Tofiq Hacıyev (filoloq): Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
k Samral Tofiq Hacıyev (dilçi) səhifəsinin adını Tofiq Hacıyev (professor) olaraq dəyişdi.
(Fərq yoxdur)

17:09, 2 oktyabr 2015 tarixindəki versiya

Tofiq Hacıyev
Doğum tarixi 27 mart 1958(1958-03-27) (66 yaş)
Doğum yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tofiq Hacıyev (tam adı: Tofiq Müzəffər oğlu Hacıyev) — Filologiya elmləri doktoru, professor, Azərbaycan dilçiliyi kafedrasında professor əvəzi, TQDK-nın nəzdində fəaliyyət göstərən Azərbaycan dili və ədəbiyyat üzrə elmi-metodiki seminarın və ekspert qrupunun rəhbəri.

Həyatı

Tofiq Müzəffər oğlu Hacıyev 27 mart 1958-ci ildə Neftçala şəhərində anadan olub.[1]

Təhsili

1975-ci ildə orta məktəbi bitirib.[1]

1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirib.[1]

1986-cı ildə «Tabeli mürəkkəb cümlənin sadə cümləyə transformasiyası» mövzusunda namizədlik dissertasiyası müdafiə edib.[1]

2003-cü ildə «Tabeli mürəkkəb cümlənin struktur-semantikası» mövzusunda doktorluq dissertasiyası müdafiə edib.[1]

Əmək fəaliyyəti

1987-89-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) baş laborant.[1]

1990-cı ildən BDU-da müəllim, baş müəllim, dosent işləyib.[1]

Müasir Azərbaycan dili (morfologiya), frazeologiya fənlərindən dərs deyir.[1]

Yaradıcılığı

55 məqaləsi çap olunub.[1]

1 aspirant və 3 dissertanta rəhbərlik edib.[1]

1 kitabı nəşr olunub.[1]

Müasir Azərbaycan dilində mürəkkəb cümlənin struktur semantikası : filologiya elm. dok. ... dis. avtoreferatı: 10.02.02 / T. M. Hacıyev ; AMEA Nəsimi adına Dilçilik İnstitutu. - Bakı, 2003. - 70 s. ; 20,5 sm. - 100 экз.. -

Seçilmiş əsərləri

Mənbə[1]

  1. 2004, Dərəcə budaq cümləsinə dair- «Mədəniyyət dünyası»-Bakı, s.259-263
  2. 2004, Mürəkkəb cümlədə komponentlərin semantik əlaqəsinin formalaşmasında bağlayıcı vasitələrin rolu- Pedaqoji Universitetin Xəbərləri, Bakı, №2, s.201-204
  3. 2006, «Kitabi-Dədə Qorqud»un dilindəki frazeologizmlərin müasir taleyi. BDU Xəbərləri (humanitar seriya) №2, s.58-63

Şəxsi həyatı

Ailəlidir: 2 övladı var.[1]

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "Azərbaycan dilçiliyi kafedrasıda professor əvəzi" (az.)). philology.bsu.edu.az. 2015-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-09.

Həmçinin bax

Xarici keçidlər