Zəhra Quliyeva (dövlət xadimi): Redaktələr arasındakı fərq
k Samral Zəhra Quliyeva səhifəsinin adını Zəhra Quliyeva (professor) olaraq dəyişdi. |
Redaktənin izahı yoxdur |
||
Sətir 1: | Sətir 1: | ||
{{mənbə azlığı}} |
|||
{{vikiləşdirmək}} |
|||
{{Dövlət xadimi |
{{Dövlət xadimi |
||
| azərbaycan dilində adı = Zəhra Quliyeva |
| azərbaycan dilində adı = Zəhra Quliyeva |
||
Sətir 46: | Sətir 48: | ||
== İstinadlar == |
== İstinadlar == |
||
{{İstinad siyahısı}} |
|||
<references/> |
|||
== Həmçinin bax == |
|||
== Xarici keçidlər == |
|||
* [https://apa.az/xeber-az/sosial_xeberler/zehra-quliyevanin-95-illik-yubileyi-qeyd-olunub-7474.html Zəhra Quliyevanın 95 illik yubileyi qeyd olunub] |
|||
[[Kateqoriya:Azərbaycan həkimləri]] |
[[Kateqoriya:Azərbaycan həkimləri]] |
11:14, 18 yanvar 2018 tarixindəki versiya
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Zəhra Quliyeva | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vəfat tarixi | 28 noyabr 2005 (82 yaşında) |
Vəfat yeri | |
Təhsili | Azərbaycan Tibb Universiteti |
İxtisası | Həkim (oftalmoloq) |
Fəaliyyəti | professor |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | Tibb elmləri doktoru |
|
|
Təltifləri |
Zəhra Quliyeva - Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor.
Həyatı
Quliyeva Zəhra Tahir qızı 1923-cü il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. 1944-cü ildə Azərbaycan Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti) bitirmişdir.
1944-cü ildən Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında ordinator, assistent, dosent, professor və kafedra müdiri işləmişdr. 1958-ci ildə namizədlik, 1967-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir.
Həmin illərdən Azərbaycan Tibb İnstitutunda dekanın əvəzedicisi, tədris işləri üzrə prorektor, 1972-1983-cü illərdə Azərbaycan Tibb İnstitutunun rektoru, 1975-ci ildən Azərbaycan Oftalmoloqları Elmi Cəmiyyətinin sədri, "Sevil" Qadınlar Məclisi sədrinin müavini, Bakı Şəhər Sanitariya-təmizlik məsələləri üzrə komissiyanın sədri, 1998-2005-ci illərdə isə Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifələrində çalışmışdır.
Tədqiqatı əsasən, traxoma, gözün refraksiyası, rəng duyğusu və ona müxtəlif amillərin təsiri, tor qişa və görmə siniri xəstəliklərində görmə orqanının funksiyasının öyrəniləmsinə həsr olunmuşdur. 150-dən artıq elmi işin, 3 monoqrafiya, dərslik və bir neçə dərs vəsaitinin, ixtira və səmərələşdirici təkliflərin müəllifidir.
SSRİ Ali Sovetinin (8 və 9-cu çağırış) və Bakı Şəhər Sovetinin deputatı olmuşdur. Amerika Bioqrafiya İnstitutu tərəfindən "2001-ci ilin qadını" seçilmişdir.
"Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı", Azərbaycan Respublikasının "Şöhrət" ordenləri və medallarla təltif edilmişdir. Əməkdar elm xadimi adına layiq görülmüşdür.
Görkəmli elm və dövlət xadimi Zəhra xanım Quliyeva 2005-ci il noyabrın 28-də 82 yaşında vəfat etmişdir.
İstinadlar
Həmçinin bax
Xarici keçidlər
- 18 yanvarda doğulanlar
- 1923-cü ildə doğulanlar
- 28 noyabrda vəfat edənlər
- 2005-ci ildə vəfat edənlər
- 82 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan həkimləri
- Azərbaycanlı alimlər
- Tibb elmləri doktorları
- Professorlar
- Bakıda doğulanlar