Bəhram Məmmədli: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 60: Sətir 60:
#Azərbaycan kəndlilərinin ictimai təsərrüfatının yüksəldilməsi (1933-1937-ci illər), Azərbaycan EA-nın xəbərləri, Tarix-fəlsəfə-hüquq seriyası, Bakı, 1982, №4, s. 71-77;
#Azərbaycan kəndlilərinin ictimai təsərrüfatının yüksəldilməsi (1933-1937-ci illər), Azərbaycan EA-nın xəbərləri, Tarix-fəlsəfə-hüquq seriyası, Bakı, 1982, №4, s. 71-77;
#"Dədə Qorqud" dastanlarında vətən sevgisi, Dədə Qorqud- 1300, Respublika Elmi-Praktik konfransının materialları, Naxçıvan universiteti 2000, s.78-80;
#"Dədə Qorqud" dastanlarında vətən sevgisi, Dədə Qorqud- 1300, Respublika Elmi-Praktik konfransının materialları, Naxçıvan universiteti 2000, s.78-80;
#Qarabağ qalalarının tarixinə dair, Pedoqoji Universitet xəbərləri, Humanitar elmlər seriyası, Bakı, ADPU nəşriyyatı, 2004, №1, s.417-419;


== Həmçinin bax ==
== Həmçinin bax ==

17:07, 6 dekabr 2019 tarixindəki versiya

Bəhram Məmmədli
Doğum tarixi 5 yanvar 1946(1946-01-05)
Doğum yeri
Vəfat tarixi 2 dekabr 2019(2019-12-02) (73 yaşında)
Vəfat yeri

Bəhram İdris oğlu Məmmədli (1948 -2 dekabr 2019) — Əməkdar müəllim, tarixçi alim, Sumqayıt Dövlət Universitetinin dosenti.

Həyatı

Bəhram Məmmədli 1948-ci ildə Füzuli rayonunun Böyük Pirəhmədli kəndində qulluqçu ailəsində anadan olub. Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti olan Bəhram Məmmədli 2 dekabr 2019-cu ildə vəfat etmişdi. Ailəli idi, dörd övladı var. Şəhid atası idi.

Təhsili və karyerası

1952-ci ildə Füzili şəhər rus orta məktəbinin birinci sinifə daxil olub, sonra təhsilini Ağdam şəhər 5 saylı orta məktəbində davam etdirmiş, 1966- cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdur. 1970-ci ildən 1981-ci ilə kimi pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1981-ci ildə Füzuli rayon Tarix – diyarşünaslıq muzeyinin müdiri işləmiş, 1986-cı ildə Azərbaycan Elmlər Akademiyasının Tarix institutunda “Azərbaycanda kəndlilərin maddi rifah halının və mədəni-texniki səviyyəsinin yüksəldilməsi uğrunda mübarizə 30-cu illərdə” mövzusunda dissertasiya işini müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsini almışdır. 20-dən çox elmi məqalə və kitabın müəllifidir. 2003-ci ildən Sumqayıt Dövlət Universitetində Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti vəzifəsində işləmiş, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il noyabrın 12-də verdiyi sərəncamla “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.[1]

Əsərləri

  1. Urmiya xanlığı, Bakı, "Mütərcim", 2011, Ənvər Çingizoğlu ilə birlikdə;
  2. Orta əsr qaynaqları oğuz-türkmən tayfaları haqqında, Sumqayıt, SDU-nin nəşriyyatı, 2013, Ənvər Çingizoğlu ilə birlikdə;
  3. Urmiya xanlığı, Təbriz, "Nəbati", 2017, Ənvər Çingizoğlu ilə birlikdə;
  4. XVIII-XIX əsr Azərbaycan tarixi farsdilli mənbələrdə, Bakı, Zərdabi LTD, 2018,Ənvər Çingizoğlu ilə birlikdə;

Tərtib etdiyi kitablar

  1. Qarabağ 1918-1920-ci illərdə. Sumqayıt: "SDU-nun nəşriyyatı", 2010, (tərtibçi), [Ənvər Çingizoğlu]] ilə birlikdə;

Məqalələri, tezisləri

  1. Azərbaycan kəndlilərinin maddi vəziyyətinin yaxşılaşdırılması (1933-1937-ci illər), Azərbaycan EA-nın xəbərləri, Tarix-fəlsəfə-hüquq seriyası, Bakı, 1977, №2, s. 22-31;
  2. Azərbaycan kəndlilərinin mədəni-texniki səviyyəsinin yüksəldilməsi (1933-1937-ci illər), Azərbaycan EA-nın xəbərləri, Tarix-fəlsəfə-hüquq seriyası, Bakı, 1980, №4, s. 3-12;
  3. Azərbaycan kəndlilərinin ictimai təsərrüfatının yüksəldilməsi (1933-1937-ci illər), Azərbaycan EA-nın xəbərləri, Tarix-fəlsəfə-hüquq seriyası, Bakı, 1982, №4, s. 71-77;
  4. "Dədə Qorqud" dastanlarında vətən sevgisi, Dədə Qorqud- 1300, Respublika Elmi-Praktik konfransının materialları, Naxçıvan universiteti 2000, s.78-80;
  5. Qarabağ qalalarının tarixinə dair, Pedoqoji Universitet xəbərləri, Humanitar elmlər seriyası, Bakı, ADPU nəşriyyatı, 2004, №1, s.417-419;

Həmçinin bax

İstinadlar

  1. "SDU-nun dosenti Bəhram Məmmədli vəfat etdi" (Azərbaycan). sumqayitxeber.com/. 3 dekabr 2019. 5 dekabr 2019 tarixində arxivləşdirilib.