Aida Tağızadə: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 44: Sətir 44:
Qızı Nigar Əliyeva anasının yolunu davam etdirərək, sənətşünaslıq namizədidir. Hazırda Almaniyada məskunlaşaraq, orada öz fəaliyyətini davam etdirir.
Qızı Nigar Əliyeva anasının yolunu davam etdirərək, sənətşünaslıq namizədidir. Hazırda Almaniyada məskunlaşaraq, orada öz fəaliyyətini davam etdirir.


== ƏSƏRLƏRİ ==
== Əsərləri ==
*Cövdət Hacıyev. Broşür. B., "Şur", 1992;
*Cövdət Hacıyev. Broşür. B., "Şur", 1992;
Sətir 52: Sətir 52:
*"XX əsrin Azərbaycan musiqisi" e/m toplusu /tərtibçi və ön sözün müəllifi/. /I buraxılış/. B., ADK-nın nəşri, 1994;
*"XX əsrin Azərbaycan musiqisi" e/m toplusu /tərtibçi və ön sözün müəllifi/. /I buraxılış/. B., ADK-nın nəşri, 1994;
*"XX əsr Azərbaycan musiqisi" e/m toplusu /tərtibçi və ön sözün müəllifi/. /II buraxılış/. B., "Elm və həyat", 1997;
*"XX əsr Azərbaycan musiqisi" e/m toplusu /tərtibçi və ön sözün müəllifi/. /II buraxılış/. B., "Elm və həyat", 1997;
*"Arşın mal alan" musiqili komediyasının val yazısı. "XX əsr Azərbaycan musiqisi" e/m toplusu /II buraxılış/. B., "Elm və həyat", 1997.
*"Arşın mal alan" musiqili komediyasının val yazısı. "XX əsr Azərbaycan musiqisi" e/m toplusu /II buraxılış/. B., "Elm və həyat", 1997.


== Həmçinin bax ==
== Həmçinin bax ==

14:32, 24 avqust 2014 tarixindəki versiya

AİDA TAĞIZADƏ
Doğum tarixi 5 fevral 1934(1934-02-05) (90 yaş)
Doğum yeri
Fəaliyyəti musiqişünas

Tağızadə Aida Zeynal qızı (1934) — Azərbaycan musiqişünası, Azərbaycanın əməkdar incəsənət xadimi (1987), sənətşünaslıq namizədi (1969), professor (1986).

Həyatı

Aida Zeynal qızı 1934-cü il fevralın 5-də Şuşa şəhərində anadan olmuşdur.

Aida xanım əsil-nəcabəti olan təvazökar ziyalı ailəsində dünyaya gəlib boya-başa çatdığı üçün çox gözəl təlim-tərbiyə və təhsil almış, sonralar sənətşünaslıq elmlər namizədi, professor və əməkdar injəsənət xadimi səviyyəsinə qədər yüksəlmişdir. Onun atası Zeynal Tağızadə dilşünas, filologiya elmləri doktoru olmuş, anası Hacıyeva Sayalı xanım isə pedaqoji və tibb institutlarını bitirmişdir. Aida xanımın sənətin bütün növlərinə olan məhəbbətinin təməli məhz ailədə qoyulmuşdur. Lakin o, musiqişünaslığa daha çox üstünlük verərək bu sahəni özünə peşə seçmişdir.

O, Asəf Zeynallı adına Musiqi Kollejini qırmızı diplomla bitirərək Ü.Hacıbəyli adına Konservatoriyaya əvvəlcə fortepiano üzrə ifaçılıq şöbəsində oxumuş, iki ildən sonra isə musiqişünaslığa üstünlük verərək bu şöbədə də təhsilini böyük uğurla başa vurmuşdur.

Aida xanım 1958-ci ildən bu günə qədər Bakı Musiqİ Akademiyasında (BMA-da) fəaliyyət göstərir. Azərbayjan simfonik musiqisinin təşəkkülü və inkişafında böyük səy göstərən, hərtərəfli inkişaf etmiş böyük nəzəriyyəçi, dövrümüzün görkəmli bəstəçisi Cövdət Hacıyevə həsr olunmuş monoqrafiyasında ("İşıq", 1979) müəllif Cövdət Hacıyevin Azərbaycan simfonik musiqisinin ümumi inkişafı fonunda özünəməxsus üslubunu araşdırmaq məqsədini izləyir. Kitabda onun beş simfoniyası, "Sülh uğrunda" simfonik poeması, kamera-instrumental musiqisi və fortepiano üçün "Musiqi lövhələri" yüksək professional səviyyədə təhlil olunur.

Aida xanımın 1985-ci ildə "Yazıçı" nəşriyyatında çap olunmuş növbəti kitabı bəstəkar Soltan Hacıbəyovun yaradıcılığına həsr edilmişdir. Maraqlıdır ki, 1969-cu ildə müdafiə etdiyi namizədlik dissertasiyası da istedadlı sənətkarımızın əsərlərinin təhlililə bağlıdır. Həmin monoqrafiyada bəstəkarın "Gülşən" baleti, simfonik canrda yazılan əsərləri, onun üslubu üçün səciyyəvi bir çox xüsusiyyətlər yüksək səviyyədə araşdırılmışdır.

A.Tağızadə müxtəlif qəzet və jurnallarda çap olunmuş 100-ə yaxın məqalənin müəllifidir. Bunlardan çoxu yerli mətbuatda, bəziləri isə respublikadan kənar mənbələrdə çap olunmuşdur.

Məqalələrin əsas mövzuları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov və b. kimi böyük sənətçilərinin yaradıcılığı, bədii üslubun özəllikləri, yeni əsərlərin təhlilidir. Fəaliyyəti boyu A.Tağızadə Azərbaycan bəstəkarlarının yaradıcılığına həssaslıqla yanaşaraq, milli musiqi sənətimizi dövri mətbuatda, televiziya çıxışlarında, elmi konfranslarda nəinki vətənimizdə, hətta xarici ölkələrdə də təbliğ etmişdir (İtaliya, Almaniya, Türkiyə). Professional ifaçılıq sənətinə diqqət yetirən və dəyər verən Aida Tağızadə yazılarında Müslüm Maqomayev, F və X.Qasımova bacıları, Sərvər Qəniyev,Elmira Səfərova, Fəridə Quliyeva, Aida Abdullayeva kimi sənətkarların yaradıcılıq portretlərində yer vermişdir.

A.Tağızadə respublikanın müxtəlif mədəniyyət sahələrində çalışan bir çox hazırlıqlı musiqişünaslar nəslini yetişdirib və bir neçə sənətşünaslıq dissertasiyasının elmi rəhbəri olmuşdur. O, "XX əsr Azərbaycan musiqisi" məqalələr toplusunun tərtibçisi və elmi redaktoru olmuşdur. 1994-cü ildə çap olunan toplunun birinci cildində milli musiqi mədəniyyətinin tarixi mərhələləri bədii estetik planda araşdırılmış və Azərbaycan bəstəçilərinin üslub problemlərinin analitik izahı verilmişdir.

Aida xanım 1996-2007-ci illərdə fəaliyyətini Türkiyənin Ankara Bilkənd universitetində davam etdirmişdir. Bu illərdə o, Azərbaycan və onun musiqi həyatı ilə əlaqələrini kəsməmiş, "XX əsr Azərbaycan musiqisi" məqalələr toplusunun II cildini hazırlamışdır. Üzeyir Hacıbəylinin 110 illiyinə həsr olunmuş həmin kitab 1997-ji ildə işıq üzü görmüşdür. Dahi bəstəkarın yaradıcılığını əhatə edən bu kitabda onun zəngin irsi, tarixi missiyası bədii-estetik, tarixi-mədəni kontekstdə işiqlandırılmışdır. Məqalələrin çoxunda Üzeyir Hacıbəylinin ənənə və prinsiplərinin Azərbaycan bəstəçilərinin inkişafındakı rolundan və onların yeni mərhələdə davamını tapmasından bəhs edilir. Bundan başqa topluda istifadə olunan yeni mənbələr dahi sənətkarın yaradıcılığı, şəxsiyyəti haqqında daha dolğun təsəvvür yaradır. Türkiyədə işləyərkən A.Tağızadə Bakıda nəşr olunan kitab və qəzetlər üçün Azərbaycan musiqisi ilə bağlı bir sıra məqalələr yazmış, uğurla müdafiə olunmuş iki namizədlik dissertasiyasının elmi rəhbəri olmuşdur.

Aida xanımın Azərbaycan bəstəkarlarının yaradışılığına həsr olunmuş kitab və broşürləri Azərbayjan musiqişünaslığına bir töhfədir. Bu sırada dövrümüzün görkəmli bəstəkarları C.Hacıyevin, Hacıbəyovlar sülaləsinin nümayəndəsi Soltan Hacıbəyovun, müasir musiqi sənətinin görkəmli nümayəndəsi A.Əlizadənin yaradıcılıqlarına həsr olunmuş monoqrafiyalar parlaq nümunələrdir…

Ailəsi

Aida xanım iki övlad, üç nəvə və bir nəticə sahibidir. Oğlu Fuad Əliyev texniki elmlər doktorudur və uzun illər Almaniyada çalışıb, hazırda Ankarada Özəl universitetdə fəaliyyət göstərir. Qızı Nigar Əliyeva anasının yolunu davam etdirərək, sənətşünaslıq namizədidir. Hazırda Almaniyada məskunlaşaraq, orada öz fəaliyyətini davam etdirir.

Əsərləri

  • Cövdət Hacıyev. Broşür. B., "Şur", 1992;
  • "История азербайджанской музыки" dərsliyində fəsillər:
  • "Музыкальная культура Азербайджана 2-ой половины XIX века", "Азербайджанское музыкальное искусство в годы Великой Отечественной войны". B., "Maarif", 1992;
  • "Musiqi ədəbiyyatı". Uşaq musiqi məktəblərinin VII sinfi üçün dərslik /həmmüəllif – F.Əliyeva/. B., "Şur", 1994;
  • "XX əsrin Azərbaycan musiqisi" e/m toplusu /tərtibçi və ön sözün müəllifi/. /I buraxılış/. B., ADK-nın nəşri, 1994;
  • "XX əsr Azərbaycan musiqisi" e/m toplusu /tərtibçi və ön sözün müəllifi/. /II buraxılış/. B., "Elm və həyat", 1997;
  • "Arşın mal alan" musiqili komediyasının val yazısı. "XX əsr Azərbaycan musiqisi" e/m toplusu /II buraxılış/. B., "Elm və həyat", 1997.

Həmçinin bax


Xarici keçidlər