Oqtay Şirəliyev

Şirəliyev Oqtay Kazım oğlu (2 avqust 1950, Bakı) — Professor, tibb elmləri doktoru, keçmiş Azərbaycan Respublikası Səhiyyə naziri.[1][2]

Oqtay Şirəliyev
bayraq
Azərbaycan Respublikasının
Səhiyyə naziri
bayraq2
20 oktyabr 2005 – 23 aprel 2021
ƏvvəlkiƏli İnsanov
SonrakıTeymur Musayev
Şəxsi məlumatlar
Doğum tarixi 2 avqust 1950(1950-08-02) (73 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi
Atası Kazım Şirəliyev
Anası Tamara Tağızadə
Uşaqları Nərgiz Şirəliyeva, Murad Şirəliyev
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri "Şöhrət" ordeni — 2015
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub.

  • 1967–1973-ci illər N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu "Müalicə işi" ixtisası üzrə bitirmişdir.
  • 1974-cü ildə Bakı şəhəri AR Daxili İşlər Nazirliyinin Hospitalında cərrah, 1977-ci ildə Moskva həkimləri Təkmilləşdirmə İnstitunun cərrahlıq üzrə kliniki ordinaturasına, 1978-ci ildə 1 Moskva Tibb İnstitutunun aspiranturasına daxil olmuşdur.
  • 1992-ci ildə Moskva Onkologiya Mərkəzində doktorluq dissertasiyası müdafiə edərək SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri doktoru elmi dərəcəsini almışdır.
  • 2003-cü ildə AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adı almışdır.
Oqtay Şirəliyev
  • Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə Oqtay Şirəliyev Azərbaycan Respublikasının Səhiyyə naziri təyin edilmişdir.
  • 1981-ci ildən Rentgenologiya, radiologiya və onkologiya ETİ-də böyük elmi işçi
  • 1982-ci ildə Respublika endoskopiya Mərkəzinin rəhbəri
  • 1983–1988-ci illərdə AR Səhiyyə Nazirliyinin Elmi şöbəsinin rəisi olmuşdur
  • 1988-ci ildə Respublika Diaqnostika Mərkəzinin direktoru vəzifəsinə təyin olunmuşdur.
  • 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 13 ixtira və səmərələşdirici təkliflərin müəllifidir.[3]

İş təcrübəsi

[redaktə | mənbəni redaktə et]
  • Eyni zamanda 1991–2005-ci illər ərzində Dövlət Həkimləri Təkmilləşdirmə Institutunda dosent, professor, kafedra müdiri vəzifələrində çalışmışdır.
  • 2005-2021-ci illər Azərbaycan Respublikasının Səhiyyə Naziri.
  • 2005–2008-ci illər üzrə Ümumdünya Səhiyyə Təşkilatının İcraiyyə Komitəsinin üzvü.
  • 2007–2008-ci illər ÜSTİK-nin vitse-prezidenti vəzifəsini icra etmişdir.
  • 2009–2012-ci illər üçün ÜST Avropa Regionu Daimi Komitəsinin üzvü seçilmişdir.
  • 2015-ci il avqust ayının 12-də Səhiyyənin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Oktay Şirəliyev səhiyyə naziri təyin edildi[ölü keçid]
  2. "İlham Əliyev Oktay Şirəliyevi vəzifəsindən azad etdi - SƏRƏNCAM". Oxu.Az. 23 aprel 2021. 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2021.
  3. "Azərbaycan Respublikası Səhiyyə Nazirliyi". 2021-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-04.