Formula-1

Formula-1 (ing. Formula One World Championship) – Dünyanın ən bahalı idman növü olan Formula-1 açıq təkər tipli avtomobillərin dövrəvi avtoyürüşləri üzrə dünya çempionatıdır. Formula-1 üzrə dünya çempionatı hər il keçirilir və Qran-pri statusu daşıyan ayrı-ayrı mərhələlərdən ibarət olur.

Formula-1
Formula-1-in rəsmi emblemi
Ümumi məlumat
Yaranma tarixi 1950
İlk yarış Silverstoun
İlk qazanan Alfa Romeo
İlk çempion Cüzeppe Farina
Son çempion Maks Verstappen
İlk çempiom komanda Alfa Romeo
Web sayt formula1.com

İlk dünya çempionatının birinci yarışı 1950-ci il mayın 13-də Böyük Britaniyanın Silverstoun trasında baş tutub. Hər ilin sonunda çempionatın qalibi müəyyən edilir. Çempionatda həm sürücülər, həm də komandalar yarışırlar. Sürücülər dünya çempionu titulu uğrunda, komandalar isə Mühəndislər Kuboku uğrunda mübarizə aparırlar.

Komandalar hər bir yarışa özünün hazırladığı şassi ilə çıxırlar, hər bir komandanı iki sürücü təmsil edir, sürücü çempionatda iştirak etmək üçün Beynəlxalq Avtomobil Federasiyasından SuperLisenziya almalıdır. Komandalar öz şassilərinə kənar motor istehsalçısından aldıqları motoru quraşdıra bilərlər.

Son idman reqlamentinə görə, motorun işçi həcmi 1.6 litrdir, silindrlərin sayı isə V6-dır, motorun çəkisi 145 kq-dır. Bu balaca motor 850-900 at qüvvəsi hasil edir və düz yollarda 370 km/saatadək sürət yığmağa imkan verir. Ümumiyyətlə, Formula-1 maşınları ən dinamik maşınlar sayılırlar, yəni ən qısa vaxt ərzində sürətlənir və ən qısa vaxt ərzində dayanırlar.

Formula-1 maşınlarını bolidlər, sürücülərini isə pilotlar da adlandırırlar.

Builki dünya çempionatı 21 mərhələdən, Qran-pridən ibarətdir. Hər bir Qran-prini üçgünlük həftəsonu (uik- end) təşkil edir. Reqlamentə görə, sürücülər cümə günü hər biri 1.5 saat olan iki sərbəst yürüşdə trasla tanış olurlar, maşınları qarşıdakı sıralanma turu və yarışa sazlayırlar. Monako Qran-prisində sürücülər cümə günü deyil, bir gün əvvəl - cümə axşamı eyni işi görürlər.

Cümə günü – İki 90 dəqiqəlik məşq yarışı

Şənbə günü – Bir 60 dəqiqəlik məşq yarışı; bir 60 dəqiqəlik kvalifikasiya yarışı

Bazar günü – Bir final yarış

Kvalifikasiyanın 3 mərhələsi olur:

  • Q1 – sürücülərə 18 dəqiqə vaxt verilir ki, bir

dövrəni ən qısa bir zamanda etsinlər. Raundun sonunda ən sürətsiz 6 maşın yarışdan çıxarılır və yarışı axırıncı 6 yerdə başlayacaq

  • Q2 – qalan sürücülərə 15 dəqiqə vaxt verilir,

onlardan sonuncu 6 maşın yarışdan çıxarılır və yarışı 11-16 yerlərdə başlayacaq

  • Q3 – Kvalifikasiya raundunun son mərhələsində

maşınlar 12 dəqiqə ərzində halqanı dövriyyə edir və qalan start yerləri müəyyən olunur.

Yarışın özü 2 saatdan çox ola bilməz – amma “qırmızı bayraq” olsa, yəni yarış dayandırılsa, 4 saatdan çox davam edə bilməz.

Sürücülərə mühüm mesajları çatdırmaq üçün bayraqlardan istifadə olunur.

  • Sarı bayraq: Yavaşla, ötüb keçmə
  • Yaşıl bayraq: Trek açıqdır
  • Qırmızı bayraq: Yarış dayandırılır
  • Göy bayraq: Daha sürətli maşın ötüb keçmək istəyir
  • Ağ-qara bayraq: Yarış bitib
  • Qara bayraq və maşının nömrəsi: Yerinə qayıt/ diskvalifikasiya

Komandalar və sürücülər

[redaktə | mənbəni redaktə et]

2020-ci ildə keçirilən F1 yarışlarında 10 komanda iştirak edəcək. Hər komanda yarışlarda iştirak edəcək 2 sürücü seçir. Onlar fərdi olaraq sürücülərin çempionatında iştirak edir, ümumi xallar isə konstruktorların çempionatı üçün komandalara görə hesablanır. Mövsümün sonunda ən çox xal qazanan sürücü və komanda dünya çempionu olur.

  • Hazırkı çempion sürücü: Lyuis Hemilton (2008, 2014, 2015, 2017, 2018, 2019, 2020)

Yarışlarda daha 3 keçmiş çempion iştirak edir:

Hazırkı çempion konstruktorlar: Mercedes. Bu komanda ötən il 20 yarışdan 12-da qalib gəlmişdi.

2010-cu ildən etibarən Formula1-də yeni xal sistemi tətbiq olunur. İlk 8 pilotun xal qazandığı köhnə sistemdən fərqli olaraq, yeni sistemə görə ilk 10 yeri tutan pilotlar xal qazanırlar və 1-ci yerin sahibi ilə digər pilotlar arasındakı xal fərqi kəskin şəkildə artırılıb.

Karyerası ərzində ən çox xal toplayan pilot Mihael Şumaxerdir — 1.369 xal.

Xallar
Yer Xal
1-ci 25
2-ci 18
3-cü 15
4-cü 12
5-ci 10
6-cı 8
7-ci 6
8-ci 4
9-cu 2
10-cu 1

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]