Tağızadələr — Azərbaycan xalqının tanınmış soylarından biri.
Tağızadələr | |
---|---|
Titul | Tacir |
Əcdadı | Kərbəlayı Tağı Hacı İmamqulu oğlu |
Qohum soylar | Hüseynovlar, Hacıyevlər (II) |
Mənşəyi | Şuşa |
Təbəəliyi |
Qarabağ xanlığı, Rusiya imperiyası |
Hacı İmamqulunun üçüncü oglu Tağı 1808-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Rastabazarda baqqal dükanı işlədirdi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Tağı Şahnisə ilə ailə qurmuşdu. Şirin, Zeynalabdin, Adıgözəl, Qasım adlı oğlanları, Şəhri adlı qızı vardı.
Kərbəlayı Tağının törəmələri Tağızadə soyadını daşıyırdılar.