Xaçlıpər mikrobiota: Redaktələr arasındakı fərq
Yeni səhifə: {{Takson | adı = {{latb|Microbiota decussata Kom}} | aləmi = Bitkilər | şəkil = Şəkil:Microbiota decussata Ko... |
Redaktənin izahı yoxdur |
||
Sətir 2: | Sətir 2: | ||
| adı = {{latb|Microbiota decussata Kom}} |
| adı = {{latb|Microbiota decussata Kom}} |
||
| aləmi = Bitkilər |
| aləmi = Bitkilər |
||
| şəkil = |
| şəkil = Microbiota decussata Kom.jpg |
||
| şəkil məlumat = |
| şəkil məlumat = |
||
| şəkilaltı yazı = |
| şəkilaltı yazı = |
10:25, 23 avqust 2016 tarixindəki versiya
Xaçlıpər mikrobiota | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Xaçlıpər mikrobiota |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Bu bitki 1921-ci ildə botanik İ. K. Şişkin tərəfindən aşkar edilmiş, 1923-cü ildə isə V. L. Komarov tərəfindən yeni cins və növ kimi qeydə alınmışdır. Vətəni Uzaq Şərqdir. Hündürlüyü 0,4-0,8 m, eni isə 1,5-2 m, çətirinin diametri 2 m-ə qədər olan möhkəm, şaxələnmiş, sıx, çətirli alçaqboylu, həmişəyaşıl koldur. Yarpaqları oval formalı, ucu bizdir. Açıq-yaşıl və ya yaşıl iynəyarpaqları qışda tunc və ya qırmızımtıl-mis rəngdə olur, yazda rəngi normallaşır, yaxşı budanır. Qabığı hamar və qırmızımtıl rəngdədir. Şaxələri basıqdır, üzərindəki yarpaqların hamısı bir-birinin eynidir. Zoğların ucları sallaqdır. Qozaları oturaq vəziyyətdədir, eni təxminən 6 mm olub, pulcuqları oduncaqlaşmışdır. Yetişmiş qozalar xırda, kürə və ya yumurtaşəkillidir, hər qozası birtoxumludur. Toxumları ellipsvarı, qanadsiz, qonur, parlaqdır. Mikrobiota qışadavamlıdır, günəşli, yarımkölgəli, sərin, turş, qələvi, qumluca, gillicə, rütubətli torpaqlarda, güclü küləkli yamaclarda bitir. 100 ilə qədər yaşayır. Kök sistemi torpağın səthinə yaxın yerləşir. Azərbaycanda Qazax , Lənkəran, Bakı şəhərlərinin yaşıllıqlarında, bağ və parklarda rast gəlinir.
Məlumat mənbələri:
Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.
İstinadlar
- “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.
Mənbə
- Tofiq Məmmədov, Elşad Qurbanov, Tariyel Talıbov.