Öd kisəsinin ləğvi: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Tubus (müzakirə | töhfələr)
Tubus (müzakirə | töhfələr)
Redaktənin izahı yoxdur
Sətir 2: Sətir 2:
|Bölmə = Cərrahi
|Bölmə = Cərrahi
|Name = {{PAGENAME}}
|Name = {{PAGENAME}}
|Başlıq_fon = #8CBED6
|Latınca = {{lang-la|Cholecystectomy}}
|Latınca = {{lang-la|Cholecystectomy}}
|Yunanca =
|Yunanca =

14:05, 13 yanvar 2016 tarixindəki versiya

Şablon:Müdaxilə Öd kisəsinin ləğvi ya Öd kisəsinin kəsilib götürülməsi (lat. cholecystectomy - сhole — öd, cyst — kisə, ectomy — kənarlaşdırmaq) — öd kisəsinin kəsilib götürülməsi ya kənarlaşdırılması məqsədi ilə icra edilən cərahi əməliyyatın adı. Öd kisəsinin kəsilib götürülməsi əməliyyatı minimal invaziv - laparoskopik ya da açiq üsulla icra olunur. Günümüzdə öd kisəsinin kəsilib götürülməsi əməliyyatlarının 90%-i laparoskopik üsulla yerinə yetirilir.

Göstərişlər

Öd kisəsinin kəsilib götürülməsi əməliyyatına göstərişlər:

Öd kisəsinin iltihabı (lat. cholecystitis) və Öd daşı xəstəliyi (lat. cholecystolithiasis) zamanı öd yollarının tıxanması nəticəsində meydana çıxan öd durğunluğu xüsusilə yeməkdən sonra sağ qarınüstü yaxud qabırğaaltı nahiyədə davamlı sancılar yaxud koliklərlə özünü biruzə verir.

Cərrahi müdaxilə

Tarixi

İlk dəfə laparatomik üsulla öd kisəsinin ləğvi - xolesistektomiya əməliyyatı 1882 ci ildə Berlinin Lazarus xəstəxanasında, laparaskopik üsulla isə 1985 ci ildə cərrah Erix Mühe tərəfindən Böblingen xəstəxanasında icra edilmişdir.

Laparatomik üsul

Laparatomik üsul eyni zamanda açıq üsul da adlanır. Bu zaman sağ qabırğaaltı nahiyədə (sağ qarınüstü nahiyədə) təqribən 10 cm uzunluğunda kəsik aparılmaqla qarın boşluğu yarılır. Bu kəsik öd kisəsinin əldə edilməsi üçün optimal sayılır. Öd axacağı (lat. ductus cysticus) və öd arteriyası (lat. arteria cysticus) mobilizə olunaraq azad preparasiya olunduqdan sonra liqaturaya alınaraq kəsilir. Sonra isə öd kisəsi qaraciyərin eyniadlı yatağından azad preparasiya edilir. Daha sonra yatağın hemostazı (qanaxmanın durdurulması) icra edilərək, drinaj qoyularaq qarın boşluğu qat-qat tikişlərlə bağlanır.

Laparaskopik üsul

Öd kisəsinin ləğvi əməliyyatı zamanı laparoskopik müdaxilə üçün kəsiklər

Laparaskopu qarın boşluğuna daxil etmək üçün göbək nahiyyəsindən 2 sm uzunluğunda kəsik aparılır. Əlavə olaraq döş sümüyünün altından bir və sağ qabırğaaltı nahiyədən isə daha bir kəsik aparılaraq müvafiq kəsici və sıxıcı laparaskopik alətlər qarın boşluğuna daxil edilir. Laparaskopik alətlərin köməyi ilə öd axacağı (lat. ductus cysticus) və öd arteriyası (lat. arteria cysticus) mobilizə olunaraq azad preparasiya olunduqdan sonra liqaturaya alınaraq kəsilir. Sonra isə öd kisəsi qaraciyərin eyniadlı yatağından azad preparasiya edilir. Daha sonra yatağın qaynaq üsulu ilə hemostazı aparılır. Preparat müvafiq laparoskopik kəsiyin bir qədər genişləndirilməsindən sonra (öd kisəsi dolu olduqda müvafiq punksion iynə vasitəsilə boşaldıldıqdan sonra xaric edilir) qarın boşluğundan xaric edilir. Kəsik toxumalar qat-qat tikilərək bağlanır. Çox vaxt dəri xüsusi tibbi yapışqan vasitəsilə yapışdırılır.

İstinadlar

  • Miederer,S.E. et al.: Endoscopic transpapillary splitting of a choledochocele, Dtsch Med Wochenschrift, 1978, Feb.3:103(5):216 - 219

Xarici keçidlər