Tofiq Hacıyev (tam adı: Tofiq Müzəffər oğlu Hacıyev) — azərbaycanlı dilçi alim, filologiya elmləri doktoru (2003), professor (2013).[1] [2]
Tofiq Hacıyev 27 mart 1958-ci ildə Neftçala şəhərində anadan olub. 1965-1975-ci illərdə Neftçala şəhəri 1 saylı orta məktəbdə təhsil alıb. Ali təhsilini 1976-1981-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində alıb.[1][2]
Tofiq Hacıyev əmək fəaliyyətinə 1975-ci ildə başlayıb. O, 1975-1976-cı illərdə Neftçala Rayon Tikinti İdarəsində fəhlə işləyib. Daha sonra 1987-1989-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilçiliyi kafedrasında baş laborant olaraq fəaliyyət göstərib. 1990-1994-cü illərdə Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatının metodikası kafedrasında müəllim və baş müəllim kimi çalışıb.[1][2]
1994-2005-ci illərdə yenə həmin universitetin Azərbaycan dilçiliyi kafedrasının dosenti olub. Tofiq Hacıyev Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekan müavini vəzifəsini 1994-2000-ci illərdə yerinə yetirib. O, 2013-cü ildən BDU-nun Azərbaycan dilçiliyi kafedrasının professorudur.[1]
Tofiq Hacıyev 1981-1984-cü illərdə Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının aspirantı olub. 1986-cı ildə "Tabeli mürəkkəb cümlənin sadə cümləyə transformasiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2003-cü ildə "Tabeli mürəkkəb cümlənin struktur-semantikası" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya üzrə elmləri doktoru elmi dərəcəsi alıb. Hacıyev 2005-ci ildə dosent, 2013-cü ildə isə professor elmi adını alıb. Tofiq Hacıyevin 55 məqaləsi və 1 kitabı işıq üzü görüb. O, 1 aspirant və 3 dissertanta rəhbərlik edib.[1][2]
- Dərəcə budaq cümləsinə dair- «Mədəniyyət dünyası»-Bakı (2004).
- Mürəkkəb cümlədə komponentlərin semantik əlaqəsinin formalaşmasında bağlayıcı vasitələrin rolu- Pedaqoji Universitetin Xəbərləri (2004).
- "Kitabi-Dədə Qorqud"un dilindəki frazeologizmlərin müasir taleyi. BDU Xəbərləri (humanitar seriya, 2006).
- "Tabeli mürəkkəb cümlənin struktur semantikası" (2002).
- "Tabeli mürəkkəb cümlənin təkamülü" (2012).
- "Azərbaycan dili" (müştərək, 2013).
- "Azərbaycan dili". VIII sinif üçün (müştərək, 2015).
- "Azərbaycan dili". IX sinif üçün (müştərək, 2016).
- "Azərbaycan dili". X sinif üçün (müştərək, 2017).
- "Azərbaycan dili". XI sinif üçün (müştərək, 2018).[1][2]
- "Tabeli mürəkkəb cümlənin transformasiyası"(1983).
- "Bir transformasiya prosesi haqqında"(1983).
- "Bəzi qoşa bağlayıcıların mənşəyinə dair"(1984).
- "Azərbaycan dilçiliyinə töhfə"(1984).
- "Bəzi sintaktik konstruksiyaların ellipsisinə dair"(1985).
- "Tədris prosesində morfologiya ilə sintaksisin qarşılıqlı əlaqəsinə dair"(1985).
- "Azərbaycan dilində tabeli mürəkkəb cümlənin elliptik, yarımçıq və ixtisar formaları"(1988).
- "Nitqdə dəqiqlik"(1988).
- "Alınma söz və internasionalizm"(1989).
- "Kitabi-Dədə Qorqud"da tabeli mürəkkəb cümlənin natamam formaları"(1989).
- "Omonim səciyyəli sintaktik vahidlərin üslubi xüsusiyyətləri"(1990).
- "Yarımçıq tabeli mürəkkəb cümlələr"(1991).
- "Tabesiz mürəkkəb cümlədə komponentlərin məna əlaqəsinə dair"(1993).
- "Tabeli mürəkkəb cümlənin ixtisar forması"(1993).
- "Frazeoloji cümlələr tabeli mürəkkəb cümlənin bir komponenti kimi"(1994).
- "Tabeli mürəkkəb cümlənin bir struktur tipi haqqında"(1994).
- "Öz təyinatını tapmayan bir konstruksiya haqqında"(1995).
- "Səbəb budaq cümləsinin bir tipi"(1995).
- "Qovuşuq və qarışıq tipli mürəkkəb cümlələrin tədrisi"(1996).
- "Mürəkkəb cümlənin funksional və semantik bölgüsü haqqında"(1996).
- "Mürəkkəb cümlənin elliptik formasının tədrisi"(1996).
- "Tabeli mürəkkəb cümlənin natamam formaları"(2000).
- "Ümumi dilçiliyə dair yeni tədqiqat" (2007).
- Ön söz//X.Məmmədova və Ə.Cavadov."Tabeli mürəkkəb cümlələrin semantik-qrammatik xüsusiyyətləri" kitabı (1998).
- "Mürəkkəb cümlə təsnifinin funksional əsası"(1998)
- "Tabesiz mürəkkəb cümlədə komponentlər arasında semantik əlaqə"(2000)
- "Tabeli mürəkkəb cümlədə struktur semantikanın müəyyənləşməsində relyat-korrelyat münasibətinin rolu"(2001).
- "Söz yaradıcılığı haqqında"(2001).
- "Dərin elmi mündəricəli əsər"(2001).
- "Cümlənin xəbəri mürəkkəb cümlə tərəflərini bağlayan vasitə kimi"(2001).
- "Tabeli mürəkkəb cümlədə omonimlik məsələsi"(2003)
- "Azərbaycan dilində sadə və mürəkkəb cümlə sərhədi"(2003)
- "Tabeli mürəkkəb cümlənin natamam formalarının struktur semantikası"(2003)
- "Tabesiz mürəkkəb cümlədə zaman məsələsi"(2004)
- "Dərəcə budaq cümləsinə dair"(2004)
- "Mürəkkəb cümlədə komponentlərin semantik əlaqəsinin formalaşmasında bağlayıcı vasitələrin rolu"(2004)
- "Kitabi-Dədə Qorqud"un dilindəki frazeologizmlərin müasir taleyi"(2006)
- "Dərslik yazmaq məsuliyyəti"(2007)
- "Kuban sözünün mənşəyinə dair"(2009)
- "Bolqarçay hidroniminə dair bəzi qeydlər"(2009)
- "Kitabi-Dədə Qorqud"un dilində məkan, ölçü, həcm əlamətləri bildirən sadə sözlər"(2009)
- "Nağıl və dastanlarda antroponimlərin fonetik-üslubi xüsusiyyətləri"(2010)
- "Terminlərdə dəqiqlik—Terminologiya məsələləri"(2011)
- "Folklorda şəxs adlarının təkrarının üslubi imkanları"(2011)
- "Köməkçi nitq hissələrinin omonimliyi"(2013)
- "Sadə cümlənin sintaktik təhlili"(2015)[1]
Ailəlidir, 2 oğlu var.[1][2]