Xudadat bəy Rəfibəyov

Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyli və ya Rəfibəyov (12 yanvar 1878, Yelizavetpol1 iyun 1920, Nargin adası, Azərbaycan) — Azərbaycan Xalq Cümhuriyyətinin Yelizavetpol quberniyasının general-qubernatoru, II Xoyski hökumətində əvvəlcə səhiyyə və sosial təminat naziri, daha sonra isə xalq səhiyyəsi naziri, Afanasyev adına Yelizavetpol xəstəxanasının direktoru, həkim.

Xudadat bəy Rəfibəyli
bayraq
Gəncə quberniyasının general-qubernatoru
bayraq2
6 may 1919 – 30 aprel 1920
Baş nazirNəsib bəy Yusifbəyli
Əvvəlkiİbrahim ağa Vəkilov
Sonrakıləğv olundu
bayraq
Azərbaycan Xalq Cümhuriyyətinin xalq səhiyyəsi naziri
bayraq2
6 oktyabr 1918 – 7 dekabr 1918
HökumətFətəli xan Xoyski
II Xoyski hökuməti
Əvvəlkitəsis olundu
SonrakıYevsey Gindes
bayraq
Azərbaycan Xalq Cümhuriyyətinin səhiyyə və sosial təminat naziri
bayraq2
17 iyun 1918 – 6 oktyabr 1918
Baş nazirFətəli xan Xoyski
HökumətII Xoyski hökuməti
Əvvəlkitəsis olundu
Sonrakıləğv olundu
Şəxsi məlumatlar
Doğum tarixi 12 yanvar 1878(1878-01-12)
Doğum yeri
Vəfat tarixi 1 iyun 1920(1920-06-01) (42 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti dövlət qulluqçusu, siyasətçi
Atası Ələkbər bəy Rəfibəyli[d]
Uşağı
Dini islam

Təltifləri "Müqəddəs Stanislav" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyli 1878-ci il yanvarın 12-də indiki Gəncə şəhərinin Bala Bağman məhəlləsində əsilzadə ailəsində doğulub. O, Rəfibəylilər nəslindəndir. Xudadat bəy Gəncə Kişi Gimnaziyasını bitirdikdən sonra təhsilini də davam etdirmişdir. Xudadat bəy Rəfibəyli 1904-cü ildə oranı bitirir.

Xudadat bəy Rəfibəyli gənc yaşlarda

1904-cü ildə Xarkov İmperator Universitetinin Tibb fakültəsini bitirir və həmin universitetin qospital-klinikasının cərrahiyyə şöbəsində 3 il ordinator işləyir. O, 1907-ci ildə ailəsiylə birgə Gəncə şəhərinə qayıdır. Həmin ilin noyabrın 15-də o, Yelizavetpol Şəhər İdarəsinim təqdimatı, qubernatorun əmri ilə Afanasyev adına Yelizavetpol xəstəxanasına (6 nömrəli şəhər müalicəxanası) direktor təyin edilir. 17 il Gəncə xəstəxanasının baş həkimi olaraq çalışmışdır.[1][2] 1909-cu ildə fəaliyyəti, xidmətləri nəzərə alınaraq titulyar müşavir, 1910-cu ildə kollej asessoru, 1912-ci ildə saray müşaviri rütbələri verilib və 1909-cu ildən Gəncə Mahal Məhkəməsində fəxri barışıq hakimi təyin edilib.[3] Xudadat bəy 1912–1913-cü illərdə Sankt-Peterburqda İmperator Kliniki İnstitutunda 6 ay məşhur professorların apardığı 12 ixtisas kursunun da dinləyicisi olub. Xudadat bəy gəncəlilərin təkidi ilə daha sonralar şəhər qubernatorunun vəzifəsinin icrasına başlayandan sonra da həkimlik fəaliyyətini davam etdirirdi.[1]

1920-ci aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti quruldu. 1920-ci ilin mayın 12-də Xudadat bəy Rəfibəylini həbs etdilər. O, silahlı əsgərlərin nəzarəti altında Gəncədən qatarla Bakıya gətirildi O, Gəncə üsyanının təşkilində ittihamlandırılırdı.[1] Gəncənin ilk və son müsəlman qubernatoru Xudadat bəy Rəfibəyli iyunun 1-də gizlicə Xəzərin kiçik bir adasına aparılaraq güllələndi.[3]

Siyasi-ictimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
Xudadat bəy Rəfibəyli Gəncədə həkimlərlə

Xarkovda oxuyarkən tələbə dostları ilə birlikdə "Həmyerlilər" dərnəyini qurur.[3] Xarkov Tibb Universitetini bitirdikdən sonra 17 il Həkimlər Cəmiyyətinin sədri kimi çalışmışdır. 1910-cu illərdə Gəncədə Xudadat bəy Rəfibəylinin təsisçiliyi ilə Aktyorlar Cəmiyyəti yaradıldı. Yelizavetpol Tibb Cəmiyyəti" Xudadat bəy Rəfibəylinin təşəbbüsü və rəhbərliyi ilə 1914-cü ildə yaradılmışdır.[4] Bu cəmiyyətin əsas məqsədi Gəncədə yoxsullara, kimsəsizlərə pulsuz tibbi yardım göstərmək idi.[4] Cəmiyyətin fəal üzvləri Həsən bəy Ağayev, Həmzə bəy Zeynalov, Musa bəy Rəfiyev və s. şəxslər idi.[4] "Yelizavetpol Tibb Cəmiyyəti" Bakı, Şuşa, Şəki və şəhərlərdə fəaliyyət göstərən digər cəmiyyətlərlə daim sıx əlaqədə olurdu.[1][4]

1917-ci ilin martında Xudadat bəy Gəncədə yaranan Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilir.[5]

Azərbaycan Xalq Cümhuriyyəti dövrü

[redaktə | mənbəni redaktə et]

1919-cu ilin may ayının 6-sında Azərbaycan hökuməti tərəfindən Xudadat bəy Gəncə quberniyasının general-qubernatoru vəzifəsinə təyin edildi.[6]

Xudadat bəy 1920-ci ilin mayında həbsdə olarkən, istintaqa verdiyi ifadədə bildirir ki, qubernator əmrinin 1919-cu ilin mayın 6-da verilməsinə baxmayaraq, fəaliyyətə atasının qırx mərasimi başa çatdıqdan, yəni mayın 17-dən sonra başlamışdır.[2]

" "Quberniyanı idarə etməyə başlayarkən məndən tələb olunmuşdu ki, əmin-amanlıq yaradım. Görülən tədbirlər nəticəsində bütün quberniyadan quldur dəstələri təmizləndi və ləğv olundu, onların bəzi başçıları öz ayaqları ilə gəldilər, məhkəmə tədqiqatına və istintaqa qədər pulla zaminə buraxıldılar. Nəticədə xeyli sakitlik yaramağa başladı".[1] "

Xudadat bəy Rəfibəyli aprelin 30-da Nuxa, Ağdaş, Zəyəm, Gəncə qəza rəislərinə teleqram yollayaraq hakimiyyəti bolşeviklərə təhvil verdiyini bildirmişdi. Sonra da öz müavini, polkovnik Hüseynqulu xan Xoyski ilə lazımi sənədləri imzalayaraq Gəncə İnqilab Komitəsinin 30 aprel 1920-ci il tarixli 67 və 68 nömrəli əmrlərinə uyğun qubernatorluğu 1920-ci il may ayının 1-də Gəncə İnqilab Komitəsinin sədri İbrahim Əliyevə və onun köməkçisi (müavini) Fərhad Əliyevə təhvil vermişdi.[7]

Xudadat bəy 17 iyun 1918-ci ildə təşkil olunan II Xoyski hökumətində ilk dəfə yaradılan posta — səhiyyə və sosial təminat naziri təyin olunmuşdur.[8] Nazir olarkən onun göstərişi ilə ölkə ərazisində pulsuz müalicə göstərən bir neçə xəstəxana açıldı, kənd yerlərində yeni müalicəxana və feldşer məntəqələrinin tikintisinə başlandı, ekspertizalar üçün laboratoriya təşkil olundu. Gəncə yaxınlığındakı Zurnabad kəndində taun əleyhinə stansiya yaradıldı.[1] 6 oktyabr 1918-ci ildə hökumət kabinetində dəyişikliklər edilmiş və yeni vəzifələr yaradılmışdır. Xudadat bəy xalq səhiyyə naziri təyin edilmişdir. 7 dekabr 1918-ci ildə hökumət istefa verdi və Xudadat bəy vəzifəsini tərk etdi.

Partiya fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1917-ci ildə Xudadat bəy Məlik-Aslanov, Həsən bəy AğayevNəsib bəy Yusifbəyli ilə birgə Türk Ədəmi-Mərkəziyyət Firqəsinin əsasını qoymuşdur. 1917-ci il iyunun 17-də müsavatçılar, Difai Partiyası Gəncə Milli Komitəsinin aparıcı şəxsləri, Nəsib bəy Yusifbəylinin, Həsən bəy Ağayevin, Şəfi bəy Rüstəmbəylinin, Xasməmmədli və Şeyxzamanlı qardaşlarının yaratdıqları Türk Ədəmi-Mərkəziyyət Firqəsi birləşərək "Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat"ın əsasını qoymuşlar[9]. Xudadat bəy bu tarixdən etibarən Müsavat Partiyasının üzvü olmuşdur.

  • Atası Ələkbər bəy RəfibəyliDifai Partiyasının yaradıcılarından biri, Gəncə Şəhər Dumasının üzvü, maarifçi.
  • Xanımı Cəvahir xanım Rəfibəyli — 1930-cu ilin oktyabrında Gəncə Şəhər Soveti Rəyasət Heyəti Cəvahir xanımın ailəsi ilə birlikdə, əmlakı müsadirə olunmaqla keçmiş Gəncə dairəsi hüdudlarından çıxarılması (sürgün edilməsi) haqqında qərar qəbul etmişdir.
  • Qızı Nigar Rəfibəyli — azərbaycanlı şair, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1981), Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1967).
  • Oğlu Kamil bəy Rəfibəyli — ömrünün sonuna kimi Türkiyədə həkimlik etmişdir.
  • Oğlu Rəşid bəy Rəfibəyli — geoloq olmuşdur.

Azərbaycan Respublikası Prokurorluğunun 1990-cı il 2 iyul tarixli qərarı ilə Xudadat bəy Rəfıbəyli barəsində cinayət işinə cinayət hadisəsi tərkibi olmadığına görə xitam verildi.

  1. 1 2 3 4 5 6 "Xudadat bəy Rəfibəyli" (az.). 525.az. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.06.2021.[ölü keçid]
  2. 1 2 Nəsiman Yaqublu. "Xudadat bəy Rəfibəyli" (az.). anar.az. İstifadə tarixi: 26 may 2018.[ölü keçid]
  3. 1 2 3 E. Nihad. "Nigar Rəfibəylinin nazir atasından sonra yaşadığı əzablar, qardaşının acı məktubu" (az.). modern.az. 24 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 may 2018.
  4. 1 2 3 4 Gəncə Tibb Cəmiyyəti Arxivləşdirilib 2021-06-27 at the Wayback Machine. ganca.org, 10.03.2012 (az.)
  5. Yaqublu, Nəsiman. Cümhuriyyət qurucuları (PDF) (az.). Bakı: Nurlar. 2018. 209. ISBN 978-9952-507-96-6. 2021-04-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-08-13.
  6. Qanunverici aktlar, 1998. səh. 534
  7. İltifat Şahsevən (Əliyarlı), İltifat Musa oğlu. İstiqlal fədailəri — Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918–1920 Bakı – Mütərcim – 2013
  8. Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920). Parlament. (stenoqrafık hesabat), c.1–2, B., 1998
  9.  (rus.) Гусейнов, Мирза Давуд. 1: Программа и тактика // Тюркская демократическая партия федералистов "Мусават" в прошлом и настоящем. Baku. 1927.
  1. Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.
  2. Oqtay Əsədov, Rafael Cəbrayılov. Azərbaycan Respublikasının Parlamenti (PDF). Bakı. 2008.
  3. Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). 2 (Lider nəşriyyatı). Bakı. 2004. səh. 472. ISBN 9952-417-44-4.
  4. Nəsiman Yaqublu. Cümhuriyyət qurucuları (PDF). Bakı: “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2018. səh. 504.
  5. Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). I kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 976.
  6. Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). II kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 992.
  7. Lətif Şüküroğlu. Cümhuriyyət hökuməti repressiya məngənəsində. 2. Bakı. 2000.