya Klinik Xəstəxanası
* Psixiatriya Xəstəxanası
* Psixiatriya Xəstəxanası
* Kliniki Tibbi Mərkəz
* [[Kliniki Tibbi Mərkəz]]
* Klinik xəstəxanalar
* Klinik xəstəxanalar
* Klinik uşaq xəstəxanaları
* Klinik uşaq xəstəxanaları
Sətir 206: Sətir 206:
* Uşaq uroloji sanatoriyası
* Uşaq uroloji sanatoriyası
* Respublika uşaq sanatoriyası
* Respublika uşaq sanatoriyası
* “Mərdəkan” sanatoriyası
* [[“Mərdəkan” sanatoriyası]]
* “Zuğulba” sanatoriyası
* [[“Zuğulba” sanatoriyası]]
* “Qalaaltı” sanatoriyası
* [[“Qalaaltı” sanatoriyası]]
* “Şuşa” uşaq sanatoriyası
* “Şuşa” uşaq sanatoriyası
===== Körpələr evi =====
===== Körpələr evi =====

14:53, 17 fevral 2014 tarixindəki versiya

Səhiyyə Nazirliyi
  • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yurisdiksiya Azərbaycan Respublikası
Yaradılma tarixi 16 dekabr 1992
Tabelik Azərbaycan Respublikası Prezidenti
Baş qərargah
Ünvan Akademik M.Mirqasımov küç. 1A, Bakı, Azərbaycan AZ 1022
Rəhbərlik
Rəhbər Oqtay Şirəliyev
Müavin Abbas Vəlibəyov
Nigar Əliyeva
Elsevər Ağayev

Rəsmi saytı sehiyye.gov.az

Azərbaycan Respublikası Səhiyyə NazirliyiAzərbaycan Respublikası ərazisində əhalinin sağlamlığın qorunması sahəsində dövlət siyasətini həyata keçirən əsas icra orqanı.

Respublika səhiyyə sisteminin tarixi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

1918-ci il may ayının 28-də Fətəli Xan Xoyskinin rəhbərliyi ilə Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yaradıldı. Cümhuriyyət Hökumətinin ilk qərarlarından biri 17 iyun 1918-ci ildə Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar oldu. Nazir vəzifəsinə 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin edildi.

Nazirliyin 5 əsas şöbəsi – şəhər və məhkəmə tibbi şöbəsi, tibbi statistika,əczaçılıq,kənd səhiyyəsi, baytarlıq və sanitariya şöbələri var idi. Nazirliyin göstərişi ilə əhaliyə dövlət hesabına pulsuz tibbi xidmətə keçilmiş, yeni müalicəxanalar, tibb məntəqələri açılmış, dərman anbarları, laboratoriya binaları tikilmiş,lazımı avadanlıqlar alınmışdı.

Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən iqtisadi-sosial və mədəni həyatda dönüş yaratmaq, bu sahələrdə milli kadrların hazırlığını genişləndirmək məsələsi ön plana çəkilmişdi. Bu məqsədlə bir qrup gənc xarici ölkələrdə təhsil almağa göndərilmişdi. Hökumət əhaliyə tibbi xidməti yaxınlaşdırmaq, epidemiyalara qarşı mübarizəni gücləndirmək üçün də hərtərəfli planlar işləyib hazırlamış, bununla əlaqədar qərarlar qəbul edilmişdi. Qərarlarda hökumət təzə təşkil etdiyi Səhiyyə Nazirliyi qarşısında çox ciddi vəzifələr qoymuşdu. Onlardan ən önəmlisi əhalinin sağlamlığının qorunması üçün lazımı şəraitin yaradılması və antisanitariya ilə mübarizənin gücləndirilməsi idi.

Bununla yanaşı, Azərbaycanda epidemiyalarla mübarizənin gücləndirilməsi, qəzalarda tibbi xidmətin yaxşılaşdırılması onların tibbi kadrlarla və dərmanlarla təmin olunması məsələsi də diqqət mərkəzinə çəkilmişdir. «Azərbaycan» qəzeti 1918-ci ilin sonlarında çıxan saylarından birində yazırdı: «Şəhər tibb –sanitar təşkilatları bu ağır vəziyyətin öhdəsindən gələ bilmir, çünki xəstələr o qədər çoxdur ki, yeni xəstələrin qəbulu dayandırılıb». Azərbaycan Səhiyyə Nazirliyi müalicə müəssisələrinin bərpasına belə çətin şəraitdə başladı. Arxiv sənədlərinin verdiyi məlumata görə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəzalarda 33 xəstəxana fəaliyyət göstərmişdir.

Onların ştatlarında 1 həkim, 2 feldşer, 1 mamaça və 1 çiçək peyvənd edən işçi olmuşdur. Kəndlərdə ambulator xidmətləri pulsuz aparılmışdır. Mövcud kənd xəstəxanalarının və feldşer məntəqələrinin başlıca vəzifələri yoluxucu xəstələrin hospitallaşdırılması, xəstəlik ocaqlarının zərərsizləşdirilməsi olmuşdur. Respublika əhalisinin 75 min nəfərinə cəmi 1 nəfər həkim düşürdü. Respublika parlamenti vəziyyəti nəzərə alaraq, 1920-ci ildə kənd xəstəxanaları şəbəkələrini genişləndirmək və bu məqsədlə 35 yeni xəstəxana və 56 feldşer məntəqəsi təşkil etmək barədə qərar qəbul etmiş və bunun üçün 43 milyon 321 min 950 manat pul ayırmışdır. Bu qərara əsasən Bakı quberniyasında 19 xəstəxana, 27 feldşer məntəqəsi, Gəncə quberniyasında 15 xəstəxana, 34 feldşer məntəqəsi, Zaqatala rayonunda 1 xəstəxana, 2 feldşer məntəqəsi açılması nəzərdə tutulmuşdur. Səhiyyənin dərman preparatları ilə düzgün təminatı tibbi-sağlamlıq işinin başlıca cəhətlərindən biridir. Elə bu səbəbdən də həmin dövrdə Səhiyyə Nazirliyinin əczaçılıq şöbəsi dərman preparatlarının alınması öz əlində cəmləşdirmişdi.

Bakıda dövlət apteki və onun nəzdində dərmanların, bakterioloji preparatların, müalicə zərdablarının hazırlanması və tibbi-məhkəmə müayinələrinin aparılması üçün analitik laboratoriya təşkil olunmuşdur. Səhiyyə tibb-ocaqların dərman preparatları və tibb alətləri ilə vaxtında düzgün təmin etmək məqsədilə mərkəzi anbar təşkil olunmuşdur. Bütün bunlarla yanaşı, Bakıda yeni şəhər ambulatoriyaları, 9 aptek işə başlamış və xəstələrə pulsuz xidmət göstərmişdir. 60-cı illərin sonu, 70-ci illərin əvvəlləri, daha dəqiq desək, Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk aylardan başlayaraq Azərbaycanın sosial-iqtisadi, elmi-mədəni həyatında böyük canlanma yarandı. Respublikanın xalq təsərrüfatının bütün sahələrində,elm və təhsildə, incəsənət və mədəniyyətdə, səhiyyə və məişətdə sıçrayışlı bir inkişaf dövrü başladı. Təkcə 1970-1980-ci illərdə Azərbaycanda yüzlərlə iri səhiyyə obyektləri inşa edilmişdir.

90-cı illərin əvvəlləri xalqımızın müstəqillik uğrunda mübarizəsinin ilk illərinə xas olan bir sıra çətinliklərlə müşayiət edilsə də, həmin illər vaxtilə Azərbaycan səhiyyəsində qazanılmış nəticələrdən praktikada istifadə edilməsinə yönəlmiş fəal elmi axtarışlarla əlamətdardır. Prezident Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini verdi, səhiyyənin səmərəsinin yüklədilməsi və intensivləşdirilməsi üçün baza yaradıldı.

Nazirliyin əsas vəzifələri

  • Əhaliyə tibbi yardım göstərmək;
  • Sağlamlığın qorunması sahəsində dövlət proqramlarını hazırlamaq və həyata keçirmək;
  • Mülkiyyət formasından asılı olmayaraq, səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri olan tədbirlər görmək;
  • Azərbaycan Respublikası ərazisində dövlət sanitariya-epidemioloji salamatlığına nəzarəti təmin etmək;
  • Analığın və uşaqların mühafizəsi, ailənin planlaşdırılması üzrə tədbirlərin hazırlanıb həyata keçirilməsini təmin etmək;
  • Azərbaycan Respublikası əhalisini və müalicə-profilaktika müəssisələrini dərman, bakterioloji, virus preparatları və tibbi təyinatlı digər məlumatlarla təmin etmək;
  • Dövlət proqramlarının həyata keçirilməsi məqsədilə tabeliyində olan idarə və müəssisələri, apteklər şəbəkəsini inkişaf etdirmək, icra və maliyyə - təsərrüfat intizamına ciddi riayət olunmasını təmin etmək;
  • Təbabət və əczaçılıq sahələrində elmi tədqiqatları inkişaf etdirmək, onların səmərəliliyini yüksəltmək, elm, texnika və qabaqcıl təcrübədə nailiyyətlər əldə etmək;
  • Təbabət və tibb texnikası sahələrinin formalaşdırılmasını və inkişafını təmin etmək;
  • Tibb təhsili müəssisələrində tibbi və əczaçı kadrların hazırlanmasına rəhbərlik etmək, həmin kadrların ixtisas üzrə biliklərini və təcrübi biliklərini və təcrübi vərdişlərini təkmilləşdirmək;tabeliyində olan idarə və müəssisələri ixtisaslı kadrlarla təmin etmək;
  • İqtisadi metodlarla idarəetməni təkmilləşdirmək, səhiyyədə yeni təsərrüfat mexanizmlərini, nazirlik aparatını, yerli səhiyyə orqan və təşkilatının işində mütərəqqi idarəetmə formalarını tətbiq etmək;
  • Səhiyyə obyektlərinin tikintisinə kapital qoyuluşlarından faydalı istifadə etmək və onların səmərəliliyini yüksəltmək;
  • Tabeliyində olan idarə və müəssisələrində çalışan işçilər üçün sağlam və təhlükəsiz əmək şəraiti təmin etmək;
  • Səhiyyənin inkişaf istiqamətlərini müəyyənləşdirmək, tibbi yardımın təşkilinin formalarını təkmilləşdirmək, demoqrafik şəraitin, əhalinin sağlamlığı və ölüm vəziyyətinin öyrənilməsi məqsədilə tibbi statistika və məlumat-analitik bankını yaratmaq və fəaliyyətini təmin etmək;
  • Azərbaycan Respublikası ərazisinə yoluxucu xəstəliklərin gətirilməsi və yayılmasının qarşısını almaq;
  • Daxil olan məktub, ərizə və şikayətləri vaxtında araşdırmaq və müvafiq tədbirlər görmək.


Nazirliyin strukturu

  1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin aparatı
  2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin strukturuna daxil olan qurumlar:
  • Bakı Şəhər Baş Səhiyyə İdarəsi
  • Gəncə Şəhər Səhiyyə İdarəsi
  • Sumqayıt Şəhər Səhiyyə şöbəsi
Tibbi tədris müəssisələri
Elmi tədqiqat institutları və mərkəzləri
  • ET Tibbi Profilaktika İnstitutu
  • ET Göz Xəstəlikləri İnstitutu
  • ET Hematologiya və Transfiziologiya İnstitutu
  • ET Ağciyər Xəstəlikləri İnstitutu
  • ET Mamalıq və Ginekologiya İnstitutu
  • ET Pediatriya İnstitutu
  • ET Kardiologiya İnstitutu
  • ET Tibbi Bərpa İnstitutu
  • ET Travmatologiya və Ortopediya İnstitutu
  • ET Klinik Təbabət İnstitutu
  • Milli Onkoloji Mərkəz
  • Elmi Artroloji Mərkəz
Tibbi mərkəzlər və birliklər
Stasionar müəssisələr
  • Respublika Klinik Xəstəxanası
  • Respublika Uşaq Xəstəxanası
  • Respublika Müharibə və Əmək Veteranları Xəstəxanası
  • Respublika Klinik Uroloji Xəstəxanası
  • Respublika Doğum Evi
  • Mərkəzi Klinik Xəstəxana
  • Rayon (şəhər) mərkəzi xəstəxanaları
  • “Azərsutikinti” Xəstəxanası
  • Travmatologiya və Ortopediya Klinik Xəstəxanası
  • Psixiatriya Xəstəxanası
  • Kliniki Tibbi Mərkəz
  • Klinik xəstəxanalar
  • Klinik uşaq xəstəxanaları
  • Klinik psixiatriya xəstəxanaları
  • Uşaq yoluxucu klinik xəstəxanaları
  • Rayon (şəhər) xəstəxanaları
  • Kənd sahə xəstəxanaları
  • Birləşmiş şəhər xəstəxanaları
  • Birləşmiş şəhər uşaq xəstəxanaları
  • Şəhər (rayon) oftalmoloji xəstəxanaları
  • Uşaq Nevroloji Xəstəxanası
  • Təcili tibbi yardım xəstəxanaları
  • Tibbi bərpa xəstəxanaları
  • Reabilitasiya Xəstəxanası
  • Naxçıvan MR Fizioterapiya Xəstəxanası
  • Cüzam Xəstəxanası
  • Şəhər (rayon) doğum evləri
  • Uşaq Vərəm Xəstəxanası
  • Zöhrəvi Xəstəxana
  • Neyrocərrahlıq Xəstəxanası
Dispanserlər
  • Respublika Dəri-Zöhrəvi Dispanseri
  • Dəri-zöhrəvi dispanserləri
  • Uşaq Dəri-Zöhrəvi Dispanseri
  • Vərəm əleyhinə dispanserlər
  • Onkoloji dispanserlər
  • Respublika Narkoloji Dispanseri
  • Narkoloji dispanserlər
  • Respublika Endokrinoloji Mərkəzi
  • Endokrinoloji dispanserlər
  • Psixonevroloji dispanserlər
  • Uşaq psixonevroloji dispanserləri
  • Kardioloji dispanserlər
Ambulator-poliklinika müəssisələri
  • Poliklinikalar
  • Uşaq poliklinikaları
  • Stomatoloji poliklinikalar
  • Uşaq stomatoloji poliklinikaları
  • Qadın məsləhətxanaları
  • Tibbi-sanitar hissələr
  • Ambulatoriyalar
  • Feldşer-mama məntəqələri
  • Sağlamlıq mərkəzləri
  • Yazıçılar Poliklinikası
  • Ailə Planlaşdırılması Poliklinikası
  • Respublika Təsərrüfat Hesablı Poliklinikası
  • Kosmetoloji Müalicəxana
  • “Sağlamlıq zonası” Poliklinikası
  • Tələbə poliklinikaları
  • Reproduktiv sağlamlıq mərkəzləri
  • Rayon (şəhər) mərkəzi poliklinikaları
Sanitariya-epidemioloji xidmət müəssisələri
  • Respublika Gigiyena və Epidemiologiya Mərkəzi
  • Şəhər (rayon), eləcə də Su nəqliyyatında gigiyena və epidemiologiya mərkəzləri
  • Respublika Taun Əleyhinə Stansiyası
  • Rayonlararası Taun Əleyhinə şöbələr
  • Respublika Sanitariya-Karantin Müfəttişliyi
  • Profilaktik dezinfeksiya şöbələri
  • Dezinfeksiya stansiyaları
Təcili yardım müəssisələri
  • Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası
  • Şəhər (rayon) Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyaları
  • Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtobazası
  • Təcili və Təxirəsalınmaz yardım stansiyaları
Əczaçılıq idarə və müəssisələri
  • İnnovasiya və Təchizat Mərkəzi
  • Bakı Şəhər Apteklər İdarəsi
  • Bakı Şəhər Apteklər İdarəsinin aptek anbarı
  • Sumqayıt Mərkəzi Aptek Bazası
  • Rayonlararası aptek anbarları
  • Tibbi Texnikanın Təmiri və Quraşdırma Baza Zavodu
  • Apteklər
  • Əczaçılıq və Tibb Sənayesi Birliyi
  • Xüsusi Tibbi Təchizat Bazası
Sanatoriyalar
  • Vərəm Əleyhinə sanatoriyalar
  • Uşaq vərəm sanatoriyaları
  • Respublika Uşaq Sümük-Vərəm Sanatoriyası
  • Uşaq qastroenteroloji sanatoriyası
  • Uşaq kardio-revmatoloji sanatoriyaları
  • Uşaq psixo-nevroloji sanatoriyaları
  • Uşaq kardioloji sanatoriyası
  • Uşaq uroloji sanatoriyası
  • Respublika uşaq sanatoriyası
  • “Mərdəkan” sanatoriyası
  • “Zuğulba” sanatoriyası
  • “Qalaaltı” sanatoriyası
  • “Şuşa” uşaq sanatoriyası
Körpələr evi
Qan bankları
Elmi-Tibbi Kitabxana
Azərbaycan Təbabəti Muzeyi
“Azərbaycan Tibb Jurnalı”
“Şəfqət” qəzeti

Xarici keçidlər

Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyəyə aid qanunlar

Şablon:Azərbaycan Respublikası Nazirlər Kabineti