Lythrum

Ağlarotu (lat. Lythrum) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin ağlarotukimilər fəsiləsinə aid bitki cinsi.

Ağlarotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Uzunsov, qarşı-qarşıya düzülmüş yarpaqları var. Çiçəkləri qırmızı, uzun sünbülvaridir. Meyvəsi qutucuqdan ibarətdir, açıq-qəhvəyi rəngli toxumları isə uzunsov-yumurta şəklindədir. İyun-iyul aylarında çiçəkləyir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda 6 növü yayılıb.

Tibdə dərman məqsədilə bir növündən istifadə edilir. Bitki çiçək açan dövrdə toplanır, açıq havada qurudulur.