Zəhra Quliyeva (dövlət xadimi): Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 19: Sətir 19:
| təhsili = [[Azərbaycan Tibb Universiteti]]
| təhsili = [[Azərbaycan Tibb Universiteti]]
| elmi dərəcəsi = Tibb elmləri doktoru
| elmi dərəcəsi = Tibb elmləri doktoru
| mükafatları = {{"Şöhrət" ordeni}}
| mükafatları = {{"Şöhrət" ordeni (Azərbaycan)}}
| atası =
| atası =
| anası =
| anası =

01:36, 1 mart 2014 tarixindəki versiya

Zəhra Quliyeva
Şəxsi məlumatlar
Doğum tarixi
18 yanvar 1923(1923-01-18)
Doğum yeri Bakı
Vəfat tarixi 28 noyabr 2005(2005-11-28) (82 yaşında)
Vəfat yeri
Təhsili Azərbaycan Tibb Universiteti
İxtisası Həkim (oftalmoloq)
Fəaliyyəti professor
Elmi fəaliyyəti
Elmi dərəcəsi Tibb elmləri doktoru

Təltifləri "Şöhrət" ordeni

Zəhra Quliyeva - Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor.

Həyatı

Quliyeva Zəhra Tahir qızı 1923-cü il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. 1944-cü ildə Azərbaycan Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti) bitirmişdir.

1944-cü ildən Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında ordinator, assistent, dosent, professor və kafedra müdiri işləmişdr. 1958-ci ildə namizədlik, 1967-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir.

Həmin illərdən Azərbaycan Tibb İnstitutunda dekanın əvəzedicisi, tədris işləri üzrə prorektor, 1972-1983-cü illərdə Azərbaycan Tibb İnstitutunun rektoru, 1975-ci ildən Azərbaycan Oftalmoloqları Elmi Cəmiyyətinin sədri, "Sevil" Qadınlar Məclisi sədrinin müavini, Bakı Şəhər Sanitariya-təmizlik məsələləri üzrə komissiyanın sədri, 1998-2005-ci illərdə isə Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifələrində çalışmışdır.

Tədqiqatı əsasən, traxoma, gözün refraksiyası, rəng duyğusu və ona müxtəlif amillərin təsiri, tor qişa və görmə siniri xəstəliklərində görmə orqanının funksiyasının öyrəniləmsinə həsr olunmuşdur. 150-dən artıq elmi işin, 3 monoqrafiya, dərslik və bir neçə dərs vəsaitinin, ixtira və səmərələşdirici təkliflərin müəllifidir.

SSRİ Ali Sovetinin (8 və 9-cu çağırış) və Bakı Şəhər Sovetinin deputatı olmuşdur. Amerika Bioqrafiya İnstitutu tərəfindən "2001-ci ilin qadını" seçilmişdir.

"Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı", Azərbaycan Respublikasının "Şöhrət" ordenləri və medallarla təltif edilmişdir. Əməkdar elm xadimi adına layiq görülmüşdür.

Görkəmli elm və dövlət xadimi Zəhra xanım Quliyeva 2005-ci il noyabrın 28-də 82 yaşında vəfat etmişdir.

İstinadlar