İmperatorluq Məscidi (alb. Xhamia e Mbretit, serb-kiril. Царска џамија у Приштини)) — Kosovonun Priştina şəhərində yerləşən bir Osmanlı dövrünə aid Məsciddir. Fateh Sultan Mehmed tərəfindən 1461-ci ildə tikilmişdir.
İslam | |
İmperatorluq Məscidi | |
---|---|
alb. Xhamia e Mbretit serb. Царска џамија у Приштини | |
Din | |
Statusu | Qorunan Məbəd |
Yerləşməsi | |
Ölkə | Kosovo |
Bölgə | Priştina Rayonu |
Şəhər | Priştina |
Memarlıq | |
Üslubu | Osmanlı memarlığı |
Materialı | daş[d], kərpic |
Vəziyyəti | Açıq |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Məscid 1990-cı ildə Serbiya Respublikası tərəfindən "Müstəsna Əhəmiyyətə Sahib Mədəniyyət Abidəsi" elan edilmişdir.[1]
Avstriya-Türk müharibələri əsnasında, XVII əsrin sonunda, müvəqqəti olaraq bir Katolik kilsəsinə çevrilmişdir. Ən tanınmış Alban yazıçılardan biri olan Piyetro Boqdani, eyni zamanda Avstriyaya meyilli üsyançıların aktiv bir lideri də burada basdırılmışdır. Osmanlılar nəzarəti ələ keçirdikdən sonra, 1690-cı ildə Pyetro Boqdani'nin sümükləri Osmanlı əsgərləri tərəfindən məzardan çıxarılmış və küçəyə atılmışdır .[2]