Reich (alm. ⓘ [ˈʁaɪç]) — Azərbaycan dilində Reyx olaraq oxunur. Hərfi mənası imperatorluq, krallıq, dövlət və zənginlikdir; tarixdə isə Almanların dünyada söz sahibi olduğu dövrlərə verilən ad. Tarixdə üç ədəd Reyx dövrü olmuşdur[1][2].
962-ci ildə yaradılıb 1806-cı ildə məhv olub və Qərbi Roma İmperiyasının varisi olduğu deyilən Müqəddəs Roma German İmperatorluğu adı ilə dünyada tanınır.
Otto fon Bismarkın 1871-ci ildə Almaniya kansleri olması ilə başlayan və II Vilhelmin Birinci Dünya müharibəsindəki məğlubiyyəti ilə nəticələnən, Prussiyanın başçılığı altında qurulmuş olan Almaniya İmperiyası dövrüdür.
Adolf Hitler tərəfindən yaradılmış olan, rəsmî adı Alman İmperatorluğu olan Nasional Sosialist Almanya 'dır. 1943-cü ildə sərhədlərinin həddindən artıq böyüməsi ilə Böyük Alman İmperatorluğu adını almışdır. Nasional Sosialist Almaniya, "Üçüncü Reyx" (Drittes Reich) adı ilə də tanınır. Adolf Hitler, Üçüncü Reyxin ilk rəhbəri olmuşdur. Onun zamanında prezidentlik və kanslerlik vəzifələri birləşdirilmişdi (2 avqust 1934-cü ildən etibarən). Hitlerin intihar etməsindən sonra bu iki vəzifə təkrar ayrılmışdılar. Kanslerlik vəzifəsində Hitleri Yozef Gebbels əvəz etmiş, fəqət o da intihar edəndən sonra yerine Ludwig Schwerin von Krosigk gəlmişdir. Prezidentlik vəzifəsinə isə Böyük Admiral Karl Dönits gəlmişdir. Hitler həyatda olarkən Almanlar tərəfindən Führer (rəhbər, öndər, lider) olaraq adlandırılmışdır. Üçüncü Reyx 1945-ci ildə Almaniyanın məğlubiyyəti ilə məhv olmuşdur.