İlham Hüseynov (aktyor): Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
k →‎top: şablon adlandırması using AWB
Sətir 20: Sətir 20:
|Vətəndaşlıq = {{AZE}}
|Vətəndaşlıq = {{AZE}}
|Fəaliyyət illəri = [[2002]]-ci ildən bu günə kimi
|Fəaliyyət illəri = [[2002]]-ci ildən bu günə kimi
|Mükafatları = {{Əməkdar artist}}
|Mükafatları = {{Azərbaycan Respublikasının əməkdar artisti}}
|imdb_id =
|imdb_id =
|İmzası =
|İmzası =

18:29, 27 aprel 2020 tarixindəki versiya

İlham Hüseynov
Doğum tarixi 3 iyul 1967(1967-07-03) (56 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 2002-ci ildən
Mükafatları Azərbaycan Respublikasının əməkdar artisti

İlham Abbas oğlu Hüseynov (d. 3 iyul 1967, Gəncə) — Azərbaycan teatr və kino aktyoru.

Həyatı

İlham Abbas oğlu Hüseynov - 1967-ci ildə anadan olmuş,1990-ci ildə М.А.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsini bitirmişdir. 1990-cı ildən 2013-ci ilə qədər Gəncə Dövlət Dram Teatrında, 2013-ci ildən bu günə qədər isə Akademik Milli Dram Teatrında işləyir. 3 may 2011-ci ildə Azərbaycan Respublikası Əməkdar Artisti fəxri adına layiq görülüb.

Oynadığı rollar

Gəncə Dövlət Dram Teatrı

  • Əziz ("Duel",M.Bacıyev )
  • Xandəmir ("Afət", H.Cavid)
  • Aslan bəy ("Oqtay Eloğlu", C.Cabbarlı)
  • Gənc kişi ("Qatil", E.Əfəndiyev)
  • Əzrayıl ("Molla Nəsrəddin və Əzrayıl", Y.Əzimzadə)
  • Müsyö Jordan (" Müsyö Jordan və Dərviş Məstəli Şah", M.F.Axundzadə)
  • Podkolyosin ("Evlənmə",N.V.Qoqol)
  • Doktor Lalbyuz ("Dəli yığıncağı",C.Məmmədquluzadə)

Akademik Milli Dram Teatrı

  • Nikoviç("Nazirin xanımı",B.Nuşiç)
  • II aspirant-Xızır("Şah və Şair yaxud Hamı səni sevənlər burdadı",K.Abdulla)
  • Oyun aparıcısı ("Qoca Kloun Tələb Olunur", M.Vişnek)
  • Həkim ("Kölgə", Y.Şvart )
  • Leyli Əbdül Əfəndi, Hakim Atalıq, Baş münəccim, Qolitsin ("Nadir Şah", Y.Oğuz)
  • Qraf ("Sənətkarın Taleyi", E.Əfəndiyev)
  • Şeypurçu əsgər ("Generalın son əmri", Vaqif Səmədoğlu)

Filmoqrafiya

  1. Aktrisa (film, 2011)-Rüfət Hüseynzadə
  2. Sonuncu fəsil (teleserial, 2013)-İlyas Zamanlı
  3. Qırmızı bağ (film, 2016)-həkim
  4. Vicdan haqqı (teleserial, 2016)-İmran
  5. Yuxu kimi (teleserial, 2019)-Nüsrət

Xarici keçidlər