Ensizyarpaq lavanda: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
[[Şəkil:Merdekandendrariflorasi (3-cild) 37.png|250px|left]]
{{Takson
{{Takson
| adı = {{latb|Lavandula spica}}
| adı = {{latb|Lavandula spica}}

12:00, 17 aprel 2018 tarixindəki versiya

Fayl:Merdekandendrariflorasi (3-cild) 37.png
Ensizyarpaq lavanda
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Lavandula angustifolia Mill.

Sünbüllü lavanda (lat. Lavandula spica)[1] - dalamazkimilər fəsiləsinin lavanda cinsinə aid bitki növü.[2]

Sünbüllü lavandanın vətəni Aralıq dənizinin Fransaİspaniya sahilləri hesab edilir. Avropa, Şimali Afrika, Şimali Amerikanın hər yerinə uyğunlaşdırılıb.

Təbii yayılması:

Vətəni Aralıq dənizinin Fransa və İspan sahilləridir. Şimali Afrikada və Şimali Amerikada, Rusiyada, Qafqazın Qara dəniz sahilində bitir.

Botaniki təsviri:

Hündürlüyü 30-60 (100) sm, kəskin qoxulu, həmişəyaşıl, bozumtul tükcüklü yarımkoldur. Aşağı oduncaqlaşmış budaqları çox şaxələnmiş, yuxarı qalxan, çoxsaylı cavan zoğludur; çiçəkli zoğları dörd hissəli, uzun, yuxarı buğumaralıdır. Yarpaqları üzbəüz, oturaq, uzunsov-xətvari, burulmuş kənarlı, uzunluğu 2-6 sm, yaşıl və ya boz-yaşıl tükcüklüdür. Çiçəkləri sünbülvari çiçək qrupları əmələ gətirən yalançı çiçək köbələrinə yığılmışdır. Çiçək tacı ikidodaqlı, uzunluğu təxminən 1 sm, əsasən mavi-bənövşəyi, tükcük¬lü¬dür. Meyvəsi qalın kasacığa daxil olan dörd qoza¬dan ibarətdir.

Еkоlоgiyаsı:

Ensizyarpaq lavanda quru daşlı yerlərdə bitir

Аzərbаycаndа yаyılmаsı:

Qafqazda təbii halda yayılmışdır.

İstifаdəsi:

Yaşıllaşdırmada bordyurların salınması üçün istifadə edilir. Bitkinin bütün hissələrində efir yağı, çiçəklərində aşılayıcı maddələr, qatranlar, ursol turşusu, kumarin, qerniarin vardır. Torpaq eroziyasının qarşısının alınmasında böyük əhə¬mi¬y¬¬yə¬ti vardır. Çiçəkləri beyində qan dövranını yaxşılaşdıran, sidikqovucu, qıc olmağa qarşı və sakitləşdirici təsirə malikdir. Efir yağı parfümeriya-kosmetika əşya¬la¬rı¬nın istehsalında, kulinariyada ədviy¬yat kimi istifadə edilir. Xalq təbabətin¬də yağının spirt məhlulları baş ağrısı, əsəb xəstəliyi, revmatizm, ürək-damar, oynaq, dəri xəstəlikləri, zədələnmə və iflicdə istifadə edilir.


Mənbə

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. T.S.Məmmədov

Məlumat mənbələri

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.

İstinad

  • Флора Азербайджана. т.5. 1954; Флора Kaвkaзa. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. I cild. 1961;
  • Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh