Pələng dərisi geymiş pəhləvan: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 2: Sətir 2:


{{Roman
{{Roman
| Adı = Pələng dərili cəngavər
| Adı = Pələng dərisi geymiş pəhləvan
| Orijinal adı = {{lang-ka|ვეფხისტყაოსანი}}
| Orijinal adı = {{lang-ka|ვეფხისტყაოსანი}}
| Şəkil = Illustration to Rustaveli.jpg
| Şəkil = Illustration to Rustaveli.jpg
Sətir 28: Sətir 28:
| isbn =
| isbn =
| Lib =
| Lib =
|Ölkə={{GEO}}}}
}}


'''Pələng dərili cəngavər''' ({{lang-ka|ვეფხისტყაოსანი}}) - XII əsrdə [[gürcülər|gürcü]] yazıçısı [[Şota Rustaveli]] tərəfindən yazılmış epik əsər. Poemanın əsasını IX əsrdə yazılmış qədim bulqar, türk şairi Mikayıl Şəmsi Baştu tərəfindən yazılmış "Şan qızı dastanı" təşkil edir <ref>[https://archive.is/20130626190822/turkolog.narod.ru/info/I376.htm Владимир Каденко. Поэма Шамси Башту. Долг памяти и культуре.]</ref><ref>[http://bulgar-portal.ru/library/33 Ижбулатов Мидхат Резванович. Возвращение дастана «Шан кызы» народу из небытия.]</ref><ref>[http://www.chitalnya.ru/work/210268/ Анатолий Лемыш. Шан кызы дастаны - Поэма времен Аскольда и Дира.]</ref>.
'''Pələng dərisi geymiş pəhləvan''' ({{lang-ka|ვეფხისტყაოსანი}}) - XII əsrdə [[gürcülər|gürcü]] yazıçısı [[Şota Rustaveli]] tərəfindən yazılmış epik əsər. Poemanın əsasını IX əsrdə yazılmış qədim bulqar, türk şairi Mikayıl Şəmsi Baştu tərəfindən yazılmış "Şan qızı dastanı" təşkil edir <ref>[https://archive.is/20130626190822/turkolog.narod.ru/info/I376.htm Владимир Каденко. Поэма Шамси Башту. Долг памяти и культуре.]</ref><ref>[http://bulgar-portal.ru/library/33 Ижбулатов Мидхат Резванович. Возвращение дастана «Шан кызы» народу из небытия.]</ref><ref>[http://www.chitalnya.ru/work/210268/ Анатолий Лемыш. Шан кызы дастаны - Поэма времен Аскольда и Дира.]</ref>.


== Tarixçə ==
== Tarixçə ==
Uzun müddət əlyazma şəklində yayılan poema ilk dəfə 1712-ci ildə VI Vaxtanqın təşəbbüsü ilə çap olunmuşdur. Sonrakı nəşrlər içərisində XIX əsrin inqilabçı-demokratı [[İlya Çavçavadze]]nin rəhbərliyi altında çalışan qabaqcıl yazıçı və alimlər komissiyasının tərtib etdiyi elmi-tənqidi mətn Vaxtanqın çap etdirdiyi mətndən xeyli fərqlənir. Daha dəqiq elmi-tənqidi mətn 1937-ci ildə, poemanın yaradılmasının 750 illiyi münasibətilə hazırlanmışdır. Həmin mətn nəzərdən keçrilərək 1951-ci ildə yenidən çap olunmuşdur.
Uzun müddət əlyazma şəklində yayılan poema ilk dəfə 1712-ci ildə [[VI Vaxtanq]]ın təşəbbüsü ilə çap olunmuşdur. Sonrakı nəşrlər içərisində XIX əsrin inqilabçı-demokratı [[İlya Çavçavadze]]nin rəhbərliyi altında çalışan qabaqcıl yazıçı və alimlər komissiyasının tərtib etdiyi elmi-tənqidi mətn Vaxtanqın çap etdirdiyi mətndən xeyli fərqlənir. Daha dəqiq elmi-tənqidi mətn 1937-ci ildə, poemanın yaradılmasının 750 illiyi münasibətilə hazırlanmışdır. Həmin mətn nəzərdən keçrilərək 1951-ci ildə yenidən çap olunmuşdur.


== İdeya və məzmunu ==
== İdeya və məzmunu ==
[[Şəkil:Mihály Zichy. The Knight in the Panther's Skin. 10.jpg|right|thumb|220px|Avtandil və Tarielin görüşü, Mixail Ziçinin illüstrasiyası.]]
[[Şəkil:Mihály Zichy. The Knight in the Panther's Skin. 10.jpg|right|thumb|220px|Avtandil və Tarielin görüşü, Mixail Ziçinin illüstrasiyası.]]
Poemada hadisələr Gürcüstan ərazisindən uzaqlarda — Ərəbistan, Hindistan, Mülkizanzar, Qulanşaro və Qacetiyada baş verir. Qərhəmanlar ərəblərdən, hindlilərdən və başqa xalqlardandır. Əsərdə zahirən heç bir milli və ərazi məhdudluğu yoxdur.
Poemada hadisələr [[Gürcüstan]] ərazisindən uzaqlarda — Ərəbistan, Hindistan, Mülkizanzar, Qulanşaro və Qacetiyada baş verir. Qərhəmanlar ərəblərdən, hindlilərdən və başqa xalqlardandır. Əsərdə zahirən heç bir milli və ərazi məhdudluğu yoxdur.


[[Pənah Xəlilov]] "Pələng dərisi geymiş pəhləvan" əsərində əsasən, qəhrəmanlıq və cəngavərlik, dosta vəfa və təmənnasız kömək motivlərinin çox qüvvətli olduğunu vurğulamışdır. Vətənpərvərlik motivinə gəldikdə "Pələng dərisi geymiş pəhləvan" poeması ilə Şavteli və Çaxuradzenin qəsidələri arasında üzvi yaxınlığın olduğunu bildirir.<ref>P.Xəlilov — SSRİ xalqları ədəbiyyatı (iki cilddə). I c. Bakı: Maarif, 1966, səh 270-271</ref>
[[Pənah Xəlilov]] "Pələng dərisi geymiş pəhləvan" əsərində əsasən, qəhrəmanlıq və cəngavərlik, dosta vəfa və təmənnasız kömək motivlərinin çox qüvvətli olduğunu vurğulamışdır. Vətənpərvərlik motivinə gəldikdə "Pələng dərisi geymiş pəhləvan" poeması ilə Şavteli və Çaxuradzenin qəsidələri arasında üzvi yaxınlığın olduğunu bildirir.<ref>P.Xəlilov — SSRİ xalqları ədəbiyyatı (iki cilddə). I c. Bakı: Maarif, 1966, səh 270-271</ref>

11:45, 27 iyun 2017 tarixindəki versiya

Pələng dərisi geymiş pəhləvan
gürc. ვეფხისტყაოსანი
Müəllif Şota Rustaveli
Janr Epik əsər
Orijinalın dili Gürcü dili
Ölkələr Gürcüstan Gürcüstan
Orijinalın nəşr ili 1180
Tərcüməçi

Səməd Vurğun

Məmməd Rahim

Süleyman Rüstəm
Nəşr 1712
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pələng dərisi geymiş pəhləvan (gürc. ვეფხისტყაოსანი) - XII əsrdə gürcü yazıçısı Şota Rustaveli tərəfindən yazılmış epik əsər. Poemanın əsasını IX əsrdə yazılmış qədim bulqar, türk şairi Mikayıl Şəmsi Baştu tərəfindən yazılmış "Şan qızı dastanı" təşkil edir [1][2][3].

Tarixçə

Uzun müddət əlyazma şəklində yayılan poema ilk dəfə 1712-ci ildə VI Vaxtanqın təşəbbüsü ilə çap olunmuşdur. Sonrakı nəşrlər içərisində XIX əsrin inqilabçı-demokratı İlya Çavçavadzenin rəhbərliyi altında çalışan qabaqcıl yazıçı və alimlər komissiyasının tərtib etdiyi elmi-tənqidi mətn Vaxtanqın çap etdirdiyi mətndən xeyli fərqlənir. Daha dəqiq elmi-tənqidi mətn 1937-ci ildə, poemanın yaradılmasının 750 illiyi münasibətilə hazırlanmışdır. Həmin mətn nəzərdən keçrilərək 1951-ci ildə yenidən çap olunmuşdur.

İdeya və məzmunu

Avtandil və Tarielin görüşü, Mixail Ziçinin illüstrasiyası.

Poemada hadisələr Gürcüstan ərazisindən uzaqlarda — Ərəbistan, Hindistan, Mülkizanzar, Qulanşaro və Qacetiyada baş verir. Qərhəmanlar ərəblərdən, hindlilərdən və başqa xalqlardandır. Əsərdə zahirən heç bir milli və ərazi məhdudluğu yoxdur.

Pənah Xəlilov "Pələng dərisi geymiş pəhləvan" əsərində əsasən, qəhrəmanlıq və cəngavərlik, dosta vəfa və təmənnasız kömək motivlərinin çox qüvvətli olduğunu vurğulamışdır. Vətənpərvərlik motivinə gəldikdə "Pələng dərisi geymiş pəhləvan" poeması ilə Şavteli və Çaxuradzenin qəsidələri arasında üzvi yaxınlığın olduğunu bildirir.[4]

Poemanın əvvəlində ərəb padşahı Rostevan təsvir olunur. Taxt-tacını qızına verən bu hökmdarın bir çox vassalı vardır. Ən böyük vassalı cavan sərkərdə Avtandildir. Hökmdara — patronata tabe olan Avtandilin də öz vassalları vardır. Onun daha nüfuzlu vassalları isə özlərindən kiçik vassalları himayə edirlər. Onların arasında aşağıdan yuxarıya itaət və sədaqət olduğu kimi, yuxarıdan aşağıya da hamilik şərtdir.

"Pələng dərisi geymiş pəhləvan" poemasında üç cəngavərin taleyindən bəhs olunur: Avtandil, Tariel və Firidun. Əsərin süjeti həmin qəhrəmanların həyat macərasını əhatə edir. Onların hərəsi bir ölkədəndir — Avtandil Ərəbistandan, Tariel Hindistandan, Firidun Mülkizanzardandır.

Tariellə tanış olub qardaşlıq əhdi bağlayan Avtandil, dostuna əl tutmaq niyyəti ilə onun görüşünə getmək istəyir. Lakin səfərə qoca Rostevanın razılıq verməyəcəyini yaxşı bilir. Ona görə bu barədə Rostevana xəbər vermir. Avtandil gizli səfərə patronatın xəyanət kimi baxmaması üçün ona bir məktub yazır. Məktubda deyir:

" Gəl bağışla Avtandili olmuşsa da əmrinə ağ,
Neyləsin ki, o biçarə, ömrü olmuş əhdə dustaq,
Dərmanıdır təkcə səfər, yoxsa görməz ömrünü sağ,
Azad olsa kifayətdir, nə kaşanə, nə çöl, nə dağ!...

Vəsiyyəti qurtarıram, budur sözüm, can təlaşda,
Ulu şahım, gəzməliyəm səndən iraq dağda, daşda.
Qəmgin olma, sezilməsin dərdü-aləm gözdə, qaşda,
Xoşbəxt olun, qalib çıxın düşmənlərlə hər savaşda.

"

Avtandil yola düşməzdən əvvəl özünün ən yaxın vassalı Şərməddini yanına çağırır. Şərməddinin sədaqət və məhəbbətindən razılıq edən Avtandil onu öz yerinə qoyduğnu bildirir və ömrünün axırına kimi Rostevana sadiq olmağı tapşırır:

" Bacardıqca öz şahına sədaqətlə eylə xidmət,
Mehriban ol, əyilmə heç, ömrün boyu düz yolla get,
Gözlə mənim kaşanəmi, sən orduma rəhbərlik et
Bu vaxtadək diqqətlisən, göstər yenə hünər, diqqət.
"

Bundan sonra özünün həyat tarixçəsini Avtandilə danışan Tarielin dili ilə müxtəlif Hindistan dövlət sistemindən söhbət açılır. Məlum olur ki, Hindistan yeddi vassallıqdan ibarətdir. Həmin vassallıqların tabe olduqları patronat Parsedandır. Parsedanın ən yaxın, ən böyük vassalı Sareddin, onun ölümündən sonra isə oğlu Tariel olmuşdur.

Tarielə rast gəlib onunla dostluq peymanı bağlayan Firidunun ölkəsində də mərkəzləşmiş feodal dövləti olmuşdur. Firidunun atası patronat, onun əmirləri isə vassal imişlər. Patronat öldükdən sonra Firidunu tanımaq istəməyən əmirləri onu ölkədən qovub, özlərini müstəqil elan etmişlər. Tariel Firidunun halına acımışdır. Dostlar köməkləşib Mülkizanzarda mərkəzləşmiş dövləti bərpa etmişlər.[5]

Maraqlı fakt

Şota Rustaveli "Pələng dərisi geymiş pəhləvan" əsərində mədəniyyət və ticarət mərkəzi kimi Naxçıvandakı Gilan şəhərini göstərilmişdir[6].

İstinadlar

Həmçinin bax

Pələng dərisi geymiş pəhləvan, və ya Pələng dərili cəngavər azərbaycan dilində