Elnarə Akimova: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifə "{{iş gedir}} {{Şəxs}} '''Elnarə Akimova''' (Elnarə Seydulla qızı Akimova) — ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru (2017), dosen..." məzmunu ilə yaradıldı
 
Sətir 47: Sətir 47:
== İstinadlar ==
== İstinadlar ==
{{İstinad siyahısı}}
{{İstinad siyahısı}}

[[Kateqoriya:Filologiya elmləri doktorları]]

06:05, 13 aprel 2020 tarixindəki versiya

Elnarə Akimova
Doğum tarixi 28 yanvar 1978(1978-01-28) (46 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti ədəbiyyatşünas, ədəbiyyat tənqidçisi, universitet müəllimi[d], man of letters[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Elnarə Akimova (Elnarə Seydulla qızı Akimova) — ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru (2017), dosent (2014), Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Uşaq ədəbiyyatı” şöbəsinin müdiri (2018), “Ədəbiyyat qəzeti”ndə ədəbiyyatşünaslıq şöbəsinin müdiri (2016)

Həyatı

Elnarə Akimova 28 yanvar 1978-ci ildə Sumqayıt şəhərində anadan olub. 1995-ci ildə Sumqayıt şəhər Tofiq İsmayılov adına 29 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin filologiya fakültəsində1995-1999-cu illərdə bakalavr, 1999-2001-ci illərdə magistr təhsili alıb. 2001-2004-cü illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirib. 2006-cı ildə “Müstəqillik dövründə Azərbaycanda ədəbi tənqid (90-cı illər)” mövzusunda namizədlik, 2017-ci ildə “Müstəqillik dövrü Azərbaycan poeziyası müasir ədəbi təmayüllər kontekstində” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Hazırda filologiya elmləri doktoru, dosent, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Uşaq ədəbiyyatı” şöbəsinin və “Ədəbiyyat qəzeti”ndə ədəbiyyatşünaslıq şöbəsinin müdiridir.

2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Ailəsi

Ailəlidir, iki oğlu var.

Fəaliyyəti

Elmi fəaliyyəti

Elnarə Akimova 2001-ci ildən ədəbiyyat tarixçisi kimi elmi fəaliyyətə və çağdaş ədəbi prosesdə tənqidçi kimi fəaliyyətə başlamışdır. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müasir Azərbaycan ədəbiyyatı” şöbəsində işə başlamış (2001), kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrini icra etmişdir.. 2011-2016-cı illərdə AMEA Ədəbiyyat İnstitutunun Dissertasiya Şurası nəzdində olan Elmi Seminarın üzvü, 2012-2016-ci illərdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azad Həmkarlar Təşkilatının sədr müavini olmuşdur.

2019-cu ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət göstərən ədəbiyyatşünaslıq üzrə Koordinasiya Şurasının üzvüdür.

2019-cu ildən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür .

Cəfər Cabbarlı Komissiyasının üzvü, Azərbaycan Mədəniyyət Nazirliyinin “Qızıl Kəlmə” mükafatının ekspertidir.

2004-cü ildən ölkənin nüfuzlu “Ədəbiyyat qəzeti”ndə Azərbaycan ədəbiyyatının yaradıcıq problemlərindən bəhs edən elmi-nəzəri yazılarla çıxış edir.

Ondan artıq kitab, yüzlərlə məqalənin müəllifidir. Elnarə Akimova çox sayda beynəlxaq elmi konfrans və simpoziumların iştirakçısı olmuş, məruzələr etmiş, məqalələri nüfuzlu xarici və ölkə elmi məcmuələrində dərc olunmuşdur. Hər il Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilən “İlin ədəbi yekunları” elmi-yaradıcılıq müşavirəsində məruzə edir. Müxtəlif Dissertasiya Şuralarında ekspert və opponent kimi çıxışlar edir. Rəhbərlik etdiyi doktorantların (Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Dillər Universiteti) bir alim kimi formalaşması üçün nəzəri-metodoloji tövsiyələrini verir.

Kitabları

  1. Azərbaycan ədəbi tənqidi müstəqillik illərində. Bakı: MBM, 2009, 301 s.
  2. Yeni təfəkkür v ədəbi tənqid. Bakı: MBM, 2013, 301 s.
  3. Çingiz Aytmatov – türk ruhunun qələbəsi. Bakı: Nağıl evi, 2013, 284 s.
  4. Çağdaş poeziya və ədəbi təmayüllər. Bakı: Elm və təhsil, 2016, 316 s.
  5. Bəxtiyaram Mən (Bəxtiyar Vahabzadə haqqında (Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə). Tərtibçi, ön sözün müəllifi). Bakı: Çaşıoğlu, 2016, 288 s.
  6. Müslüm Maqomayev. Bakı: Şərq-Qərb, 2018, 316 s.
  7. Düşüncə zamanı - ədəbi tənqid diskurs kimi. Bakı: Elm və təhsil, 2019, 600 s.
  8. Müstəqilliyin ədəbiyyatı müzakirə diskursunda (Elnarə Akimovanın təqdimatında). Bakı: Elm və təhsil, 2019, 589 s.

Kollektiv işləri (toplu)

  1. İsa Həbibbəyli, Tehran Əlişanoğlu, Əlizadə Əsgərli, Elnarə Akimova, Aygün Bağırlı, Lalə Həsənova. Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala. Monoqrafiya, I kitab, Bakı, Elm və təhsil, 2018, 400 s.
  2. İsa Həbibbəyli, Tehran Əlişanoğlu, Əlizadə Əsgərli, Elnarə Akimova, Aygün Bağırlı, Lalə Həsənova. Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala. Monoqrafiya, II kitab, Bakı, Elm və təhsil, 2019, 332 s.
  3. Akademik Məmməd Cəfər Cəfərov və Azərbaycan ədəbiyyatında romantizm (oçerk). Akademik Məmməd Cəfər Cəfərov: şəxsiyyəti və yaradıcılığı (toplu). Bakı: Elm və təhsil, 2019, s.40-82
  4. Elnarə Akimova, İlhamə Ağazadə, Gülnar Qəmbərova, Səadət Bayramova. Uşaq ədəbiyyatında Xanımana Əlibəyli imzası. Monoqrafiya, Bakı, Elm və təhsil, 2020, 140 s.

Mükafatları

  • AMEA Rəyasət heyətinin “Fəxri fərman”ı - 2014
  • AMEA Rəyasət heyəti Humanitar Elmlər Bölməsinin “Fəxri fərman”ı -2015
  • AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “İlin gənc alimi” mükafatı -2015
  • Azərbaycan Yazıçılar Birliyi və “Ədəbiyyat qəzeti”nin “Əli bəy Hüseynzadə mükafatı” - 2016
  • Azərbaycan Yaradıcılıq Fondunun “Ədəbiyyat adamı” mükafatı -2018
  • İlin tənqidçisi. APA Holdinq “Kulis.az” saytı - 2019
  • AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Fəxri Fərmanı- 2019

İstinadlar