Kоmpyеn sülh sazişi (1940): Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 51: Sətir 51:


== Şərtlər ==
== Şərtlər ==
Barışıq sazişi [[Fransa |Fransanın]] ümumi ərazisinin təxminən 60% -ində alman qoşunlarının işğal zonasının yaradılmasını nəzərdə tuturdu. Bu işğal zonası [[Paris]] və bütün [[Atlantik okeanı]] sahilləri də daxil olmaqla ölkənin şimalını və qərbini əhatə edirdi (II və III maddələr). Fransanın cənub-şərq əraziləri isə azad olaraq qalırdı. Fransa ordusu tərksilah edilməli və ağır silahları alman qoşunlarına təhvil verməli idi (IV - VI maddələr). Asayişi qorumaq üçün [[Almaniya]] və [[İtaliya]] tərəfindən müəyyənləşdiriləcək minimum sayda hərbi birləşmələrin saxlanılması nəzərdə tutulurdu. Fransız donanması demabilizə edilməli və işğalçı qüvvələrin nəzarəti altında limanlara yerləşdirilməli idi. Öz növbəsində almanlar donanmanın hərbi məqsədlər üçün istifadə edilməyəcəyinə söz verdilər (VIII maddə). Ticarət gəmiləri xüsusi icazə alınana qədər limanlarda saxlanılmalı idi (XI maddə). Həmçinin Fransa öz ərazisindəki alman qoşunlarını saxlamağa borclu idi (XVIII maddə).

Fransa bütün alman hərbi əsirlərini [[Reyx|Reyxə]] təhvil verməli idi, fransız əsgərləri isə Qərbi Avropadakı döyüş əməliyyatlarının sonuna qədər həbs düşərgələrində qalmalı idilər (XIX-XX maddələr). Yarım milyona yaxın fransız hərbi əsirindən təxminən bir milyonu 1945-ci ilə qədər əsir düşərgələrində qaldılar <ref>{{məqalə
|müəllif = Pieter Lagrou.
|başlıq = Victims of genocide and national memory: Belgium, France and the Netherlands 1945-1965
|ссылка = http://findarticles.com/p/articles/mi_m2279/is_n154/ai_19320243/pg_24
|nəşr = [[Past & Present]]
|yer = [[Оксфорд|Oxford]]
|nəşriyyat = [[Издательство Оксфордского университета|Oxford University Press]]
|il = 1997, февраль
|səhifə = 24
}}</ref>.. Bundan əlavə Fransa onun ərazisində sığınacaq tapan alman vətəndaşlarını alman komandanlığının tələbi ilə Reyxə təhvil verəcəyinə söz verdi (XIX maddə; bu, ilk növbədə siyasi səbəblərə görə Fransaya qaçan Almaniya vətəndaşlarına aid idi).

Sonuncu XXIV maddədə sülh müqaviləsi bağlanana qədər barışıq sazişinin qüvvədə qalacağı bildirilirdi. Əslində belə bir razılaşma heç vaxt bağlanmadı.

== İstinadlar ==
== İstinadlar ==
{{İstinad siyahısı}}
{{İstinad siyahısı}}

14:30, 9 yanvar 2020 tarixindəki versiya

Kоmpyеn sülh sazişi (1940)
Vilhelm Keytel və Şarl Hüntziger barışığın imzalanması zamanı, 22 iyun 1940-cı il
Vilhelm Keytel və Şarl Hüntziger barışığın imzalanması zamanı, 22 iyun 1940-cı il
Müqavilənin tipi barışıq sazişı
İmzalanma tarixi 22 iyun 1940-cı il
İmzalanma yeri Kоmpyеn meşəsi
Qüvvəyə minməsi  
 • şərtləri Fransanın Alman qoşunlarının işğal zonasına və Vişi rejimi tərəfindən idarə olunan bir marionet dövlətinə bölünməsi ilə nəticələndi
İmzalayanlar Nasist AlmaniyasıFransa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Hitler və ətrafı Kompeyn meşəsindəki memorial kompleksdə Foşun abidəsinə baxırlar.
Kompeyn vaqonu muzeyin divarı dağıdılaraq çıxarılır

İkinci Kоmpyеn sülh sazişi (və yaxud 1940-cı ilin Kompyen sülh sazişi) — 1940-cı il iyunun 22-də də Fransada alman qoşunlarının müvəffəqiyyətli döyüş kampaniyasını tamlayan (may - iyun 1940) Nasist Almaniyası və Fransa arasında Kоmpyеn meşəsində bağlanmış barışıq. Sülh sazişi Fransanın Alman qoşunlarının işğal zonasına və Vişi rejimi tərəfindən idarə olunan bir marionet dövlətinə bölünməsi ilə nəticələndi. Hitler qəsdən israrla barışığın Kоmpyеn meşəsində imzalanmağını tələb etdi. Çünki, burada 1918-ci ildə Almaniya üçün əlverişsiz şərtlərlə Birinci Dünya Müharibəsinin sona çatmasını rəsmiləşdirən Almaniya ilə Antanta ölkələri arasında Kоmpyеn sülh sazişi imzalanmışdı.

İmzalanma tarixi

1940-cı il mayın 10-da alman qoşunları Belçika, HollandiyaFransaya hücum edərək bir ay ərzində fransız ordusunu və qitədə yerləşən ingilis hərbi ekspedisiya birləşmələrini məğlub etdi. İyunun 14-də Paris işğal edildi və Fransa hökuməti Bordoya köçdü. Hökumət üzvləri arasında yekdil fikir yox idi. Bəziləri bunun üçün hətta Şimali Afrikaya (o dövrdə Fransa əraziləri orada da yerləşirdi) qədər çəkilmək lazım olsa belə müqavimət göstərməyi təklif edir, digərləri isə Almaniya ilə müharibədən çıxmaqda israr edirdilər. Fransanın baş naziri Paul Reyno sülh danışıqlarından imtina edərək iyunun 16-da istefa verdi. Onu bu vəzifədə Birinci Dünya müharibəsinin qəhrəmanı marşal Anri Filipp Paten əvəz etdi. O, dərhal Hitlerlə danışıqlara başladı.

Hitler sazişin imzalanma yeri olaraq Uaza departamentinin Kоmpyеn şəhəri yaxınlığındakı Kоmpyеn meşəsini seçdi. Bu seçim Fransa üçün tarixi qisasın simvolu olmalı idi. Belə ki, burada 1918-ci ildə I Dünya müharibəsinin Qərb Cəbhəsində hərbi əməliyyatların dayandırılmasını və Almaniya imperiyasının sonunu gətirən alçaldıcı sülh sazişi imzalanmışdı. Hitler barışığın imzalanacağı yer barədə qərarı hələ mayın 20-də, Fransa kampaniyasının bitməsinə xeyli qalmış vermişdi [1].

Bunun üçün xüsusi olaraq, 1918-ci ildə müqavilənin imzalandığı marşal Foşun ştab-vaqonu muzeydən çıxardılaraq imzalanma yerinə gətirildi. Danışıqlar iyunun 21-i günortadan sonra başladı. Reyxin bir neçə yüksək səlahiyətli hərbi və mülki məmuru ilə Kompeynə gələn Hitler barışığın mətninə ön söz elan edildikdən sonra mərasimi nümayişkəranə şəkildə tərk etdi. Almanlar tərəfdən nümayəndə heyətinə Ali Baş Komandanlığın qərargah rəisi Vilhelm Keytel, Fransa tərəfdən isə general Şarl Huntziger rəhbərlik edirdi. Əvvəlcə Huntzigerin barışıq sazişini imzalamaq səlahiyyəti yox idi, lakin danışıqlar yerindən Bordodakı hökumətlə rabitə əlaqəsi quruldu.

Keytel əvvəlcədən alman rəhbərliyinin tərtib etdiyi mətnin dəyişdirilməyəcəyini bildirdi. Danışıqlar əsnasında hökumət adından Bordo ilə əlaqə saxlayan Fransa nümayəndə heyəti və general Maksim Veqan müəyyən şərtlərə etiraz edirdilər (məsələn Almaniyanın Nasist siyasətinə görə Fransaya qaçan vətəndaşların təhvil verilməsi tələbinə qarşı)[2]. İyunun 22-si axşamı, saat 18:30-da Keytel, bir saat ərzində saziş mətninin imzalanmasını və ya rədd edilməsini tələb etdi; 18:50-də Huntziger onu imzaladı.

İyunun 24-də axşam Romada İtaliya ilə barışıq sazişi imzalandı.

Şərtlər

Barışıq sazişi Fransanın ümumi ərazisinin təxminən 60% -ində alman qoşunlarının işğal zonasının yaradılmasını nəzərdə tuturdu. Bu işğal zonası Paris və bütün Atlantik okeanı sahilləri də daxil olmaqla ölkənin şimalını və qərbini əhatə edirdi (II və III maddələr). Fransanın cənub-şərq əraziləri isə azad olaraq qalırdı. Fransa ordusu tərksilah edilməli və ağır silahları alman qoşunlarına təhvil verməli idi (IV - VI maddələr). Asayişi qorumaq üçün Almaniyaİtaliya tərəfindən müəyyənləşdiriləcək minimum sayda hərbi birləşmələrin saxlanılması nəzərdə tutulurdu. Fransız donanması demabilizə edilməli və işğalçı qüvvələrin nəzarəti altında limanlara yerləşdirilməli idi. Öz növbəsində almanlar donanmanın hərbi məqsədlər üçün istifadə edilməyəcəyinə söz verdilər (VIII maddə). Ticarət gəmiləri xüsusi icazə alınana qədər limanlarda saxlanılmalı idi (XI maddə). Həmçinin Fransa öz ərazisindəki alman qoşunlarını saxlamağa borclu idi (XVIII maddə).

Fransa bütün alman hərbi əsirlərini Reyxə təhvil verməli idi, fransız əsgərləri isə Qərbi Avropadakı döyüş əməliyyatlarının sonuna qədər həbs düşərgələrində qalmalı idilər (XIX-XX maddələr). Yarım milyona yaxın fransız hərbi əsirindən təxminən bir milyonu 1945-ci ilə qədər əsir düşərgələrində qaldılar [3].. Bundan əlavə Fransa onun ərazisində sığınacaq tapan alman vətəndaşlarını alman komandanlığının tələbi ilə Reyxə təhvil verəcəyinə söz verdi (XIX maddə; bu, ilk növbədə siyasi səbəblərə görə Fransaya qaçan Almaniya vətəndaşlarına aid idi).

Sonuncu XXIV maddədə sülh müqaviləsi bağlanana qədər barışıq sazişinin qüvvədə qalacağı bildirilirdi. Əslində belə bir razılaşma heç vaxt bağlanmadı.

İstinadlar

  1. Ширер У. Взлёт и падение Третьего рейха. — С. 159.
  2. Ширер У. Взлёт и падение Третьего рейха. — С. 163.
  3. Pieter Lagrou. Victims of genocide and national memory: Belgium, France and the Netherlands 1945-1965 // Past & Present. Oxford: Oxford University Press. 1997, февраль. 24.