Müqəddəs Sofiya kilsəsi (Oxrid): Redaktələr arasındakı fərq
kRedaktənin izahı yoxdur Teq: 2017 viki-mətn redaktoru |
k Oyuncu Aykhan Oxrid Müqəddəs Sofiya kilsəsi səhifəsinin adını Müqəddəs Sofiya kilsəsi (Oxrid) olaraq dəyişdi. |
(Fərq yoxdur)
|
18:32, 17 may 2017 tarixindəki versiya
Pravoslav ortodoks | |
Oxrid Müqəddəs Sofiya kilsəsi | |
---|---|
mak. Црква Света Софија | |
Din | |
Yeparxiya | Oxrid Arxiyepiskopluğu |
Statusu | YUNESKO Ümumdünya irsi (1980[qeyd 1]) |
Yerləşməsi | |
Ölkə | Şimali Makedoniya |
Bölgə | Cənub-şərq |
Şəhər | Oxrid |
Memarlıq | |
İnşa tarixi | 1035-ci və 1056-cı illər arasında – XIV əsr |
Dövrü | Orta əsrlər |
Tikdirəni | |
Üslubu | Bizans memarlığı |
Bərpası | 1951 |
Vəziyyəti | Qorunur |
|
|
Saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Oxrid Müqəddəs Sofiya kilsəsi (mak. Црква Света Софија, Crkva Sveta Sofija) — Makedoniya Respublikasının Oxrid bələdiyyəsində yerləşən, Osmanlı İmperiyası dövründə məscid olaraq da xidmət verən üç nefli orta əsrə aid kilsə.[1]
Tarixi
Birinci Bulqar dövlətinin dinini rəsmi olaraq Xristianlıqla dəyiməsindən sonra I Boris (852 — 889) dövründə tikilən kilsənin tikilmə tarixi haqqında dəqiq bir məlumat yoxdur. Tikilinin IX və ya XI əsrlərdə tikilmiş ola bilər.[2]
Memarlıq xüsusiyyətləri
Şərqə baxan kilsənin qərbində bir narteks və eksonarteks, şimalında isə sonradan əlavə olunmuş bir portik mövcuddur. Müxtəlif mərhələlərdən keçən tikilinin ilk forması orta Bizans dövrünə aid əhəmiyyətli bir memari forma ortaya qoymaqdadır. Bu şəkildə XI əsrin regional meyllərinin yanında, Konstantinopolun Makedoniya və Oxrid Arxiyepiskopluğu üzərinə olan təsiri də görmək mümkündür. Kilsənin təməl arxitekturası XI əsrdə inşa edilmiş olmasına baxmayaraq XIV əsrdə Arxiyepiskop II Qreqori tərəfindən əlavələr edilmişdir. Bu üç nefli bazilika qərbi hissəsibə 1313-cü və ya 1314-cü illərdə əlavə edilən hissə memarlıq tarixinə nəzərən əhəmiyyət daşımaqdadır.[3]
Osmanlı Dövrü
Oxrid şəhərinin ən böyük kilsəsi olan Müqəddəs Sofiya kilsəsi, Konstantinopoldakı Aya Sofya kimi fəthdən sonra məscidə çevrilmiş və şəhərin ilk və ən böyük məscidi olmuşdur. Oxrid Müqəddəs Sofiya kilsəsi, məscidə çevrildiyində bir sıra dəyişikliklərə məruz qalmışdır. Səmavi Eyicenin yazdıqlarına görə bu gün heç bir izi qalmayan məscid minarəsi kilsənin narteks hissəsinin sol tərəfindəki qübbəsinin tam ortasında yerləşirdi.[4]
Fresklər
Oxrid şəhərinin Yuqoslaviya idarəsinə keçməsinin sonra kilsəyə çevrilmiş məscidin divarlarında olan və XI, XII və XIII əsrlərdən qalma freska şəkillər bərpa işləri nəticəsində tamamilə təmizlənmişdir.[5]
Həmçinin Bax
Xarici Keçidlər
İstinadlar
Sitat səhvi: " qeyd " adlı qrup üçün <ref>
teqləri mövcuddur, lakin müvafiq <references group="qeyd"/>
teq tapılmadı
- ↑ Fruçt, Riçard (2005). Eastern Europe: an introduction to the people, lands, and culture. (azərb. Şərq Avropa: Xalq, torpaqlar və mədəniyyət haqqında bir giriş) ABC-CLIO. səhifə 928. ISBN 978-1-57607-800-6.
- ↑ Boris Cholpanov - "Land of a global crossroads", Sofia, 1993, Bulgarian Academy of Science, page 131 (the original is in Bulgarian)
- ↑ Ohri Ayasofyası cephesinin 14. yüzyılda Epiros, İstanbul, hatta Bursa'da bir Türk eserinde benzerlerinin yapılmış olması hakkında bakınız; (azərb. Oxrid Ayasofyası cəbhəsinin XIV əsrdə Epiros, İstanbul, hətta Bursa da bir Türk əsərində bənzərlərinin edilmiş olması haqqında bax;) Semavi Eyice, Son devir bizans mimarisi (azərb. Səmavi Eyice, Son dövr bizans arxitekturası) (İstanbul 1963)
- ↑ Semavi Eyice. "Ohri'nin Türk Devrine Ait Eserleri." (azərb. Oxridin Türk dövrünə aid əsərləri) Vakıflar Dergisi, 6 (1965): səhifə 140
- ↑ R. Hamann, Mak in, Hallensleben, Die Monumentalmalerei in Serbien und Makedonien (azərb. Serbiya və Makedoniyadakı monumental şəkil) (Giessen 1963) 15-17;res.1-28, lev.1-5.