Tbilisi (gürc. თბილისი) və ya Tiflis – Gürcüstanın paytaxtı, Qafqaz şəhərlərinin mühüm sənaye, mədəniyyət və elm mərkəzlərindən biri. Ölkənin şərq hissəsində, Kür çayının hər iki sahilində, dəniz səviyyəsindən 406–522 metr hündürlükdə, Tiflis çökəkliyində yerləşir.
Tbilisi | |||||
---|---|---|---|---|---|
თბილისი | |||||
|
|||||
41°43′21″ şm. e. 44°47′33″ ş. u. | |||||
Ölkə | |||||
Başçı | Kaxa Kaladze | ||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | təq. 455 | ||||
İlk məlumat | IV əsr | ||||
Əvvəlki adı | Tiflis | ||||
Sahəsi |
|
||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi dili | |||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +995 (32) | ||||
Poçt indeksi | 0100–0199 | ||||
Digər | |||||
tbilisi.gov.ge | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Şəhər 244 km2[3] ərazidə yerləşir. "Tbilisi" toponiminin hərfi mənası qədim gürcü dilində "isti su" anlamına gəlir. Tarixi qaynaqlara gorə, şəhər eramızın V əsrində gürcü sərkərdəsi Vaxtanq Qorqasali tərəfindən salınmışdır.
Tbilisi iqtisadi baxımdan hazırda Gürcüstanın ən inkişaf etmiş bölgəsi hesab olunur. 2005-ci ildə ölkədə istehsal edilmiş sənaye məhsulunun 35,4%-i, tikintinin 63,6%-i bu şəhərin payına düşmüş, fəaliyyətdə olan müəssisələrin say etibarı ilə 47,4%-i burada cəmləşmişdir.
Tbilisi şəhəri 8 şəhər rayonuna bölünür.
İllik orta temperatur yanvar ayında 0,5º S, iyul ayında 24,2º S olur. İllik yağıntının miqdarı isə 568 mm-dir.
əl-İdrisi (1100–1165) əl-İstəxri (X əsr) Zəkəriyya əl-Qəzvini və Hüdudü’l-Aləm müəllifi Tiflisin Arranın şəhərlərindən biri olduğunu qeyd etmişdirlər.[6]
Süyuti ‚ət-Tiflisi‛ nisbəsi haqqında məlumat verərkən yazır ‚…Azərbaycanın bəldələrindən olan Tiflisə aid edilir‛[7]
İbnü’l-Əsir də Tiflisin Azərbaycanın sonuncu, yəni sərhədyanı şəhərlərindən biri olduğunu qeyd etmişdir[8]
Azərbaycana məxsus olan Tiflisin Kür çayının cənubunda qalan hissəsidir. İndi olduğu kimi orta əsrlərdə də Tiflis Kür çayı ilə iki qismə ayrılırdı[9] Çayın cənubunda qalan qismi müsəlman, şimalında qalan hissəsi isə xristian Tiflisi idi. Əbdürrəşid Bakuvi yazır: ‚Şəhərdən Kür çayı axır. Əhalisi müsəlman və xaçpərəstlərdir. Kürün bir sahilində əzan deyilir, digər isə kilsə zəngləri çalır‛[10]
Osman ibn Əffanın (ا) hakimiyyəti dövründə (644–656) Həbib ibn Məsləmə əl-Fıhri (ا) Tiflisi fəth edərək əhalisi ilə cizyə müqabilində əhdnamə bağlamışdı [11]
Arxeoloji məlumatlara görə şəhərin ərazisi hələ e.ə IV–III minilliklərdən yaşayış məskəni olmuşdur. Tiflisin istehkam qalası olması haqqında ilk yazılı mənbələr e.ə IV əsrə təsadüf edir. Şəhərin inkişafında əsas amil onun Gürcüstanı Azərbaycan, İran və Suriya ilə birləşdirən əsas ticarət yollarının üstündə yerləşməsi idi. Çar I Vaxtanq Qorq-Aslan (?-502) vaxtında Tiflis Şərqi Gürcüstanın ən inkişaf etmiş iqtisadi mərkəzlərindən birinə çevrilmişdi. I Vaxtanqın oğlu olan Daçi Tiflisi Şərqi Gürcüstan dövləti olan Kartlinin (Qədim Mesxeti ilə birlikdə) paytaxtı elan etdi. VII əsrin ortalarında ərəblər Gürcüstanı istila etmiş, VIII əsrin 30-cu illərindən etibarən isə Tiflis ərəb əmirinin mərkəzi iqamətgahı olmuşdur (bax Tiflis əmirliyi).
1122-ci ildə Qurucu Davidin dövründə Tiflis işğal olunaraq mərkəzləşmiş Gürcü dövlətinin paytaxtına çevrilir. XII–XIII əsrlərdə Tiflis yaxın şərqin ticarət, sənətkarlıq və mədəniyyət mərkəzlərindən biri kimi hər yerə səs salır. XIV əsrin 2-ci yarısında Əmir Teymurun ordusu buranı istila edir. XV əsrin axırı XVII əsrin əvvəllərində dəfələrlə Osmanlı və Səfəvi orduları tərəfindən işğallara məruz qalır. XVII əsrdə isə I Şah Abbasın hücumu Tiflisin, o cümlədən Gürcüstanın vəziyyətini bir az da çətinləşdirir. XVII əsrin 2-ci yarısındın etibarən Tiflisdə vəziyyət sabitləşir. Belə ki, şəhər qalaları yenidən qurularaq qonşu dövlətlərlə ticarət əlaqələri bərpa olunur.
Tiflisdə ilk tipoqrafiya 1709-cu ildə təsis edilmişdir. 1801-ci ildə şərqi Gürcüstan əyalətlərinin Rusiya imperiyası tərəfindən işğalından sonra Tiflis əvvəlcə Gürcüstan quberniyasının (daha sonra-Tiflis. 1846-cı il) adminstrativ mərkəzi, eyni zamanda rus ordusunun baş komandanlığının iqamətgahı, 1845-ci ildən isə Qafqaz canişinliyinin mərkəzi kimi fəaliyyət göstərmişdir. 1819-cu ildən etibarən isə ilk gürcü qəzeti "Sakartvelos qazeti" ("Gürcüstan qəzeti") işıq üzü görməyə başlamışdır.
XIX əsrin 60-cı illərdən başlayaraq Zaqafqaziyada dəmiryol tikintiləri ilə əlaqədar olaraq Tiflisin iqdisadi inkişafı daha da gücləndi. XIX əsrin 2-ci yarısında Tiflisdə dəri-gön zavodları və tütün fabrikləri yarandı. Şəhər əhalisi sürətlə artmağa başladı. 1897-ci ildə burada əhalinin sayı 160 min nəfərə çatırdı. Gürcü, türk və digər Zaqafqaziya millətlərinin hesabına sənaye işçilərinin sayı xüsusi ilə artmışdı. Dəmiryolçular içərisində rus fəhlələri də üstünlük təşkil edirdilər. XIX əsrin 70-ci illərinin əvvələrində şəhərin müəssisələrində etiraz və fəhlə tətilləri geniş miqyas aldı. XIX əsrin axırlarında Tiflis Zaqafqaziyanın inqilab mərkəzlərindən birinə çevrildi. 1887-ci ildə Zaqafqaziyada ilk fəhlə təşkilatı "Raboçiy Soyuz" yarandı. Tiflis proletariatı 1905–1907-ci illər Rusiyadakı inqilaba əhəmiyyətli dərəcədə öz töhfəsini verdi. 1917-ci il fevral inqilabı ərəfəsində zəhmətkeşlərin, hərbçilərin və kəndlilərin deputatı olduqları məclis formalaşdı. Bu hökumətdə əsasən menşeviklər təmsil olunmuşdular.
1918-ci il mayın 26-da isə Tiflisdə müstəqil Gürcüstan hökuməti yarandı, lakin 1921-ci il fevral ayının 25-i Sovet qoşunları buranı zəbt edərək Gürcüstan Sovet Sosialist Respublikasını yaratdılar. Tiflisdə bir çox məşhur gürcü yazıçı, şair, rəssam, bəstəkar və içtimai xadimlərlə yanaşı (Aleksandr və İlya Çavçavadze, N. Barataşvili, N. Nikoladze, Z. Paviaşvili, Akakiy və Georqi Çereteli və s.) türk xalqının da içtimai-siyasi və mədəniyyət xadimləri (N. Nərimanov, Ə. Topçubaşov, M. F. Axundov, M. Ş. Vazeh və. s.) anadan olmuş və yaşayıb-yaratmışlar. Sovet ittifaqı dağıldıqdan sonra Tiflis yenidən müstəqil Gürcüstan dövlətinin paytaxtı kimi özünü çətinliklərə baxmayaraq yaşatmaqdadır.
2012-ci ilin may ayında Tbilisidə baş verən leysan yağışları nəticəsində Kür çayı aşmışdır. Yaranmış sel daşqınları şəhərə böyük ziyan vurub, şəhərin bir sıra məhəlləri, küçələr, yaşayış evləri, infrastruktur obyektləri, maşınlar, su altında qalıb. On minlərlə Tbilisi sakini işıqsız qalıb. Daşqın nəticəsində 5 nəfər ölüb, ölənlərdən ikisinin uşaqlardır.[12]
Tbilisidə istehsal olunan sənaye məhsulları ölkə iqtisadiyyatının 33%-ni təşkil edir. 1941–1974-cü illər ərzində sənaye məhsulunun istehsal həcmi 11 dəfə artmışdır. Əsas istehsal sahələri-maşınqayırma, metal emalı, yüngül və yeyinti sənayesidir. Ən böyük maşınqayırma və metal emalı zavodları bunlardır – Elektrovozquraşdırma, aviasiya, dəzgahqayırma, şərabistehsalı avadanlıqları, elektrotexnika və cihazqayırma, teleqraf aparatları, çuqunsüzmə, elektrovaqontəmiri. Maşınqayırma və metal emalı sahəsində şəhərin sənaye-istehsalat heyətinin 37%-i çalışır. Yüngül sənaye isə ipəkçilik, trikotaj, tikiş, dəri-gön və s. sahələri özündə birləşdirir. Çox inkişaf etmiş yeyinti sənayesi vardır. Buraya şərab, şampan, konyak, tütün, yağ, çörəkbişirmə, qənnadı məmulatları, pivə və alkoqolsuz içkilər, ət, süd və pendir, dondurmatipli və s. məhsulları istehsal edən zavod və kombinatlar daxildir. Digər sənaye sahələrinə aid isə ağac və mebel emalı, tikinti materialları, şüşə-saxsı, əczaçılıq-farmokoloji, poliqrafiya və s. müəssisələri göstərmək olar.
Tbilisi nəhəng nəqliyyat mərkəzlərindəndir ki, buda özündə Zaqafqaziya ilə Şimali Qafqazı birləşdirən maqistral dəmiryol və şose yollarını qovuşdurur. Tbilisidə yaxşı inkişaf etmiş şəhərdaxili transport (avtobus, tramvay və trolleybus) və metropoliten (1966-cı ildən) nəqliyyat formaları fəaliyyət göstərir. Bundan başqa şəhərin mərkəzi küçələri ilə dağlıq ərazini birləşdirən sərnişin daşıyan kanatlı yollarıda (3 asma və 1 funeklyor) göstərmək olar. Hal-hazırda aşağı templə də olsa yaşayış və digər təyinatlı binaların tikintisi də gedir.
Şəhərin tərkibinə Tbilisi dənizi adlanan su anbarı da daxildir.
Tbilisi Kür çayının sahili boyu dağlara söykənərək nazik zolaq kimi 30 km məsafədə uzanır. Mərkəzi rayonların əsas magistral küçələri olan Rustaveli və Plexanova prospektləri Kür çayının qırağı ilə keçir. Tiflisin cənub-şərq hissəsində onun qədim mərkəzi olan dar küçəli "Köhnə şəhər" yerləşir. Buranın orta əsr tikililərinin cizgilərini özündə saxlamış, oyma ağaclı eyvanlarla (əsasən də XIX əsrin 30–60-cı illəri) bəzədilmiş 2–3 mərtəbəli kərpic binaları, özünəməxsus yerli və klassik elementlərin birləşməsindən əmələ gəlmiş memarlıq formaları vardır. "Köhnə şəhər"də Narikala məbədinin qalıqları (köhnə hissəsi IV əsr, yeni hissəsi XVI–XVII əsrlər), daş Ançisxati kilsəsi (VI əsr, yuxarı hissəsi və tağlar XVI əsr), Metexi kilsəsi (1278–1293), Sioni kilsəsi (VI–VII əsrlər), Şah Rostomun hamamları (XVII əsr), Tiflis cümə məscidi kimi tarixi tikililər vardır. (Vaxti ilə unikal tikili olan Şah Abbas məscidini gürcülər körpü tikintisi adı ilə bəhanə edərək uçurmuşdular).
XIX əsrdən başlayaraq isə "Yeni şəhər" adlanan (müasir Tiflisin mərkəzi) son klassisizm üslubunda olan bina və küçələrin düzbucaqlı şəbəkəsi genişlənməyə başladı. (Qafqaz ordusunun mərkəzi qərargahı – 1824-cü il, Zubalaşvili mehmanxanası – 1835-ci il (hal-hazırda Gürcüstan Dövlət İncəsənət Muzeyi) və s.). XIX əsrin sonları, XX əsrin əvvəllərində isə gürcü milli memarlıq formalarından istifadə olunaraq bir çox gəlirli ev, inzibati və içtimai binalar tikilmişdir. (Keçmiş Gürcü zadəgan-torpaq bankı (hal-hazırda Gürcüstan Dövlət Kitabxanası) 1912–1916-cı il, memar A. N. Kalqin). Sovet hakimiyyəti illərində tikintilər baş plana uyğun aparılırdı (1-ci 1934-cü ildə tərtib olunmuş, 2-cisi isə 1957-ci ildə, nəhayət yeni baş plan isə 1970-ci ildə təsdiqlənmişdir. Memarlar İ. Çxenkeli, A. Cibladze, Q. Çaparidze, Q. Şavdiya), hansı ki, Tiflisin Kür çayının sahili boyu şimal-şərq (su anbarı) istiqamətində inkişafını nəzərdə tutmuşdur. Avçala, Saburtalo, Diqomi, Qldani, Poniçala və s. kimi yeni yaşayış məntəqələri salınmışdır. Köhnə magistral və meydanlar abadlaşdırılmış, rekonstruksiya edilmiş, yeniləri tikilərək istifadəyə verilmişdir. Bundan başqa körpülər və sahilkənarı içtimai istirəhət mərkəzləri salınmışdır. Yeni tikililər arasında misal olaraq Gürcüstan hökumət evini, İdman sarayını, "İveriya" mehmanxanasını, Filarmoniyanın konsert zalını və.s qeyd etmək olar.
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
1817[16] | 2,800 | 18.9% | 11,200 | 75.6% | 0,400 | 2.1% | 15,000 | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1864/65 qış[17] | 14,878 | 24.8% | 28,404 | 47.3% | 12,462 | 20.7% | 60,085 | ||||||||||
1864/65 yay[17] | 14,787 | 20.8% | 31,180 | 43.9% | 12,142 | 17.1% | 71,051 | ||||||||||
1876[18] | 22,156 | 21.3% | 37,610 | 36.1% | 30,813 | 29.6% | 104,024 | ||||||||||
1897[19] | 47,133 | 29.5% | 41,151 | 25.8% | 44,823 | 28.1% | 159,590 | ||||||||||
1926 | 112,014 | 38.1% | 100,148 | 34.1% | 45,937 | 15.6% | 294,044 | ||||||||||
1939 | 228,394 | 44% | 137,331 | 26.4% | 93,337 | 18% | 519,220 | ||||||||||
1959 | 336,257 | 48.4% | 149,258 | 21.5% | 125,674 | 18.1% | 694,664 | ||||||||||
1970 | 511,379 | 57.5% | 150,205 | 16.9% | 124,316 | 14% | 889,020 | ||||||||||
1979 | 653,242 | 62.1% | 152,767 | 14.5% | 129,122 | 12.3% | 1,052,734 | ||||||||||
2002[20] | 910,712 | 84.2% | 82,586 | 7.6% | 32,580 | 3% | 1,081,679 |
Tbilisidə Gürcüstan Elmlər Akademiyası və onun institutları, Botanika bağı, Gürcüstan Kənd Təssərrüfatı Mexanizasiya və Elektrifikasiya Elmi-tədqiqat İnstitutu, Gürcüstan Bağçılıq, Üzümçülük və Şərabçılıq Elmi-tədqiqat İnstitutu, Gürcüstan Yeyinti Sənayesi Elmi-tədqiqat İnstitutu və digər müəssisələr, 10-dan artıq ali təhsil ocağı (Tiflis Dövlət Universiteti, Gürcüstan Politexnik Universiteti, Tiflis Tibb Universiteti və.s).
227 orta (buraya M. F. Axundov adına 1 türk məktəbidə daxildir), 24 xüsusi orta, 27 orta-ixtisas məktəbi, 207 məktəbəqədər tərbiyə ocağı, 1 yanvar 1975-ci ilə qədər 104 kütləvi kitabxana (ən böyüyü Gürcüstan Dövlət Kitabxanası), 16 muzey (S. Canaşiya adına Gürcüstan dövlət muzeyi, Gürcüstan xalq tətbiqi sənəti muzeyi, Gürcüstan şəkil qalereyası, ədəbiyyat muzeyi və.s), Z. P. Paliaşvili adına Gürcüstan Opera və Balet Teatrı, Şota Rustaveli adına teatr, A. S. Qribayedov adına Tiflisi Rus Dram Teatrı, M. F. Axundov adına Azərbaycan Dram Teatrı, Musiqili Komediya Teatrı, kukla teatrı, sirk, filarmoniya, V. Saracaşvili adına konservatoriya, "Gürcüstan-film" kinostudiyası, 38 klub, 67 stasionar kinoqurğu, 13 məktəbdənkənar müəssisə, 9 dövlət nəşriyyatı ("Sabçota Sakartvelo", "Merani", "Qanatleba", "Nakaduli" və.s), dövlət və özəl radio və televiziyaları (1-ci və 2-ci dövlət kanalları, İmedi, radio Fortuna və .s), teleqüllə, informasiya agentlikləri, yüzlərlə qəzet və jurnallar, qeyri-hökumət təşkilatları və s. fəaliyyət göstərir.