Yeni fikir (qəzet, 1922): Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 12: Sətir 12:
* [[Molla Nəsrəddin jurnalı]]
* [[Molla Nəsrəddin jurnalı]]


== İstinadlar ==
== Mənbə ==
*Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh.95.
{{İstinad siyahısı}}

07:06, 10 iyul 2018 tarixindəki versiya

Yeni fikirTiflisdə Azərbaycan dilində çap olunan həftəlik qəzet.

Tarixi

İlk nömrəsi 1922-ci ilin yanvarında, son nömrəsi 1927-ci ilin mayında (cəmi 1397 nömrə) çıxmışdır. 1923-cü ilin yanvarından Zaqafqaziya MİK və XKŞ-nın orqanı kimi gündəlik nəşr edilirdi. Müxtəiif vaxtlarda Həsən Səbri, Böyükağa Talıblı, Dağlı Rəsulzadə, Mirzə Davud Hüseynov, Rzaqulu Nəcəfov qəzetin baş redaktoru olmuşlar. "Yeni fikir"-də Cəlil Məmmədquluzadənin yaradıcılığına, onun Tiflis teatrının səhnəsində tamaşaya qoyulmuş əsərlərinə, fəaliyyətinin Tiflis dövrünə dair məqalə və resenziyalar nəşr edilirdi.

Fəaliyyəti

Qəzet öz nəşrini Bakıda davam etdirən "Molla Nəsrəddin" jurnalı, onun ideya məzmunu, əsas tənqid hədəfləri, dili və s. bağlı müxtəlif yazılar da vermişdir. Ümumiyyətlə, 1923-1926 illərdə Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığında baş verən bütün əsas hadisələr "Yeni fikir"-in səhifələrində öz əksini tapmışdır. Lakin qəzetdə Cəlil Məmmədquluzadənin haqqında obyektiv, əsaslı məqalə və resenziyalarla birlikdə, bir sıra qeyri-dəqiq, iddialı, yazıçının yaradıcılığını proletkultçuluq mövqeyindən təftiş edən materiallara da yer verilirdi.

Həmçinin bax

Mənbə

  • Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh.95.