Bəhram Məmmədli: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 4: Sətir 4:


== Həyatı ==
== Həyatı ==
Bəhram Məmmədli 1946-cı ildə Füzuli rayonunun Böyük Pirəhmədli kəndində qulluqçu ailəsində anadan olub. Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti olan Bəhram Məmmədli 2 dekabr 2019-cu ildə vəfat etmişdi. Ailəli idi, dörd övladı var. Şəhid atası idi.
Bəhram Məmmədli [[1946-cı il]]də Füzuli rayonunun Böyük Pirəhmədli kəndində qulluqçu ailəsində anadan olub. Sumqayıt Dövlət Universitetinin Tarix və [[coğrafiya]] fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti olan Bəhram Məmmədli [[2 dekabr]] [[2019-cu il]]də vəfat etmişdi. Ailəli idi, dörd övladı var. [[Şəhid]] atası idi.


== Təhsili və karyerası ==
== Təhsili və karyerası ==

07:32, 5 dekabr 2019 tarixindəki versiya

Bəhram İdris oğlu Məmmədli — Əməkdar müəllim, tarixçi alim, Sumqayıt Dövlət Universitetinin dosenti.

Həyatı

Bəhram Məmmədli 1946-cı ildə Füzuli rayonunun Böyük Pirəhmədli kəndində qulluqçu ailəsində anadan olub. Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti olan Bəhram Məmmədli 2 dekabr 2019-cu ildə vəfat etmişdi. Ailəli idi, dörd övladı var. Şəhid atası idi.

Təhsili və karyerası

1952-ci ildə Füzili şəhər rus orta məktəbinin birinci sinifə daxil olub, sonra təhsilini Ağdam şəhər 5 saylı orta məktəbində davam etdirmiş, 1966- cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdur. 1970-ci ildən 1981-ci ilə kimi pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1981-ci ildə Füzuli rayon Tarix – diyarşünaslıq muzeyinin müdiri işləmiş, 1986-cı ildə Azərbaycan Elmlər Akademiyasının Tarix institutunda “Azərbaycanda kəndlilərin maddi rifah halının və mədəni-texniki səviyyəsinin yüksəldilməsi uğrunda mübarizə 30-cu illərdə” mövzusunda dissertasiya işini müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsini almışdır. 20-dən çox elmi məqalə və kitabın müəllifidir. 2003-ci ildən Sumqayıt Dövlət Universitetində Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti vəzifəsində işləmiş, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il noyabrın 12-də verdiyi sərəncamla “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.