Argentina

Argentina (isp. Argentina) rəsmi adı: Argentina Respublikası (isp. República Argentina) 34' 36 Cənub paralelləri və 58' 27 Qərb meridianları arasında, Cənub Amerika qitəsində yerləşən ölkə.

Argentina
República Argentina
Bayraq Gerb
Bayraq Gerb
En unión y libertad
"In Union and Liberty"
Himn: 
Rəsmi dilləri
Paytaxt Buenos Ayres
İdarəetmə forması federal respublika[d]
Prezident Xavyer Miley
Sahəsi Dünyada 8-ci
 • Ümumi 2766890 km²
 • Su sahəsi (%) 1,1
Əhalisi
 • Əhali 46,234,830 nəfər (31-ci)
 • Siyahıyaalma (2022) 47,327,407 nəf.
 • Sıxlıq 14,4 nəf./km² (178-ci)
ÜDM (AQP)
 • Ümumi 1.239 trilyon dollar  (30-cu)
 • Adambaşına 26,506 dollar  (66-cı)
ÜDM (nominal)
 • Ümumi (2023) 621.833 milyard dollar  (24-cü)
 • Adambaşına 13,297 dollar  (66-cı)
İİİ 0.842
Valyuta Argentina pesosu
İnternet domeni .ar
ISO kodu AR
BOK kodu ARG
Telefon kodu +54
Nəqliyyatın yönü sağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Argentina
Salta

Argentinanın ümumi sahəsi 2,791,810 km²-dir[1] , əhalisi isə 2012-ci ildə aparılmış rəsmi siyahıyaalmanın nəticələrinə əsasən 41 281 631 nəfərdir[1].

Argentina Cənubi Amerika qitəsinin cənub seqmentində, And dağlarıAtlantik okeanı arasında yerləşəir; sahil xəttinin uzunluğu 4989 kilometrdir. Ərazisinin böyüklüyünə görə Argentina Cənubi Amerika materikinin ikinci, dünyanın səkkizinci dövlətidir. Çili (5308 km), Boliviya (832 km), Paraqvay (1880 km), Braziliya (1261 km) və Uruqvay (580 km) ilə sərhəddi vardır.

Ölkə əhalisinin böyük əksəriyyəti ispan və italyan mühacirlərinin törəmələridir.

Adın etimologiyası

[redaktə | mənbəni redaktə et]

Çoxları Argentinanın adının – latınca "argentum" mənası "gümüş" deməkdir deyirlər, Amma bunu vurğulamaq lazımdır ki adı gümüşlə bağlı deyil, ölkə də heç bir gümüş ehtiyatı yoxdur. Bəzi insanlar Argentinada gümüş ehtiyatı çoxdur və ölkənin də adı bununla bağlıdır deyir. Bu tamamilə səhv məlumatdır.

Ölkə əhalisinin sayı 2010-cu ilin siyahıyaalınmasına əsasən 40 091 359 nəfərdir. Bütün latınamerikalılar kimi argentinalılar da qarışıq genetik köklərə malikdirlər, lakin əhalinin əksər hissəsinin fenotipində (bədənində) cənubi Avropa, xüsusilə Aralıq dənizi cizgiləri üstünlük təşkil edir. Əhalinin böyük əksəriyyəti avropalı miqrantlarla yerli hindular və Afrikadan gətirilən qulların qarişığından yaranıb (Argentinada Afrika qullarının sayı elə də çox olmayıb). Müasir əhali əsasən iki proses nəticəsində formalaşıb — 1 — metizasiya (müxtəlif xalqların qarışması); 2 — kütləvi Avropa immiqrasiyası (müəyyən qədər Argentinanı avropalaşdırmış və ya bədən baxımından avropoidləşdirmiş). İspanların gəlişinə qədər Argentinada azsaylı hindu tayfaları məskunlaşmışdılar. Beləki, ispanlar tərəfindən yerli əhalinin kişi hissəsi öldürüldükdən sonra ispan kolonistləri yerli hinduların və Afrikadan gətirilmiş qul qadınlarla evlilik qurmağa başladılar və yeni bir metis-qauço etnik qrupunu formalaşdırdılar.

Argentinaya kütləvi Avropa immiqrasiyası 1880–1940-cı illərə təsadüf edib. Bu immiqrasiyada italyanlar — 48% üstünlük təşkil edirdilər, ispanlar-40%, o cümlədən basklar — 10%, digərləri — 12% — almanlar, fransızlar, ukraynalılar, polyaklar, ərəblər, ermənilər, yəhudilər, uelslilər, o cümlədən asiyalılardır (yaponlar,koreyalılar, çinlilər). Son vaxtlar miqrantların əksər hissəsi Peru, Boliviya, Paraqvay, UruqvayAfrikadandır.

Argentinada yaşayan hindilərin mədəniyyətində ispan istilasına qədər bir neçə yerli təsərrüfat tipi ("mədəni vilayətlər") mövcud idi: And dağlarının ətəklərində və öndağlıqda məskunlaşmış və keçuaların təsiri ilə Diagita arxeoloji mədəniyyətini (suvarma əkinçilik, lama yetişdirilməsi, toxuculuq, qalaların inşası və s.) yaratmış ən çoxsaylı xalqlar; ovçuluq və yığıcılıqla məşğul olmuş Çako hindiləri (aravaklar, matakolar, tobalar, tupilər); Çayarası xalqları quaranilər, çarrualar, kerandilər (qırılıb-yandırılan əkinçilik); PampaPataqoniya hindiləri teuelçelər, 18-ci əsrdən araukanlar (dəvəquşu və quanako ovu); Odlu Torpaq adalarında yaşayan və odlutorpaqlılar qrupuna aid edilən onalar və yaqanlar. İspan istilası gedişində, əsasən, şəhərlərdə yaşayan və sənətkarlardan xırda ticarətçilərdən və qulluqçulardan ibarət ispan-hindi metisləri təbəqəsi yarandı. 17,18-ci əsrlərdə Afrikadan qulların gətirilməsi nəticəsində Argentinada zəncilərmulatlar meydana gəldi. 18-ci əsrin sonlarında Argentinalıların mədəniyyətinin formalaşmasında maldar qauçoların böyük rolu oldu. Argentina cəmiyyətinin imtiyazlı ali təbəqəsini əslən metropoliyadan olanlar təşkil edirdi. Bu, yerli sakinlərin həm sayca, həm də iqtisadi cəhətdən güclənən qrupunun – ispan istilaçılarının ağdərili nəsilləri olan və əsasən, sahilyanı vilayətdə yaşayan kreolların narazılığına səbəb olurdu. 19-cu əsrin əvvəllərində Argentinalıların istiqlaliyyət uğrunda mübarizəsinə kreollar başçılıq etdilər. 19-cu əsrin son rübü – 20-ci əsrin əvvəllərində Avropadan (əsasən, İspaniya və İtaliyadan) kütləvi surətdə mühacirət edənlər Argentinalıların tərkibinə qatıldı. Avropalıların köməyilə pampanı məskunlaşdırmaq istəyən hökumətin siyasəti də bu prosesə rəvac verirdi. 1870–1880-ci illərdə bir sıra hərbi ekspedisiyalar nəticəsində pampanın hindi əhalisi məhv edildi, ya da dağlara sıxışdırıldı. Qauçolar, Argentinanın şəhər və kənd əhalisinə qarışaraq mədəni münfəridliklərini itirdilər. 1914-cü ildə mənşəcə Avropadan olanlar Argentinalıların 30%-ini təşkil edirdi. İkinci dünya müharibəsi illərində və sonrakı illərdə sənayenin inkişafı ilə əlaqədar kənd yerlərindən şəhərlərə (əsasən, Buenos-Ayresə) əhalinin kütləvi axını baş verdi. Ayrı-ayrı etnik qruplardan ibarət olan və əsasən, Çakoda, And öndağlığında (ÇiliBoliviya ilə sərhəddə) və Pataqoniyada yaşayan hindilər ilk dəfə əhalinin ümumi siyahıyaalınmasına daxil edildilər (2001). Ölkənin daxili vilayətlərində bir neçə etnoqrafik bölgə mövcuddur: şimal-qərbində naxışlı toxuculuq (parça, xalça və s.), göndəri məmulatı, şimal-şərqində (Çako) zoomorf formalı polixrom keramika, sombrero toxunuşu, ağacdan, keramikadan, sümükdən və həsirdən dini səciyyəli kiçik plastika inkişaf etmişdir; cənubun toxuculuq məmulatında (ponço, örtük, çanta, kəmər) Çili araukanlarının təsiri əksini tapmışdır; pampadan qauçoların sənətkarlıq (metal, sümük, at qoşqusu üçün dəri emalı) və folklor ənənələri qorunub saxlanmışdır.

Əhalinin 90 faizi katolikdir.

Ölkədə ən məşhur idman növü futbol sayılır. Ölkədə Dieqo Maradona, Lionel Messi, Serxio Aqüero kimi futbolçular yetişmişdir. Argentina milli futbol komandası dünya reytinqində ön sıralardadır. Komanda 1978, 1986 və 2022-ci illərdə Dünya Kubokunu qazanmışdır.

Argentinada yaşayan hindilərin mədəniyyətində ispan istilasına qədər bir neçə yerli təsərrüfat tipi ("mədəni vilayətlər") mövcud idi: And dağlarının ətəklərində və öndağlıqda məskunlaşmış və keçuaların təsiri ilə Diagita arxeoloji mədəniyyətini (suvarma əkinçilik, lama yetişdirilməsi, toxuculuq, qalaların inşası və s.) yaratmış ən çoxsaylı xalqlar; ovçuluq və yığıcılıqla məşğul olmuş Çako hindiləri (aravaklar, matakolar, tobalar, tupilər); Çayarası xalqları quaranilər, çarrualar, kerandilər (qırılıb-yandırılan əkinçilik); Pampa və Pataqoniya hindiləri teuelçelər, 18 əsrdən araukanlar (dəvəquşu və quanako ovu); Odlu Torpaq adasında yaşayan və odlutorpaqlılar qrupuna aid edilən onalar və yaqanlar.

Amerika qitəsi kəşf edildikdən sonra Avropa dövlətləri sürətlə bu qitədə müstəmləkələr yaratmağa başladılar. 1536-cı ildə Argentinaya gələn ispanlar bu gün Buenos Aires olaraq bilinən yerdə ilk müstəmləkələrini yaratdılar, lakin onların bu şəhərdə məskunlaşması yalnız XVIII əsrdə oldu. Argentina 1776-cı ilə qədər İspaniyanın Peruda yerləşən ümumi qubernatorluğu tərəfindən idarə edilirdi. Bir ildən sonra La Plata ümumi qubernatorluğu təşkil olundu və Buenos Aires ümumi qubernatorluğun paytaxtı oldu.

İspan istilası gedişində, əsasən, şəhərlərdə yaşayan və sənətkarlardan xırda ticarətçilərdən və qulluqçulardan ibarət ispan-hindi metisləri təbəqəsi yarandı. 17–18 əsrlərdə Afrikadan qulların gətirilməsi nəticəsində Argentinada zəncilərmulatlar meydana gəldi. 18 əsrin sonlarında Argentinanın mədəniyyətinin formalaşmasında maldar qauçoların böyük rolu oldu. Argentina cəmiyyətinin imtiyazlı ali təbəqəsini əslən metropoliyadan olanlar təşkil edirdi. Bu, yerli sakinlərin həm sayca, həm də iqtisadi cəhətdən güclənən qrupunun – ispan istilaçılarının ağdərili nəsilləri olan və əsasən, sahilyanı vilayətdə yaşayan kreolların narazılığına səbəb olurdu.

1806-cı ildə Buenos-Ayresin ingilislər tərəfindən qısa bir müddət işğal edilməsi, Argentinanın istiqlal mübarizəsi üçün bir başlanğıc olmuşdur. 1808-ci ildə Napoleonun İspaniyaya girməsi müstəqillik mübarizəsini sürətləndirdi. Ölkə 1812-ci ildə istiqlaliliyyətini qazansa da, 1816-cı ilə qədər müstəqil bir dövlət olduğu rəsmən elan edilmədi. 19-cu əsrin əvvəllərində Argentinanın istiqlaliyyət uğrunda mübarizəsinə kreollar başçılıq etdilər. 19-cu əsrin son rübü – 20-ci əsrin əvvəllərində Avropadan (əsasən, İspaniyaİtaliyadan) kütləvi surətdə mühacirət edənlər Argentinanın tərkibinə qatıldı. Avropalıların köməyilə pampanı məskunlaşdırmaq istəyən hökumətin siyasəti də bu prosesə rəvac verirdi. 1870–80-ci illərdə bir sıra hərbi ekspedisiyalar nəticəsində pampanın hindi əhalisi məhv edildi, ya da dağlara sıxışdırıldı. Qauçolar, Argentinanın şəhər və kənd əhalisinə qarışaraq mədəni münfəridliklərini itirdilər. 1914-cü ildə mənşəcə Avropadan olanlar Argentinanın 30%-ni təşkil edirdi. İkinci dünya müharibəsi illərində və sonrakı illərdə sənayenin inkişafı ilə əlaqədar kənd yerlərindən şəhərlərə (əsasən, Buenos-Ayresə) əhalinin kütləvi axını baş verdi.

İkinci Dünya müharibəsi ərəfəsində Argentina hökumətlərinin gizli və satın alınmış nasist tərəfdarları Amerika Birləşmiş Ştatları və cənub yarımkürəsinin digər ölkələri ilə münasibətlərinin gərginləşməsinə və Argentinanın Pan-Amerikan təşkilatından çıxarılmasına səbəb oldu. II dünya müharibəsi zamanı bitərəf olan Argentina, 1945-ci ilin yazında müttəfiqlər tərəfındən müharibəyə girdi. ABŞ-nin köməyi ilə Argentina həmin ilin sonuna doğru Birləşmiş Millətlər daxil oldu və təşkilatın məsələlərində önəmli bir rol oynadı.

Müharibədən sonra general olan Juan Domingo Peron özünə qüvvətli bir mövqe hazırlamağı bacarmış və 1946-cı ilin fevralında Argentinada prezident seçilmişdir. Yoldaşı Eva Peronun yardımıyla dinamik və sərt bir idarə qurmağı başararaq, zamanında, siyasi dəstəyini silahlı qüvvətlərdən almağa çalışan siniflərə sözünü keçirməsini bilmişdir. Mətbuatı bir dövlət orqanı halına gətirmiş və totalitar bir rejimin başçısı olaraq özünə daha böyük səlahiyyət verməsi üçün konstitusiyanı dəyişdirmişdir.

Peron, işçi siniflərı arasında çox sevilmiş və hətta qəhrəman olaraq tanınmışdır, lakin o, 1955-ci ildə hərbi çevriliş nəticəsində devrilmiş, uzun illər sürgündə yaşamış və sonra dönərək 1973-cü ildə dövlət başçısı olmuşdur. Bir ill sonra ölməsi üzerinə İsabel Peron olaraq tanınan üçüncü həyat yoldaşı dövlət başçısı oldu. Ölkənin birlik və bərabərliyini saxlayamayınca 1976-cı ildə ordu tərəfindən devrildi. Argentinanın köhnə dövlət başçılarından General Galtier İngiltərəyə aid, fəqət özlərinə çox yaxın olan Folkland adalarını 1982-ci ildə işğal etdi. İngiltərə ilə olan savaşda Argentina məğlub oldu və adalar təkrar İngiltərənin tabeliyində qaldı.

Dövlət quruluşu

[redaktə | mənbəni redaktə et]

Argentina məhdud hakimiyyətli prezident idarəetmə üsuluna malik Respublikadır. Milli bayram günü olan Müstəqillik Günü 1816-cı il 11 noyabr tarixindən qeyd olunur. Ölkə Konstitusiyası 1853-cü ildən (1860, 1898, 1957, 1994-cü illərdə edilmiş düzəlişlərlə) qüvvədədir.

Argentina 23 əyalətə (Korrientes, Santa-Krus, Mendosa, Kordova, Santa-Fe, Katamarka, Rio-Neqro, Sanxuan, Salta və s.) və 1 muxtar paytaxt dairəyə (Buenos-Ayres) bölünür.

Argentina ərazisinin coğrafiyası mürəkkəbdir. Ölkə ərazisi şərq tərəfdən Atlantik okeani ilə, qərb tərəfdən isə And dağları ilə əhatə olunub. And dağlarının bəzi zirvələrində daimi buzlaqlar mövcuddur. Ölkınin ən cənub əraziləri isə Antarktidaya yaxınlığı ilə seçilir.

Ərazi quruluşu

[redaktə | mənbəni redaktə et]
Argentina vilayətləri
Argentina vilayətləri

Argentina 23 vilayətdən və muxtar paytaxt ərazisindən ibarətdir.

  1. Federal paytaxt Buenos-Ayres
  2. Buenos-Ayres
  3. Katamarka
  4. Çako
  5. Çubut
  6. Kordova
  7. Korrientes
  8. Entre-Rios
  9. Formosa
  10. Jujuy
  11. La-Pampa
  12. La-Rioxa
  13. Mendosa
  14. Misones
  15. Neuken
  16. Rio-Neqro
  17. Salta
  18. San-Xuan
  19. San-Luis
  20. Santa-Krus
  21. Santa-Fe
  22. Santyaqo-del-Estero
  23. Odlu Torpaq, Antarktida və Cənubi Atlantika adaları
  24. Tukuman

Argentinada əhalisinin sayına görə ən böyük şəhərlər siyahısı.

Argentina əsasən subtropik iqlim qurşağında yerləşməsinə baxmayaraq Santa Cruz, Chubut, Tierra del Fuego, Rio Negro vilayətlərində və həmçinin And dağlarında və dağətəyi ərazilərdə qar yağması adi bir haldır. Qeyd etmək lazımdır ki bütün cənub yarımkürəsində olduğu kimi Argentinada da fəsillər şimal yarımkürəsindəki gedişatından əksinə baş verir(qışda yay, yayda isə qış). Həmçinin Argentinanın ən cənub əraziləri Antarktidaya nisbətən yaxın yerləşdiyi üçün burada bəzən sərt hava şəraiti müşahidə olunur.

Silahlı qüvvələri

[redaktə | mənbəni redaktə et]

Argentinanın silahlı qüvvələri Müdafiə Nazirliyi tərəfindən, baş komandanları ölkənin Prezidenti olaraq idarə edilir. Tarixən, Argentinanın silahlı qüvvələri regionda (məsələn, 1950-ci illərdə artıq öz qabaqcıl reaktiv qırıcılarını yaratmışdı) ən yaxşı təchiz edilmişlərdən biri olmuşdur, ancaq son zamanlar, bir çox Latın Amerikası silahlı qüvvələri ilə müqayisədə böyük xərclər azalması ilə üzləşilir. Həqiqətən, 1981-ci ildən bəri, real hərbi xərclər yarıya kimi azaldılmışdı və bu gün 3 milyard dollardan aşağıdır.

Hərbi xidmətə çağırılışa yaş həddi 18 yaşdır; və məcburi hərbi xidmət və hal-hazırda hərbi mükəlləfiyyət yoxdur. Bu yaxınlarda, Argentinanın silahlı qüvvələri təxminən 70 000 həqiqi hərbi xidmət personalını qeydə aldı, bu isə 1983-cü ildə demokratiyanı qaytardıqdan əvvəlki səviyyənin üçdə birini təşkil edir.

Silahlı qüvvələr ənənəvi olaraq Ordudan, DonanmadanHava Qüvvələrindən ibarətdir. Ayrı nazirlik (Daxili İşlər Nazirliyi) tərəfindən idarə edilən, Argentina ərazi sularına Hərbi-dəniz Prefekturası və sərhəd rayonlarına Milli Jandarmeriya tərəfindən patrul keşiyi çəkilir. Hər iki qüvvələr hər halda müdafiə Nazirliyi ilə əlaqə saxlayır. BMT mandatlarına müvafiq olaraq, Argentinanın Silahlı Qüvvələri hazırda HaitidəKiprdə əsas əməliyyatlarda iştirak edir.

Argentinalılar

[redaktə | mənbəni redaktə et]

Argentinanın əsas əhalisi, xalq. Sayları 32,3 mln. nəfərdir (2005). İspan dilinin Argentina variantında danışırlar. Dindarların əksəriyyəti katolikdir; protestanlar, müsəlmanlar, iudeylər də var. Argentinada yaşayan hindilərin mədəniyyətində ispan istilasına qədər bir neçə yerli təsərrüfat tipi ("mədəni vilayətlər") mövcud idi: And d-rının ətəklərində və öndağlıqda məskunlaşmış və keçuaların təsiri ilə Diagita arxeoloji mədəniyyətini (suvarma əkinçilik, lama yetişdirilməsi, toxuculuq, qalaların inşası və s.) yaratmış ən çoxsaylı xalqlar; ovçuluq və yığıcılıqla məşğul olmuş Çako hindiləri (aravaklar, matakolar, tobalar, tupilər); Çayarası xalqları quaranilər, çarrualar, kerandilər (qırılıb-yandırılan əkinçilik); Pampa və Pataqoniya hindiləri teuelçelər, 18 əsrdən araukanlar (dəvəquşu və quanako ovu); Odlu Torpaq a.-nda yaşayan və odlutorpaqlılar qrupuna aid edilən onalar və yaqanlar. İspan istilası gedişində, əsasən, şəhərlərdə yaşayan və sənətkarlardan xırda ticarətçilərdən və qulluqçulardan ibarət ispan-hindi metisləri təbəqəsi yarandı. 17–18 əsrlərdə Afrikadan qulların gətirilməsi nəticəsində Argentinada zəncilər və mulatlar meydana gəldi. 18-ci əsrin sonlarında Argentinalıların mədəniyyətinin formalaşmasında maldar qauçoların böyük rolu oldu. Argentina cəmiyyətinin imtiyazlı ali təbəqəsini əslən metropoliyadan olanlar təşkil edirdi. Bu, yerli sakinlərin həm sayca, həm də iqtisadi cəhətdən güclənən qrupunun – ispan istilaçılarının ağdərili nəsilləri olan və əsasən, sahilyanı vilayətdə yaşayan kreolların narazılığına səbəb olurdu. 19-cu əsrin əvvəllərində Argentinalıların istiqlaliyyət uğrunda mübarizəsinə kreollar başçılıq etdilər. 19-cu əsrin son rübü – 20-ci əsrin əvvəllərində Avropadan (əsasən, İspaniya və İtaliyadan) kütləvi surətdə mühacirət edənlər Argentinalıların tərkibinə qatıldı. Avropalıların köməyilə pampanı məskunlaşdırmaq istəyən hökumətin siyasəti də bu prosesə rəvac verirdi. 1870–80-ci illərdə bir sıra hərbi ekspedisiyalar nəticəsində pampanın hindi əhalisi məhv edildi, ya da dağlara sıxışdırıldı. Qauçolar, Argentinanın şəhər və kənd əhalisinə qarışaraq mədəni münfəridliklərini itirdilər. 1914-cü ildə mənşəcə Avropadan olanlar Argentinalıların 30%-nı təşkil edirdi. İkinci dünya müharibəsi illərində və sonrakı illərdə sənayenin inkişafı ilə əlaqədar kənd yerlərindən şəhərlərə (əsasən, Buenos-Ayresə) əhalinin kütləvi axını baş verdi. Ayrı-ayrı etnik qruplardan ibarət olan və əsasən, Çakoda, And öndağlığında (Çili və Boliviya ilə sərhəddə) və Pataqoniyada yaşayan hindilər ilk dəfə əhalinin ümumi siyahıyaalınmasına daxil edildilər (2001). Ölkənin daxili vilayətlərində bir neçə etnoqrafik bölgə mövcuddur: şm.-q.-də naxışlı toxuculuq (parça, xalça və s.), göndəri məmulatı, şm.-ş.-də (Çako) zoomorf formalı polixrom keramika, sombrero toxunuşu, ağacdan, keramikadan, sümükdən və həsirdən dini səciyyəli kiçik plastika inkişaf etmişdir; c.-un toxuculuq məmulatında (ponço, örtük, çanta, kəmər) Çili araukanlarının təsiri əksini tapmışdır; pampadan qauçoların sənətkarlıq (metal, sümük, at qoşqusu üçün dəri emalı) və folklor ənənələri qorunub saxlanmışdır.

  1. 1 2 "Arxivlənmiş surət". 2012-07-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-04-02.
  2. "3218.0 - Instituto Nacional de Estadistica y Censos, Argentina, 2006-07" (PDF). INDEC. 2011-08-21 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-02-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]