1958 Argentina Qran-Prisi: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur Teqlər: Mobil redaktə Mobil veb redaktə |
Redaktənin izahı yoxdur Teqlər: Mobil redaktə Mobil veb redaktə |
||
Sətir 1: | Sətir 1: | ||
* — vacib parametrlər |
|||
{{Qran-Pri yarışı |
{{Qran-Pri yarışı |
||
| tip = "F1" və ya "AÇ" |
| tip = "F1" və ya "AÇ" |
09:33, 24 iyul 2019 tarixindəki versiya
Argentina Qran-prisi üzrə 1958-ci il mövsümü | |
---|---|
isp. VIo Gran Premio de la Republica Argentina | |
Tarix | 19 yanvar 1958 |
Yer | Argentina, Buenos-Ayres |
Trek | Buenos-Ayres (trek) (80 m) |
Hava | Günəşli, isti, quru |
Poul | |
1:42,0 (138,1 km/s) |
Xuan-Manuel Fanxio Maserati |
Podium | |
Qalib |
Stirlinq Moss Kuper |
2-ci yer |
Luici Musso Skuderiya Ferrari |
3-cü yer |
Mayk Hotorn Skuderiya Ferrari |
Vikianbarda əlaqəli mediafayllar | |
1958-ci il Dünya Çempionatı, mərhələ № 1/11 Sınaq yarışı № 65 |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
1958-ci il Argentina Qran Prisi — Formula-1 avtoyarışının 1958-ci il mövsümünün ilk mərhələsi. Yarış 19 yanvar 1958-ci ildə Buenos-Ayres trasında reallaşdı. Stirlinq Moss Rob Walk Racing Team komandasının tərkibində Cooper T43 şassisinndə qələbə qazandı. Bu Formula 1-də şəxsi komandanın ilk qələbəsi idi.
Amma bundan sonra bu yerdəyişmənin heç bir mənası
qalmırdı – çünki əvvəl yarışın sonunda
qazanılan xallar sükan arxasında oturmuş
sürücülər arasında bərabər bölünürdüsə,
bundan sonra xal yalnız sükan arxasında start
alan sürücüyə tam veriləcəkdi. Qeyd etmək lazımdır çempionatın iştirakçıları
da dəyişmişdilər. Bundan əvvəlki
mövsümlərdə çempionatda Alfa Romeo,
Ferrari, Maserati, Mercedes kimi zavod
komandaları dominanlıq edirdilər. İndi isə
onlarla baş-başa Britaniyanın BRM, Vanwall və Cooper kimi şəxsi komandaları öz maşınları ilə
mübarizə aparırdılar. Düzdür, bəzi müştəri
komandalar da starta çıxırdılar – onlar özləri
maşın hazırlamırdılar, zavod komandalardan
əvvəlki mövsümün maşınını alaraq, əsasən ev
yarışlarında starta çıxırdılar. Məhz, 1958-ci ildə şəxsi komandalar ilk yerlər
uğrunda mübarizə aparmağa başladılar.
Argentinaya yanız bir zavod komandası –
Ferrari gəlmişdi. Texniki reqlamentdə ciddi
dəyişiklik baş vermişdi və bir çox komandalar
yeni maşını hazırlaya bilməmişdilər. Ən əsas dəyişiklik isə spirt qarışıqlı yanacaqdan
istifadəyə qoyulan qadağa idi – indi maşınlara
ancaq adi benzin tökülə bilərdi. İlk baxışdan
mənasız görünən bu qayda ciddi texnoloji
dəyişiklik tələb edirdi – etanolla işləmək üçün
hazırlanmış motora adi benzin tökmək üçün mühərriyin bütün detallarını buna adaptasiya
etmək lazım idi. Mövsüm Argentinada başlayırdı. Vanwall və
BRM komandaları uzaq yola pul
xərcləməkdənsə, Avropada mövsümə start
verməyə üstünlük vermişdilər. Cooper
komandası da Buenos Ayresə gəlməmişdi,
amma Rob Walker Racing komandası bir Cooper maşını ilə yarışa qatılmışdı – Stirlinq
Mossun Vanwall komandası ilə müqaviləsi olsa
da, Uolkerin təklifini qəbul etmişdi: həm xal
qazanmaq olardı, həm də bank hesabını
artırmaq. Maserati-nin zavod komandası
çempionatı tərk etmişdi. Nəticədə Qran Pridə cəmi 10 sürücü iştirak edirdi – çempionat
tarixində bundan az sürücünün iştirak etdiyi
yarış yoxdur. Argentinanın milli qəhrəmanı Xuan Manuel
Fanxio ardıcıl dörd dəfə dünya çempionu
olduqdan və öz vətənində dörd ardıcıl qələbə
qazandıqdan sonra artıq təqaüdə getdiyini
elan etmişdi. Amma öz şəxsi Maserati-sinin
sükanı arxasında həmyerlilərini sevindirmək qərarına gələrək starta hazırlaşırdı. Yarışın
əsas favoritləri isə Ferrari-nin sürücüləri hesab
edilirdilər – yeni Ferrari Dino 246F1-in debütü
bu yarışda baş verməli idi. Skuderiyanın azarkeşləri komandadan asan
qələbə gözləsələr də, Fanxio tam fərqli
düşünürdü. Dahi Maestro zavod dəstəyi
olmadan köhnə Maserati-də Ferrari
sürücülərinə ciddi rəqabət göstərməklə poul
qazandı. Mayk Hotorn və Piter Kollinz qırmızı maşınla avtodromda 1:42.6 saniyəlik dövrə
vursalar da, Maestro bu vəzifənin öhdəsindən
daha sürətlə gəldi – 1:42.0! Bu, Fanxionin
karyerasında 29-cu və sonuncu poul idi. Bu
rekrord 1967-ci ildə Cim Klark tərəfindən
yenilənəcək. Eyni zamanda, bu poul Maserati şassisi üçün 10-cu və sonuncu idi. Amma poul qazanmaq hələ işin yarısı idi, əsas
bazar günü baş tutan yarışda qələbə
qazanmaq idi. O vaxtlar yarışlarda 400 km-lik
məsafə qət olunurdu, amma məhz 1958-ci
ildən yarış məsafəsi 300 km-ə endirildi. Ancaq
Buenos Ayresdəki yarış üçün əvvəlcə istisna edilmişdi – sürücülər 400 km məsafə qət
etməli idilər. Lakin bazar günü bu plan
dəyişdirildi – hava çox isti olduğu üçün yarışda
dövrələrin sayı 102-dən 80-ə endirildi. Bu xəbər Ferrari sürücülərini sevindirdi, çünki
yeni maşının 400 km məsafəni qət etməsinə
güman az idi. Amma Stirlinq Moss üçün bu
xəbər heç nəyi dəyişmədi – onun Cooper T43-
də çalışan 2 litrlik Climax motoruna rəqiblərin
2.5 litrlik motorları ilə mübarizə aparmaq üçün sürət çatmırdı. T43 inqilabi model idi – motor
sürücünün arxasında yerləşirdi, amma motoru
zəif olduğu üçün Moss sıralanma turunda
yalnız 7-ci nəticə göstərməklə kifayətləndi. Cooper-in daha bir ciddi problemi var idi – hər
bir təkər maşına rəqiblərindən fərqli olaraq
bir deyil, 4 qayka ilə bərkidilirdi. Bu isə pit-stop
zamanı ciddi vaxt itkisi demək idi – Ferrari-nin
mexanikləri yarım dəqiqəyə dörd təkəri
dəyişirdilər, amma Mossun mexanikləri üçün beş dəfə artıq vaxt lazım idi. Ona görə də Moss
hər hansı bir uğura ümid etmirdi… Düzdür, Rob Uolker özü Mossla razı deyildi.
Yarış məsafəsinin qısaldılmasını öyrəndikdən
sonra komanda risk etməyə qərar verdi – pit-
stop olmayacaq. Risk böyük idi – təkər
istənilən an partlaya bilərdi və o zaman
sürücünün də həyatı təhlükə altına düşürdü. Amma Moss qərarla razılaşdı. Startda şəxsi Maserati-si ilə Jan Bera liderliyi
ələ aldı, amma tezliklə Hotorn onu üstələdi.
Moss isə gözlənilmədən 3-cü yürə yüksəldi.
Kollinzin Ferrari-sində arxa ox sındığı üçün
Piter mübarizəni dayandırmalı oldu. Üçüncü
dövrədə Fanxio əvvəlcə Mossu, sonra isə Ferrari-dən Luicci Mussonu qabaqladı. Yarış
tədricən son illərin adi axarına çevrilirdi – 10-
cu dövrədə Fanxio Hotornu da üstələyərək
liderliyi ələ aldı. Tribunalar ayağa qalxdılar.
Amma finişə hələ 70 dövrə var idi. 20-ci dövrədən sonra sürücülər pit-stop
dalğasına start verdilər. 35-ci dövrədə Fanxio
da boksa getdikdən sonra Moss liderliyə
yüksəldi. Amma rəqiblər elə də narahat
deyildilər – onlar əmin idilər ki, britaniyalı
sürücünü hələ pit-stop gözləyir. Bu zaman qələbəyə əsas namizədlərdən olan Jan
Beranın Mossa hücumu uğursuzluqla
nəticələndi – Bera yerində fırlanaraq bir neçə
mövqe itirdi. Motorları öndə yerləşən sürücülərin
problemləri başlamışdı – isti hava mühərriyin
qızmasına səbəb olurdu. İkinci yerdə gedən
Mussoya çatan Fanxio ayağını qazdan
götürməli oldu. Ona görə tezliklə Hotorn da
dahi argentinalını üstələdi. Musso öz ritmində yarışa davam edirdi, italiyalı sürücü əmin idi ki,
Mossu əlavə pit-stop gözləyir. Onun fikrinin
təsdiqi olaraq Rob Walker Racing
komandasının mexanikləri pit-leyndə hazırlığa
başlamışdılar. 60-cı dövrədə Moss italiyalı sürücü üzərində
üstünlüyünü 33 saniyəyə çatdırdı – aydın
məsələdir ki, pit-stopdan sonra britaniyalı
sürücü 5-ci yerdə trasa qayıtmalı idi. Deyəsən,
Ferrari-də başa düşmüşdülər ki, onları
aldadıblar. Mussonun mexanikləri sürücüdən tempi artırmağı xahiş etdilər. Musso və Hotorn
sürəti artırdılar. Mossun da təkərləri tam
yeyildiyi üçün trasda qalmaq çox çətin idi. Finişdə Mussonu qələbədən cəmi 2.7 saniyə
ayırdı. Mossun isə sevincinin həddi-hüdudu yox
idi. Hotorn ilk üçlüyü tamamladı. Fanxio isə
karyerasında son yarışı dördüncü yerdə başa
vurdu. Amma yarışın gedişində o dövr üçün
rekord olan 23-cü sürətli dövrəyə də imza atdı. Mossun qələbəsi əsl sensasiya idi. Bu qələbə
motoru sürücünün arxasında olan maşınların
ilk qələbəsi idi. Cooper şassisinin və Climax
motorunun, eyni zamanda, şəxsi komandanın
ilk qələbəsi idi. Həmçinin, Continental
təkərlərinin çempionatda son qələbəsi idi – maraqlıdır ki, qələbədə əsas rolu oynayan bu
təkərlərdən peletonda yalnız Moss istifadə
edirdi..