Seyran Səxavət: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Added his mother name
Teqlər: Mobil redaktə Mobil veb redaktə
Added birth place
Teqlər: Mobil redaktə Mobil veb redaktə
Sətir 8: Sətir 8:
|Təxəllüsü = Seyran Səxavət
|Təxəllüsü = Seyran Səxavət
|Doğum tarixi = {{Doğum_tarixi və yaşı|1946|3|23}}
|Doğum tarixi = {{Doğum_tarixi və yaşı|1946|3|23}}
|Doğum yeri = [[Yağlıvənd]], [[Füzuli rayonu]] (kecmiş Qarabulax rayonu)
|Doğum yeri = [[Yağlıvənd kəndi]], [[Füzuli rayonu]] (kecmiş Qarabulax rayonu)
|Vəfatı =
|Vəfatı =
|Vəfat yeri =
|Vəfat yeri =

08:51, 25 dekabr 2018 tarixindəki versiya

Seyran Səxavət
Doğum tarixi 23 mart 1946(1946-03-23) (78 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti yazıçı

Xanlarov Seyran Əsgər oğlu (Seyran Səxavət) — şair, nasir, tərcüməçi, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Seyran Səxavət 1946-cı il martın 23-də Füzuli rayonunun Yağlıvənd kəndində anadan olmuşdur. Həmin kənddə orta məktəbi bitirdikdən sonra Natəvan adına Füzuli şəhər məktəbində direktorun köməkçisi vəzifəsində işləmişdir (1962-1964). Sonra ADU-nun şərqşünaslıq fakültəsində təhsil almışdır (1964-1970). Sovet Ordusu sıralarında əsgəri xidmət zamanı SSRİ Müdafiə Nazirliyində tərcüməçi olmuşdur (1970-1972). "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında xüsusi müxbir, ədəbi işçi kimi çalışmış, sonra iki il İranda tərcüməçi işləmişdir (1974-1976). Yenidən Bakıda "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərmişdir (1976-1981). Sonra "Ulduz" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri işləmişdir (1981-1991).

Bədii yaradıcılığa 1962-ci ildən dövri mətbuatda çap etdirdiyi şeir, hekayə və publisist yazıları ilə başlamışdır. Həmin vaxtdan mərkəzi və respublika mətbuatı səhifələrində müntəzəm çıxış edir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir sıra xarici dillərə tərcümə olunmuşdur. "Qızıl teşt" pyesi Azərbaycan Akademik Dram teatrında (1988), "Büst" pyesi Lənkəranda (1989), "Qapıların o üzündə qalan dünya" pyesi Füzulidə (1990) Dövlət dram teatrında tamaşaya qoyulmuşdur.

2002-ci ildə "Nekroloq" romanı Azərbaycan Yazıçılar Birliyinin Y.Səmədoğlu adına "İlin ən yaxşı romanı" mükafatına layiq görülmüşdür[mənbə göstərin].

Əsərləri

  1. Adalar (şeirlər). Bakı: Gənclik, 1970, 25 səh.
  2. Mənim planetim (şeirlər). Bakı: Gənclik, 1977, 40 səh.
  3. Hamı elə bilirdi ki (hekayələr və povest). Bakı: Gənclik, 1982, 204 səh.
  4. Daş evlər (roman). Bakı: Gənclik, 1985, 308 səh.
  5. Dar köynək (povestlər). Bakı: Yazıçı, 1987, 180 səh.
  6. Daş evlər (roman). Bakı: Gənclik, 1989, 415 səh.
  7. Qızıl teşt (povestlər, hekayələr). Bakı: Çaşıoğlu, 1999, 912 səh.
  8. Nekroloq (roman). Bakı: Mütərcim, 2003, 392 səh.
  9. Polad toxumu (roman). Bakı: Qanun, 2003, 220 səh.
  10. Yüz ilin kişisi (povestlər və hekayələr)

Tərcümələri

  1. A.Ebnoidze. İki ay kənddə və ya imeretisayağı evlənmə (roman). Bakı: Gənclik, 1986, 264 səh.

Xarici keçidlər