Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Şərqi Roma imperiyası (Yunanca: Βασιλεία τῶν Ῥωμαίων, Basileía tôn Rhōmaíōn "Roma İmperatorluğu"; Latinca: Imperium Romanum). Bizans imperiyası və ya Yunan imperiyası, Roma imperiyasının 395-ci ildə Şərq və Qərb hissələrinə parçalanması ilə quruldu. Paytaxtı Roma olan Qərbi Roma imperiyası V əsrdə Qot qəbilələrinin İtalyanı istila etməsi ilə süquta uğradı. Mərkəzi Konstantinopol (bugünkü İstanbul) olan və Bizans imperiyası da deyilən Şərqi Roma İmperatorluğu isə min ildən artıq varlığını qoruya bildi.
İmperiya | |||||
Bizans imperiyası | |||||
---|---|---|---|---|---|
lat. Imperium Romanum yun. Βασιλεία τῶν Ῥωμαίων | |||||
|
|||||
|
|||||
|
|||||
Paytaxt | Konstantinopol | ||||
Dilləri | latın dili, Orta yunan dili | ||||
Rəsmi dilləri | Latın dili (VII əsrə qədər), yunan dili | ||||
Dövlət dini |
Politeizm (380-ci ilədək) Xristianlıq (Ortodoks) (380-ci ildən sonra) |
||||
Valyuta | İperpiron[d] | ||||
Ərazisi | 5 000 000 km² (VI əsr) | ||||
Əhalisi |
34 000 000 (IV əsr) 5 000 000 1281 |
||||
İdarəetmə forması | Monarxiya | ||||
İmperator | |||||
• 306–337 | Böyük Konstantin | ||||
• 1449-1453 | XI Konstantin | ||||
Davamiyyət | |||||
Albaniya
→Azərbaycan Bosniya və Herseqovina Bolqarıstan Əlcəzair İtaliya İspaniya Ermənistan Ukrayna Fələstin Mərakeş Misir Gürcüstan Xorvatiya İraq İran İsrail İtaliya Kosovo Monteneqro Fransa Kipr Küveyt Şimali Kipr Türk Respublikası Liviya Livan Macarıstan Şimali Makedoniya Moldova Polşa Rumıniya Serbiya Slovakiya Sloveniya Sudan Suriya Tunis Türkiyə İordaniya Yunanıstan |
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Qədim Roma tarixi | ||
Dövrlər | ||
Roma çarlığı | ||
Roma Respublikası | ||
Roma İmperiyası ( e. ə. 27 — 1453-cü illər) | ||
| ||
Respublika konstitusiyası | ||
| ||
Magistratlar | ||
| ||
Fövqəladə magistratlar | ||
| ||
Titullar | ||
| ||
Sülalələr | ||
| ||
Əhali, inzibati və sosial tərkib | ||
| ||
Qədim Romada hüquq | ||
| ||
Bu məqalə aşağıdaki məqalələr silsiləsinə aiddir: |
Türkiyə tarixi |
---|
Xronologiya |
Türkiyə portalı |
Avropa, eləcə də bütün dünya mədəniyyətinin tarixində Bizans sivilizasiyası xüsusi yer tutur. Bizans imperiyası mövcud olduğu bütün minillik ərzində yunan-roma dünyasının və ellinist Şərqin ənənələrini davam etdirərək parlaq mədəniyyət mərkəzinə çevrildi. Bizansın meydana gəlməsi, Roma İmperatoru I Konstantinin paytaxtı Romadan bugünkü İstanbula köçürməsi ilə də bağlıdır.
Roma İmperatoru I Konstantin (Büyük Konstantin), 330-cu ildə imperatorluğun paytaxtını qədim yunan şəhəri Bizantiona (Bizans) dəyişdi və yeni paytaxta "Nova Roma" (Yeni Roma) adını versə də imperatorun ölümündən sonra "Konstantinin şəhəri" anlamına gələn "Konstantinopol" adı istifadə olunmuşdur. Büyük Konstantin, Romadan senatorlar və yüksək məmurlar gətirərək Konstantinopolda yeni idarə meydana gətirdi və şəhəri yenidən abadlaşdırdı. Roma çox tanrılı olmasına baxmayaraq, Konstatinopolu xristian şəhəri etdi və özü də bu dini qəbul etdi.
Bizansın idarəçiləri özlərini Roma İmperatorluğunun gerçək mirasçıları olaraq qəbul edirdilər, lakin başqa tərəfdən də Roma ilə əlaqələrini də davam etdirdilər. Qərbi Roma İmperatorluğu kiçik dövlətlərə ayrılıb parçalanarkən, Bizans İmperatorluğu bütünlüyünü qorumağı bacardı. Beləliklə Bizans İmperatorluğu, klassik yunan və roma sivilizasiyalarının son mərkəzi oldu.
Osmanlı İmperiyasının ərazilərinin genişlənməsindən sonra Bizans imperiyasının əlində demək olar ki, təkcə İstanbul qalmışdı. 1453-cü ildə II Mehmedin Konstantinopolu tutmasından sonra Bizans imperiyası süqut etdi. Bizans imperiyasının sahəsində ilk xaç yürüşü olmuşdur.
"Bizans imperiyası" adı tarixçilərin Şərqi Roma imperiyasına verdiyi addır və imperiyanın mövcud olduğu dövrdə heç bir mənbədə adı belə keçməmişdir. İmperiyanın yunanca adı "Basileia tön Romania" (Roma imperiyası) və ya sadəcə olaraq "Romania" idi. Şərqi Roma xalqı da özlərini romalı olaraq adlandırırdı. Türklər və ərəblər isə Rum sözünü istifadə edirdi.[1] Qərbi Avropada imperiyanın adının ilk dəfə "Bizans" olaraq keçməyə başlanması alman tarixçi Hayronimus Volfun 1557-ci ildə "Corpus Historiae Byzantinæ" adlı əsəri ilə başlanmışdır. 1648-ci ildə "Byzantine du Louvre" ("Corpus Scriptorum Historiæ Byzantinæ") və 1680-ci ildə də Du Şarlın "Historia Byzantina" adlı əsərlərin yayımlanmasından sonra Şarl Lui Monteskyö kimi fransız maarifçilər arasında "Bizans" adı məşhurlaşmağa başladı.
Daha əvvəllər Qərbi Avropada imperiya "Imperium Graecorum" (Yunanların İmperiyası) olaraq adlandırılırdı. Xüsusilə də 800-cü ildə Şarlmanın Papa III. Leo tərəfindən Müqəddəs Roma İmperatoru (Imperator Augustus) olaraq taclandırılmasından sonra Roma mirası mövzusunda rəqabət başlamışdı. Papalar ya da Qərbdəki idarəçilər Şərqi Roma imperatorlarından bəhs edən zaman "Imperator Romæorum" deyirdilər, çünki "Imperator Romanorum" adı Şarlman və onun xələflərinə aiddir. Bu səbəblərdən tarixçilər belə qənaətə gəlir ki, "Bizans" termininin istifadə olunmasında məqsəd, Müqəddəs Roma imperiyasının rəqibi Şərqi Roma imperiyasını tarix səhnəsindən silmək kimi düşünülür.
Roma İmperatoru Mürtəd Yulianın dövründə (362–363) köhnə inancları geri qaytarmaq istənildi və xristianların fəaliyyətləri qadağan edildi. Yulianın ölümündən sonra xristianlıq yenidən güc qazandı. IV əsrdən başlayaraq Roma torpaqları barbar axınlarına məruz qaldı. I Feodosi (379–395) Romanı ələ keçirmək istəyən vestqotları Balkanlarda və Dunay çayının cənubuna doğru irəliləmələrinə mane oldu. Xristianlığı mənimsəyən I Feodosi Böyük Roma İmperatorluğunun Şərq və Qərb seqmentlərini idarə edən son imperator oldu. 395-ci ildə I Feodosi öldü və Roma İmperatorluğu iki hissəyə bölündü.
Qərbi Roma İmperatorluğu torpaqlarına hücum edən vestqotlar 410-cu ildə Romanı ələ keçirdilər. Digər barbar qövmlərdən vandallar Şimal Afrikanı, İspaniyanı və İtaliyanı yağmaladılar. Barbar axınlarının ardı-arası kəsilmədi və V əsrin sonlarında germanlar Qərbi Roma İmperatorluğunu süquta uğratdılar. Bizans İmperatorluğu isə bu hücumlara müqavimət göstərə bildi. Balkanlarda slavyanları, şərqdə də sasaniləri məğlubiyyətə uğratdı.
Bizans İmperatoru I Yustinian (527–565) uzun sürən iqtidarı dövründə Şimali Afrika, İtaliya və Şərqi İspaniyanı yenidən ələ keçirdi. Sasani şahıyla sülh bağlayaraq şərq sərhədlərini qorudu. Lakin ölkənin daxilindəki siyasi və dini münaqişələrin qarşısını ala bilmədi. Bu münaqişələr 532-ci ildə xalq üsyanına çevrildi. Tarixdə "Nika ayaqlanması" adıyla tanınan bu qiyam, komandir Velisariy tərəfindən paytaxtdakı Hippodromda (bugünkü Sultanahmet meydanı) yatırıldı və 30 min adam öldürüldü.
Beləcə ölkə daxilində sabitliyi təmin edən I Yustinian müxtəlif sahələrdə islahatlara başladı. Onun ən uğurlu islahatlarından biri Roma hüququ mövzusunda komissiya yaratması oldu. Bu komissiyanın uzun çalışmalarının sonunda meydana gətirdiyi "Corpus luris Civilis" ("Mədəni Hüquq Qanunları") bugünkü müasir Avropa hüququnun inkişafında da əsas təşkil etmişdir.
Bizans imperiyası VII və VIII əsrlərdə şərqdə müsəlman və fars ordularının, qərbdə isə slavyanların hücumlarına məruz qaldı. 610-cu ildə Bizans taxtını ələ keçərən I İrakli farsların hücumlarını dayandırdı və paytaxtın müdafiəsini gücləndirdi. Dunay çayını keçərək Bizans torpaqlarına hücuma keçən avarları da məğlub etdi. Bu dövrdə ərəblər İslam dinini yaymaq üçün hücumlara başlamışdılar. Ərəb orduları 632-ci ildə Suriya və Fələstini ələ keçirdi. Aleksandriyanın təslim olmasından sonra ərəblər 642-ci ildə Misirin bütün ərazisini öz nəzarətləri altına aldılar. 674–678-ci illər arasında ərəblər bir neçə dəfə Konstantinopolu mühasirəyə alsalar da, ələ keçirə bilmədilər.
Bu müharibə illərində Bizansda Roma mədəniyyətinin və latıncanın yerini yunan dili və mədəniyyəti əvəzlədi. Buna dini fərqlər də əlavə olunduqdan sonra isə imperatorluğun qərbi ilə şərqi arasında qəti fərqlər meydana gəldi.
Bizans 867–1056 illər arasında imperatorluğu idarə edən Makedoniya xanədanı dövründə qızıl dövrünü yaşadı. Makedoniya xanədanının qurucusu I Vasili (867–886) daha əvvəl itirilmiş Anadoludakı torpaqları yenidən imperatorluğun sərhədlərinə qatdı. I Vasileos və ardıcılı VI Levin (886–912) hakimiyyətləri dövründə imperatorluğun hüquq sistemi yenidən təşkil edildi. II Nikifor Foka (963–969) Krit və Kipri yenidən imperatorluğa qatdı, Suriya və Balkanlarda yeni torpaqlar ələ keçirdi.
II Vasili (976–1025) 1001-ci ildə Şimal Suriyanı dövlətin tərkibinə qatdı. 1018-ci ildə bolqar torpaqlarını və Anadoludakı köhnə Bizans torpaqlarını imperatorluğa qatdı. II Vasilidən sonra İtaliyada və Balkanlarda qiyamlar meydana gəldi. Şərqdə Böyük Səlcuqlular Anadoluya axınlar etməyə başladı. İmperator Roman Diyogen 1071-ci ildə Malazgird döyüşündə Böyük Səlcuqlu Sultanı Alp Arslana məğlub olaraq əsir düşdü. Böyük Səlcuqlu komandirləri Anadolu içlərinə doğru irəlidədikcə 3 il (1074 ilində) ərzində paytaxt Konstantinopolun sərhədlərinə qədər gəlib çıxdılar. 1074-cü ildə paytaxtı İznik (Nikéa) olan Anadolu Səlcuqlu Dövləti quruldu.
Bu dövrdə Konstantinopolun güclü patrixi ilə papa arasındakı görüş ayrılıqları sərt mübahisələrə gətirib çıxardı və 1054-cü ildə Roma Katolik Kilsəsi ilə Şərq Ortodoks Kilsəsi müstəqil kilsələr halına gəldilər.
Orta əsrlərin əvvəlində Bizansda mədəniyyət Qərbi Avropadakı kimi süquta uğramadı. Bizans bir çox ölkələrlə ticarət edir, əlaqə saxlayırdı. Bizans şəhərləri yalnız sənət və ticarət mərkəzləri deyil, eyni zamanda mədəniyyət ocağı idilər. VII–VIII əsrlərdə Bizans ərazisi kiçilərək Balkan yarımadası və Kiçik Asiyadan ibarət olduqda, yunan dili imperiyanın dövlət dilinə çevrildi. Bizansda savadlı adamlar Qərbi Avropadakına nisbətən daha çox idi. Hətta kəndlilər və sənətkarlar içərisində də savadlı adamlar vardı. Kilsə məktəbləri ilə yanaşı dövlət məktəbləri və xüsusi məktəblər də açılırdı. Varlı valideynlərin uşaqları bu məktəblərdə yazmağı və hesablamağı öyrənirdilər. Məktəblərdə dini kitablardan başqa qədim dövrün alimlərinin əsərlərini, Homerin poemalarını, Esxilin və Sofoklun tragikomediyalarını öyrənirdilər. Avropada ilk ali məktəb Konstantinopolda açılmışdı. Burada ali tibb məktəbi də yaradılmışdı.
Bizansda riyaziyyat, xüsusilə həndəsə uğurla inkişaf edirdi. Hökmdar taxtı üçün avtomat qurğu düzəldilmişdi. Müxtəlif sənətlərin və təbabətin inkişafı kimyanın öyrənilməsinə kömək etdi. Şüşə və boya istehsalının qədim üsulları qalmaqda idi. Yunan odu adlanan yandırıcı maddə də Bizansda ixtira edildi. Neft və qatran qarışığından düzəldilən yunan odunu su ilə söndürmək olmurdu. Onu xüsusi olaraq düzəldilmiş borulardan düşmən gəmilərinə, qalalarına yönəldir və yandırırdılar. Bizanslılar yunan odunun köməyi ilə quruda və dənizdə bir çox qələbələr qazanmışdılar. Bizansda tarix və coğrafiya da çox inkişaf etmişdi. Coğrafiyaşünaslar xəritələr və şəhərlərin planlarını çəkə bilirdilər. Bu o zaman Qərbdə görünməmiş bir iş idi.
Orta əsrlərin başlanğıcında Bizans Avropanın ən mədəni ölkəsi idi. Başqa ölkələrin kralları, knyazları, yepiskopları öz saraylarına Bizansdan rəssamlar, memarlar və zərgərlər çağırırdılar. Elmə həvəs göstərən gənclər Konstantinopolda riyaziyyat, təbabət, Roma qanunlarını öyrənməyə gəlirdilər. Bizans mədəniyyəti Cənub və şərq slavyanlarının mədəniyyətinə xüsusilə böyük təsir göstərmişdir. Bolqarıstan, Serbiya və Kiyev Rus dövləti xristian dinini Bizansdan qəbul etmişdir. Yunan dilindən slavyan dillərinə çoxlu kitab tərcümə olunmuşdu. Kiyev Rus dövlətində ilk daş məbədləri Bizans memarları tikmişlər. Bizansda antik yazıçıların və alimlərin çoxlu əlyazıları qalmışdı. Bunun sayəsində həmin əsərlər dövrümüzədək gəlib çatmışdır.
Bizansda antik incəsənətin bir çox abidələri qalmışdı. Onları ölkənin hər yerindən axtarıb paytaxtı bəzəmək üçün gətirirdilər. Konstantinopol qeyri-adi təmtəraqla abadlaşdırılmışdı. Onun baş küçələrində onlarla möhtəşəm imarətlər və məbədlər ucalırdı. Əzəmətli binalar belə fikir oyatmalı idi ki, imperator hakimiyyəti qüdrətli və möhtəşəmdir. Xristian dini məbəd tikintisində də dəyişikliklər edildi. Məbəd tikilərkən qarşıya qoyulan məqsəd dəyişdi. Qədim yunan məbədləri içərisinə allahların heykəllərini qoyurdular. Dini mərasim isə meydanda keçirilirdi. Buna görə də yunan məbədini xarici görünüşcə xüsusilə yaraşıqlı tikməyə çalışırdılar. Xristianlar isə ümumi ibadət üçün kilsənin içərisinə toplaşırdılar. Buna görə də memarlar məbədin daxilindəki otaqların gözəl olması üçün xüsusi səy göstərirdilər. Bizans memarlığının ən gözəl nümunəsi Yustinian zamanında Konstantinopolda tikilmiş Müqəddəs Sofiya kilsəsidir. Bu kilsəni möcüzələr möcüzəsi adlandırır, şerlərdə tərənnüm edirdilər. Qədimdən bəri sənət möcüzəsi hesab olunan bu məbəd VI əsrdə iki memar — Tralı Anfim və Miletli İsidor tərəfindən ucaldılmışdır. İmperator bu məbədi paytaxtın və bütün imperiyanın baş kilsəsinə çevirmək istəyirdi. Məbədi 10 min adam beş il ərzində tikdi. O dövr üçün məbəd çox tez tikildi.
Bayırdan o, çox da böyük görünmür, lakin içəridən çox genişdir. Nəhəng (30 metrlik diametrə malik) günbəzinin səmaya ucalır.
Kilsə memarlığında iki memarlıq forması — bazilika və xaçlı günbəz üstünlük təşkil edirdi. Bazilika düzbucaqlı, uzunsov bina olub, üç, beş yaxud daha artıq aşırıma bölünürdü. Orta aşırım kənardakılardan nisbətən daha geniş və hündür olurdu. Bazilikanın şərq tərəfində mehrab, qərb hissədə isə giriş yerləşirdi.
Xaçlı-günbəzli forma Şərq köklərinə malikdir. Bu binalar çox vaxt kvadratşəkilli olub, dörd daxili dayaq məkanı tağlarla əhatələnən doqquz hissəyə ayırır və mərkəzdə yerləşən günbəzi saxlayır. Günbəz göy qübbəsini təcəssüm etdirir. Günbəzə birləşən yarımdairəvi qübbələr kəsişərək düzbucaqlı xaç əmələ gətirir.
Məbədlərin və sarayların divarlarını mozaikalar, müxtəlif rəngli xırda daşlarıdan və şəffaf olmayan rəngli şüşə qırıqlarından — smaltadan düzəldilmiş təsvirlər bəzəyirdi. Smaltanı təzə vurulmuş suvağın üstünə müxtəlif mailliklə düzürdülər. Tamaşaçı binanın içərisində hərəkət etdikdə mozaika işığı əks etdirərək müxtəlif rənglərə dəyişirdi. Kilsələrə ikonalar qoyulurdu. İkonalar Allahın, müqəddəslərin və müqəddəs kitablardan götürülmüş ayrı-ayrı səhnələrin təsvirlərindən ibarət idi. Rəssamlar ikonaları hamar taxta lövhələr üzərində boyaqla çəkirdilər. Təsvirlərdə nisbət gözlənilmirdi. İnsanın şəklini başqalarından daha böyük çəkir, qüllələri və ağacları isə onların yanında durmuş adamlardan kiçik göstərirdilər.
İmperiyanın torpaqlarında müxtəlif tayfalar və xalqlar: yunanlar, frakiyalılar, illiriyalılar, dakiyalılar, ellinləşdirilmiş kiçik asiya tayfaları, qafqaz xalqları, suriyalılar, kəldanilər, qıbtilər yaşayırdılar. Onların arasında yunanlar hakim mövqedə dururdular və yunan dili imperiyanın rəsmi dili idi.
Bizansda ordunun təşkili Roma imperiyasından alınma idi. Lakin IV–VI əsrlərdə bu işdə mühüm dəyişikliklər baş verdi. Əvvəllər torpaq sahibləri orduya silahlı əsgər vermək məcburiyyətində idisə, sonralar onlardan daha tez-tez pul alınmağa başlanırdı. Müxtəlif barbar tayfalarından olan muzdlu əsgərlər orduda getdikcə daha çox rol oynayırdılar. Bizansda bu proses davam edərkən xüsusilə donanma üzvləri hələ də azad əhali arasından seçilməkdə idi. Buna səbəb donanmanın ordu işində daha yüksək mövqedə durması idi. Ordunu piyada qoşun olan Limitaneilər, Komitatenseslər və ordunun əsas hissəsi olan süvari Katafraktlar təşkil edirdi. Hər bir bölməyə tribunlar başçılıq edirdi.
Çoxlu təbii limanlarının olması və əlverişli coğrafi şərait Bizansı qüdrətli dəniz dövlətinə çevirmişdi. Xüsusilə Qara Dəniz və Aralıq Dənizini birləşdirən boğazlar üzərində hökmranlıq etməsi Bizansda dənizçiliyin və dəniz ticarətinin inkişafına kömək edirdi. Bizans tacirləri şərqdə Hindistan, Taproban (Seylon) və Çinə, cənubda Aksum Krallığına (Efiopiya), habelə Ərəbistana gedib çıxırdılar. İran və Soqdiana ilə quruda ticarət yolları vardı. Bizans sikkələri — qızıl solid — beynəlxalq valyuta rolu oynayırdı.