Qorxmaz Hüseynov: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 41: Sətir 41:
[[Kateqoriya:Cəbrayıl rayonunda doğulanlar]]
[[Kateqoriya:Cəbrayıl rayonunda doğulanlar]]
[[Kateqoriya:Dövlət xadimləri]]
[[Kateqoriya:Dövlət xadimləri]]
[[Kateqoriya:Azərbaycanlı Dövlət xadimləri]]
[[Kateqoriya:Azərbaycanlı dövlət xadimləri]]

09:01, 22 fevral 2014 tarixindəki versiya

Qorxmaz Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi
1965(1965-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Cəbrayıl, İsaqlı
Təhsili
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qorxmaz Hüseynov — "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri

Həyatı

Hüseynov Qorxmaz Cavanşir oğlu 1965-ci ildə Cəbrayıl rayonunun İsaqlı kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyası) daxil olub.

1983-1985-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi ximət keçib. 1989-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

Əmək fəaliyyətinə 1989-cu ildə "Neft daşları" NQÇİ-də iqtisadçı-mühasib vəzifəsində başlayıb. 1990-cı ildə "28 May" NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsində mühəndis, 1991-1992-ci illərdə şöbə rəisinin müavini, 1992-1995-ci illərdə şöbə rəisi, 1995-1997-ci illərdə "Qum adası" NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsinin rəisi, 1997-2003-cü illərdə "Xəzərdənizneftqaztikinti" trestinin müdir müavini, 2003-2006-cı illərdə trestin müdiri, 2006-2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəisi vəzifələrində çalışıb.

27 dekabr 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti təyin edilmişdir[1]. 16 fevral 2011-ci il tarixində həmin vəzifədən azad edilərək[2], digər Sərəncam ilə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilmişdir[3].

Ailəlidir, iki övladı var.

İstinadlar

  1. "Q.C.Hüseynovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2007-ci il tarixli, 2598 nömrəli Sərəncamı. e-qanun.az  (az.)
  2. "Q.CHüseynovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli, 1334 nömrəli Sərəncamı. e-qanun.az  (az.)
  3. "Q.C.Hüseynovun “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli, 1332 nömrəli Sərəncamı. e-qanun.az  (az.)