Elnur Kəlbizadə

Elnur Həşim oğlu Kəlbizadə (15 avqust 1988, Şiləvar, Lənkəran rayonu) — tarix üzrə fəlsəfə doktoru, dosent, AMEA Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri [1], [2], Beynəlxalq münasibətlər üzrə Respublika Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının üzvü,[3] Azərbaycan Jurnalistlər BirliyininNaxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvü, AMEA-nın "Gənc tədqiqatçı" elmi jurnalının Redaksiya Şurasının[4] və ABŞ-də nəşr edilən Siyasi Elmlər və Beynəlxalq Münasibətlər Jurnalının (Journal of Political Science and International Relations) redaksiya heyətinin üzvüdür. [5]

Elnur Kəlbizadə
Doğum tarixi 15 avqust 1988(1988-08-15) (36 yaş)
Doğum yeri
Elm sahələri tarix, beynəlxalq münasibətlər
Elmi dərəcəsi tarix üzrə fəlsəfə doktoru
Elmi adı dosent
İş yeri
Təhsili
Elmi rəhbərləri İsmayıl Hacıyev, Musa Qasımlı

Elnur Kəlbizadə 15 avqust 1988-ci ildə anadan olub. Ailəlidir. İki övladı var.

2005–2009-cu illərdə Lənkəran Dövlət Universitetində "Tarix və ictimaiyyat" ixtisası üzrə bakalavr təhsili alıb və universiteti fərqlənmə diplomu ilə bitirib.2010–2012-ci illərdə Naxçıvan Dövlət Universitetində "Beynəlxalq əlaqələrin tarixi və nəzəriyyəsi" ixtisaslaşması üzrə magistr təhsili alıb. 2012-ci ildə "Naxçıvan Azərbaycanın beynəlxalq münasibətlər sistemində (XX əsr)" mövzusunda dissertasiya müdafiə edərək magistr təhsilini fərqlənmə diplomu ilə başa vurub. 2012–2016-cı illərdə AMEA Naxçıvan Bölməsində "Vətən tarixi" istiqaməti üzrə doktorantura təhsili alıb. 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Multikulturalizm dövlət siyasəti kimi" mövzusunda ixtisasartırma kursu keçib.[6] Bakı Dövlət Universitetinin siyasi elmlər doktoru hazırlığı üzrə (İxtisas: Beynəlxalq münasibətlər) dissertantıdır.

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2014-cü ildən etibarən ölkənin müxtəlif universitetlərində (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Bakı Avrasiya Universiteti, Naxçıvan Universiteti) müxtəlif fənnlərdən Azərbaycan və ingilis dillərində mühazirələr oxuyub. 2022-ci ilin may ayında Avropa İttifaqının Erasmus+ Təcrübə mübadiləsi proqramı çərçivəsində Yunanıstanın Thessalonniki (Salonniki) şəhərində yerləşən Aristotel Universitetinin Tarix və Arxeologiya Fakültəsinin Müasir tarix kafedrasında dəvətli professor kimi mühazirələr oxuyub.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2006–2007-ci illərdə Lənkəran Televiziya Şirkətində "Xəbərlər" informasiya proqramının aparıcısı kimi çalışıb. 2008–2009-cu illərdə "Cənub" Regional Televiziya kanalında "Xəbər Xətti" informasiya proqramının aparıcısı, müxbiri və redaktor köməkçisi olub.

2010–2012-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində Xəbərlər redaksiyasında aparıcı, İctimai-siyasi verilişlər redaksiyasında redaktor işləyib.

2012–2014-cü illərdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsində elmi işçi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetinin mətbu orqanı olan "Şərq qapısı" qəzetinin Xəbərlər və İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı olub.

2014–2016-cı illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, 2016–2017-ci illərdə AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsində çalışıb. 2018-2023-cü illərdə AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti və Şimali Qafqaz şöbələrinə rəhbərlik edib. Hazırda AMEA Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri vəzifəsində çalışır. [7]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2012-ci ildə "Naxçıvan Azərbaycanın beynəlxalq münasibətlər sistemində (XX əsr)" mövzusunda magistr dissertasiyası müdafiə edib. Magistr təhsili aldığı dövrlərdə beynəlxalq münasibətlər və təhlükəsizlik problemləri istiqamətində də tədqiqatlar aparıb."Qərb dövlətlərinin siyasi maraqlarında Naxçıvan (1918–1920-ci illər"), "II Dünya müharibəsi dövründə xarici dövlətlərin Naxçıvanla bağlı planlarının tədqiqi məsələlərinə dair", "Ağqoyunlu dövlətində xarici siyasətin həyata keçirilməsinin bəzi məsələlərinə dair" adlı elmi məqalələri o illərdə müxtəlif elmi dərgilərdə nəşr olunub.

2016-cı ildə "Naxçıvanın tarixi coğrafiyası (XII–XVIII əsrin I yarısı)" mövzusunda fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib.

2018-ci ildə Heydər Əliyevin 95 illik yubileyi münasibətilə gənc alimlər üçün AMEA-nın Rəyasət Heyəti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən elan edilmiş müsabiqədə AMEA-nın gənc alimləri arasında elmi nailiyyətlərinə görə I yerə layiq görülüb.

2021-ci ilin martında Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona dosent elmi adı verilib.

Əsas elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

E. Kəlbizadə 4 monoqrafiya, 8 elmi kitab, 11 tədris-metodiki vəsait, 100-ə yaxın elmi məqalənin müəllifidir. Elmi əsərləri Almaniya, Avstriya, Polşa, Çili, Bolqarıstan, Ukrayna, Rusiya, Qazaxıstan, Türkiyə, Moldova, Gürcüstan kimi ölkələrin nüfuzlu elmi jurnallarında və nəşriyyatlarında dərc edilib.

  1. Naxçıvanın tarixi coğrafiyası (XII–XVIII əsrin I yarısı). Naxçıvan: Əcəmi, 2016, 200 s. Arxivləşdirilib 2017-07-31 at the Wayback Machine[8]
  2. Naxçıvanlı diplomatlar. Naxçıvan: Əcəmi, 2017 (akad. İ. Hacıyevlə birgə)[9]
  3. Из истории дипломатии. Saarbrücken:Lambert Academic Publishing, 2017, 72 c. (Almaniya)[10][11]
  4. Naxçıvan tarixinə dair qaynaqlar. Bakı: Elm və təhsil, 2018, 240 s.[12]
  5. Gürcüstan:daxili ictimai-siyasi şərait. Bakı: Mütərcim, 2018, 168 s. (həmmüəllif)
  6. Ermənistan İran İslam Respublikasının Qafqaz siyasətində. Bakı:MTM İnnovation, 2019, 360 s., (həmmüəllif)
  7. Ermənistan: daxili sosial-iqtisadi və siyasi şərait. Bakı:MTM İnnovation, 2019, 348 s. (həmmüəllif)
  8. Gürcüstan: inzibati-ərazi quruluşu, idarəçiliyi və demoqrafiyası. Bakı:MTM İnnovation, 2019, 320 s. (həmmüəllif)
  9. Rus dış politikasında Orta Asya ve Kafkasya. Ankara:Nobel yayınları, 2021, 284 s. (həmmüəllif)
  10. Ermənistan İsrail Dövlətinin Cənubi Qafqaz siyasətində. Bakı: Mütərcim, 2022. 200 s. (həmmüəllif)
  11. İrəvan necə varsa: keçmişdən bu günə. Bakı:Aspoliqraf MMC, 2022. 520 s. (həmmüəllif)
  12. 2020 Qarabağ Savaşı. İlham Aliyev: Karabağ Azerbaycandır! Ankara: Nobel yayınları, 2022. 532 s. (həmmüəllif)

Xaricdə dərc edilən məqalələri

[redaktə | mənbəni redaktə et]
  1. Geopolitıcal and regional analysis of the Armenia-Iran relations in 1998–2008 // REVISTA INCLUSIONES. Volumen 7 / Número Especial / Julio – Septiembre 2020 pp. 424–439. (Çili)
  2. Armenian Policy of the Islamic Republic of Iran after 1991: geopolitıcal conditions and realities // Austrian Journal of Humanities and Social Sciences. Scientific journal. № 3–4 2020 (May – June), pp.3–10 (Avstriya)
  3. Прагматизм во внешней политике Ирана и отношениях с Арменией // История, археология и этнография Кавказа. № 18(3). 2022 c. 679–693. (Rusiya)
  4. The dynamics of the development of Armenian-Iranian relations in the post-soviet period // Журнал История, Археология и Этнография Кавказа. Т. 15. № 4. 2019. С. 639–651. (Rusiya/Dağıstan)
  5. 2018 Devrimi Sonrası Ermenistan-İran İlişkilerinin Analizi // TÜDEV Denge, № 7, 2019. s. 171–190 (Türkiyə)
  6. Kafkasyanın güvenliği və Kafkas İslam Ordusu / Uluslararası Güvenlik Kongresi (Kuram, Yöntem, Uygulama), 2019, s. 63–74. (Türkiyə)
  7. New Caucasian policy of the Islamic Republic of Iran after 1991 and Armenia / Збірник центру наукових публікацій "Велес" за матеріалами

V міжнародної науково-практичної конференції 2 частина: "Весняні наукові читання", м. Київ: збірник статей (рівень стандарту, академічний рівень). – К.: Центр наукових публікацій, 2020. p. 39–50 (Ukrayna)

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2020-ci ilin fevral ayının 9-da Azərbaycan Respublikası Milli Məclisinə keçirilən növbədənkənar parlament seçkilərində 45 saylı Abşeron Seçki Dairəsindən namizəd olmuşdur.[13]

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ədəbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2012–2013-cü illərdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin Gənclər Təşkilatının sədri, 2012–2014-cü illərdə məsul katibi olmuşdur. "Düşüncələrim" adlı ədəbi əsərlərdən ibarət ilk kitabı 2011-ci ildə "Əcəmi" Nəşriyyat və Poliqrafiya Birliyində çapdan çıxıb.

  1. "Arxivlənmiş surət". 2022-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-18.
  2. "Arxivlənmiş surət". 2024-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-18.
  3. "Arxivlənmiş surət". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-25.
  4. "Arxivlənmiş surət". 2022-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-25.
  5. "Arxivlənmiş surət". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-24.
  6. "Arxivlənmiş surət". 2024-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-18.
  7. "Arxivlənmiş surət". 2024-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-18.
  8. "Arxivlənmiş surət". 2019-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-31.
  9. "Naxçıvanlı diplomatlar. Naxçıvan: Əcəmi, 2017 (akad. İ.Hacıyevlə birgə)". 2017-07-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-14.
  10. ""Diplomatiya tarixindən. Naxçıvanlı diplomatlar" kitabı Almaniyada nəşr olunub". 2019-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-31.
  11. "Almaniyada "Diplomatiya tarixindən. Naxçıvanlı diplomatlar" kitabı nəşr olunub". 2017-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-31.
  12. [1] Arxivləşdirilib 2020-11-23 at the Wayback Machine, Kəlbizadə Elnur Həşim oğlu. Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytı
  13. "Biz Allahın ədalətinə və Azərbaycan dövlətinə inanaraq yola çıxmışıq…"- Elnur Kəlbizadə [ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]