Söyüdyarpaq ağlarotu: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur |
|||
Sətir 41: | Sətir 41: | ||
== Azərbaycanda yayılması == |
== Azərbaycanda yayılması == |
||
BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan yuxarı dağ qurşağına kimi yayılmışdır. Quru çaylaqlarda, çay, göl və bulaq kənarlarında, meşələrdə, kolluqlarda, nəmli yerlərdə, çəmənlərdə, bağlarda, bostanlarda, əkinlərdə bitir. <ref>Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019</ref>Azərbaycan florasında bu cins 6 növlə təmsil olunmuşdur, onlardan 3-ü dərman bitkisidir. |
|||
Azərbaycan florasında bu cins 6 növlə təmsil olunmuşdur, onlardan 3-ü dərman bitkisidir. |
|||
== İstifadəsi == |
== İstifadəsi == |
05:58, 29 yanvar 2020 tarixindəki versiya
Söyüdyarpaq ağlarotu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Söyüdyarpaq ağlarotu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Söyüdyarpaq ağlarotu (lat. Lythrum salicaria) — ağlarotukimilər fəsiləsinin ağlarotu cinsinə aid bitki növü.
Təbii yayılması
Söyüdyarpaq ağlarotu boreal coğrafi tipinin palearktik sinfinə aiddir. Avropa, İran, Monqolustan, Hindistan, Çin, Koreya, Tibet, Şimali Afrika, Şimali Amerika, Avstraliya, Rusiya və Qafqazda yayılmışdır. Azərbaycanın bütün rayonlarında arandan yuxarı dağ qurşağına kimi (dəniz səviyyəsindən 1900 m qədər) bitir.
Botaniki təsviri
Hündürlüyü 25-130 sm olan yumşaq tüklü, çoxillik bitkidir. Gövdəsi düz, budaqsız və ya budaqlanandır. Yarpaqları 5-10 sm uzunluqda, 1-2 sm enində oturaq, qarşılıqlı və ya növbəli, lansetvari, uzunsov-lansetvari, bəzən uzunsov və ya yumurtavari-uzunsovdur, hər iki tərəfdən tüklüdür. Çiçəkləri 1-2 mm uzunluqda, sümbülvari çiçəkqrupuna toplanmışlar, al-qırmızı, bəzən çəhrayı rəngdədir. Qutucuq 3-5 mm, toxumları uzunsov-yumurtavari, sivriləşmiş, açıq qəhvəyi rəngdə, 1 mm uzunluqdadır. İyun-sentyabr aylarında çiçəkləyir və meyvə verir.
Ekologiyası
Hiqromezofitdir, meşə-kol, sahilyanı, çal-çəmən və alaq bitkilik tiplərində rast gəlir. Quru çaylaqlarda, çay, göl və bulaq kənarlarında, meşələrdə, kolluqlarda, nəmli yerlərdə, çəmənlərdə, bağlarda, bostanlarda, əkinlərdə bitir, çox vaxt böyük çəhrayı rəngdə ləkələr əmələ gətirir. Saponin, flavonoid, efir yağı, C vitamini, aşı maddələri, fenolkarbon turşuları, gətran, eləcə də antosianlarla zəngindir.
Azərbaycanda yayılması
BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan yuxarı dağ qurşağına kimi yayılmışdır. Quru çaylaqlarda, çay, göl və bulaq kənarlarında, meşələrdə, kolluqlarda, nəmli yerlərdə, çəmənlərdə, bağlarda, bostanlarda, əkinlərdə bitir. [2]Azərbaycan florasında bu cins 6 növlə təmsil olunmuşdur, onlardan 3-ü dərman bitkisidir.
İstifadəsi
Yeməlidir bitkidir. Eksperimental, xalq və Tibet təbabətində, eləcə də homeopatiyada geniş tətbiq edilir. Əsasən mədə-bağırsaq, yuxarı nəfəs yolları, dəri-zöhrəvi, əsəb-sinir, qadın, dizenteriya, revmatizm, epilepsiya xəstəlikləri, həmçinin ishal, qanaxma, babasil, soyuqdəymə, ilan vurma və quduz heyvanların dişləməsi zamanı istifadə olunur. Antibakterial, antioksidant, diuretik, ağrıkəsici, büzüşdürücü, yarasağaldıcı, hemostatik, öskürəyə, qıcolmaya və iltihab proseslərinə qarşı təsirə malikdir. Müalıcə məqsədi ilə bitkinin yerüstü hissəsi, yarpaqları, çiçəkləri, toxumları və kökü istifadə edilir. Cövhər, dəmləmə, tinktura və kompreslər. Yaponiyada susuzluğu yatırdmaq üçün istifadə edilir. Dekorativ, boyaq, bal və çiçək tozu verən bitkidir.
- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 446.
- ↑ Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019